Azərbaycan Respublikası adından QƏRARDAD Siyəzən Rayonu İş № 2(059)-705/2022 24.11.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, ərizəçi Məhərrəmli (Ruzmanova) Ülviyyə Valeh qızının, Maraqlı şəxs iştirakları ilə ərizəçi Məhərrəmli (Ruzmanova) Ülviyyə Valeh qızının “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizəçi Məhərrəmli (Ruzmanova) Ülviyyə Valeh qızı, onunla Maraqlı şəxs arasında mediator Tengiz Rüstəmovun iştirakı ilə 30 oktyabr 2022-ci i tarixdə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclası 24 noyabr 2022-ci il tarixə saat 11:00-a təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi Məhərrəmli (Ruzmanova) Ülviyyə Valeh qızı ərizə ilə məhkəməyə müraciət edərək, yaranmış zərurət aradan qalxdığı üçün ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs da məhkəmə iclasında işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyini bildirib, ərizənin ərizəçi tərəfindən geri götürülməsinə etiraz etmədi. Azərbaycan Respublikası MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Qeyd olunan Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçi ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən, maraqlı şəxs işə mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən ərizə geri qaytarılmalıdır. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, ərizə Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ərizə üzrə ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.11, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçi Məhərrəmli (Ruzmanova) Ülviyyə Valeh qızının “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi baxılmamış saxlanılsın, ərizə, ona əlavə olunmuş sənədlər və ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi Ülviyyə Məhərrəmliyə (Ruzmanovaya) geri qaytarılsın. Qərardaddan, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Siyəzən Rayon Məhkəməsinə elektron qaydada şikayət verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-705/2022
Siyəzən Rayon Məhkəməsi Qərardad — İş №2(059)-705/2022
24.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver