Məhkəmə qərarları › İş №2(059)-99/2021

Siyəzən Rayon Məhkəməsi Qətnamə — İş №2(059)-99/2021

28.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Siyəzən Rayonu İş № 2(059)-99/2021 28.04.2021 SİYƏZƏN RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Bəylər Ramiz oğlunun sədrliyi, Yasinova Mehriban Səfa qızının katibliyi, iddiaçı Babayeva (Hacıyeva) Yaqut Tahir qızının, onun nümayəndəsi və vəkili X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə iddiaçı Babayeva (Hacıyeva) Yaqut Tahir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və əmlak” tələbinə dair iddiası üzrə mülki işə Siyəzən şəhərində, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Babayeva (Hacıyeva) Yaqut Tahir qızının Cavabdeh1 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə evlənərkən sonuncunun yaşadığı ünvan 1 ünvanına apardığı özünə məxsus 1 ədəd çəkisi 4,5 qram, 750 əyarlı qiyməti 600 manat olan barmaqçanın (nişan brilliant qaşla), 1 ədəd çəkisi 3,5 qram, 583 əyarlı qiyməti 265 manat olan üzüyün, 1 ədəd çəkisi 2,8 qram, 583 əyarlı qiyməti 210 manat olan üzüyün, 1 ədəd çəkisi 3,8 qram, 585 əyarlı qiyməti 325 manat olan üzükdən ibarət qızıl-zinət əşyalarının, gəlin köçərkən apardığı məişət əşyalarının, o cümlədən 1 ədəd 100 manat dəyərində ütünün, 1 ədəd 200 manat dəyərində tozsoranın, 1 ədəd 200 manat dəyərində ət maşınının, 1 ədəd 150 manat dəyərində şirə çəkənin, 1 ədəd 100 manat dəyərində blenderin, 1 ədəd 250 manat dəyərində sobanın, 1 ədəd 1200 manat dəyərində “Samsung” markalı soyuducunun, 1 ədəd 600 manat dəyərində “LG” markalı paltaryuyanın, 1 ədəd 700 manat dəyərində “Samsung” markalı televizorun, 1 ədəd 900 manat dəyərində “Samsung” markalı kondisionerin, 1 ədəd 300 manat dəyərində elektrik sobasının, 3 dəst 100 manat dəyərində qazan dəstinin, 2 dəst 70 manat dəyərində çaydanın, 1 ədəd 50 manat dəyərində qutuda və 2 ədəd əlavə məcməilərin, 2 ədəd 30 manat dəyərində teştlərin (mürəbbə bişirənin), 1 ədəd 20 manat dəyərində dördayaq oxlovun, 1 ədəd 10 manat dəyərində aşsüzənin, 1 ədəd 200 manat dəyərində çemodan qaşıq dəstinin, qaşıq dəstinin, 100 manat dəyərində stəkanların (12 ədəd armudu və 12 ədəd böyük), 12 ədəd 10 manat dəyərində şirə bakalın, 1 ədəd 3 manat dəyərində ələyin, 6 ədəd 20 manat dəyərində boşqabın, 1 ədəd 20 manat dəyərində çaydanın, 1 ədəd 18 manat dəyərində tefal tavanın, 20 manat dəyərində asma qaşıq dəstinin, 1 ədəd 10 manat dəyərində alüminum qazanın, 5500 manat dəyərində yataq dəstinin, habelə mebelin (taxt, şifoner, 2 ədəd tumbo, 1 ədəd termo, 2 ədəd künclük), 230 manat dəyərində uşaq mebelinin (1 ədəd kravat, 1 ədəd siyirməli şkaf), 2 ədəd 400 manat dəyərində xalçanın, 2 dəst 100 manat dəyərində yorğanın, 2 dəst 70 manat dəyərində döşəyin, 4 ədəd 50 manat dəyərində yastığın, 4 ədəd 30 manat dəyərində nalçanın, 50 manat dəyərində uşaq üçün 1 balışın, 1 ədəd döşəyin, 1 ədəd yorğanın, 2 dəst 70 manat dəyərində örtüyün, 4 dəst 120 manat dəyərində yataq dəstinin, 6 ədəd 120 manat dəyərində süfrənin, 12 ədəd 50 manat dəyərində əl-üz dəsmalının, 4 ədəd 80 manat dəyərində hamam dəsmalının, 2 ədəd 700 manat dəyərində otaq üçün pərdələrin, əşyaların, o cümlədən 1 ədəd 30 manat dəyərində divar saatının, 1 ədəd 15 manat dəyərində gecə lampasının, 1 ədəd 30 manat dəyərində hava feninin, 1 ədəd 35 manat dəyərində ütü feninin, 1 ədəd 40 manat dəyərində ütü stolunun, 1 ədəd 30 manat dəyərində sandığın, 1 ədəd 12 nəfərlik 600 manat dəyərində masanın, 1 ədəd 6 nəfərlik 420 manat dəyərində stulların, 1 ədəd 150 manat dəyərində çılçırağın, 1 ədəd 50 manat dəyərində gecə lampasının, 1 ədəd 20 manat dəyərində güldanın, 10 manat dəyərində vannaların, 1 ədəd manat dəyərində çörək qabının, 1 ədəd 5 manat dəyərində paltar setkasının, 1 ədəd 60 manat dəyərində uşaq otağı üçün xalçanın, 1 ədəd 30 manat dəyərində çemodanın, 1 ədəd 10 manat dəyərində döşəmə silənin, 1 ədəd 100 manat dəyərində paltonun, 1 ədəd 50 manat dəyərində gödəkcənin, 1 ədəd 10 manat dəyərində zibil vedrəsinin, 30 manat dəyərində vanna dəstinin, 20 manat dəyərində termo stulunun, 1 ədəd 10 manat dəyərində lampanın (gəlinlik), 1 ədəd 50 manat dəyərində güzgünün və şamdanlarından ibarət əşyaların özünün və ya dəyərinin Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan sonra, iddiaçı Yaqut Babayeva (Hacıyeva) vəsatət ilə məhkəməyə müraciət edərək Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsini xahiş etmişdir. Daha sonra, iddiaçı tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1lə evlənərkən sonuncunun yaşadığı ünvan 1 ünvanına apardığı özünə məxsus 1 ədəd çəkisi 4,5 qram, 750 əyarlı qiyməti 600 manat olan barmaqçanın (nişan brilliant qaşla), 1 ədəd çəkisi 3,5 qram, 583 əyarlı qiyməti 265 manat olan üzüyün, 1 ədəd çəkisi 2,8 qram, 583 əyarlı qiyməti 210 manat olan üzüyün, 1 ədəd çəkisi 3,8 qram, 585 əyarlı qiyməti 325 manat olan üzükdən ibarət qızıl-zinət əşyalarının olmadıqda isə dəyərinin Cavabdeh2, gəlin köçərkən apardığı məişət əşyalarının, o cümlədən 1 ədəd 100 manat dəyərində ütünün, 1 ədəd 200 manat dəyərində tozsoranın, 1 ədəd 200 manat dəyərində ət maşınının, 1 ədəd 150 manat dəyərində şirə çəkənin, 1 ədəd 100 manat dəyərində blenderin, 1 ədəd 250 manat dəyərində sobanın, 1 ədəd 1200 manat dəyərində “Samsung” markalı soyuducunun, 1 ədəd 600 manat dəyərində “LG” markalı paltaryuyanın, 1 ədəd 700 manat dəyərində “Samsung” markalı televizorun, 1 ədəd 900 manat dəyərində “Samsung” markalı kondisionerin, 1 ədəd 300 manat dəyərində elektrik sobasının, 3 dəst 100 manat dəyərində qazan dəstinin, 2 dəst 70 manat dəyərində çaydanın, 1 ədəd 50 manat dəyərində qutuda və 2 ədəd əlavə məcməilərin, 2 ədəd 30 manat dəyərində teştlərin (mürəbbə bişirənin), 1 ədəd 20 manat dəyərində dördayaq oxlovun, 1 ədəd 10 manat dəyərində aşsüzənin, 1 ədəd 200 manat dəyərində çemodan qaşıq dəstinin, qaşıq dəstinin, 100 manat dəyərində stəkanların (12 ədəd armudu və 12 ədəd böyük), 12 ədəd 10 manat dəyərində şirə bakalın, 1 ədəd 3 manat dəyərində ələyin, 6 ədəd 20 manat dəyərində boşqabın, 1 ədəd 20 manat dəyərində çaydanın, 1 ədəd 18 manat dəyərində tefal tavanın, 20 manat dəyərində asma qaşıq dəstinin, 1 ədəd 10 manat dəyərində alüminum qazanın, 5500 manat dəyərində yataq dəstinin, habelə mebelin (taxt, şifoner, 2 ədəd tumbo, 1 ədəd termo, 2 ədəd künclük), 230 manat dəyərində uşaq mebelinin (1 ədəd kravat, 1 ədəd siyirməli şkaf), 2 ədəd 400 manat dəyərində xalçanın, 2 dəst 100 manat dəyərində yorğanın, 2 dəst 70 manat dəyərində döşəyin, 4 ədəd 50 manat dəyərində yastığın, 4 ədəd 30 manat dəyərində nalçanın, 50 manat dəyərində uşaq üçün 1 balışın, 1 ədəd döşəyin, 1 ədəd yorğanın, 2 dəst 70 manat dəyərində örtüyün, 4 dəst 120 manat dəyərində yataq dəstinin, 6 ədəd 120 manat dəyərində süfrənin, 12 ədəd 50 manat dəyərində əl-üz dəsmalının, 4 ədəd 80 manat dəyərində hamam dəsmalının, 2 ədəd 700 manat dəyərində otaq üçün pərdələrin, əşyaların, o cümlədən 1 ədəd 30 manat dəyərində divar saatının, 1 ədəd 15 manat dəyərində gecə lampasının, 1 ədəd 30 manat dəyərində hava feninin, 1 ədəd 35 manat dəyərində ütü feninin, 1 ədəd 40 manat dəyərində ütü stolunun, 1 ədəd 30 manat dəyərində sandığın, 1 ədəd 12 nəfərlik 600 manat dəyərində masanın, 1 ədəd 6 nəfərlik 420 manat dəyərində stulların, 1 ədəd 150 manat dəyərində çılçırağın, 1 ədəd 50 manat dəyərində gecə lampasının, 1 ədəd 20 manat dəyərində güldanın, 10 manat dəyərində vannaların, 1 ədəd manat dəyərində çörək qabının, 1 ədəd 5 manat dəyərində paltar setkasının, 1 ədəd 60 manat dəyərində uşaq otağı üçün xalçanın, 1 ədəd 30 manat dəyərində çemodanın, 1 ədəd 10 manat dəyərində döşəmə silənin, 1 ədəd 100 manat dəyərində paltonun, 1 ədəd 50 manat dəyərində gödəkcənin, 1 ədəd 10 manat dəyərində zibil vedrəsinin, 30 manat dəyərində vanna dəstinin, 20 manat dəyərində termo stulunun, 1 ədəd 10 manat dəyərində lampanın (gəlinlik), 1 ədəd 50 manat dəyərində güzgünün və şamdanlarından ibarət əşyaların özünün və ya dəyərinin Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1 ədəd çəkisi 4,5 qram, 750 əyarlı qiyməti 600 manat olan barmaqçanın (nişan brilliant qaşla), 1 ədəd çəkisi 3,5 qram, 583 əyarlı qiyməti 265 manat olan üzüyün, 1 ədəd çəkisi 2,8 qram, 583 əyarlı qyməti 210 manat olan üzüyün, 1 ədəd çəkisi 3,8 qram, 585 əyarlı qiyməti 325 manat olan üzükdən ibarət qızıl-zinət əşyalarının və 1 ədəd 900 manat dəyərində “Samsung” markalı kondisionerin cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 51.3-cü maddəsinə əsasən, başqa cavabdehin cəlb edilməsi zərurəti olarsa, məhkəmə qətnamə çıxarana kimi iddiaçının razılığı ilə həmin cavabdehi işə cəlb edə bilər. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı Babayeva (Hacıyeva) Yaqut Tahir qızı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh1lə 19 sentyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq evlənmiş, 30 sentyabr 2013-cü il tarixdə oğlan toyundan sonra isə cavabdehlərə məxsus Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 50 nömrəli binanın 55-ci mənzilinə gəlin köçmüşdür. Cavabdeh1lə birgə nikahdan 01 yanvar 2015-ci il tarixdə Nəzirə, 17 may 2018-ci ildə isə Ömür adlı iki qız övladları doğulmuşdur. 2020-ci ilin avqust ayında Cavabdeh1 başqa qadınla münasibətləri olmasını bildikdən sonra, aralarında olan münasibətlər pisləşmiş, həmin ayın 20-də qardaşı Mahir Babayev onu uşaqları ilə birlikdə valideynlərinin Quba rayonunun Gədikqışlaq kəndində yerləşən evinə aparmışdır. O, hal-hazıradək də övladları ilə birlikdə bu ünvanda yaşayır. Cavabdehlərlə birgə yaşadığı evi sonuncu dəfə tərk edərkən, özü ilə qızıl-zinət əşyalarının bir qismini və geyim əşyalarını götürə bilsə də, digər əşyalar cavabdehlərə məxsus yuxarıda göstərilən ünvanda qalmış, yalnız məhkəməyə müraciət etdikdən sonra, cehiz əşyalarını özü ilə apara bilmişdir. Lakin qızıl-zinət əşyaları ona qaytarılmamışdır. Tələb etdiyi qızıl-zinət əşyalarının hamısı 08 sentyabr 2013-cü il tarixdə Qubada onun üçün keçirilən qız toyu mərasimində cavabdehlər tərəfindən ona hədiyyə olunmuş və üzərinə taxılmışdır. Belə ki, Rusiya istehsalı, 750 əyarlı, qiyməti 600 manat, çəkisi 4,5 qram olan 1 ədəd nişan üzüyü (brilliant qaşlı barmaqça) Cavabdeh1 tərəfindən həmin gün barmağına taxılmışdır. Rusiya istehsalı, 583 əyarlı, çəkisi 3,5 qram, qiyməti 265 manat olan, 1 ədəd adi qaşlı üzük (qaynana hədiyyəsi), Rusiya istehsalı, 583 əyarlı, çəkisi 2,8 qram, qiyməti 210 manat olan 1 ədəd adi qaşlı üzük, Rusiya istehsalı, 585 əyarlı, çəkisi 3,8 qram, qiyməti 325 manat olan 1 ədəd qaşsız üzük də elə həmin gün keçirilmiş toy mərasimində cavabdehlər tərəfindən ona hədiyyə olunaraq, sonuncuların qohumları tərəfindən üzərinə taxılmışdır. Sadaladığı qızıl-zinət əşyalarını 2019-cu ilin dekabr ayında keçmiş qaynanası Cavabdeh2 (həmin vaxt evdə ikisindən başqa adam olmamışdır) günorta vaxtları lombarda qoymaq məqsədilə ondan istəyərək, 1-2 aya geri qaytaracağını bildirmişdir. O, bu barədə Cavabdeh1 də bir söz bildirməmişdir. Cavabdeh2 qızılları qaytarmadığını görüb, iki dəfə müxtəlif vaxtlarda qızılları sonuncudan tələb etsə də, cavabdeh qızılları ona qaytarmaqdan imtina etmişdir. Hazırda sadaladığı qızıl-zinət əşyalarını Cavabdeh2 tələb edir. Bundan başqa, 01 yanvar 2016-cı il tarixdə atası Tahir Babayev 900 manat dəyərində “Samsung” markalı 1 ədəd 80 kv.metrlik kondisioneri böyük qızının 1 yaşının tamam olması münasibətilə onlara hədiyyə vermişdir. Həmin kondisioneri 2018-ci ilin may-iyun aylarında Cavabdeh1 sataraq, pulunu şəxsi borcları üçün xərcləmişdir. Həmin vaxt bu evin gəlini olduğu üçün ciddi etiraz etməmişdir. Kondisionerin pulunu Cavabdeh1 tələb edir. Ona görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Elgün Əlixanlı hüquqlarını təmsil etdiyi iddiaçı Yaqut Babayevanın (Hacıyevanın) qeyd etdiyi xüsusatları bir daha təsdiq etməklə, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, 19 sentyabr 2013-cü il tarixdə oğlu Cavabdeh1 iddiaçı ilə rəsmi nikaha daxil olaraq evlənmiş, 30 sentyabr 2013-cü il tarixdə oğlan toyundan sonra isə iddiaçını onlara məxsus Siyəzən şəhərinin T.İsmayılov küçəsindəki 50 nömrəli binanın 55ci mənzilinə gəlin gətirmişdir. Birgə nikahdan onların 01 yanvar 2015-ci il tarixdə Nəzirə, 17 may 2018-ci ildə isə Ömür adlı iki qız övladları doğulmuşdur. Günlərin birində onun iş çantasından iki ədəd üzük itmişdir (biri onun özünün, biri kiçik qızı Fərqanənin olmuşdur). O, evdə gəlin olduğu üçün ayıb hesab edib, bunu heç kəsə bildirməmişdir. Sonradan Sədan kəndində müəllimə işləyən böyük gəlini (sonuncu həmin vaxt əri olan böyük oğlu ilə birgə kirayədə qalırdı) qızılları itməsin deyə onları saxlamaq üçün ona vermişdir. Bundan sonra, böyük gəlninin də qızılları evdən itmiş, nə qədər axtarsalar da, onları tapa bilməmişlər. Bu hadisədən təxminən 2 ay keçdikdən sonra Siyəzən rayonu, Böyük Həmyə kəndindən evinə qayıtdıqda İddiaçı həmin qızılları tapdığını bildirərək ona vermişdir. Bu söhbətdən təxminən 2 il keçdikdən sonra, iddiaçı nişan üzüyünün itdiyini bildirmişdir. Bu yaxınlarda oğlu Rəfailin nişan üzüyü (brilliant qaşlı) və qızıl qol saatı da itmişdir. Sonradan, iddiaçı Yaqut Babayeva (Hacıyeva) üzük və saatı atası Tahirə verdiyini bildirmişdir. Bundan başqa, iddiaçının hazırkı iddia ərizəsində ondan tələb etdiyi qızıl-zinət əşyaları, həqiqətən, 08 sentyabr 2013-cü il tarixdə Qubada keçirilən qız toyu mərasimində tərəflərindən hədiyyə olunaraq İddiaçı üzərinə taxılmışdır. Qızıl-zinət əşyalarının qiyməti də, təxminən iddiaçının qeyd etdiyi məbləğdədir. Lakin, həmin qızıl-zinət əşyaları heç vaxt iddiaçı tərəfindən ona verilməmiş və bu barədə iddiaçının iddia ərizəsində və izahatında göstərilənlər həqiqəti əks etdirmir. Eyni zamanda, tələbdə göstərilən kondisioneri iddiaçı və oğlu, Cavabdeh1 qarşılıqlı razılığa əsasən Vüqar adlı qonşularına 800 manata satmış, 100 manatını isə iddiaçı ilə birgə xərcləmişlər. Oğlu ilə gəlninin israf etməmələrinə görə, qalan pulu onlardan alaraq, saxlamaq üçün böyük qızı Ofelyaya vermişdir. İddiaçı isə həmin pulu qızı Ofelyadan hissə-hissə alaraq öz dişlərini müalicə və müayinə etdirmişdir. Belə ki, 3 dəfə 100, 1 dəfə 200 manat olmaqla, ümumilikdə 500 manat pulu iddiaçı Yaqut Babayeva (Hacıyeva) özü, qalan 200 manat pulu isə Yaqutun razılığı ilə oğlu Rəfail bacısı Ofelyadan almışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 digər cavabdeh anası Cavabdeh2 izahatında qeyd edilən xüsusatlarla razı olduğunu bildirib, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin, iddiaçının nümayəndəsi və vəkilinin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, şahid X5 ifadəsində göstərdi ki, tərəflərlə qonşu olduğu üçün onları tanıyır. Təxminən 2018-2019-cu ilin may ayında (ili dəqiq xatırlamır) ər-arvad olan qonşuları Cavabdeh1 və Yaqut Babayeva (Hacıyeva) “Samsung” markalı kondisionerlərini satmaq istədiklərini bildirmiş, o da özünə məxsus olan mağazada satmaq üçün bu kondisioneri 800 manata almaq barədə onlarla razılaşmışdır. Daha sonra, bu pulu qonşuları Cavabdeh1 və İddiaçı yaşadıqları evdə, onların hər ikisinin yanında masanın üzərinə qoymuşdur. Həmin vaxt İddiaçı onun yanında kondisionerin satılmasına etiraz etməmişdir. Məhkəmə iclasında şahid X3 ifadəsində göstərdi ki, iddiaçı Yaqut Babayeva (Hacıyeva) qardaşı Cavabdeh1 keçmiş arvadıdır. 2018-ci ilin sentyabr ayında anası Cavabdeh2 qardaşı və gəlinləri Yaqutun satdıqları kondisionerin pulundan 700 manatı evində saxlamaq üçün ona vermişdir. Elə həmin ilin sentyabr ayında da iddiaçı həmin puldan 300 manatını Quba rayonunun Gədikqışlaq kəndində, 2 dəfə isə müxtəlif vaxtlarda hər dəfə 100 manat olmaqla, cəmi 200 manat pulu, ümumilikdə 500 manat pulu ondan almış, o, isə iddiaçıdan bunun səbəbini soruşmamışdır. Qalan 200 manat pulu isə qardaşı Rəfail ondan istəmiş, o da zəng edərək iddiaçının razılığını aldıqdan sonra, bu pulu qardaşına vermişdir. İşdə olan fiziki şəxs X2 tərəfindən 13 noyabr 2020-ci il tarixdə tərtib edilmiş aktdan görünür ki, 1 ədəd çəkisi 4,5 qram, 750 əyarlı barmaqçanın (nişan brilliant qaşla) bazar qiyməti təxminən 600 manat, 1 ədəd çəkisi 3,5 qram, 583 əyarlı üzüyün qiyməti 265 manat, 1 ədəd çəkisi 2,8 qram, 583 əyarlı üzüyün qiyməti 210 manat, 1 ədəd çəkisi 3,8 qram, 585 əyarlı üzüyün qiyməti 325 manat hesablanmışdır. İşdə olan Siyəzən Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadının icrası ilə bağlı 12 mart 2021-ci il tarixdə tərtib edilmiş aktın surətindən görünür ki, iddia ərizəsində sadalanmaqla, ünvan 1 ünvanında olan əmlaklar siyahıya alınıb, üzərinə həbs qoyularaq saxlanması üçün Cavabdeh2 təhvil verilmiş, lakin, qızıl-zinət əşyaları, 1 ədəd 900 manat dəyərində “Samsung” markalı kondisioner, 12 ədəd armudu stəkan, 1 ədəd 20 manat dəyərində çaydan ünvanda olmadığı üçün üzərilərinə həbs qoyulması mümkün olmamışdır. İşdə olan 13 noyabr 2020-ci il tarixli qəbzdən görünür ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərkən 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, hazırkı mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını MM-in 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur. MM-in 157.2-ci maddəsindən irəli gələn tələb etmə hüququnu yaradan üç dispozisiya şərti isə aşağıdakılardan ibarətdir: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğu sübut edilməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdiyi hallara münasibətdə iddiaçının üzərinə düşür. Çünki, iddiaçı sonuncu iddia tələbində qızıl-zinət əşyalarının qaytarılmadığını qeyd etsə də, həmin əşyaların cavabdehin qanunsuz istifadəsində olmasında dair hər hansı bir mötəbər sübutu və ya sənədi məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli 1 ədəd 900 manat dəyərində “Samsung” markalı kondisionerin iddiaçı Yaqut Babayevanın (Hacıyevanın) və Cavabdeh1 qarşılıqlı razılğı əsasında 2018-ci ilin may-iyun aylarında qonşuları X4 800 manata satılması, habelə həmin məbləğin ailənin ehtiyacları üçün sərf edildiyi işin mübahisələndirilməyən hallardandır. Çünki, mübahisələndirilməyən bu hal iddiaçının özü tərəfindən etiraf edilməklə, yanaşı işin faktiki halları, eləcə də şahid ifadələri ilə də tam təsdiqini tapır. Yəni, mübahisəli “Samsung” markalı kondisioner 2018-ci ilin may-iyun aylarında şifahi alqı-satqı müqaviləsi əsasında iddiaçı Yaqut Babayeva (Hacıyeva) və Cavabdeh1 tərəfindən sərbəst iradə ifadə edilib, satılarkən tərəflər rəsmi nikah münasibətlərində olmaqla birgə yaşamış və həmin dövrdə onlar arasında ailə münasibətləri pozulmamışdır. Həmçinin, qeyd edilən kondisioner satılarkən iddiaçı Yaqut Babayevanın (Hacıyevanın) əşyanın satışına hər hansı bir formada etiraz etməsi müəyyən edilməmiş, satışdan əldə edilmiş vəsait hesabına ailənin ehtiyacları qarşılanmış, bu zaman Cavabdeh1 tərəfindən edilən hərəkətlərdə onun iddiaçıya ziyan vurmaq niyyəti olmamış, həmçinin cavabdehin hüququndan sui-istifadə etməsi halı müəyyən edilməmişdir. Eyni zamanda, qeyd edilən kondisionerin satışından əldə edilmiş vəsait sərf edilərkən bu halla bağlı həmin dövürdə tərəflər arasında mübahisənin olmaması göstərilənləri bir daha təsdiq edir. Bundan başqa, Yaqut Babayeva (Hacıyeva) kondisionerin satışını, eləcə də satışdan əldə edilən vəsaitin miqdarını və həmin vəsaitin necə sərf edildiyini bilmiş və ya bilməli olmuş və həmin dövrdə bununla razılaşaraq mövcud vəziyyətə etiraz etməmişdir. Bu hal isə iddia tələbinin 1 ədəd 900 manat dəyərində “Samsung” markalı kondisionerin və ya onun dəyərinin Cavabdeh1 alınmaqla, iddiaçıya verilməsi hissəsində təmin edilməsini istisna edir. Həmçinin, məhkəmə iddia tələbinin qızıl-zinət əşyaları, o cümlədən 1 ədəd çəkisi 4,5 qram, 750 əyarlı, Rusiya istehsallı barmaqça (nişan brilliant qaşla), 1 ədəd çəkisi 3,5 qram, 583 əyarlı, Rusiya istehsallı üzük, 1 ədəd çəkisi 2,8 qram, 583 əyarlı, Rusiya istehsallı üzük, 1 ədəd çəkisi 3,8 qram, 585 əyarlı, Rusiya istehsallı üzüklə bağlı hissəsinə münasibətdə qeyd edir ki, qızıl-zinət əşyalarının Cavabdeh2 qaldığına dair iddiaçının təqdim etdiyi sübut yalnız onun izahatı ilə məhdudlaşır. Nəzərə alınmalıdır ki, iddiaçı hazırkı tələblə daha əvvəl, yəni cavabdehlərlə etibarlı ailə münasibətlərində yaşadıqları dövrdə deyil, məhz Cavabdeh1lə aralarında olan nikah münasibətlərinin faktiki olaraq pozulmasından sonra çıxış etmişdir. Bu baxımdan məhkəmə nəzərə alır ki, sübutetmə yükünün iddiaçıda olmasına baxmayaraq o, qızıl-zinət əşyalarının Cavabdeh2 qanunsuz sahibliyində saxlanıldığını mötəbər şəkildə sübut edə bilməmişdir. Bundan əlavə, Siyəzən Rayon Məhkəməsinin 01 mart 2021-ci il tarixli qərardadının icrası ilə bağlı 12 mart 2021-ci il tarixdə tərtib edilmiş aktda da iddiaçıya məxsus olmaqla, iddia ərizəsində göstərilmiş mübahisəli qızıl-zinət əşyalarının tərəflərin birgə yaşamış olduqları ünvan 1 ünvanında olan əmlakların sırasında olmadığı göstərilmişdir. Belə olan halda, tələb edilən qızıl-zinət əşyalarının Cavabdeh2 qanunsuz istifadəsində olması, bununla da, sonuncu tərəfindən iddiaçının mülkiyyət hüquqlarının pozulması istisna edilir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsaəsn fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin tmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə toplanmış sübutlara qeyd edilən hüquq normalarına müvafiq məcmu halında qiymət verərək hesab edir ki, iddiaçı Babayeva (Hacıyeva) Yaqut Tahir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və əmlak” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmçinin, məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Babayeva (Hacıyeva) Yaqut Tahir qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “qızıl-zinət əşyaları və əmlak” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməsin. İddia tələbi üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu iddiaçı Babayeva (Hacıyeva) Yaqut Tahir qızına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Siyəzən Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən : Bəylər Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar