Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-476/2023 03.07.2023 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs, onun nümayəndəsi X5, eləcə də nümayəndəsi və vəkili Vəkil iştirakları ilə Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi 24 iyun 2023-cü il tarixdə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar 1 saylı Mediasiya təşkilatı tərəfindən mediasiya proseduru zamanı onunla maraqlı şəxs arasında bağlanmış 30 may 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə birgə nikahdan doğulmuş övladları 28 fevral 2014-cü il təvəllüdlü Əsnanın ondan alınaraq, Maraqlı şəxs verilməsi qət edilmişdir. Sonradan uşaq tələbi ilə bağlı mediasiya təşkilatına müraciət etmiş, ərizəsinə Qusar 1 saylı Mediasiya təşkilatı tərəfindən (X1) baxılmışdır. Mediasiya proseduru zamanı maraqlı şəxslə razılığa gələrək, 30 may 2023-cü il tarixli barışıq sazişi bağlamışlar. Sazişin şərtlərinə əsasən Maraqlı şəxs ilə övladları 28 fevral 2014-cü il təvəllüdlü X6 onun himayəsində saxlanılması və ünvanında yaşaması barədə razılığa gəlmişlər. X2 onunla yaşamasına baxmayaraq, Maraqlı şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsinin icrasını tələb edərək, Əsnanı ondan almağa çalışır, bununla da barışıq sazişinin icrasından boyun qaçırır. Qeyd edilən səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət edərək, mediasiyada bağlanmış sazişin təsdiq edilməsini tələb etmək məcburiyyətində qalmışdır. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi müdafiə etdiyi ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, Maraqlı şəxs ayrıldığı təxminən 4 il ərzində 28 fevral 2014-cü il təvəllüdlü Əsna onunla yaşasa da, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə övladının ondan alınaraq, maraqlı şəxsə verilməsi qət edilmişdir. Qətnamənin icrası ilə əlaqədar Əsna Maraqlı şəxs təhvil verilsə də, sonuncu ona zəng vuraraq, uşağın ağladığını bildirmiş və yenidən könüllü olaraq ona qaytarmışdır. Bundan əlavə, 30 may 2023-cü il tarixli barışıq sazişi imzalanarkən Maraqlı şəxs bu sazişi oxumuş, habelə şahidlərin iştirakı ilə mübahisələrdən yorulduğunu ifadə etməklə, sazişə öz razılığını bildirmiş, lakin sonradan mediator Natiq Əzizov onunla əlaqə saxlayaraq, maraqlı şəxsin ona hədə-qorxu gəldiyini, bununla belə qərarını qüvvədə saxladığını söyləməklə, zərurət yaranarsa, məhkəməyə ərizə ilə müraciət edə biləcəyini qeyd etmişdir. Maraqlı şəxs dəfələrlə uşağı Əsnanı aparmış, lakin sonradan ağladığı üçün qaytarıb gətirməklə, ağlayan uşağı apara bilməyəcəyini bildirmişdir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs nümayəndəsi və vəkili Vəkil ərizəni qəbul etməyib, təmin edilməsinə etiraz edərək izahatında göstərdi ki, 28 fevral 2014-cü il təvəllüdlü Əsna ilə bağlı mübahisə tərəflər arasında uzun müddətdir ki, davam etməkdədir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 03 mart 2020-ci il tarixli qətnaməsinə əsasən Maraqlı şəxs ilkin iddia tələbi təmin edilmiş, həmçinin 28 fevral 2014-cü il təvəllüdlü Əsnanın və 19 mart 2015-ci il təvəllüdlü Süleymanın onun yanında saxlanılması qət edilmişdir. Həmin qətnamədən Ərizəçi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Bundan sonra, icra mərhələsində mübahisə yarandığına görə onlar yenidən bu dəfə 28 fevral 2014-cü il təvəllüdlü Əsnanın anadan alınaraq, Maraqlı şəxs verilməsi ilə bağlı məhkəməyə müraciət etmiş, habelə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, 28 fevral 2014-cü il təvəllüdlü Əsnanın Ərizəçi alınaraq, Maraqlı şəxs verilməsi qət edilmişdir. Sonuncu qətnamədən yuxarı instansiya məhkəmələrinə şikayət verilməmiş, nəticədə qətnamə qanuni qüvvəsini almaqla, icra olunması üçün Nərimanov rayon İcra Şöbəsinə göndərilmiş, lakin icra edilməmişdir. Bundan sonra, Ərizəçi qeydiyyatı Siyəzən rayonuna dəyişdiyindən icra sənədi icra işi ilə birlikdə aidiyyəti üzrə bu rayona göndərilmişdir. Məlumat üçün qeyd edir ki, icra sənədinin icrası təmin edilsə də, uşaq avtomobilə əyləşdirilərkən Ərizəçi uşağın aparılmasına mane olmuşdur. İcra sənədi uzun müddət icra edilmədiyinə, eyni zamanda Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixində qətnamə qəbul edildiyinə və müvəqqəti təminat tədbiri kimi uşaqla ünsiyyət qaydasının müddəti bitdiyinə görə, Maraqlı şəxs qanuni qüvvəyə minmiş qətnamələrə əsasən Əsnanın ona verilənədək müvəqqəti ünsiyyətdə olması ilə əlaqədar Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Bundan əlavə, Ərizəçi da həmin təşkilata Maraqlı şəxs əvvəl Əsnanın ondan alınması və aliment tələbi ilə bağlı müraciət etmişdir. Lakin, Maraqlı şəxs onun bu tələbi ilə razılaşmamışdır. Qusar 1 saylı Mediasiya Təşkilatında X1 26 may 2023-cü il tarixdə Maraqlı şəxs uşaqla görüşlə bağlı barışıq sazişini təqdim etmiş, həmin vaxt barışıq sazişinin İ bəndi, yəni Əsnanın Ərizəçi himayəsinə verilməsi və onun ünvanında yaşaması qeyd edilməmiş, həmçinin Maraqlı şəxs yalnız uşaqla müvəqqəti ünsiyyətdə olmağa razılıq vermişdir. X1 30 may 2023-cü il tarixdə yenidən Qubaya gəlməsini xahiş etdikdə, Maraqlı şəxs həmin gün onun yanında olmuş və mediator barışıq sazişini ona təqdim etmişdir. Bundan sonra Maraqlı şəxs barışıq sazişi ilə tanış olmuş, yenə də barışıq sazişində İ bənd olmamışdır. Daha sonra, X1 Maraqlı şəxs həmin barışıq sazişinə qanundan bir neçə maddə əlavə edəcəyini bildirmişdir. Buna görə də mediator barışıq sazişini Maraqlı şəxs və Ərizəçi almış, alandan sonra isə maraqlı şəxsin xəbəri və razılığı olmadan Əsnanın Ərizəçi himayəsində saxlanması və onun ünvanında yaşaması barədə İ bənd əlavə etmişdir. Maraqlı şəxs bundan yalnız Siyəzən Rayon Məhkəməsindən zəng olunaraq, məhkəmə iclası barədə məlumat veriləndən sonra xəbəri olmuşdur. Bundan əlavə, onlar mediator Natiq Əzizov barəsində sərt tədbirin görülməsi üçün Mediasiya Şurasına müraciət etmişlər. Belə ki, mediator Natiq Əzizov öz hərəkətləri ilə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuşdur. Çünki, zorla barışıq imzalana bilməz. Bundan başqa, Maraqlı şəxs barışıq sazişinin şərtlərindən, o cümlədən İ bənddən məlumatı olmamışdır. Onsuz da, uşaqlar məhkəmə qətnaməsi ilə maraqlı şəxsə verilib, belə bir şərtin qeyd olunmasına ehtiyac yox idi. Yəni, 4 ildir ki, tərəflər arasında mübahisə davam edir, necə olur ki, birdən barışıq olur. Halbuki, mediasiya prosesi zamanı bütün qərar və qətnamələr Maraqlı şəxs tərəfindən mediator Natiq Əzizova təqdim edilmişdir. Barışıq sazişinin İ bəndindən xəbəri olandan sonra Maraqlı şəxs mediator Natiq Əzizova zəng edib, narazılığını ifadə etdikdə, sonuncu maraqlı şəxsə anlaşılmamazlığın baş verdiyini və bu barədə məhkəməyə bildirən zaman barışıq sazişinin ləğv ediləcəyini qeyd etmişdir. Ona görə də ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs və onun nümayəndəsi X8 digər nümayəndə və Vəkil izahatını təsdiq etməklə, ərizənin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işdəki sənədləri tədqiq edərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 2(005)-120/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxs qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs “X4 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyası” cəlb edilməklə “uşaq tələbi və uşağın himayəsi”nə dair iddia ərizəsi təmin edilməmiş, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı “uşağın anadan alınıb ataya verilməsi” tələbi təmin edilməklə, 28 fevral 2014-cü il təvəllüdlü X6 cavabdeh Ərizəçi alınaraq, iddiaçı (atası) Maraqlı şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan 30 may 2023-cü il tarixli barışıq sazişinin İ və XXİV bəndlərindən görünür ki, tərəflər 28 fevral 2014-cü il təvəllüdlü X9, birinci tərəf Ərizəçi himayəsində saxlanılmasına, 19 mart 2015-ci il təvəllüdlü X3 himayəsində saxlanılmasına və 28 fevral 2014-cü il təvəllüdlü X6 birinci tərəfin yaşayış yerinin ünvan 1 ünvanda yaşamasına və 19 mart 2015-ci il təvəllüdlü X3 ikinci tərəfin ünvan 2 ünvanında yaşamasına dair razılığa gəlmişlər. Bu saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. İşdə olan 24 iyun 2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi məhkəməyə müraciət edərkən 100 (bir yüz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlara əsaslanır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin İ hissəsinin İİİ bəndinə, eləcə də İİİ və İV hissələrinə əsasən ailə münasibətlərindən irəli gələn uşağın yaşayış yerinin müəyyən edilməsinə dair mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini alır. Əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. Qeyd edilən Qanunun 33-cü maddəsinin İİ və İİİ hissələrinə əsasən barışıq sazişi tərəflər və mediator (mediatorlar) tərəfindən imzalanır. Barışıq sazişinin nüsxələri tərəflərin və təqdim ediləcəyi orqanların (qurumların) sayına uyğun olaraq tərtib olunur. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinin İ, İİİ, İV və V hissələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 60-cı maddəsinə əsasən valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Uşaqların tərbiyəsində onların istismarına, təhqir edilməsinə, mənəviyyatının alçaldılmasına, qəddarlığa, kobudluğa, biganəliyə yol verilə bilməz. Valideynlik hüquqlarını həyata keçirərkən uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Beləliklə, proses iştirakçılarının izahatları, eləcə də tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edildi ki, tərəflərin birgə nikahından doğulmuş 28 fevral 2014-cü il təvəllüdlü Əsna, onun hüquq və mənafeyi baxımından zəruri mötəbər sübutların təhlilindən sonra qanuni qüvvəsini almış, o cümlədən bundan sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən fiziki şəxslər üçün məcburi olmaqla, Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalı olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qətnaməsi ilə atası, Maraqlı şəxs verilməsinə baxmayaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla, bu qanuna zidd olaraq, tərtib edilmiş 30 may 2023-cü il tarixli barışıq sazişinin İ bəndinə əsasən anası, Ərizəçi verilmiş, habelə uşağın yaşayış yeri ananın yanı olaraq təsbit edilmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşısa da, 30 may 2023-cü il tarixli barışıq sazişi bunun tam əksini formalaşdırmışdır. Yəni, işin faktiki hallarından göründüyü kimi birgə nikahdan doğulmuş 28 fevral 2014-cü il təvəllüdlü Əsnanın yaşayış yeri ilə bağlı tərəflər arasında kəskin münaqişəli vəziyyətin mövcudluğu fonunda onların bu məsələyə sakitliklə, habelə bir-birinə qarşı uşağın diqqətəlayiq mənafeyindən çıxış edərək, valideynlik hüquqlarından sui-istifadə etməyi kənara qoymaqla, loyal münasibət bəsləyib həll etmələri inandırıcı olmamaqla, istisna edilir. Çünki, ərizəçi məhkəmə iclasında maraqlı şəxsin bu sazişdən məlumatlı olmasını bildirsə də, sonuncu bunu kəskin şəkildə inkar etmiş, sazişin şərtlərinin bu deyil, digər olmasını, bu şərtlərin onun üçün əlverişsiz olduğunu müdafiə etmiş, bununla da, mediasiyanın məqsədinə nail olunmadığı aşkarlanmışdır. Digər tərəfdən, mediator tərəflər arasında uşaqla bağlı uzun müddətli kəskin münaqişəli vəziyyətin, habelə bununla əlaqədar məhkəmə çəkişmələrinin olduğunu bildiyi halda, uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisə üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyini almamış, uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməyə borclu olduğu və göstərilən iş üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə biləcəyi halda bu prosedurlara riayət etməmiş, birtərəfin mənafeyinə uyğun sazişin bağlanmasında vasitəçi olmuşdur. Halbuki, faktiki vəziyyətdə belə bir sazişin mövcudluğu ərizəçiyə qanuni qüvvəsini minmiş məhkəmə qətnaməsindən yayınmasına şərait yaratmaq niyyətilə, habelə sonuncunun valideynlik hüquqlarının birtərəfli qaydada, tələsik uşağın diqqətəlayiq maraqları nəzərə alınmadan və araşdırılmadan bərpasına nail olmaq məqsədilə tərtib edilməsi təəssüratını yaratmışdır. Eyni zamanda, valideynlər arasında razılıq olmadıqda, uşaqların yaşayış yeri onların hüquq və mənafelərini, sonuncuların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla, məhkəmə həll etsə də, mediator tərəflər arasındakı münaqişəli vəziyyətin kəskinliyini nəzərə almamış, artıq məhkəmənin səlahiyyətində olmalı məsələnin qanunazidd həllinə nail olmuşdur. Bütün bunlar isə barışıq sazişinin qanunazidd olmasına dəlalət etmişdir. Məhkəmə həmçinin qeyd edir ki, barışıq sazişində qeyd olunmuş uşağın yaşayış yerinin müəyyən edilməsi məsələsi uşağın hüquq və mənafeləri, onun rəyi və sair hallar (uşağın qardaşına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə alınmaqla, iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Bu Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda, eləcə də barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iş materiallarını, həmçinin barışıq sazişini tam və hərtərəfli nəzərdən keçirərək belə nəticəyə gəlir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 30 may 2023cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, ərizə təmin edilmədiyindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 234, 355-23, 355-24, 355-25-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 30 may 2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsindən imtina olunsun. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Bəylər Ələkbərov.
Məhkəmə qərarları › İş №2(059)-476/2023
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-476/2023
03.07.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver