Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-77/2022 31.01.2022 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, İddiaçı, onun nümyəndəsi və vəkili X1, cavabdeh, eləcə də digər cavabdehin nümayəndəsi Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “cehiz və qızıl-zinət əşyalarının qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən iddia ərizəsində sadalanan cehiz əmlaklarının, geyimlərinin, qızıl-zinət əşyalarının və yaxud onların cəmi dəyərini təşkil edən 26954 manat məbləğində pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, İddiaçı məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, qiyməti cəmi 3100 manat olan bir ədəd brilyant qaşlı ağ qızıl boyunbağıdan, bir ədəd brilyant qaşlı ağ qızıl qolbağından, bir cüt brilyant qaşlı ağ qızıl sırğadan və bir ədəd brilyant qaşlı ağ qızıl üzükdən ibarət qızıl dəstinin və ya onların dəyərinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 01 oktyabr 2021-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikası MPM-nin 53cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh1la nikahlarını 18 may 2021-ci il tarixdə rəsmiləşdirsələr də, faktiki nikah münasibətlərinə bundan daha əvvəl, 24 mart 2021-ci il tarixdə daxil olmuşlar. Həmin gün keçirilmiş yığıncaqdan sonra o, cavabdehlərin Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən evinə gəlin köçmüşdür. Həmçinin, həmin gün baldızı Gülzaman Mehdiyeva digər qızıl-zinət əşyaları ilə bərabər, hazırkı iddiasında tələb etdiyi qiyməti 3100 (üç min yüz) manat olan bir ədəd brilyant qaşlı ağ qızıl boyunbağıdan, bir ədəd brilyant qaşlı ağ qızıl qolbağından, bir cüt brilyant qaşlı ağ qızıl sırğadan və bir ədəd brilyant qaşlı ağ qızıl üzükdən ibarət ümumi çəkisi 29 qram olan ağ qızıl dəstini onun üzərinə taxmışdır. Habelə, valideynləri tərəfindən ona verilmiş cehiz əşyaları da, evlilik ərəfəsində cavabdehlərin evinə yerləşdirilmişdir. Cavabdehlərin evində yaşadığı 3 ayadək müddət ərzində daima keçmiş qaynanasının təsiri ilə Cavabdeh1 tərəfindən döyülmüş, sonuncu dəfə, yəni 05 iyun 2021-ci il tarixdə yenidən keçmiş əri tərəfindən döyüldükdən sonra valideynlərinə telefon vasitəsilə zəng edərək onu ata evinə aparmalarını xahiş etmişdir. Elə həmin gün valideynləri onu öz evlərinə apardıqdan sonra, vəziyyətinin pis olmasını görüb təcili tibbi yardım çağırmışlar. Həmçinin, cavabdehlərin evini tərk etdiyi 05 iyun 2021-ci il tarixdə öz canının hayında olduğundan otağında mücrünün içərisində saxladığı qızıl-zinət əşyalarını özü ilə aparmaq ağlına belə gəlməmişdir. 18 oktyabr 2021-ci il tarixdə Siyəzən rayon qeydiyyat şöbəsində nikahları rəsmi qaydada pozulmuş, cavabdehlər cehiz, geyim və qızıl-zinət əşyalarını könüllü qaytarmadıqları üçün 26 noyabr 2021-ci il tarixdə onlara qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Yalnız məhkəməyə müraciət etdikdən sonra 27 dekabr 2021-ci il tarixdə əmlaklarının bir hissəsini cavabdehərin evindən götürə bilmiş, həmçinin 10 yanvar 2022-ci il tarixli məhkəmə iclasından əvvəl 2 (iki) ədəd mobil telefonu və kosmetik vasitələri ona qaytarılmışdır. Göstərilən səbəblərdən həmin tarixdə məhkəməyə iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim etmiş və hazırda həmin hissədə iddia tələbini müdafiə etmir. Odur ki, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir, eyni zamanda ödənilmiş dövlət rüsumunun özünə aid edilməsini rica edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 da, iddia tələbini müdafiə edərək, iddiaçının izahatına uyğun, eyni məzmunlu izahat verməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh, eləcə də digər cavabdehin nümayəndəsi Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə oğlu Cavabdeh1 nikahlarını 18 may 2021-ci il tarixdə rəsmiləşdirsələr də, faktiki nikah münasibətlərinə bundan daha əvvəl, 24 mart 2021-ci il tarixdə keçirilmiş yığıncaqdan sonra daxil olmuşlar. Həmin mərasimdən sonra iddiaçı Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən evlərinə gəlin köçmüşdür. Hazırkı iddia ərizəsində tələb olunan qiyməti 3100 (üç min yüz) manat olan bir ədəd brilyant qaşlı ağ qızıl boyunbağıdan, bir ədəd brilyant qaşlı ağ qızıl qolbağından, bir cüt brilyant qaşlı ağ qızıl sırğadan və bir ədəd brilyant qaşlı ağ qızıl üzükdən ibarət ümumi çəkisi 29 qram çəkili ağ qızıl dəstini qızı Gülzaman Mehdiyeva iddiaçının üzərinə hədiyyə olaraq taxmışdır. İddiaçı məhkəməyə müraciət etdikdən sonra sonuncuya qızıl-zinət əşyalarının bir qismini, geyimlərini və cehiz əmlaklarını qaytarsa da, hazırda tələb olunan 3100 manat dəyərində ağ qızıl dəstinin və ya həmin dəstin dəyərini qaytarmağa razı deyildir. Belə ki, iddiaçı Ümbül ilə oğlu Nicat arasındakı nikah 18 oktyabr 2021-ci il tarixdə rəsmi qaydada pozulduqdan sonra sözügedən qızıl dəstini əvvəllər iddiaçının qaldığı otaqdan götürüb bir müddət özündə saxlamış, 10-15 noyabr 2021-ci il tarixləri arasında isə Sumqayıt şəhərində 1800 manata sataraq, bu pulu oğlu Nicatı evləndirmək üçün aldığı borcların qaytarılmasına sərf etmişdir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin, eləcə də iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, materiallarda olan fotoşəkillərdən görünür ki, cavabdeh və ounun qohumları tərəfdən iddiaçıya toy ərəfəsində sözügelən qızıl-zinət əşyaları hədiyyə edilmişdir. İşdə olan Siyəzən rayon qeydiyyat şöbəsindən 18 oktyabr 2021-ci il tarixdə verilmiş, AZ-İ seriyalı, 382529 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 ilə İddiaçı arasında olan nikah pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında həmin tarixdə 39 nömrə ilə qeyd edilmişdir. İşdə olan 17 noyabr 2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 154 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə nəzərə alır ki, mübahisələndirilən qızıl-zinət əşyalarının mövcud olmaları mübahisələndirilməyən hallardandır. Çünki, iddiaçı sonuncu iddia tələbində qızıl-zinət əşyalarının qaytarılmadığını qeyd etmiş, habelə qeyd edilən əşyaların mövcudluğunu və Cavabdeh2 qanunsuz istifadəsində olmasını sübut edə bilmiş, həmçinin sonuncu qızılzinət əşyalarını iddiaçıya qaytarmadığını etiraf etmişdir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Bununla da, məhkəmə iclasında verilən izahatlar, həmçinin tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, İddiaçı Cavabdeh1la nikahlarını 18 may 2021-ci il tarixdə rəsmiləşdirsələr də, faktiki nikah münasibətlərinə bundan daha əvvəl, 24 mart 2021-ci il tarixdə keçirilmiş yığıncaqdan sonra daxil olmuşlar. Həmin gün mərasimdən sonra iddiaçı Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən cavabdehlərin evinə gəlin köçmüşdür. Elə söcügedən tarixdə iddiaçının keçmiş baldızı Gülzaman Mehdiyeva hazırda tələb edilən qiyməti 3100 (üç min yüz) manat olan bir ədəd brilyant qaşlı ağ qızıl boyunbağıdan, bir ədəd brilyant qaşlı ağ qızıl qolbağından, bir cüt brilyant qaşlı ağ qızıl sırğadan və bir ədəd brilyant qaşlı ağ qızıl üzükdən ibarət ümumi çəkisi 29 qram çəkili ağ qızıl dəstini onun üzərinə taxmışdır. Eyni zamanda, nikah münasibətlərinə daxil olan ərəfədə və keçirilmiş yığıncaqdan sonra iddiaçı cavabdehlərin Siyəzən şəhəri, B.Bayramov küçəsində yerləşən evlərinə özü ilə gətirdiyi cehiz və hədiyyə edilən qızıl-zinət əşyalarını da yerləşdirmişdir. 05 iyun 2021-ci il tarixdə ailədaxili münaqişədən sonra isə iddiaçı Ümbül valideynləri ilə birgə cavabdehlərin yaşadıqları evi tərk edərək ata evinə getmiş və orada yaşamağa başlamışdır. Bundan sonra, tərəflər arasında nikah 18 oktyabr 2021-ci il tarixdə Siyəzən rayon qeydiyyat şöbəsində pozulmuşdur. Daha sonra, iddiaçı qızıl-zinət və cehiz əşyalarının qaytarılması məqsədilə cavabdeh tərəfə müraciət etsə də, bu nəticə verməmiş, bu səbəbdən də o, məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəlmiş və məhkəmə iclasları gedişatında həmin əşyaların bir qismi, o cümlədən cehiz əşyaları qaytarılsa da, mübahisələndirilən əşyalar Cavabdeh2 tərəfindən qaytarılmamış, həmçinin sonuncu qızıl-zinət əşyalarını iddiaçıya qaytarmadığını etiraf edərək, onları satmaqla, əldə olunmuş vəsaiti ailənin borclarının ödənilməsinə sərf etdiyini bildirmişdir. Belə olan təqdirdə qızıl-zinət əşyalarının satılmaqla, əldə olunmuş vəsaitin ailənin borclarının ödənilməsinə sərf edilməsi, eləcə də, qızıl-zinət əşyalarının digər Cavabdeh1 qanunsuz sahibliyində olması öz təsdiqini tapmır. Bu hallar, eləcə də işin faktiki halları, o cümlədən qeyd olunan qızıl-zinət əşyalarının digər Cavabdeh1la birbaşa bağlı olmaması iddia tələbinin sonuncuya münasibətdə təmin edilməsini istisna edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Yenə bu Məcəllənin 225.2-ci maddəsinə əsasən, nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. (ər-arvadın hər birinin əmlakıdır). “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Bununla da, məhkəmə hesab edir ki, mübahisələndirilən əmlaklar, yəni qızıl-zinət əşyaları, o cümlədən qiyməti 3100 (üç min yüz) manat olan bir ədəd brilyant qaşlı ağ qızıl boyunbağıdan, bir ədəd brilyant qaşlı ağ qızıl qolbağından, bir cüt brilyant qaşlı ağ qızıl sırğadan və bir ədəd brilyant qaşlı ağ qızıl üzükdən ibarət yerli istehsal, əyarsız, ümumi çəkisi 29 qram çəkili ağ qızıl dəsti İddiaçı məxsusdur və Cavabdeh2 tərəfindən onun qanuni sahibliyindən alınmışdır. Bununla da, iddiaçı öz əmlakını başqasının qanunsuz sahibliyindən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 04 nömrəli qərarının 9.2-ci bəndində göstərilir ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, qiyməti 3100 manat olan bir ədəd brilyant qaşlı ağ qızıl boyunbağıdan, bir ədəd brilyant qaşlı ağ qızıl qolbağından, bir cüt brilyant qaşlı ağ qızıl sırğadan və bir ədəd brilyant qaşlı ağ qızıl üzükdən ibarət yerli istehsal, əyarsız, ümumi çəkisi 29 qram çəkili ağ qızıl dəsti və ya həmin qızıl dəstinin dəyəri Cavabdeh2 alınaraq İddiaçı qaytarılmalıdır. Eyni zamanda, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən ödənilmiş 154 (bir yüz əlli dörd) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Qiyməti 3100 (üç min yüz) manat olan bir ədəd brilyant qaşlı ağ qızıl boyunbağıdan, bir ədəd brilyant qaşlı ağ qızıl qolbağından, bir cüt brilyant qaşlı ağ qızıl sırğadan və bir ədəd brilyant qaşlı ağ qızıl üzükdən ibarət yerli istehsal, əyarsız, ümumi çəkisi 29 qram çəkili ağ qızıl dəsti və ya həmin qızıl dəstinin dəyəri Cavabdeh2 alınaraq İddiaçı qaytarılsın. İddia tələbi üzrə ödənilmiş 154 (bir yüz əlli dörd) manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən : Bəylər Ələkbərov
Məhkəmə qərarları › İş №2(059)-77/2022
Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-77/2022
31.01.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver