Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1078/2021 04.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə» dair ilkin iddia ərizəsi və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit üzrə borcun restruktizasiyasının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh6 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə» dair ilkin iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-ci il 12 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 12354.01 manat əsas, 9042.28 manat faiz, 2326.06 manat cərimə, kredit müqaviləsi üzrə 12.09.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1228.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24950.4 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibadət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, X1, Hacıyeva (Tumasova) Aytəkin Rauf qızının, X2, Cavabdeh1, Cavabdeh6 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh2, X1, Hacıyeva (Tumasova) Aytəkin Rauf qızının, X2, Cavabdeh1, Cavabdeh6 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit üzrə borcun restruktizasiyasının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, onunla İddiaçı ASC arasında 12.09.2014-cü il tarixli kredit müqaviləsi əsasında verilmiş kredit borcu ilə bağlı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən restruktizasiyanın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-ci il 12 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nin “4 saylı” filialından illik 25%-lə, 48 ay müddətinə 17500 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzili 2014-ci il 12 sentyabr tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-ci il 12 sentyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci il sentyabrın 08-dək Cavabdeh1 2014-ci il 12 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 12354.01 manat əsas, 9042.28 manat faiz, 2326.06 manat cərimə, kredit müqaviləsi üzrə 12.09.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1228.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24950.40 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçınr. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. 12 sentyabr 2014-ci il tarixli kredit müqaviləsi qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımnca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər Banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsi məhkəmədən xahiş edilir. Cavabdeh1 məhkəmə iclasında ilkin iddia tələbini qəbul etmədi və qarşılıqlı iddia tələbini müdafiə edərək göstərdi ki, o, ilkin iddia tələbini qəbul etmir və bildirir ki, bu iddiadan qabaq iddiaçı bir dəfə də eyni iddia tələbi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət etmiş, həmin iddia tələbləri Sumqayıt şəhər Məhkəməsinin 09.01.2019-cu il tarixli qətnaməsi ilə təmin edilsə də qətnamədən apelyasiya şikayəti verilmiş, apelyasiya məhkəməsinin 20.06.2019-cu il tarixi qərardadı ilə Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ləğv olunmuş və iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardadı qəbul edən məhkəmə «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinad etmiş, buna səbəb isə onun bankdan götürmüş olduğu kreditin həmin fərmanın təsiri altına düşməsi olmuşdur. Yəni bankın üzərinə vəzifə qoyulmuşdur ki, bank ona və digər cavabdehlərə münasibətdə həmin fərmanda qoyulmuş tələblərə əməl etsin. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanı ilə devalvasiyalardan qabaq götürülmüş kreditlərə görə fiziki şəxslərə kompensasiyaların ödənilməsi qaydası müəyyən olunmuşdur. Həmin Fərmana əsasən fiziki şəxslərin banklara 17000 manata və 10000 ABŞ dollarınadək olan borcları onun təsiri altına düşmüş hesab edilmişdir. Həmin fərmanla banklara tövsiyə edilmişdir ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif efsinlər, fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər, borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verməsi həvalə edilmişdir. Restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi, güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi, məhkəmədə olan işlərin geri çağırılması dedikdə vaxtı keçmiş kredit borcları ilə bağlı məhkəmələrdə olan iddialardan imtina edilməsi və icra sənədi üzrə icraata xitam verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin və “İcra haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tədbirlər görülməsi nəzərdə tutulur. Lakin qarşı tərəf fərmandan irəli gələn öhdəlikləri yerinə yetirməmiş, onun kredit üzrə borcunun restruktizasiyasını aparmadan yenidən məhkəmədə ona qarşı eyni iddia tələbi ilə çıxış etmişdir. O, bu müddət ərzində müvafiq sənədləri toplayaraq cavabdeh bank təşkilatında olmuş, onlardan restruktizasiyanın aparılmasını xahiş etmiş, lakin bank hər dəfə bir bəhanə gətirməklə bu, məsələni uzatmış, sonda da hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə hesab edir ki, qaldırılmış iddia əsassızdır və Sumqayıt Apelyasiya Məhkəməsinin qanun qüvvəsini almış 20.06.2019-cu il tarixli qərardadında müəyyən edilmiş hallar nəzərə alınaraq banka olan borcun restruktizasiyasının aparılması vəzifəsi cavabdehin üzərinə qoyulması haqqında qətnamə qəbul edilməlidir. Qeyd olunanlara əsasən məhkəmədən onunla İddiaçı ASC arasında 12.09.2014-cü il tarixli kredit müqaviləsi əsasında verilmiş kredit borcu ilə bağlı «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019- cu il tarixli Fərmanına əsasən restruktirizasiyanın aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ilkin iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasında Cavabdeh1 izahatına oxşar izahat verdilər. Digər cavabdehlər Cavabdeh4, X5 və Cavabdeh6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, 2014-ci il 12 sentyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx” İKB ASC-nin “4 saylı” filialından illik 25%-lə, 48 ay müddətinə 17500 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, Borcun təminatı olaraq, Cavabdeh2 mülkiyyətindəki Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzili 2014-ci il 12 sentyabr tarixli ipoteka müqaviləsilə yüklii edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. İş materiallarında olan 08.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə 12354.01 manat əsas, 9042.28 manat faiz, 2326.06 manat cərimə, kredit müqaviləsi üzrə 12.09.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1228.05 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24950.4 manat məbləğində kredit borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş RX seriyalı, 04909013 nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin, 5 nömrəli mənzili “xxxx” İKB-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi üçün xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC tərəfindən verilmiş 19.04.2021-il tarixli rəydən görünür ki, Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin, 5 nömrəli mənzilinin bazar dəyəri, 72.000 manat, mənzilin likvid qiyməti isə 61.000 manat müəyyən edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Məhkəmə hesab edir ki, iddia tələbinin 9042.28 manat faiz, 2326.06 manat cərimə, kredit müqaviləsi üzrə 12.09.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 1228.05 manat məbləğində əldən çıxmış faydanın Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsi rədd edilməlidir. Belə ki, işdən görünür ki, Cavabdeh1 kredit borcu “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. 431.2. Kreditor üçüncü şəxsin təklif etdiyi icranı, əgər borclu bunun əleyhinədirsə, qəbul etməyə bilər. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının 1-ci bəndi. Fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin. Həmin Fərmanın 5.1. bəndi. Bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000,0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Fərmanın 5.2. bəndi. Bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsini təmin etsin. Fərmanın 6.1. bəndi. Bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Fərmanın 6.2. bəndi. Fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Fərmanın 6.3. bəndi. Borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Fərmanın preambulasında həmin sənədin qəbul edilməsini zəruri edən hallar qeyd olunur. Orada deyilir ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Son dövrdə respublikada makroiqtisadi sabitliyin təmin olunması, iqtisadi inkişaf templərinin bərpa edilərək artması və maliyyə imkanlarının genişlənməsi digər sahələr kimi, əhalinin xarici valyutada olan ödəmə vaxtı keçmiş kredit borclarının ödənilməsinə də dövlət dəstəyi göstərilməsi üçün şərait yaratmışdır. Göründüyü kimi həmin Fərman onun təsir dairəsinə düşən şəxslərin borclarının ödənilməsinə dövlət dəstəyi göstərilməsi məqsədi ilə qəbul edilmişdir. Dəstək göstərməkborcun ödənilməsinə dəstək kimi qəbul edilməlidir. Təsadüfi deyil ki, həmin Fərmanda dövlətin qarşılayacağı borcun əvəzi olaraq banklara külli miqdarda kredit ayrılması (qərarın 19-cu bəndi), bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000,0 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi təmin edilmişdir. Fərmana əsasən (qərarın 22-ci bəndi) banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görməli idilər. Fərmanda qeyd olunan faizlər dedikdə, bütün faizlər, əsas, cərimə və.s. faizlər nəzərdə tutulurdu. Qalan əsas məbləğə münasibətdə güzəştli şərtlərlə müqavilə bağlanması təklif olunurdu. Qeyd olunan fərmanda faizlərinin hansısa şərtlərlə silinməsi barədə müddəa nəzərdə tutulmamışdır. Fərmanın qəbul edilməsi ilə dövlət özü güzəşt olunan borcu (bütün faizləri) ödəmiş olur. Qərarın 16-17-ci bəndlərində qeyd olunan maddi hüquq normalarının hazırkı hala tətbiqi müzakirə olunmalıdır. Ona görə ki, Fərmanın tələblərinə uyğun olaraq dövlət öhdəliyin bir hissəsini ödəməyi öz üzərinə götürmüş və icra etmişdir. Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit üzrə borcun restruktizasiyasının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qarşılıqlı iddia ərizəsinə gəldikdə isə Məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi rədd edilməlidir. Belə ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalivasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli qərarının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müariciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatır. Bu baxımdan məhkəmə hesab edir ki, yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatdığından qarşılıqlı iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı Cavabdeh1 aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, ilkin iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-ci il 12 sentyabr tarixli kredit müqaviləsi üzrə banka 12354.01 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı tutulmalı, tutma Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibadət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilməli, həmin mənzilin likvid qiyməti 61.000 manat müəyyən edilməli, həmin mənzil açıq hərracdan satılmalı və borc Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməli, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməli, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, X4, Hacıyeva (Tumasova) Aytəkin Rauf qızı, X5, Cavabdeh1, Cavabdeh6 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilindən çıxarılmalı, həmin mənzil boşaldılmalı, ilkin iddia tələbi qalan hissədə və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit üzrə borcun restruktizasiyasının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qarşılıqlı iddia tələbi isə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 2014-ci il 12 sentyabr tarixli kredit müqaviləsi üzrə 12354.01 manat əsas borc, 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat və 20 manat xidmət haqqı tutulsun. Tutma Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibadət 1 nömrəli evin 5 nömrəli mənzilinə yönəldilsin, həmin mənzilin likvid qiyməti 61.000 manat müəyyən edilsin, mənzil açıq hərracdan satılsın və borc Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin, 5 nömrəli mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh2, X4, Hacıyeva (Tumasova) Aytəkin Rauf qızı, X5, Cavabdeh1, Cavabdeh6 Sumqayıt şəhəri, 47-ci məhəllədə yerləşən, 3 otaqlı, 64.71 kv.m ümumi, 39.6 kv.m yaşayış, 25.11 kv.m yardımçı sahədən ibarət 1 nömrəli evin 5 nömrəli mənzilindən çıxarılsınlar və mənzil boşaldılsın. İlkin iddia tələbi qalan hissədə və Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı “kredit üzrə borcun restruktizasiyasının aparılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qarşılıqlı iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV
Məhkəmə qərarları › İş №2(060)-1078/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1078/2021
04.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver