Məhkəmə qərarları › İş №2(059)-43/2022

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-43/2022

12.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-43/2022 12.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Mustafayeva Validə Hicran qızının, Cavabdeh iştirakları ilə iddiaçı Mustafayeva Validə Hicran qızının Cavabdeh qarşı “əmlak” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Mustafayeva Validə Hicran qızı Cavabdeh qarşı “əmlak” “tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin yaşadığı Siyəzən şəhəri, H.Aslanov küçəsində 16 nömrəli evdə yerləşən, iddia ərizəsindəki siyahıda göstərilən əmlakının və ya həmin əmlakın cəmi 20145 manat təşkil edən dəyərinin cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Mustafayeva Validə Hicran qızı əvvəlki məhkəmə iclasında iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, cavabdehlə 03 noyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişdir. Buna qədər yəni, 29 oktyabr 2011-ci il tarixdə keçirilmiş oğlan toyu mərasimindən sonra cavabdehə məxsus olan Siyəzən şəhəri, H.Aslanov küçəsindəki 16 nömrəli evə gəlin köçmüşdür. Təxminən 20 oktyabr 2021-ci il tarixdə isə iddia ərizəsində sadalanan və aşağıda göstərilən cehiz əşyaları sözügedən evdə yerləşdirilmişdir. 11 may 2021-ci il tarixdə cavabdehin onu döyməsi ilə əlaqədar atası evinə qaçıb getmiş və həmin vaxtdan etibarən cavabdehdən ayrı yaşayırlar. Dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh nəinki əşyalarını qaytarmaq istəmir, hətta məlumatına görə onları sataraq pulunu istədiyi kimi xərcləyir. Belə ki, sadalanan cehiz əşyaları, o cümlədən cəmi 3000 manat dəyərində Türkiyə istehsalı yataq dəsti (taxt, şifoner, tumba və termo), 1500 manat dəyərində Türkiyə istehsalı divan-kreslo, 1000 manat dəyərində “Samsung” markalı 52 ekran televizor, 1000 manat dəyərində “Samsung” markalı paltaryuyan maşın, 700 manat dəyərində İtaliya istehsalı “İndesit” markalı soyuducu, 300 manat dəyərində Türkiyə istehsalı tozsoran, 70 manat dəyərində “Geepas” markalı 1 ədəd ütü, 500 manat dəyərində 12 şamdanlı çilçıraq, 200 manat dəyərində tək şamdanlı 1 ədəd çilçıraq, 350 manat dəyərində 1-i nikelli, 1-i Türkiyə istehsalı bahalı qazan dəsti, 250 manat dəyərində 28 ədəd komplekt boşqab dəsti, 500 manat dəyərində 48 ədəd adi büllur stəkan, cəmi 300 manat dəyərində “Versage” markalı 1 ədəd meyvə qabı və 2 ədəd qara rəngli konfet qabı, cəmi 150 manat dəyərində 1 iri 2 kiçik yaşıl rəngli meyvə qabı və 1 iri və 2 kiçik konfet qabı, 300 manat dəyərində 48 ədəd adi sarı rəngli nəlbəki dəsti, 200 manat dəyərində 3-4 dəst 24 ədəd mətbəx qab-qaşığı, 70 manat dəyərində 2 ədəd dördkünc tort qabı (komplekt), 400 manat dəyərində yaşıl rəngli ceyran şəkilli nahar servisi, 300 manat dəyərində yaşıl rəngli ceyran şəkilli çay servisi, 250 manat dəyərində 18 ədəd 3 dəst büllur bakal (qədəh), 80 manat dəyərində 24 ədəd sadə bakal (qədəh), 100 manat dəyərində qaşıq dəsti, 250 manat dəyərində qaşıq dəsti (çemodan), 120 manat dəyərində büllur konfet qabı, 50 manat dəyərində xırdavat (qoz qıran, sarımsaq əzən və tum çıxaran), 100 manat dəyərində 2 ədəd mətbəx dəsti (qaşıqlı qablar-ədviyyat üçün), 30 manat dəyərində 6 ədəd Tefal qaşıq dəsti, 150 manat dəyərində 14 ədəd çuqun qazan dəsti (3 dəst), 120 manat dəyərində 12 ədəd göy rəngli kasa, 60 manat dəyərində 12 ədəd balaca kasa , 30 manat dəyərində 12 ədəd salat qabı, 400 manat dəyərində 2 ədəd xalça, 500 manat dəyərində 1 ədəd İran istehsalı saçaqlı xalça, 1000 manat dəyərində 12 ədəd yataq dəsti (taxt üçün), 800 manat dəyərində 14 ədəd süfrə (4-ü Türkiyə istehsalı, digərləri isə qədimi süfrə ), cəmi 400 manat dəyərində çay, əl-üz dəsmalı və qətvələr, 300 manat dəyərində 1 ədəd “West” markalı ətçəkən maşın, 200 manat dəyərində 1 ədəd şirə çəkən, cəmi 900 manat dəyərində 4 ədəd yorğan, 3 ədəd döşək, 6-ədəd balınc, 6 ədəd döşəkçə, 300 manat dəyərində 3 ədəd güldan (1-i büllur, 2-i böyük sürmeyi və narıncı), 200 manat dəyərində 2 ədəd çaynik dəsti, 25 manat dəyərində 1 ədəd banka ağzı bağlayan, 50 manat dəyərində 6 ədəd duz qabı, 80 manat dəyərində 3 ədəd çörək qabı,700 manat dəyərində stol-stul dəsti, 200 manat dəyərində 2 ədəd çemodan, 300 manat dəyərində Jurnal stolu, 150 manat dəyərində 2 ədəd gecə lampası, 50 manat dəyərində taxta qaşıq dəsti (8 ədəd), 80 manat dəyərində 8 ədəd balınc üzü, 500 manat dəyərində 2 ədəd yataq dəsti (açıq bənövşəyi), 200 manat dəyərində pərdə, 250 manat dəyərində 5x2m ölçüləri olan, kənarları bəzəkli pərdə, eləcə də, birgə nikah dövründə, yəni 2018-ci ilin oktyabr ayında alınmış 230 manat dəyərində İran sobası və 2015-ci ilin aprel ayında alınmış 90 manat dəyərində televizor altı cavabdehin evində qalmaqdadır. Odur ki, yuxarıda sadalanan əşyalarının cavabdehdən alınaraq ona verilməklə, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında iştirak edən iddiaçı Mustafayeva Validə Hicran qızı iddia tələbini müdafiə edərək izahatına əlavə etməklə, göstərdi ki, qiyməti 400 manat olan “Samsung” markalı paltaryuyan maşın, qiyməti 50 manat olan adi İran sobası və qiyməti 40 manat olan televizor altı birgə nikah dövründə alınsa da, sərf olunan vəsaitin cavabdehə aidiyyəti olmamış, sadalanan əşyalar onun vəsaiti hesabına alınmışdır. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək izahatında göstərdi ki, birgə nikah dövründə əldə edilən və aşağıda adları qeyd olunan 3 əşya istisna olmaqla, iddia ərizəsində sadalanan digər əşyalar iddiaçıya məxsus cehiz əmlaklarıdır və bu əşyalar hazırda onun yaşadığı Siyəzən şəhəri, H.Aslanov küçəsindəki 16 nömrəli evdə qalmaqdadır. Lakin, qiyməti 400 manat olan “Samsung” markalı paltaryuyan maşın, qiyməti 50 manat olan adi İran sobası və qiyməti 40 manat olan televizor altı birgə nikah dövründə ailənin ümumi vəsaiti hesabına alınmışdır. Birgə nikah dövründə əldə olunan və iddia ərzəsində sadalanan bu əşyaların ekspert rəyində göstərilən dəyərinin ½ hissəsini iddiaçıya verməyə etirazı yoxdur. Bununla yanaşı, digər əşyaların qiymətinin də, müvafiq ekspert rəyinə əsasən müəyyən edilməsini rica edir. Eyni zamanda, iddia ərizəsində qeyd edilən və ekspert rəyində qiyməti göstərilməyən 3 adda malların, o cümlədən 2 ədəd xalçanın cəmi dəyərinin 400 manat, 1 ədəd İran istehsalı saçaqlı xalçanın dəyərinin 500 manat və stol-stul dəstinin dəyərinin 700 manat olması ilə razılaşır. Odur ki, iddia tələbinin qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Siyəzən Rayon Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli, 2(059)-307/2021 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Siyəzən rayon qeydiyyat şöbəsində 03 noyabr 2011-ci il tarixdə, 198 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, onların birgə nikahından doğulmuş 18 iyul 2012-ci il təvəllüdlü Kərim və 30 aprel 2015-ci il təvəllüdlü Oktay anaları, iddiaçı Validə Mustafayevanın himayəsində və yanında saxlanılmış, həmçinin uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün 21 may 2021-ci il tarixdən başlayaraq, Cavabdeh iddiaçı Validə Mustafayevanın xeyrinə hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 dekabr 2021-ci il tarixli, 9/7402 saylı ekspert rəyindən görünür ki, iddia ərizəsində adları sadalanan cehiz əşyalarının, o cümlədən iddia ərizəsində qeyd edilən, tədqiqata təqdim olunmayan malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq normal vəziyyətdə orta bazar qiyməti Türkiyə istehsalı yataq dəsti (taxt, şifoner, tumba və termo) üçün 1800 manat, Türkiyə istehsalı divan-kreslo üçün 650 manat, “Samsung” markalı 52 ekran televizor üçün 600 manat, “Samsung” markalı paltaryuyan maşın üçün 400 manat, İtaliya istehsalı “İndesit” markalı soyuducu üçün 350 manat, Türkiyə istehsalı tozsoran üçün 80 manat, “Geepas” markalı 1 ədəd ütü üçün 30 manat, 12 şamdanlı çilçıraq üçün 140 manat, tək şamdanlı 1 ədəd çilçıraq üçün 80 manat, bahalı qazan dəsti üçün 110 manat, 28 ədəd komplekt boşqab dəsti üçün 100 manat, 48 ədəd adi büllur stəkan üçün 200 manat, “Versage” markalı 1 ədəd meyvə qabı və konfet qabı üçün 150 manat, 1 iri kiçik yaşıl rəngli meyvə qabı və 1 iri və 2 kiçik konfet qabı üçün 70 manat, 48 ədəd adi nəlbəki dəsti üçün 80 manat, 3-4 dəst 24 ədəd mətbəx qab-qaşığı üçün 110 manat, tort qabı (komplekt) üçün 30 manat, nahar servisi üçün 130 manat, çay servisi üçün 100 manat, büllur bakal (qədəh) üçün 70 manat, sadə bakal (qədəh) üçün 30 manat, qaşıq dəsti üçün 30 manat, qaşıq dəsti (çemodan) üçün 80 manat, büllur konfet qabı üçün 35 manat, xırdavat (qoz qıran, sarımsaq əzən və tum çıxaran) üçün 20 manat, 2 ədəd mətbəx dəsti üçün 60 manat, 6 ədəd Tefal qaşıq dəsti üçün 30 manat, çuqun qazan dəsti üçün 45 manat, göy rəngli kasa üçün 40 manat, balaca kasa üçün 20 manat, salat qabı üçün 10 manat, 12 ədəd yataq dəsti üçün 480 manat, 14 ədəd süfrə üçün 140 manat, çay, əl-üz dəsmalı və qətvələr üçün 180 manat, 1 ədəd “West” markalı ətçəkən maşın üçün 120 manat, 1 ədəd şirə çəkən üçün 40 manat, 4 ədəd yorğan, 3 ədəd döşək, 6 ədəd balınc, 6 ədəd döşəkçə üçün 400 manat, 3 ədəd güldan üçün 120 manat, 2 ədəd çaynik dəsti üçün 100 manat, 1 ədəd banka ağzı bağlayan üçün 5 manat, 6 ədəd duz qabı üçün 12 manat, 3 ədəd çörək qabı üçün 15 manat, 2 ədəd çemodan üçün 80 manat, jurnal stolu üçün 130 manat, 2 ədəd gecə lampası üçün 50 manat, taxta qaşıq dəsti (8 ədəd) üçün 24 manat, 8 ədəd balınc üzü üçün 40 manat, 2 ədəd yataq dəsti üçün 200 manat, adi pərdə üçün 150 manat, 5 metr ölçüsü olan pərdə üçün 250 manat, İran sobası üçün 50 manat, televizor altı üçün 40 manat, cəmi 8306 manat müəyyən edilmişdir. Lakin, iddia ərizəsində qeyd edilən 3 adda malların, o cümlədən 2 ədəd xalçanın, 1 ədəd İran istehsalı saçaqlı xalçanın və stol-stul dəstinin haqqında kifayət qədər məlumat olmadığından tədqiqat aparılması mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eyni tarixli, eyni saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, məhkəmə-əmtəə ekspertizası tədqiqatının dəyəri 100 manat təşkil edir. İşdə olan 06 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdeh tərəfin üzərinə düşür. Belə ki, iddia ərizəsində tələb olunan bütün əşyaların Siyəzən şəhəri, H.Aslanov küçəsində 16 nömrəli evdə yerləşməsi işin mübahisəsiz hallarındandır. Çünki, mübahisələndirilməyən bu hallar cavabdehin özü tərəfindən etiraf edilməklə, yanaşı işin faktiki halları ilə də tam təsdiqini tapır. Bundan əlavə, əşyalardan “Samsung” markalı paltaryuyan maşın, adi İran sobası və televizor altı tərəflərin birgə nikah dövründə əldə edilmiş, habelə iddiaçının bu əşyaları məhz öz şəxsi vəsaiti hesabına alınmasını təsdiq edəcək mötəbər sənəd və ya sübut sonuncu tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bununla da, məhkəmə iclasında verilən izahatlar, həmçinin tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, tərəflər 03 noyabr 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla evlənmiş, buna qədər yəni, 29 oktyabr 2011-ci il tarixdə iddiaçı, keçirilmiş oğlan toyu mərasimindən sonra cavabdehə məxsus olan Siyəzən şəhəri, H.Aslanov küçəsindəki 16 nömrəli evə gəlin köçmüş, 20 oktyabr 2021-ci il tarixdə isə iddia ərizəsində sadalanan cehiz əşyaları (tərəflərin birgə nikah dövründə əldə etdikləri “Samsung” markalı paltaryuyan maşın, adi İran sobası və televizor altı istisna olmaqla) sözügedən evdə yerləşdirilmişdir. Lakin, tərəflər arasında olan münasibətlər pozulduğundan onlar əvvəlcə, 11 may 2021-ci il tarixdə faktiki ayrılmış və iddiaçı valideynlərinin yanına qayıtmış, habelə onlar arasında olan nikah 04 oktyabr 2021-ci il tarixdə məhkəmə qaydasında pozulmaqla, uşaqlar ananın, yəni iddiaçının himayəsinə və yanına verilmişlər. İddiaçı əşyalarının qaytarılması məqsədilə cavabdehə müraciət etsə də, bu nəticə verməmiş, bu səbəbdən də o, məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəllsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və ya sair kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsində qeyd olunur ki, ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Bu məcəllənin 36.3-cü maddəsinə görə isə mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Bu Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Bununla da, məhkəmə hesab edir ki, mübahisələndirilən cehiz əşyaları (tərəflərin birgə nikah dövründə əldə etdikləri “Samsung” markalı paltaryuyan maşın, adi İran sobası və televizor altı istisna olmaqla) iddiaçıya məxsusdur və cavabdeh tərəfindən onun qanuni sahibliyindən alınmışdır. İddiaçı öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Həmçinin, “Samsung” markalı paltaryuyan maşın, adi İran sobası və televizor altı tərəflərin birgə nikah dövründə əvəzli olaraq əldə edildiyindən sonuncuların ümumi mülkiyyəti hesab olunmalı və tərəflərin əmlak üzərində bərabər payları müəyyən edilməlidir. Göründüyü kimi, qeyd olunan 3 adda əşya tərəflər birgə nikah dövründə əvəzli olaraq əldə etmişlər və işin faktiki halları ilə öz təsdiqini tapmış, habelə bunun əksini təsdiq edəcək mötəbər sübut və ya sənəd məhkəməyə təqdim edilməmişdir. Beləliklə, qeyd olunan mübahisəli 3 adda əşya tərəflərin birgə nikah dövründə qazandıqları əmlak olduğundan məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən, ərlə arvadın ümumi mülkiyyəti hesab olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, qiyməti 1800 manat olan Türkiyə istehsalı yataq dəsti (taxt, şifoner, tumba və termo), qiyməti 650 manat olan Türkiyə istehsalı divan-kreslo, qiyməti 600 manat olan “Samsung” markalı 52 ekran televizor, qiyməti 350 manat olan İtaliya istehsalı “İndesit” markalı soyuducu, qiyməti 80 manat olan Türkiyə istehsalı tozsoran, qiyməti 30 manat olan “Geepas” markalı 1 ədəd ütü, qiyməti 140 manat olan 12 şamdanlı çilçıraq, qiyməti 80 manat olan tək şamdanlı 1 ədəd çilçıraq, qiyməti 110 manat olan 1-i nikelli, 1-i Türkiyə istehsalı bahalı qazan dəsti, qiyməti 100 manat olan 28 ədəd komplekt boşqab dəsti, qiyməti 200 manat olan 48 ədəd adi büllur stəkan, qiyməti 150 manat olan “Versage” markalı 1 ədəd meyvə qabı və 2 ədəd qara rəngli konfet qabı, qiyməti 70 manat olan 1 iri kiçik yaşıl rəngli meyvə qabı və 1 iri və 2 kiçik konfet qabı, qiyməti 80 manat olan 48 ədəd adi sarı rəngli nəlbəki dəsti, qiyməti 110 manat olan 3-4 dəst 24 ədəd mətbəx qab-qaşığı, qiyməti 30 manat olan 2 ədəd dördkünc tort qabı (komplekt), qiyməti 130 manat olan yaşıl rəngli ceyran şəkilli nahar servisi, qiyməti 100 manat olan yaşıl rəngli ceyran şəkilli çay servisi, qiyməti 70 manat olan 18 ədəd 3 dəst büllur bakal (qədəh), qiyməti 30 manat olan 24 ədəd sadə bakal (qədəh), qiyməti 30 manat olan qaşıq dəsti, qiyməti 80 manat olan qaşıq dəsti (çemodan), qiyməti 35 manat olan büllur konfet qabı, qiyməti 20 manat olan xırdavat (qoz qıran, sarımsaq əzən və tum çıxaran), qiyməti ümumilikdə 60 manat olan 2 ədəd mətbəx dəsti (qaşıqlı qablar-ədviyyat üçün), qiyməti ümumilikdə 30 manat olan 6 ədəd Tefal qaşıq dəsti, qiyməti 45 manat olan 14 ədəd çuqun qazan dəsti (3 dəst), qiyməti 40 manat olan 12 ədəd göy rəngli kasa, qiyməti 20 manat olan 12 ədəd balaca kasa, qiyməti 10 manat olan 12 ədəd salat qabı, qiyməti 400 manat olan 2 ədəd xalça, qiyməti 500 manat olan 1 ədəd İran istehsalı saçaqlı xalça, qiyməti ümumilikdə 480 manat olan 12 ədəd yataq dəsti (taxt üçün), qiyməti ümumilikdə 140 manat olan 14 ədəd süfrə (4-ü Türkiyə istehsalı, digərləri isə qədimi süfrə), qiyməti ümumilikdə 180 manat olan çay, əl-üz dəsmalı və qətvələr, qiyməti 120 manat olan 1 ədəd “West” markalı ətçəkən maşın, qiyməti 40 manat olan 1 ədəd şirə çəkən, qiyməti ümumilikdə 400 manat olan 4 ədəd yorğan, 3 ədəd döşək, 6 ədəd balınc, 6 ədəd döşəkçə, qiyməti ümumilikdə 120 manat olan 3 ədəd güldan (1-i büllur, 2-i böyük sürmeyi və narıncı), qiyməti ümumilikdə 100 manat olan 2 ədəd çaynik dəsti, qiyməti 5 manat olan 1 ədəd banka ağzı bağlayan, qiyməti ümumilikdə 12 manat olan 6 ədəd duz qabı, qiyməti ümumilikdə 15 manat olan 3 ədəd çörək qabı, qiyməti 700 manat olan stol-stul dəsti, qiyməti ümumilikdə 80 manat olan 2 ədəd çemodan, qiyməti 130 manat olan jurnal stolu, qiyməti ümumilikdə 50 manat olan 2 ədəd gecə lampası, qiyməti ümumilikdə 24 manat olan taxta qaşıq dəsti (8 ədəd), qiyməti ümumilikdə 40 manat olan 8 ədəd balınc üzü, qiyməti ümumilikdə 200 manat olan 2 ədəd yataq dəsti (açıq bənövşəyi), qiyməti 150 manat olan adi pərdə, qiyməti 250 manat olan 5x2m ölçüləri olan, kənarları bəzəkli pərdə və ya həmin əşyaların cəmi dəyəri 9416 (doqquz min dörd yüz on altı) manat Cavabdeh alınaraq iddiaçı Mustafayeva Validə Hicran qızına qaytarılmalı, tərəflərin birgə nikah dövründə əldə etdikləri qiyməti 400 manat olan “Samsung” markalı paltaryuyan maşının, qiyməti 50 manat olan adi İran sobasının və qiyməti 40 manat olan televizor altının ½ hissəsi, yəni 245 (iki yüz qırx beş) manatı isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Qeyd olunan Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Eyni zamanda, məhkəmə belə hesab edir ki, aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 52%-i, yəni 52 (əlli iki) manatı iddiaçı Mustafayeva Validə Hicran qızından, 48 %-i, yəni 48 (qırx səkkiz) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Siyəzən şəhəri, H.Aslanov küçəsində 16 nömrəli evdə olan cehiz əşyaları, o cümlədən qiyməti 1800 manat olan Türkiyə istehsalı yataq dəsti (taxt, şifoner, tumba və termo), qiyməti 650 manat olan Türkiyə istehsalı divan-kreslo, qiyməti 600 manat olan “Samsung” markalı 52 ekran televizor, qiyməti 350 manat olan İtaliya istehsalı “İndesit” markalı soyuducu, qiyməti 80 manat olan Türkiyə istehsalı tozsoran, qiyməti 30 manat olan “Geepas” markalı 1 ədəd ütü, qiyməti 140 manat olan 12 şamdanlı çilçıraq, qiyməti 80 manat olan tək şamdanlı 1 ədəd çilçıraq, qiyməti 110 manat olan 1-i nikelli, 1-i Türkiyə istehsalı bahalı qazan dəsti, qiyməti 100 manat olan 28 ədəd komplekt boşqab dəsti, qiyməti 200 manat olan 48 ədəd adi büllur stəkan, qiyməti 150 manat olan “Versage” markalı 1 ədəd meyvə qabı və 2 ədəd qara rəngli konfet qabı, qiyməti 70 manat olan 1 iri kiçik yaşıl rəngli meyvə qabı və 1 iri və 2 kiçik konfet qabı, qiyməti 80 manat olan 48 ədəd adi sarı rəngli nəlbəki dəsti, qiyməti 110 manat olan 3-4 dəst 24 ədəd mətbəx qab-qaşığı, qiyməti 30 manat olan 2 ədəd dördkünc tort qabı (komplekt), qiyməti 130 manat olan yaşıl rəngli ceyran şəkilli nahar servisi, qiyməti 100 manat olan yaşıl rəngli ceyran şəkilli çay servisi, qiyməti 70 manat olan 18 ədəd 3 dəst büllur bakal (qədəh), qiyməti 30 manat olan 24 ədəd sadə bakal (qədəh), qiyməti 30 manat olan qaşıq dəsti, qiyməti 80 manat olan qaşıq dəsti (çemodan), qiyməti 35 manat olan büllur konfet qabı, qiyməti 20 manat olan xırdavat (qoz qıran, sarımsaq əzən və tum çıxaran), qiyməti ümumilikdə 60 manat olan 2 ədəd mətbəx dəsti (qaşıqlı qablar-ədviyyat üçün), qiyməti ümumilikdə 30 manat olan 6 ədəd Tefal qaşıq dəsti, qiyməti 45 manat olan 14 ədəd çuqun qazan dəsti (3 dəst), qiyməti 40 manat olan 12 ədəd göy rəngli kasa, qiyməti 20 manat olan 12 ədəd balaca kasa, qiyməti 10 manat olan 12 ədəd salat qabı, qiyməti 400 manat olan 2 ədəd xalça, qiyməti 500 manat olan 1 ədəd İran istehsalı saçaqlı xalça, qiyməti ümumilikdə 480 manat olan 12 ədəd yataq dəsti (taxt üçün), qiyməti ümumilikdə 140 manat olan 14 ədəd süfrə (4-ü Türkiyə istehsalı, digərləri isə qədimi süfrə), qiyməti ümumilikdə 180 manat olan çay, əl-üz dəsmalı və qətvələr, qiyməti 120 manat olan 1 ədəd “West” markalı ətçəkən maşın, qiyməti 40 manat olan 1 ədəd şirə çəkən, qiyməti ümumilikdə 400 manat olan 4 ədəd yorğan, 3 ədəd döşək, 6 ədəd balınc, 6 ədəd döşəkçə, qiyməti ümumilikdə 120 manat olan 3 ədəd güldan (1-i büllur, 2-i böyük sürmeyi və narıncı), qiyməti ümumilikdə 100 manat olan 2 ədəd çaynik dəsti, qiyməti 5 manat olan 1 ədəd banka ağzı bağlayan, qiyməti ümumilikdə 12 manat olan 6 ədəd duz qabı, qiyməti ümumilikdə 15 manat olan 3 ədəd çörək qabı, qiyməti 700 manat olan stol-stul dəsti, qiyməti ümumilikdə 80 manat olan 2 ədəd çemodan, qiyməti 130 manat olan jurnal stolu, qiyməti ümumilikdə 50 manat olan 2 ədəd gecə lampası, qiyməti ümumilikdə 24 manat olan taxta qaşıq dəsti (8 ədəd), qiyməti ümumilikdə 40 manat olan 8 ədəd balınc üzü, qiyməti ümumilikdə 200 manat olan 2 ədəd yataq dəsti (açıq bənövşəyi), qiyməti 150 manat olan adi pərdə, qiyməti 250 manat olan 5x2m ölçüləri olan, kənarları bəzəkli pərdə və ya həmin əşyaların cəmi dəyəri 9416 (doqquz min dörd yüz on altı) manat Cavabdeh alınaraq iddiaçı Mustafayeva Validə Hicran qızına qaytarılsın. Tərəflərin birgə nikah dövründə əldə etdikləri qiyməti 400 manat olan “Samsung” markalı paltaryuyan maşının, qiyməti 50 manat olan adi İran sobasının və qiyməti 40 manat olan televizor altının ½ hissəsi, yəni 245 (iki yüz qırx beş) manatı Cavabdeh alınaraq iddiaçı Mustafayeva Validə Hicran qızına verilsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı Mustafayeva Validə Hicran qızına aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manatın 52%-i, yəni 52 (əlli iki) manatı iddiaçı Mustafayeva Validə Hicran qızından, 48 %-i, yəni 48 (qırx səkkiz) manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar