Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-754/2024 19.09.2024 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ X4 Hidayət oğlunun sədrliyi, Ələsgərli Ramil Tehran oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Siyəzən Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb elədiyi “mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Siyəzən Rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə Qusar 1 saylı Mediyasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi Maraqlı şəxs qismində cəlb elədiyi “mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsini onunla əsaslandırmışdır ki, Siyəzən Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, iş № 2(059)- 351/2023 saylı qətnaməsinə əsasən 04 may 2023-cü il tarixdən başlayaraq cavabdeh Maraqlı şəxs onun xeyrinə 30 sentyabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 220 manat aliment tutulması qət edilmişdir. Hal-hazırki günün tələblərinə görə bu aliment məbləği ilə bir uşağın saxlanılmasını məqbul hesab etmək olmaz. Lakin bununla razılaşaraq, uşağın maddi tələbatlarını birtəhər ödəmişdir. Lakin uşaq hal-hazırda “1 nömrəli Bakı Tibb Kolleci” PHŞ-nin “tibb bacısı işi” ixtisası üzrə ödənişli əsaslarla təhsil alır və təhsil haqqı illik 900 manat təşkil edir. Ona görə də məsrəfləri yetərincə artmışdır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmayan uşaqlar üçün yaşayış minimumu da dəyişdirilməklə, 2024-cü il üzrə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Onu da qeyd etmək istəyir ki, Maraqlı şəxs övladı ilə ümumiyyətlə maraqlanmamaqla, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə uzun müddətdir ödəməmişdir. Beləliklə, uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Övladı böyüdükcə uşaqda atasına qarşı ehtiyac və tələbat artsa da, cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Habelə, uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Ailə münasibətlərindən irəli gələn mübahisələri ilə əlaqədar Qusar 1 saylı Mediasiya Təşkilatına müraciət etmiş və “Mediasiya haqqında” Qanunun 33cü maddəsinə əsasən Maraqlı şəxs ilə onun arasında 28 mart 2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Həmin sazişə əsasən, 30 sentyabr 2006-cı il təvəllüdlü X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat məbləğində aliment ödənilməsi barədə razılığa gəlmişlər. Lakin, maraqlı şəxs həmin aliment məbləğini ödəmir. Buna görə də, o, medasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq olunmasına dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçiyə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, iclasa gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, iclasın Ərizəçi iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Maraqlı şəxs məhkəmə iclasında Ərizəçi onu maraqlı şəxs qismində cəlb elədiyi ərizənin təmin edilməsinə və onunla Ərizəçi arasında mediator X2 iştirakı ilə Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qərar qəbul edilməsinə etiraz etmədiyini göstərmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, proses iştirakçılarını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində əldə edilmiş barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, hazırki iş üzrə ərizəçi və maralı şəxs arasında aşağıdakı məzmunda barışıq sazişi bağlanmışdır: “Danışıqlar nəticəsində Əkbərov Maraqlı şəxs Əsmər Ömər qızı qarşında öhdəlik götürdü ki, 2024-cü ilin mart ayından başlayaraq hər ayın 10-na kimi birinci Ərizəçi Beynəlxalq Bankın 4127-2141-2492-3662 saylı Tam kartına 30 sentyabr 2006-cı il təvəllüdlü qızı X1 18 yaşına çatana kimi saxlanılması üçün hər ay 250 manat məbləğində aliment ödəyəcəkdir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin Qanunun 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişi təsdiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237 maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə Qusar 1 saylı Mediasiya Təşkilatında bağlanmış 28 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin. Maraqlı şəxs 28 mart 2024-cü il tarixdən başlayaraq 30 sentyabr 2006-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 01 (bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №2(059)-754/2024
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-754/2024
19.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver