Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1098/2022 10.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçı, İddiaçı vəkili-nümayəndəsi X1, Cavabdeh2, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 oğluna qarşı evin boşaldılması, evdən çıxarılma və evin açarlarının təhvil verilməsi tələbinə dair iddia ərizəsinə üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt Şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində iddiaçıya məxsus 255 kv.metr ölçüdə torpaq sahəsində inşa etdiyi obyektdən əşyaları ilə birlikdə çıxarılmaları, obyektin cavabdehlərin qanunsuz sahibliyindən götürülməsi, obyektin boşaldılması və açarlarının iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onun əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə şəhərin İnşaatçılar qəsəbəsi ərazisində aptek kimi istifadə etdiyi 255 kv.metr ölçüdə torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və həmin evdən istifadə ilə əlaqədar iddiaçı ilə Məmmədov Məmməd Musa oğlu arasında mübahisə yaranmışdır. 2017-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarına əsasən ona verilmiş 255 kv.metr ölçüdə torpaq sahəsində onun tərəfindən özünün yaşaması üçün fərdi yaşayış evi tikməsini, lakin cavabdeh Məmmədov Məmməd Musa oğlunun onun tərəfindən tikilmiş evi zəbt edərək onu evə buraxmamasını əsas göstərməklə sonuncunun həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-485/2018 saylı, 11 may 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Məmmədov Məmməd Musa oğlunun Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində iddiaçıya ayrılmış 255 kv.metr torpaq sahəsindən və orada inşa edilmiş fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Məmmədov Məmməd Musa oğlu qətnamədən apellyasiya və kassasiya şikayəti vermiş, lakin onun şikayəti təmin edilməmiş, məhkəmə qərarı icraya yönəlmiş, icra hərəkətləri həyata keçirilərkən məlum olmuşdur ki, X5 qanunsuz və əsassız olaraq iddiaçıya məxsus obyekti hazırki iş üzrə cavabdehlərə qeyri rəsmi olaraq satmış (dediklərinə görə) və onların da pullarını mənimsəmişdir. İcra sənədində adı qeyd olunan Məmmədov Məmməd Musa oğlunun isə həmin ünvanda yaşamadığı müəyyən olunmuşdur. Bu səbəbdən də qərar icra oluna bilməmişdir və iddiaçı yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin İzahatları: İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin yuxarıda şərh olunan məzmununa uyğun izahat verdi və iddanın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, Məmmədov Məmməd Musa oğlu özünə məxsus olmayan əmlakları qanunsuz olaraq cavabdehlər Cavabdeh2 və Cavabdeh1 satmaqla sonuncuları aldadaraq pul vəsaitlərini ələ keçirmişdir, ona görə də, iş üzrə xüsusi qərardad çıxarılmaqla , Məmmədov Məmməd Musa oğlunun əməlləri barədə xüsusi qərardad çıxarılmaqla bu barədə prokurora məıumat verilməlidir. İddiaçı nümayəndəsinin izahatına uyğun izahat verdi. Cavabdeh2 məhkəmə iclasında izahat verərək iddianı qəbul etdiyini qeyd etdi, bununla yanaşı bildirdi ki, Məmmədov Məmməd Musa oğlu adlı şəxsdən əl yazma sənədə əsasən 25000 manata ev almışdır. Sonradan ona məlum olmuşdur ki, Məmmədov Məmməd Musa oğlunun həmin evə heç bir hüququ omamışdır və hazırda başa düşmüşdür ki, Məmmədov Məmməd Musa oğlu onu aldatmışdır. Cavabdeh1 məhkəmə iclasında izahat verərək iddianı qəbul etmədiyini bildirdi, bununla yanaşı bildirdi ki, Məmmədov Məmməd Musa oğlu adlı şəxsdən əl yazma sənədə əsasən 17000 manata ev almışdır. Sonradan ona məlum olmuşdur ki, ev Məmmədov Məmməd Musa oğluna deyil Rəşad adlı şəxsə məxsusdur. Şahid ifadəsi: Məhkəmə iclasında şahid qismində dindirilən X2 bildirdi ki, İddiaçı tanımır, Cavabdeh2lə əmioğludur, eyni zamanda onun qaynatasıdır. 27.12.2019-cu ildə ev lazım olduğu üçün daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olan Əlvan adlı şəxslə avtovağzalda görüşmüşlər. Əlvan onlara sənədsiz ev olduğunu, sənədsiz evin dəyərini Məmməd və onun həyat yoldaşı Bahar Əliyeva ilə 25000 manata razılaşdıqlarını bildirdi. Məmməd onu həmin evə qeydiyyata salacağını, qaz, su, işığı onun adına keçirəcəyini bildirib. Məmməd bu prosesi etdikdən sonra tərəflərindən Məmmədə 22000 manat ödənildiyini, 3000 manatı da 7,8 ay ərzində 3 dəfəyə 1000 manat olmaqla ödədiklərini bildirdi. Qaz, su, işığı cavabdehin adına keçirmək üçün əlavə olaraq 200 manat, hasar üçün 200 manat, ümumilikdə 400 manat ödədiklərini, 2020-ci ilin fevral ayında həyat yoldaşı, qızı və onun 3 uşağı ilə birlikdə həmin evə köçdüklərini bildirdi. 2021-ci ilin aprel ayında onlara məlum olub ki, həmin ev İddiaçı məxsusdur. Bu hadisədən sonra Məmmədlə görüşdüyünü, bu məsələnin nə ilə bağlı olduğunu soruşduqda Məmməd ona “ narahat olma, iş məhkəmədədir, ev mənimdir, həll olacaq” dediyini bildirdi. İşin materiallarında olan: 09 dekabr 2021-ci il tarixli aktdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(0601- 485 saylı. 11.05.2018-ci il tarixli icra sənədinə əsasən cavabdeh Məmməd Musa oğlu Məmmədov Sumqayıt şəhər Bələdiyyəsinin 30.12.2005-ci il qərarı (protokol № 57) ilə tələbkar İddiaçı ayrılmış Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən (aptek kimi istifadə etdiyi) 255 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi tikilidən çıxarılmalıdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri borclu Məmmədov Musa Məmməd oğlundan tutularaq 60manat məbləğində pul Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyesteri Xidmətinin 100 manat məbləğində pul isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İcra sənədinin icrası ilə əlaqədar tərəfimizdən (Sumqayıt şəhəri. İnşaatçılar qəsəbəsi ərazisində yerləşən (aptek kimi istifadə etdiyi) 255 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi tikili) qeyd olunan ünvana baxış keçirildi və həmin ünvanda Cavabdeh2 (xx.xx.1984), Cavabdeh1 (xx.xx.1967) yaşadığı, icra sənədində qeyd olunan Məmmədov Məmməd Musa oğlunun həmin ünvanda yaşamadığı məlum olmuşdur. Azərbaycan Respublikasının DİN Sumqayıt ŞPİ 4-cü Polis Bölməsinin 17.12.2021-ci il tarixli, 20190M-1221 saylı məktubundan görünür ki, İddiaçı Əjdər oğluna məxsus Sumqayıt şəhəri inşaatçılar qəsəbəsi ərazisində yerləşən sahəsi 255 kv.metr olan torpaq sahəsində 2 ev var və orada yaşayan şəxslər ünvan 2 ünvanında qeydiyyatda olan, xx.xx.1967-ci il təvəllüdlü Cavabdeh1 (AA 0677745) və ünvan 3 ünvanında qeydiyyatda olan, xx.xx.1984-cü il təvəllüdlü Cavabdeh2dur (AA 2027704). 10.08.2020-ci il tarixli əlyazmanın surətindən görünür ki, qonşular X3, Qəmər Salmanova və Xıdırov ünvan 4 ünvanında yaşayan Cavabdeh2 və İsmayılova Günel ailəsi ilə birlikdə 12.02.2020-ci ildən həqiqətən yaşadıqlarını imzaları ilə təsdiq etmişlər. 27.12.2019-cu il tarixli əlyazmanın surətindən görünür ki, Əliyeva Bahar Bəbir qızı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Q.Qarayev 50 ünvanında yerləşən 2 otaqlı həyət evini satdığı üçün X4 ilə 25000 manata razılaşmış, 22000 manat almış, 3000 manatı 9 ay ərzində alacağını təsdiq etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ilə cavabdeh Məmmədov Məmməd Musa oğlu Sumqayıt şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı (protokol №57) ilə İddiaçı ayrılmış Sumayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən (aptek kimi istifadə etdiyi) 255 kv.m torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində inşa edilmiş fərdi tikilidən çıxarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdeh Məmmədov Məmməd Musa oğlundan tutularaq 60 manat məbləğində pul ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin (VÖEN: **********) 100 manat məbləğində pulun Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh M.M.Məmmədovun apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 24 sentyabr 2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh M.M.Məmmədovun apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması qərara alınmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 15 iyul 2021-ci il tarixli, 2(102)-3751/2021 saylı qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-112/2021 nömrəli iş üzrə 10 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən - Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən-Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əssən - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əssən - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əssən - Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-ci maddəsinə əssən- Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əssən - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əssən - Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə araşdırması zamanı müəyyən etdi ki, Sumqayıt Şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə şəhərin İnşaatçılar qəsəbəsi ərazisində aptek kimi istifadə etdiyi 255 kv.metr ölçüdə torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və həmin evdən istifadə ilə əlaqədar iddiaçı ilə Məmmədov Məmməd Musa oğlu arasında mübahisə yaranmışdır. 2017-ci ilin oktyabr ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarına əsasən ona verilmiş 255 kv.metr ölçüdə torpaq sahəsində onun tərəfindən özünün yaşaması üçün fərdi yaşayış evi tikməsini, lakin cavabdeh Məmmədov Məmməd Musa oğlunun onun tərəfindən tikilmiş evi zəbt edərək onu evə buraxmamasını əsas göstərməklə sonuncunun həmin evdən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-485/2018 saylı, 11 may 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Məmmədov Məmməd Musa oğlunun Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində iddiaçıya ayrılmış 255 kv.metr torpaq sahəsindən və orada inşa edilmiş fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Məmmədov Məmməd Musa oğlu qətnamədən apellyasiya və kassasiya şikayəti vermiş, lakin onun şikayəti təmin edilməmiş, məhkəmə qərarı icraya yönəlmiş, icra hərəkətləri həyata keçirilərkən məlum olmuşdur ki, X5 qanunsuz və əsassız olaraq iddiaçıya məxsus obyekti hazırki iş üzrə cavabdehlərə qeyri rəsmi olaraq satmışdır (dediklərinə görə) və həmin ünvanda yaşamır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hal hazırda İddiaçı məxsus əmlakda heç bir əsas olmadan yaşayıraq istifadə edirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt Şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində İddiaçı məxsus 255 kv.metr ölçüdə torpaq sahəsində inşa etdiyi obyektdən əşyaları ilə birlikdə çıxarılmalı, obyekt cavabdehlərin qanunsuz sahibliyindən götürülməli, obyekt boşaldılmalı və açarları İddiaçı təhvil verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Sumqayıt Şəhər Bələdiyyəsinin 30 dekabr 2005-ci il tarixli qərarı ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində İddiaçı məxsus 255 kv.metr ölçüdə torpaq sahəsində inşa etdiyi obyektdən əşyaları ilə birlikdə çıxarılsınlar. Obyekt cavabdehlərin qanunsuz sahibliyindən götürülsun, obyektin boşaldılsın və açarları İddiaçı təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1098/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1098/2022
10.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver