Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-548/2022 31.10.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı "özgəsinin qanunsuz sahibliyində olan əmlakların geri qaytarılması və ya həmin əmlakların dəyərinin tutulması" tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı "özgəsinin qanunsuz sahibliyində olan əmlakların geri qaytarılması və ya həmin əmlakların dəyərinin tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd 600 manat dəyərində “Alonsa” markalı televizorun, 1 ədəd 30 manat dəyərində divar saatının, 1 ədəd 30 manat dəyərində sürfənin, 300 manat dəyərində qazan dəstinin, 50 manat dəyərində boşqab dəstinin, 20 manat dəyərində çəngəl-qaşıq dəstinin və 1 ədədinin dəyəri 10 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 12 ədəd yun döşəkcənin cavabdehin qanunsuz sahibliyindən alınaraq ona qaytarılması və ya sözügedən əşyaların ümumi dəyərinin, yəni 1150 manat pulun, eləcə də ödənilmiş 32 manat dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi ona əlavə olunmuş sənədlərlə onunla əsaslandırılmışdır ki, keçmiş gəlini Cavabdeh ilə oğlu Mahir Həmzəliyev arasındakı nikah pozulsa da, cavabdeh bir müddət onlarla birlikdə yaşamışdır. O, son zamanlar ümumi istifadələrindəki ona məxsus bəzi əşyaların cavabdehin mənimsəməsinin, yəni sonuncunun öz istifadəsinə keçirmək istəməsinin fərqinə varsa da, birlikdə yaşadıqları üçün buna əhəmiyyət verməmişdir. Lakin, Cavabdeh 12 iyun 2022-ci il tarixdə ona xəsarət yetirməsi şübhələrinin doğruluğunu tam təsdiq etmişdir. Belə ki, cavabdeh həmin gün 10 il əvvəl hissə-hissə ödəməklə, aldığı 600 manat dəyərində “Alonsa” markalı televizoru qanunsuz olaraq özününküləşdirmək istəyərkən, o, televizoru qaytarmasını tələb etdikdə, cavabdeh qəsdən onun sağlamlığına zərər vurmuş, yəni qazan qapağı ilə ona fiziki ağrı yetirmişdir. Hadisədən təxminən 1-2 həftə sonra, cavabdeh evdən köçərkən ümumi dəyəri 1150 manat olan əşyaları, yəni 1 ədəd 600 manat dəyərində “Alonsa” markalı televizoru, 1 ədəd 30 manat dəyərində divar saatını, 1 ədəd 30 manat dəyərində sürfəni, 300 manat dəyərində qazan dəstini, 50 manat dəyərində boşqab dəstini, 20 manat dəyərində çəngəl-qaşıq dəstini və 1 ədədinin dəyəri 10 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 12 ədəd yun döşəkcəni mənimsəyərək özü ilə aparmış, apararkən əri Beybala Həmzəliyev cavabdehə mane olmağa çalışsa da, sonuncu “keç qarşımdan səni də arvadının gününə salacağam” deyərək hədə qorxu gəldiyindən əri cavabdehə mane ola bilməmişdir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı müdafiə etdiyi iddia ərizəsində göstərilənləri təsdiq etməklə, yanaşı əlavə olaraq izahatında göstərdi ki, o, evdə televizor olmadığından 2009-cu ildə Siyəzən rayon sakini sürücü kimi fəaliyyət göstərən Rəfail adlı şəxslə Bakı şəhərinin Binə qəsəbəsində yerləşmiş Sədərək ticarət mərkəzinə gedərək, hər ay 50 manat ödəniş etməklə, ümumilikdə 550 manat dəyərində, 107 sm diaqonallı, “Alonsa” markalı televizoru şəxsi istifadələri üçün satın almış, habelə daşınma haqqı olaraq sonuncuya 50 manat da, ödəniş etmişdir. Divar saatı isə pandemiyadan sonra, təqribən iki ilə yaxın olar, oğlu Mahir Həmzəliyevin 2019-cu ildə "xxxx" ASC-dən götürdüyü 5000 manat məbləğində pulun hesabına 2020-ci ilin payız aylarında sonuncu ilə cavabdeh tərəfindən birlikdə alınmışdır. Bundan əlavə, cavabdeh həmin puldan istifadə edərək, 1 ədəd sürfə və boşqab dəstini də satın almışıdır. Hazırda həmin kredit məbləğini özü ödəyir. Həmçinin, cavabdeh 300 manat dəyərində qazan dəstini təxminən 4 il əvvəl iki ayının ödənişini etməklə, kənd aralığında avtomobil ilə satış edən şəxsdən aylıq 25 manat ödəmək şərti ilə nisyə alsa da, sonradan ödənişləri özü etmişdir. Bununla yanaşı, cavabdehin özü ilə apardığı çəngəl-qaşıq dəsti uzun zaman öncə sonuncu tərəfindən onun vəsaiti hesabına satın alınmışdır. Ərizədə qeyd edilən yun döşəkcələr isə onun cehiz əşyalarıdır. Belə ki, həmin döşəkcələri özü tikmiş və 40 ədəd döşəkcəsi olmuşdur. Cavabdeh sözügedən əşyaları apararkən oğlu Mahir və əri Beybala Həmzəliyevlər evdə olmuş, habelə əri Beybala cavabdehə mane olmağa çalışsa da, sonuncu “keç qabağımdan səni də arvadının gününə salaram” deyərək hədə qorxu gəldiyindən əri cavabdehə mane ola bilməmişdir. Ona görə də, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, təxminən 2009-cu ildə uşaqlarına məktəb ləvazimatları almaq üçün Dağıstanda yaşayan qaynı arvadı Yermila ilə birlikdə Bakı şəhərinin Binə qəsəbəsində yerləşmiş Sədərək ticarət mərkəzinə getmiş, bu zaman qonşuları ilə lotereya oynamaqla yığdığı pulu, həmçinin qardaşı tərəfindən hədiyyə edilməklə, 2006-cı ildə gəlin köçərkən cehiz kimi gətirdiyi kiçik televizorun satışından əldə etdiyi 50 manatı toplayaraq, oradan nağd pula 550 manat dəyərində televizor satın almışdır. 12 iyun 2022-ci il tarixdə baş vermiş məlum hadisədən 1-2 həftə sonra evi tərk etmiş, bu zaman evdə keçmiş əri Mahir və qayınatası Beybala Həmzəliyevlər olmuş, habelə iddia ərizəsində qeyd edilmiş əşyalar aparılarkən sonuncular görmüşlər. Bununla belə, o, rəsmi olaraq heç yerdə işləməsə də, iddiaçı ilə birlikdə yaşadığı 15 il müddətində fərdi əməklə məşğul olaraq, gəlir əldə etmişdir. Bundan başqa, 2020-ci ildə əri Mahir Həmzəliyev "xxxx" ASC-dən evin təmiri üçün pul götürmüş, həmçinin o, ərinə divar kağızı seçimində köməklik göstərmək məqsədilə sonuncu və taksi sürücüsü olan xalasının əri ilə birlikdə Sədərək ticarət mərkəzinə getmiş, habelə həmin vaxt, o, əri divar kağızı və yapışdırıcı aldıqdan sonra pulu qurtardığı üçün öncədən yığdığı 50 manatadək puldan 25 manatına divar saatı, eləcə də uşaqlar üçün paltar almışdır. Ərizədə qeyd edilmiş sürfəni isə həmin ərəfələrdə iddiaçı ilə aralarında razılaşaraq sonuncunun ödəməsi şərti ilə qonşuluqda yaşayan Yaşar adlı şəxsin arvadı Səadət adlı şəxsdən 30 manata nisyə satın almışdır. Daha sonra, qonşu Səadət pulunu tələb edərkən iddiaçıdan süfrənin pulunu verməsini xahiş etsə də, sonuncu, onun aldığı süfrə üçün özünün pul verməli olduğunu bildirmiş, və bu pulu da özü ödəmişdir. Bundan başqa, o, təxminən 7-8 il olar, öz avtomobili ilə kənddə satış edən şəxsdən 20 manat ilkin ödəniş etməklə, 300 manat dəyərində qazan dəstini nisyə almış, həmçinin, hər ay 33 olmaqla, 7-8 ay ödəniş etsə də, geri qalanı ərinin pensiyası hesabına ödənilmişdir. Eyni zamanda, o, tozsoran, ət çəkən maşın və soba satın alsa da, ona məxsus olmadığı üçün, yəni pulunu qayınanası ödədiyinə görə həmin əşyaları sonuncunun evindən götürməmiş, lakin qazan dəsti şəxsi vəsaiti hesabına alındığından evdən çıxarkən özü ilə aparmışdır. Tələb edilən boşqab dəstini isə özü ilə götürməsə də, çəngəl-qaşıq dəstini təxminən 14 il əvvəl öz şəxsi vəsaiti hesabına qayınanasının qudasından satın almışdır. Bundan əlavə, döşəkcələrin bəzilərini öz vəsaiti ilə çirkli yun alıb təmizlədikdən sonra, iddiaçı ilə birlikdə düzəltmiş, gedərkən təxminən daha 7-8 döşəkcə satın almışdır. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, şahid X2 ifadəsində göstərdi ki, təxminən 2009-cu ildə mübahisə predmeti olan televizor onun pulu ilə Cavabdeh tərəfindən satın alınmışdır. İddia ərizəsində qeyd edilmiş divar saatı və sürfə isə təxminən 1-2 il əvvəl adını dəqiq xatırlamadığı bankdan kredit götürdüyü 1600 manatadək vəsaitin hesabına cavabdeh tərəfindən əldə edilmişdir. Sözügedən yun döşəkcə anası İddiaçı aldığı yun ilə düzəlsə də, qadın məsələlərinə qarışmadığı üçün döşəkcələrin cavabdehlə birlikdə əldə edilməsindən məlumatı olmamışdır. Qeyd olunan digər əşyalar isə arvadı Cavabdeh vəsaiti hesabına alınmışdır. Bundan başqa, cavabdeh özü ilə cehiz kimi taxt, divan-kreslo dəsti gətirmiş və həmin əşyalar hazırda həyətdədir. Eyni zamanda, o, əşyaların daşınması zamanı cavabdehə mane olmamış, mübahisə etmək istəmədiyi üçün bununla bağlı hər hansı fikir bildirməmişdir. X1 ifadəsində göstərdi ki, cavabdeh 12 iyun 2022-ci il tarixdə baş vermiş məlum hadisədən 1-2 həftə sonra evi tərk etmiş, gedərkən televizor və müəyyən əşyaları da özü ilə aparmışdır. Sözügedən mübahisə predmeti olan əşyaların alınmasında iştirak etməsə də, əşyaların bir qismi oğlu Mahir Həmzəliyevin bankdan götürdüyü pulun hesabına alınmışdır. Mübahisə predmeti olan televizor oğlu Mahir tərəfindən alınsa da, divar saatının sonuncu və ya Cavabdeh tərəfindən alındığını dəqiq xatırlamır. Digər əşyaların isə kim tərəfindən alınmasından məlumatı yoxdur. İşdə olan 09 avqust 2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 32 (otuz iki) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinin tələbinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. İlk növbədə qeyd olunur ki, məhz mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsi). Sahiblik hüququ isə mülkiyyət hüququnun üç elementindən biri olmaqla, əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanını ehtiva edir (Mülki Məcəllənin 152.2-ci maddəsi). Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir (Mülki Məcəllənin 159-cu maddəsi). Hazırkı iddia tələbi üzrə mübahisə predmeti olan əşyaların hansı formada əldə edilməsinin, həmçinin tərəflərin bu əşyalar üzərində faktik sahibliyə nail olub-olmamalarının aydınlaşdırılması zəruridir. Məhz bu halların aydınlaşdırılması Cavabdeh tərəfindən İddiaçı qanunla qorunan hüquq və maraqlarının pozulub-pozulmasının müəyyənləşdirilməsi üçün əhəmiyyətlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də məhz iddiaçının üzərinə düşür. İddiaçı tərəfindən isə iddia tələbini təsdiq edən mötəbər sübutlar və ya sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla, mübahisəli əşyaların dəyərinin İddiaçı şəxsi vəsaiti, o cümlədən gəlirləri və ya qazancı hesabına ödənilməsi, bu əşyaların iddiaçı tərəfindən şəxsən əvəzli qaydada əldə edilməklə, sonuncunun faktik sahibliyə nail olması məhkəmə iclası zamanı öz təsdiqini tapmamış, eyni zamanda iddiaçı bu halın əksini təsdiq edən hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim etməmişdir. Çünki, hazırkı mübahisə üzrə mübahisəli əşyalara sahiblik, onların əldə edilməsində bu və ya digər formada (vəsaitin ödənilməsi, əşyanın alınması) iştirakçı olmamış İddiaçı münasibətdə deyil, məhz həmin əşyaların dəyərini özünün və keçmiş əri Mahir Həmzəliyevin vəsaiti hesabına ödəməklə, onları əldə etmiş Cavabdeh münasibətdə yaranmışdır. Hətta, İddiaçı tərəfdən dəvət edilmiş şahidlər Mahir və Beybala Həmzəliyevlər ifadələrində mübahisəli əşyaların iddiaçının özü tərəfindən, sonuncunun şəxsi vəsaiti hesabına əldə edilmədiyini göstərməklə, onun əşyalar üzərində faktiki sahibliyə nail olmadığını bir daha təsdiqləmişlər. Belə ki, şahid Beybala Həmzəliyev ifadəsində mübahisəli televizorun oğlu Mahir Həmzəliyevin vəsaiti hesabına alındığını göstərsə də, digər əşyaların əldə edilməsi ilə bağlı təfərrüatlı məlumat verə bilməmiş, əksinə sonuncu, şahid kimi ifadəsində mübahisələndirilən əşyaların bir qisminin onun, bir qisminin isə Cavabdeh vəsaiti hesabına əldə edildiyini qeyd etmişdir ki, bu da etibarlı ailə münasibətlərində olduğu anası, İddiaçı istinad etdiyi halların təkzib olunması ilə nəticələnmişdir. Belə olan təqdirdə isə iddiaçının cavabdehə qarşı hazırkı iddia ilə bağlı subyektiv hüquqa malik olması, o cümlədən ona aid olmayan əşyaları və ya onların ödəmədiyi dəyərini qarşı tərəfdən tələb etməsi istisna edilir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmaldır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, mövcud vəziyyətdə iddiaçının qanunla qorunan hüquqlarının, eləcə də maraqlarının pozulması halı istisna edilir. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutların tədqiqatı zamanı iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı "özgəsinin qanunsuz sahibliyində olan əmlakların geri qaytarılması və ya həmin əmlakların dəyərinin tutulması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 32 (otuz iki) manat məhkəmə xərci İddiaçı Abdulağa qızının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı "özgəsinin qanunsuz sahibliyində olan əmlakların geri qaytarılması və ya həmin əmlakların dəyərinin tutulması" tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 32 (otuz iki) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-548/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-548/2022
31.10.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver