Məhkəmə qərarları › İş №2(060)-1079/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1079/2021

08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1079/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 24 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 5359.63 ABŞ dolları əsas, 6478.92 ABŞ dolları faiz, 1022.21 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 24.08.2018-ci il tarixdən 08.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 599.35 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 13460.11 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məxsus olan Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən, 3 otaqlı, 66.08 kv.m ümumi, 47.0 kv.m yaşayış, 19.08 kv.m yardımçı sahədən ibarət 30 nömrəli evin 10 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun həmin mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 məxsus olan mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında tərəflər məhkəməyə barışıq sazişi təqdim edərək işi barışıq yolu ilə yekunlaşdırmaq niyyətində olduqlarını, barışın sazişini təsdiq etməklə iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməsini xahiş etdilər. Məhkəməyə təqdim olunmuş İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 28 aprel 2021-ci il tarixli barışıq sazişinin şərtlərinə əsasən: Tərəflər Cavabdeh1 4-G l-l-0-501-15 saylı, 24 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 31.03.2021-ci il tarixinə olan borcu məbləği 4419,84 (dörd min dörd yüz on doqquz, səksən dörd sent) ABŞ dolları müəyyən edilərlər. Göstərilən 4419.84 (dörd min dörd yüz on doqquz, səksən dörd sent) ABŞ dolları borcun 1000 (bir min) ABŞ dolları məbləğində hissəsini Cavabdeh1 ilkin olaraq İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. Cavabdeh1 tərəfindən ilkin olaraq ödəniləcək 1000 (bir min) ABŞ dolları məbləği faiz və əsas borcdan silinsin. Cavabdeh1 3419.84 ABŞ dolları məbləğində ödənişi 30 noyabr 2021-ci il tarixinə qədər İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür. Cəmi 4419.84 (dörd min dörd yüz on doqquz, səksən dörd sent) ABŞ dolları ödəniş olunduğu təqdirdə kredit öhdəliyi tam icra olunmuş hesab edilir. Barışıq sazişi Cavabdeh1 tərəfindən tam icra olunduqda borcun olmaması haqqında arayış Cavabdeh1 təqdim olunsun. Bu sazişlə razılaşdırılmış qaydada İddiaçı ASC-nə 4419.84 (dörd min dörd yüz on doqquz, səksən dörd sent) ABŞ dolları məbləğində borc Cavabdeh1 tərəfindən ödənildiyi halda, cavabdehin iddiaçı qarşısında öhdəlikləri tam icra olunmuş hesab olunacaqdır. İpoteka ilə yüklü edilmiş əmlak girovdan azad olunacaqdır. Barışıq sazişində qeyd edilən qaydada və tarixdə Cavabdeh1 tərəfində banka olan borc məbləği tam ödənilsə borcun olmadığı haqqında arayış verilir. Məhkəmə xərcləri Cavabdeh1 tərəfindən ödəniləcəkdir. İddiaçı ASC-nin Cavabdeh1 və qeyrilərinə qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia tələbindən imtina edir. Azərbaycan Respublikası MPM-nin : 191.1. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdəşərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.2. Hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiacı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad cıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5. tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə iş üzrə icraata xitam verilir. 262.4. işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 262.5. iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, mülki iş üzrə tərəflərin imzalayaraq məhkəməyə təqdim etdikləri barışıq sazişi qanuna zidd deyil, hər hansışəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Ona görə də, barışıq sazişi təsdiq edilməli və mülki işüzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə tərəflər arasında bağlanmış aşağıdakı məzmunlu barışıq sazişi təsdiq edilsin:

1. Tərəflər Cavabdeh1 4-G l-l-0-501-15 saylı, 24 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 31.03.2021-ci il tarixinə olan borcu məbləği 4419,84 (dörd min dörd yüz on doqquz, səksən dörd sent) ABŞ dolları müəyyən edilir.

2. Göstərilən 4419.84 (dörd min dörd yüz on doqquz, səksən dörd sent) ABŞ dolları borcun 1000 (bir min) ABŞ dolları məbləğində hissəsini Cavabdeh1 ilkin olaraq İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür.

3. Cavabdeh1 tərəfindən ilkin olaraq ödəniləcək 1000 (bir min) ABŞ dolları məbləği faiz və əsas borcdan silinsin.

4. Cavabdeh1 3419.84 ABŞ dolları məbləğində ödənişi 30 noyabr 2021-ci il tarixinə qədər İddiaçı ASC-nin hesabına ödənilməsini öz öhdəsinə götürür.

5. Cəmi 4419.84 (dörd min dörd yüz on doqquz, səksən dörd sent) ABŞ dolları ödəniş olunduğu təqdirdə kredit öhdəliyi tam icra olunmuş hesab edilir.

6. Barışıq sazişi Cavabdeh1 tərəfindən tam icra olunduqda borcun olmaması haqqında arayış Cavabdeh1 təqdim olunsun.

7. Bu sazişlə razılaşdırılmış qaydada İddiaçı ASC-nə 4419.84 (dörd min dörd yüz on doqquz, səksən dörd sent) ABŞ dolları məbləğində borc Cavabdeh1 tərəfindən ödənildiyi halda, cavabdehin iddiaçı qarşısında öhdəlikləri tam icra olunmuş hesab olunacaqdır. İpoteka ilə yüklü edilmiş əmlak girovdan azad olunacaqdır. Barışıq sazişində qeyd edilən qaydada və tarixdə Cavabdeh1 tərəfində banka olan borc məbləği tam ödənilsə borcun olmadığı haqqında arayış verilir.

8. Məhkəmə xərcləri Cavabdeh1 tərəfindən ödəniləcəkdir.

9. Barışıq sazişinin şərtləri tərəflər üçün məcburidir, tərəflərə Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinin tələbləri aydındır.

10. Barışıq sazişi 3 nüsxədə tərtib edilib, tərəflər onu imzaladıqdan sonra sazişin bir nüsxəsi məhkəməyə təqdim olunur, digər nüsxələri isə sazişi imzalayan tərəflərdə saxlanılır. Mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar