Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-468/2025 20.02.2026 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Quluzadə Günel Cəbrayıl qızının sədrliyi, Güliyev Kəbir Səyyar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əmlakın verilməsi və ya onun dəyərinin ödənilməsi” tələbinə dair mülki iş üzrə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları İddiaçı və cavabdeh rəsmi nikah münasibətlərində olmuş, nikahları Siyəzən Rayon Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, 2(059)-70/2025 saylı qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsini və qızıl-zinət əşyalarını tələb edir, cavabdeh isə iddianın qismən təmin edilməsinə etiraz etmir. İddia tələbi İddiaçı Cavabdeh qarşı “əmlakın verilməsi və ya onun dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavadeh Cavabdeh ilə nikah müddətində əldə edilən əmlakların, o cümlədən, soyuducu 1 ədəd, dəyəri-700 manat, divan-1 ədəd, dəyəri- 200 manat, televizor dəyəri-40 manat, xalça 2 m.x3m. ölçüdə dəyəri- 50 manat, çörək sobası (elektrik)-dəyəri 50 manat, ətçəkən maşın (elektrik)-50 manat olmaqla, cəmi 1090 manat dəyərində məişət əşyalarının naturada bölünməsi, mümkün olmadığı halda dəyərinin 1/2 hissəsinin, yəni 545 manatın; yaşayış otağı 5m.x4m. ölçüdə dəyəri 3500 manat, mal tövləsi 4m.x10m. ölçüdə dəyəri 2000 manat, hamam otağı dəyəri 1500 manat olmaqla, cəmi 7000 manat dəyərində aparılan tikintilərin naturada bölünməsi mümkün olmadığı halda dəyərinin 1/2 hissədə, yəni 3500 manatın; inək (yerli cins)- 1 baş- 2000 manat, dana -2 baş (yerli cins, birinin dəyəri 1000 manat) 2000 manat olmaqla, cəmi 4000 manat dəyərində heyvanların naturada, bölünməsi mümkün olmadığı halda dəyərinin 1/2 hissədə, yəni 2000 manatının cavabdehdən alınıb ona verilməsi, həmçinin nişan üzüyü-3,0 qram.rusiya istehsalı əyyarı 583, dəyəri 350 manat, qırmızı qaşlı üzük-2,0 qram.rusiya istehsalı əyyarı 583, dəyəri 250 manat, sırğa qaşsız (paxlava formasında)-3,0 qram, rusiya istehsalı əyyarı 583. dəyəri 300 manat olmaqla, cəmi 900 manat dəyərində hədiyyə verilən qızıl-ziynət əşyalarının naturada və yaxud tam hissədə 900 manat dəyərinin, ümumilikdə 6945 manat pulun və 90 manat məbləğində ödənilmiş rüsumun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə birgə ər-arvad kimi yaşamağa başladığı gündən demək olar ki, o, bir xoş gün görməmiş, yəni cavabdehlə yola getməmişdir. Belə ki, cavabdeh tərəfindən ona qardaş, dayı, xala və digər qohumları ilə görüşməsinə, ünsiyyətinə qadağa qoyulmuşdur. Hətta 2023-cü ildə anasının vəfatı zamanı onun dayısı qızı cavabdehdən xahiş etməsinə baxmayaraq, sonuncu, anasının son nəfəsində onunla görüşməyə imkan verməmişdir. Anasının vəfatından sonra isə yalnız bir gün yas mərasimində iştirakına icazə vermişdir. Lakin iddiaçı aylıq cəmi 95 manat əmək haqqı aldığından, maddi vəziyyəti aşağı olduğu üçün pay (hədiyyə) gətirdiklərinə görə yalnız onun xalasını və dayısı qızını evlərinə buraxır, cəzaçəkmə müəssisəsində olduğu kimi həmin qohumları ilə görüşə icazə verirmiş. Evliliklərinin bu 17 ilində onun həyatı yuxarıda qeyd edildiyi kimi məşəqqətli keçmişdir. Sonralar iddiaçının onunla evlənməzdən əvvəl qardaşı Cavidə bıçaqla xəsarət yetirdiyinə görə mühakimə olunaraq, 3 il müddətinə cəzaçəkmə müəssisəsində cəza çəkməsi ona məlum olmuşdur. Hazırda da cavabdeh Cavid adlı qardaşının məsləhəti və təkidi ilə onunla barışmaq istəmir. İddiaçı 03 avqust 2024-cü ildə gecə vaxtlarında guya dayısı qızı ilə telefonla danışdığını əsas tutaraq, onu döymüş, başına xəsarət yetirmiş və səhəri günü 04 avqust 2024-cü ildə günorta vaxtlarında uşaqları ondan alaraq özünü evdən qovmuş, o isə məcbur olub xəsarətlə əlaqədar polisə müraciət etmiş, habelə hazırda xəsarətlə əlaqədar polis şöbəsində araşdırma aparılmaqdadır. Beləliklə o vaxtdan bəri hazırda Siyəzən şəhərində qeyd edilən ünvanda yaşayır və 17 il ərzindən cavabdehlə birgə nikahda yaşadığı dövrdə əldə etdikləri əmlaklardan, yəni ona düşən paydan, habelə toy ərəfəsində hədiyyə olaraq verilən qızılzinət əşyalarından məhrum olmuş, başqa sözlə, ona məxsus əmlaklar cavabdehin sahibliyində qalmışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 04 iyul 2025-ci il tarixdə məhkəməyə iddiaya dair etiraz ərizəsi ilə müraciət edərək iddia tələbi ilə qismən razı olmadığını bildirmiş və göstərmişdir ki, 1090 manat dəyərində məişət əşyaları tam həcmdə evindədir, iddiaçı istənilən vaxt gəlib götürə bilər. İddiaçının qeyd etdiyi yaşayış otağı anbar kimi atası tərəfindən nikah dövründən əvvəl tikilmişdir. 4mx5m ölçüdə mal tövləsinin dəyəri 600 manat həcmindədir. Hamam otağı da atası tərəfindən evliliklərindən xeyli əvvəl tikilib (bu barədə 94 saylı, xx.xx.2025-ci il tarixli Məşrif kənd İƏD üzrə nümayəndəliyinin arayışı əlavə olunur). Mal tövləsinin 1/2 hissəsi 300 manat edir. ‘2000 manat dəyərində (yerli cins) inək mövcud deyildir, evlilikləri dövründə satılmışdır. 1800 manat dəyərində 2 dana mövcud olmaqla, onun 1/2 hissəsi 900 manat təşkil edir. Qızıl-zinət əşyalarına gəldikdə isə, bibisinin hədiyyə etdiyi çəkisi 2,0 qram, Rusiya istehsalı, 583 əyarlı, 250 manat dəyərində qırmızı qaşlı üzük iddiaçının özündədir. Qalan qızıl-zinət əşyalarının ümumi dəyərini təşkil edən 650 manatın ½ hissəsini, yəni 325 manatı iddiaçıya ödəməyə hazırdır. Həmçinin, məişət əşyalarını tam şəkildə təhvil verdikdən sonra 435 manat pulu iddiaçıya ödəməyə hazırdır. Odur ki, iddia tələbinin qismən, qəbul etdiyi hissədə təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmir. Cavabdeh 06 fevral 2026-cı il tarixdə yenidn etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia ərizəsində qeyd olunanların çoxu ilə razı deyildir. Belə ki, bir daha bildirmək istəyir ki, aşağıdakı tikililər atası tərəfindən uzun müddət əvvəl, birgə nikah dövründən xeyli əvvəllər tikilib. Belə ki, yaşayış evi kimi qeyd edilən, əslində anbar kimi istifadə edilən tikili (divarlar üzüm bağının şpalerlərindən tikilib, dam köhnə şiferdən, yeri torpaq üzərində 2 sm qalınlığında beton) təxminən 400 manat dəyərindədir. Hamam( tualet) - Tikili atasının dövründə tikilmiş, təkcə plastik qapı, unitaz sonradan dəyişmişdir, habelə təxminən 350 manat dəyərindədir. Birgə nikah dövründə inşa edilmiş tövlə təxminən 500 manat dəyərindədir. 750 manat dəyərində 1 ədəd soyuducu, 200 manat dəyərində 1 ədəd divan; yerli cins inək - ümumiyyətlə olmamışdır. Diri çəkisi 160 kq olan 1 baş dana təxminən 1300 manat dəyərindədir. Qızıl-zinət əşyalarından 2 qram çəkisi olan 583 əyarlı Rusiya istehsalı nişan üzüyü 305 manat dəyərində olmaqla ondadır. Çəkisi 3 qram olan Rusiya istehsalı qırmızı qaşlı üzük iddiaçının özündədir. Çəkisi 3 qram olan Rusiya istehsalı, paxlava formasında qaşsız sırğa 458,13 manat təşkil edir. Beləliklə bu əşyaların cəmi 4313 manat təşkil edir. Habelə, 30 yanvar 2026-cı il tarixdə keçirilən baxış zamanı iddiaçının əmlak tələbində göstərdiyi əmlakın canlı şahidi olmaqla, tələbdə göstərilən əmlakların heç birinin iddiaçının yazdığı kimi olmadığı müəyyən olunmuşdur. Bir daha nəzərə çatdırmaq istəyir ki, siyahıda qeyd olunan yaşayış otağı kimi qeyd olunan tikili faktiki anbar kimi istifadə olunmaqla, içərisində plastik çənlər vardır. Həmçinin, hamam-tualet də atasının dövründə inşa olunmuş, habelə yeganə tikili tövlə olmaqla, birgə nikah dövründə tikilmişdir. Siyəzən Rayon Məhkəməsinin 2(059)-468/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı “əmlakın verilməsi və ya onun dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin baxılma müddəti 2 aydan artıq olmayan müddətə uzadılmışdır. Tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul edərək iddia tələbinə dair etirazlara uyğun izahat vermiş, iddia tələbinin qismən təmin edilməsini xahiş etmiş və əlavə olaraq izahatında göstərmişdir ki, iddia ərizəsində sadalanan qızıl-zinət əşyalarından 583 rusiya istehsalı əyarlı 3 qram çəkidə nişan üzüyü və 583 rusiya istehsalı əyarlı 3 qram çəkidə paxlava formasında qaşsız sırğa onda qalmış, o, həmin qızılları öz ehtiyacı üçün sərf etmiş, hazırda dəyərini iddiaçıya qaytarmağa hazırdır. İddia tələbində qeyd edilən 2,0 qram rusiya istehsalı əyyarı 583 qırmızı qaşlı üzük isə iddiaçı tərəfindən evi tərk edərkən özündə qalmışdır. Heyvanlarla bağlı qeyd edir ki, onların yerli cins inəkləri olmamış, 2 baş danaları olmuş, danalardan biri bu yaxınlarda ölmüşdür. İddia tələbində qeyd edilən birgə nikah dövründə əldə edilmiş əşyaların hamısını iddiaçıya verməyə hazırdır, lakin bildirir ki, daşınmaz əşyalardan yalnız mal tövləsi birgə nikah dövründə tikilmişdir. Yaşayış otağı və hamam hissə iddiaçı ilə birgə nikahdan öncə tikilmişdir. Lakin hamam otağında olan unitaz və kondisoner birgə nikah dövründə əldə edilmişdir ki, hazırda həmin əşyaları da iddiaçıya verməyə hazırdır. Odur ki, qeyd edilənlərin nəzərə alınmasını və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə: 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən ( birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Ailə Məcəllə:
31. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2.2. Ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onların birinin tələbi ilə nikah pozulduqdan sonra ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.2. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.
“Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarı
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatlarını iş materialları ilə birgə araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işdə olan Siyəzən rayon İcra Hakimiyyəti başçısının Məşrif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 01 iyul 2025-ci il tarixdə verilmiş 94 saylı arayışdan müəyyən edilir ki, Nağıyev X3 rayonu, Qozağacı kəndində yerləşən atası X1 məxsus fərdi yaşayış evində yaşayır. Fərdi yaşayış evi torpağın mülkiyyətə verilməsinə dair N-012F nömrəli kod 30506038 saylı şəhadətnaməsinə əsasən 0,12 ha torpaq sahəsi üzərində yerləşir. Torpaq sahəsi üzərində fərdi yaşayış evi, tövlə, anbar və hamam vardır. Məhkəmənin xx.xx.2025-ci il tarixli 2(059)-468/2025 saylı qərardadına əsasən “X4” MMC tərəfindən verilmiş 22 yanvar 2026-cı il tarixli, 363 saylı qiymətləndirmə rəyindən görünür ki, iddia ərizəsində qeyd olunan Cavabdeh yaşadığı Siyəzən rayonunun Qozağacı kəndində yerləşən aşağıdakı əmlakların, o cümlədən tövlənin tikintisi üçün torpaq qazılmasına görə 32 manat, bünovrənin betonuna 198 manat, qum-çınqıl qatlarına görə 52,5 manat, mişar daşlarına 226,8 manat, hörgü məhluluna 85,5 manat, daş hörgüsü işçiliyə görə 453,2 manat, dəmir dayaq və aşırımlara 105 manat, dam örtüyünə 192 manat, dam montajına 72 manat, metal qapıya 40 manat, qapı montajına 10 manat, daşınma və xırda xərclər üçün 250 manat olmaqla, cəmi 1717 manat vəsait sərf edilməsi müəyyən edilmişdir. Həmçinin, 5m.x4m. ölçüdə yaşayış otağının mövcud bünövrə və altlığına 180 manat, köhnə konstruksiya divarlara 435,6 manat, damın köhnə eternit və karkasına 240 manat, qapı və köhnə metal elementlərə 30 manat, döşəmə və daxili sadə vəziyyətə 135 manat olmaqla, cəmi 1020,60 manat vəsaitin sərf edildiyi müəyyən edilmişdir. Hamam-tualetin tikintisinə - divarla və daş blokun faktiki dəyərinə 240 manat, dam örtüyü və sadə karkasa 81 manat, döşəmə (beton səthin hamarlanmasına görə) 65,52 manat, PVC qapıya 160 manat, unitaz və bağlantılara 140 manat, sadə elektrikə 40 manat, xırda santexnika və ehtiyata görə 42 manat olmaqla, cəmi 768,52 manat vəsait sərf edilməsi qeyd edilmişdir. Habelə, Bryusa markalı 1 ədəd soyuducunun qiyməti 450 manat, 1 ədəd divanın qiyməti 40 manat, 1 ədəd “Prolin” markalı televizora 50 manat, 2x3 ölçüdə 1 ədəd xalçanın qiyməti 60 manat, “Arı” markalı elektrik çörək sobasına görə 10 manat, 1 ədəd ətçəkən maşının qiyməti 50 manat, 1 baş yerli inəyin qiyməti 2500 manat, 2 baş dananın 1-i 3300 manat olmaqla, cəmi 6600 manat təşkil edir. Rusiya istehsalı, 583 əyarlı, 3 qram nişan üzüyünün qiyməti 458,13 manat, Rusiya istehsalı, 583 əyarlı 2 qram qırmızı qaşlı üzüyün qiyməti 305,42 manat, Rusiya istehsalı, 583 əyyarlı, 3 qram (paxlava formasında) qaşsız sırğanın 458,13 manat olmaqla, cəmi 10981,68 manat müəyyən edilmişdir. Qeyd edilən xüsusatlara müvafiq müqayisə metodu ilə aparılmış tədqiqat nəticəsində internet sayı (lalafo.az) məlumatlarına və ekspert təcrübəsinə əsasən tədqiqatı aparılan tikililərin və ev əşyalarının hazırkı bazar dəyəri ümumi olaraq ümumilikdə 14487,80 manat müəyyən dilir. Həmçinin, tədqiqatı aparılan qızıl-zinət əşyaları tədqiqata təqdim edilməmişdir. Lakin qərardadda qoyulan suallar üzrə əşyaların qiyməti internet saytına istinadən müəyyən edilmişdir. Həmin saytda qızılın əyarından asılı olaraq 1 qramının cari günə olan çəki (lom) qiymətləri əks etdirilmişdir. Mal-qara barədə ətraflı məlumat olmadığından onların dəyəri faktiki vəziyyətinə uyğun şərti olaraq təxmini ödənilmişdir. İddia tələbindən görünür ki, iddiaçının tələbi dörd hissədən ibarətdir: 1) Cavadeh Cavabdeh ilə nikah müddətində əldə edilən əmlakların o cümlədən 1) Soyuducu 1 ədəd, dəyəri-700 manat 2) Divan-1 ədəd, dəyəri- 200 manat, 3) Televizor -dəyəri-40 manat, 4)Xalça 2 m.x3m. ölçüdə dəyəri-50 manat, 5) Çörək sobası (elektrik)-dəyəri 50 manat, 6) Ətçəkən maşın (elektrik)-50 manat cəmi 1090 manat dəyərində məişət əşyalarının naturada bölünməsi, mümkün olmadığı halda dəyərinin 1/2 hissəsinin, yəni 545 manatının ona verilməsi 2) Yaşayış otağı 5m.x4m. ölçüdə dəyəri 3500 manat, Mal tövləsi 4m.x10m. ölçüdə dəyəri 2000 manat, hamam otağı dəyəri 1500 manat, cəmi 7000 manat dəyərində; aparılan tikintilər naturada bölünməsi mümkün olmadığı halda dəyərinin 1/2 hissədə, yəni 3500 manatın ona verilməsi 3) İnək (yerli cins)- 1 baş 2000 manat, 2) dana -2 baş (yerli cins, birinin dəyəri 1000 manat) cəmi 2000 manat, cəmi 4000 manat dəyərində heyvanların naturada, bölünməsi mümkün olmadığı halda dəyərinin 1/2 hissədə, yəni 2000 manatının cavabdehdən alınıb ona verilməsi 4) 1) Nişan üzüyü-3,0 qram, Rusiya istehsalı əyarı 583, dəyəri 350 manat; 2) qırmızı qaşlı üzük-2,0 qram, Rusiya istehsalı əyarı 583, dəyəri 250 manat (bibisi həddiyyə etmişdir) 3) sırğa qaşsız (paxlava formasında)-3,0 qram, Rusiya istehsalı əyarı 583, dəyəri 300 manat olan əşyaların, olmadığı halda cəmi 900 manat dəyərini alınıb ona verilməsi İddia tələbindən görünür ki, tələbin birinci, ikinci və üçüncü hissələri birgə nikah dövründə əldə edilmiş daşınar və daşınmaz əşyaların bölünməsi ilə bağlıdır. Məhkəmə tələbin bu hissələrinə münasibət bildirərək qeyd edir ki, “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 mart 2024-cü il tarixli 1/2024 nömrəli qərarında qeyd edilmişdir ki, ailə birliyi ümumi təsərrüfatı özündə ehtiva etdiyi üçün nikah müddətində əldə edilmiş əmlakın ər-arvadın ümumi vəsaiti hesabına qazanıldığı ehtimal olunur. Ailə Məcəlləsinin 32-ci maddəsinin mənasına görə əmlakın ərarvadın ümumi vəsaiti hesabına qazanılması yalnız pul və digər əşya qarşılığında deyil, həmçinin nikah dövründə birlikdə və ayrılıqda çəkilmiş zəhmət, əmək və başqa səylər nəticəsində əldə olunmasını nəzərdə tutur. Bu səbəbdən Ailə Məcəlləsinin 32.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Beləliklə, Mülki Məcəllənin 225.1 və Ailə Məcəlləsinin 32.1-ci maddələri nikah dövründə əldə olunmuş (qazanılmış) əmlakın ərarvadın birgə mülkiyyəti sayılmasına dair qanuni prezumpsiyanı ehtiva edir. Ər-arvadın birgə mülkiyyəti prezumpsiyasını aradan qaldıran hallar Ailə Məcəlləsinin 34-cü maddəsində göstərilmişdir. Həmin normaya görə nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak, eləcə də fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) onların hər birinin ayrıca (fərdi) mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən həmin halları sübut etmək yükü bunu iddia edən və ya iddiaya etiraz edən tərəfin üzərinə düşür. Ümumi mülkiyyət prezumpsiyasının əksini iddia edən ər (arvad) mübahisəli əmlakı birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq deyil, nikahdan əvvəlki əmlakı hesabına və ya bağışlama, vərəsəlik, yaxud digər əvəzsiz əqd əsasında əldə etdiyini sübuta yetirməlidir. İşin araşdırılan hallarından görünür ki, iddia tələbinin birinci hissəsində 6 adda birgə mülkiyyət dövründə əldə edilmiş məişət əşyalarının adı çəkilir. Qeyd edilən əşyaların birgə nikah dövründə əldə edildiyi həm iddiaçı, həm də cavabdeh tərəfindən etiraf edilir. Əşyaların qiyməti ilə bağlı məhkəmə ekspert rəyini iddia tələbi ilə birgə araşdırıb, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini əsas götürməklə aşağıdakı kimi müəyyən edir: 1) soyuducu-450 manat (iddia tələbində 700 manat, ekspert rəyində 450 manat) 2) elektrik çörək sobası (Arı)-10 manat (iddia tələbində 50 manat, ekspert rəyində 10 manat) 3) divan-40 manat (iddia tələbində 200 manat, ekspert rəyində 40 manat) 4) televizor (Prolink) 40 manat (iddia tələbində 40 manat, ekspert rəyində 50 manat) 5) ətçəkən maşın-50 manat (iddia tələbində və ekspert rəyində 50 manat 6) 2*3 ölçüdə olan xalça-50 manat (iddia tələbində 50 manat, ekspert rəyində 60 manat). İddia tələbinin 5m.x4m. ölçüdə yaşayış otağının, 4m.x10m. ölçüdə mal tövləsinin və hamam otağının bölünməsi hissəsinə münasibət bildirərək məhkəmə qeyd edir ki, cavabdeh bu hissədə iddia tələbini yalnız mal tövləsi hissəsində qəbul etsə də, işdə olan sübutlarla hər üç tikilinin birgə nikah dövründə tikildiyi öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə iclasında Cavabdeh bibisi X2 şahid qismində dindirilmiş və öz izahatında bildirmişdir ki, cavabdeh onun qardaşının oğlu, iddiaçı isə qardaşının gəlinidir. İddiaçı onların ailəsinə gəlin gələndən çox zəhmətkeş qız olmuş, daim öz əziyəti ilə Tehranla birgə təsərrüfat aparmışdır. Mübahisəli daşınmaz əşyalar onların birgə nikah dövründə tikilmiş, hətta böyük evi isitmək çətin olduğu üçün Tehran və Güney həmin yaşayış otağında qalmışlar. Hazırda Cavabdeh birgə nikahdan olan uşaqlarını da iddiaçıya qarşı qaldırmışdır. Ona görə də iddia tələbində qeyd olunan hər bir xüsusatın doğru olduğunu bildirmiş və İddiaçı köməklik edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, nə qədər ki, şahid Zakirə Səmədova Cavabdeh bibisi olmaqla, həmçinin cavabdehin atasının bacısıdır, onda onun ev və orada tikilmiş tikililərlə bağlı daha dolğun bilgiyə malik olduğunu təsəvvür etmək olar. Zakirə Səmədova isə öz izahatında iddia ərizəsində mübahisələndirilən hamam otağı və yaşayış otağının Tehran və Güney tərəfindən birgə nikah dövründə tikildiyini bildirmişdir. Bundan başqa mübahisəli tikililərin yerləşdiyi torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-012F saylı 30506038 kodlu şəhadətnamədən görünür ki, həmin torpaq sahəsi mülkiyyətə verilərkən onun üzərində 109.3 kv.m yaşayış evi və 16.6 kv.m başqa tikili mövcud olmuşdur. Cavabdeh mübahisəli yaşayış otağının hələ birgə nikah dövründən əvvəl tikildiyini bildirsə də, buna dair məhkəməyə hər hansı sübut təqdim etməmiş, həmçinin mübahisəli tikililər torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-012F saylı 30506038 kodlu şəhadətnamədə qeyd olunan tikililərin ölçülərinə uyğun olmamaqla əvvəldən mövcud olması inkar edilir. Bundan başqa İddiaçı Cavabdeh qarşı “5m.x4m. ölçüdə yaşayış otağına köçürülmə” tələbinə dair mülki iş üzrə keçirilmiş yerində müayinəyə dair iclasın videodiskindən görünür ki, qeyd olunan tikililərdən yaşayış otağı fərdi yaşayış evinin sol tərəfində yerləşir, yanında mal tövləsi var, fərdi yaşayış evinin sol tərəfində hamam otağı var. Cavabdeh hamam otağının birgə nikahdan əvvəl tikildiyini bildirsə də, hamam otağında olan unitaz və kondisonerin birgə nikah dövründə alındığı bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, hamam otağı kimi istifadə edilməyəcəyi halda tikilinin əvvəldən tikilib birgə nikah dövründə unitaz və kondisonerinin qoyulmasına dair cavabdehin izahatı inandırıcı deyildir. Ona görə də məhkəmə iddia tələbinin daşınmaz əmlakların bölünməsi hissəsi ilə bağlı hissəsini də əsaslı hesab edir. Həmçinin daşınmaz əşyaların qiyməti ilə bağlı məhkəmə ekspert rəyini iddia tələbi ilə birgə araşdırıb, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini əsas götürməklə aşağıdakı kimi müəyyən edir: 1) 5x4 kv.m ölçüdə yaşayış otağı 1020,60 manat (iddia tələbində 3500 manat, ekspert rəyində 1020,60 manat) 2) 4mx10m ölçüdə mal tövləsi 1717 manat (iddia tələbində 2000 manat, ekspert rəyində 1717 manat) 3) hamam otağı 768,52 manat (iddia tələbində 1500 manat və ekspert rəyində 768,52 manat) İddia tələbinin heyvanların bölünməsi hissəsinə münasibət bildirən məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində birgə nikah dövründə 1 baş inək və 2 baş dananın əldə olunduğunu bildirmiş, cavabdeh əvvəlcə öz etirazında inəyin olmadığını, 2 baş dananın mövcud olduğunu göstərmiş, sonradan məhkəmə iclasında dananın birinin öldüyünü bildirmişdir. Cavabdeh tərəfindən 1 baş dananın ölməsi ilə bağlı izahatına qiymət verərək məhkəmə qeyd edir ki, əvvəla dananın ölməsi və ya özgəninkiləşdirilməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bundan başqa dana ölmüş olsa belə cavabdehin də öz izahatında göstərdiyi kimi faktiki olaraq tərəflərin ayrılmasından sonra dana cavabdehin faktiki sahibliyində olduğu dövrdə ölmüşdür. Ona görə də məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 3 adda heyvanın olmasına dair məhkəməyə hər hansı sübut təqdim edilməsə də, cavabdehin etirafı əsas götürülərək birgə nikah dövründə iki baş dananın əldə edildiyi qəbul edilməlidir. Məhkəmə tələbin bu hissəsində də ekspert rəyini iddia tələbi ilə birgə araşdırıb, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini əsas götürməklə 1 baş dananın qiymətini 1000 manat (iddia tələbində 1000 manat, ekspert rəyində 3300 manat) kimi müəyyən edir. Ona görə də məhkəmə hesab edir ki, həmin əşyalar tərəflər arasında bölünməli, Siyəzən rayonu Qozağacı kəndində yerləşən, birgə nikah dövründə alınmış qiyməti 450 manat olan soyuducu, qiyməti 10 manat olan elektrik çörək sobası (Arı) və qiyməti 50 manat olan ətçəkən maşın, qiyməti 1000 manat olan 1 baş dana, onlar mövcud olmadıqda isə dəyərləri, yəni cəmi 1510 (bir min beş yüz on) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, birgə nikah dövründə alınmış qiyməti 40 manat olan divan, qiyməti 40 manat olan televizor (Prolink), qiyməti 50 manat olan 2*3 ölçüdə olan xalça və qiyməti 1000 manat olan 1 baş dana (cəmi dəyəri 1130 manat) Cavabdeh verilməli, birgə nikah dövründə tikilmiş qiyməti 1020,60 manat olan 5m*4m ölçüdə yaşayış otağı, qiyməti 1717 manat olan 4m*10m olan mal tövləsi və qiyməti 768,52 manat olan hamam otağı olmaqla, daşınmaz əmlakların cəmi 3506,12 manat dəyərinin ½ hissəsi, yəni 1753,06 manat dəyəri Cavabdeh alınaraq İddiaçı verilməli, iddiaçıya verilməli olan birgə nikah dövründə əldə edilmiş əmlakın dəyəri (3263,06 manat) qanunvericiliyə əsasən iddiaçıya çatmalı olan birgə nikah dövründə əldə edilmiş əmlakın (6146,12 manat dəyərində) 1/2 hissəsini, yəni 3073,06 manat dəyərində olan əmlakın dəyərini 190 (bir yüz doxsan) manatı aşdığına görə həmin 190 (bir yüz doxsan) manat pul kompensasiya şəklində İddiaçı tutularaq Cavabdeh ödənilməlidir. Məhkəmə iddia tələbinin qızıl-zinət əşyası tələbi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbində 03 adda qızıl-zinət əşyası tələb edilmişdir. Lakin buna dair məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Bununla belə cavabdeh tərəfindən qeyd edilən qızıl-zinət əşyalarından 583 rusiya istehsalı əyarlı 3 qram çəkidə nişan üzüyü və 583 rusiya istehsalı əyarlı 3 qram çəkidə paxlava formasında qaşsız sırğa cavabdeh tərəfindən etiraf edilərək onda olduğu, ehtiyacları üçün satdığını, lakin onların dəyərini verməyə hazır olduğunu bildirmişdir. Ona görə də məhkəmə bu hissədə iddia tələbini yalnız iki qızıla münasibətdə təmin edilməsini əsaslı hesab edir. İddia tələbində qeyd edilən 2,0 qram.rusiya istehsalı əyyarı 583 qırmızı qaşlı üzüklə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyi üçün məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Qızıl-zinət əşyalarının qiyməti ilə bağlı məhkəmə ekspert rəyini iddia tələbi ilə birgə araşdırıb, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin tələblərini əsas götürməklə aşağıdakı kimi müəyyən edir: 1) 583 rusiya istehsalı əyarlı 3 qram çəkidə nişan üzüyü 350 manat (iddia tələbində 350 manat, ekspert rəyində 458,13 manat) 2) 583 rusiya istehsalı əyarlı 3 qram çəkidə paxlava formasında qaşsız sırğa manat (iddia tələbində 350 manat və ekspert rəyində 458,13 manat).
Məhkəmə xərcləri
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 60 manat mediasiya xərci, 41 manat dövlət rüsumu ödənilmişdir. İşdə olan “X4” MMC-nin ekspertiza xərclərinə dair xx.xx.2026-cı il tarixli bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 500 manat təşkil etməklə həmin məbləğ İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə hesab edir ki, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 500 manat və dövlət rüsumu kimi ödənilmiş 90 manat məbləğində pulun, cəmi 590 manat məhkəmə xərcinin 54 %, yəni 318,6 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, 271,4 manatı İddiaçı özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Siyəzən rayonu Qozağacı kəndində yerləşən, birgə nikah dövründə alınmış qiyməti 450 manat olan soyuducu, qiyməti 10 manat olan elektrik çörək sobası (Arı) və qiyməti 50 manat olan ətçəkən maşın, qiyməti 1000 manat olan 1 baş dana, onlar mövcud olmadıqda isə dəyərləri, yəni cəmi 1510 (bir min beş yüz on) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılmalı, birgə nikah dövründə alınmış qiyməti 40 manat olan divan, qiyməti 40 manat olan televizor (Prolink), qiyməti 50 manat olan 2*3 ölçüdə olan xalça və qiyməti 1000 manat olan 1 baş dana (cəmi dəyəri 1130 manat) Cavabdeh verilməli, birgə nikah dövründə tikilmiş qiyməti 1020,60 manat olan 5m*4m ölçüdə yaşayış otağı, qiyməti 1717 manat olan 4m*10m olan mal tövləsi və qiyməti 768,52 manat olan hamam otağı olmaqla, daşınmaz əmlakların cəmi 3506,12 manat dəyərinin ½ hissəsi, yəni 1753,06 manat dəyəri Cavabdeh alınaraq İddiaçı verilməli, iddiaçıya verilməli olan birgə nikah dövründə əldə edilmiş əmlakın dəyəri (3263,06 manat) qanunvericiliyə əsasən iddiaçıya çatmalı olan birgə nikah dövründə əldə edilmiş əmlakın (6146,12 manat dəyərində) 1/2 hissəsini, yəni 3073,06 manat dəyərində olan əmlakın dəyərini 190 (bir yüz doxsan) manatı aşdığına görə həmin 190 (bir yüz doxsan) manat pul kompensasiya şəklində İddiaçı tutularaq Cavabdeh ödənilməli, qiyməti 350 manat olan 583 rusiya istehsalı əyarlı 3 qram çəkidə nişan üzüyü və qiyməti 350 manat olan 583 rusiya istehsalı əyarlı 3 qram çəkidə paxlava formasında qaşsız sırğa, onlar mövcud olmadıqda isə dəyərləri, yəni cəmi 700 (yeddi yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 500 manat və dövlət rüsumu kimi ödənilmiş 90 manat məbləğində pulun, cəmi 590 manat məhkəmə xərcinin 54 %, yəni 318,6 manatı Cavabdeh tutularaq İddiaçı ödənilməli, 271,4 manatı İddiaçı özünə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. Siyəzən rayonu Qozağacı kəndində yerləşən, birgə nikah dövründə alınmış qiyməti 450 manat olan soyuducu, qiyməti 10 manat olan elektrik çörək sobası (Arı) və qiyməti 50 manat olan ətçəkən maşın, qiyməti 1000 manat olan 1 baş dana, onlar mövcud olmadıqda isə dəyərləri, yəni cəmi 1510 (bir min beş yüz on) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Birgə nikah dövründə alınmış qiyməti 40 manat olan divan, qiyməti 40 manat olan televizor (Prolink), qiyməti 50 manat olan 2*3 ölçüdə olan xalça və qiyməti 1000 manat olan 1 baş dana, cəmi dəyəri 1130 (bir min bir yüz otuz ) manat Cavabdeh verilsin. Birgə nikah dövründə tikilmiş qiyməti 1020,60 manat olan 5m*4m ölçüdə yaşayış otağı, qiyməti 1717 manat olan 4m*10m olan mal tövləsi və qiyməti 768,52 manat olan hamam otağı olmaqla, daşınmaz əmlakların cəmi 3506,12 manat dəyərinin 1/2 hissəsi, yəni 1753,06 (bir min yeddi yüz əlli üç manat altı qəpik) manat dəyəri Cavabdeh alınaraq İddiaçı verilsin. İddiaçıya verilməli olan birgə nikah dövründə əldə edilmiş əmlakın dəyəri (3263,06 manat) qanunvericiliyə əsasən iddiaçıya çatmalı olan birgə nikah dövründə əldə edilmiş əmlakın (6146,12 manat dəyərində) 1/2 hissəsini, yəni 3073,06 manat dəyərində olan əmlakın dəyərini 190 manat aşdığına görə həmin 190 (bir yüz doxsan) manat pul kompensasiya şəklində İddiaçı tutularaq Cavabdeh ödənilsin. Qiyməti 350 manat olan 583 rusiya istehsalı əyarlı 3 qram çəkidə nişan üzüyü və qiyməti 350 manat olan 583 rusiya istehsalı əyarlı 3 qram çəkidə paxlava formasında qaşsız sırğa, onlar mövcud olmadıqda isə dəyərləri, yəni cəmi 700 (yeddi yüz) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə əmtəəşünaslıq ekspertizasının dəyərini təşkil edən 500 manat və dövlət rüsumu kimi ödənilmiş 90 manat məbləğində pulun, cəmi 590 manat məhkəmə xərcinin 54 %, yəni 318,6 (üç yüz on səkkiz manat altmış qəpik) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin, 271,4 (iki yüz yetmiş bir manat qırx qəpik) manatı İddiaçı özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Günel Quluzadə