Məhkəmə qərarları › İş №2(060)-1110/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1110/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1110/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1941-ci il tarixdə anadan olmuş mərhum anası X1 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Axtı rayonu, Xryuq kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1941-ci il təvəllüdlü anası X4 xx.xx.2022-ci il tarixində Dağıstan Respublikası, Axtı rayonu, Xryuq kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn olunmuşdur. Hazırda bir sıra sosial problemlərin həll edilməsi üçün ölüm haqqında şəhadətnamə almaq zərurəti yaranmış, bununla əlaqədar 1 saylı Sumqayıt regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinə müraciət etmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid Şirin-zadə Rita Mahmud qızı ərizəçinin bacısı, mərhumun qızı olduğunu, anasının ölümündən 2 gün əvvəl onunla birgə Dağıstan Respublikasına getdiyini və xx.xx.2022-ci il tarixdə orada vəfat etdiyini, anasının 3 və 7 mərasimlərinin Dağıstan Respublikasında, 40 və il mərasimlərinin isə Azərbaycan Respublikasında keçirildiyini bildirdi. Məhkəmədə şahid Şirin-zadə Ənvər Böyük-Ağa oğlu ərizəçinin bacısının həyat yoldaşı olduğunu, mərhum Ceriya Süleymanovanı qohumlarını görmək istədiyi üçün Dağıstan Respublikasına göndərdiklərini, 2 gün sonra orada vəfat etdiyini və dəfn edildiyini, onun 40 və il mərasimlərinin Azərbaycan Respublikasında baş tutduğunu, həmin mərasimlərdə iştirak etdiyini bildirdi. Məhkəmədə şahid X7 ərizəçinin bacısı oğlu olduğunu, mərhum Ceriya Süleymanovanın vəziyyətinin pis olduğunu, doğulduğu torpaqda vəfat etmək istədiyi üçün Dağıstan Respublikasına aparıldığını, orada vəfat etdiyini, mərhumənin Azərbaycanda baş tutan 40 və il mərasimlərində iştirak etdiyini bildirdi. Məhkəmədə şahid X6 ifadəsində göstərdi ki, o, ərizəçi ilə 30 ildir ki ailəvi dostdurlar. Ərizəçinin anasının xəstə olduğunu bilmişdir. Mərhum Dağıstan Respublikası, Axtı rayonu, Xryuq kəndində rəhmətə getmiş və orada dəfn olunmuşdur. Ərizəçi və qardaşı hava yolu ilə Dağıstana getmişdirlər. Mərhumun 40 mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1941-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikasında anadan olmuşdur. Yaşayış yeri Sumqayıt şəh., H.Zeynalabdin qəs, 28 May, ev 7, m. 1-dir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Ərizəçi anası X2. - Rusiya Federasiyası Dağıstan Respublikası Səhiyyə Nazirliyi Axtı mərkəzi rayon xəstəxanası Xryuq kənd sahə xəstəxanasının verdiyi 11 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü X4 xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində Axtı rayonu, Xryuq kəndində vəfat etmişdir. Ölümün səbəbi kimi ürəyin dayanması müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli, 05/Q-4647-76 saylı məktubundan görünür ki, Ərizəçi X1 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Rusiya Federasiyası Dağıstan Respublikası, Axtı rayonu, Xryuq kənd şurasının verdiyi 114 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, xx.xx.1941-ci il təvəllüdlü X4 həqiqətən də xx.xx.2022-ci il tarixdə vəfat edib. Dağıstan Respublikası, Axtı rayonu, Xryuq kənd qəbirstanlığında dəfn olunmuşdur. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Sumqayıt tibb mərkəzi PHŞ 3 nömrəli xəstəxanasının verdiyi 259 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi anası xx.xx.1941-ci il təvəllüdlü X1 Rusiya Federasiyasında öldüyünü bildirmiş, xəstəxanaya gec müraciət etdiyinə görə ona ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. -1 saylı Sumqayıt regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ölmüş şəxsin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim etmədiyindən ona imtina olunmuş və faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X1 dövlət sərhədindən axırıncı hərəkəti barədə məlumat xx.xx.2022-ci ildə qeydə alınmışdır. - X1 pasportunun surətindən görünür ki, o, xx.xx.2022-ci il tarixdə ölkədən çıxmış, həmin tarixdə Rusiya Federasiyası “Yaraq-Kazmalar” X5 daxil olmuşdur. - Şirin-zadə Rita Mahmud qızının pasportunun surətindən görünür ki, o, xx.xx.2022ci il tarixdə ölkədən çıxmış, həmin tarixdə Rusiya Federasiyası “Yaraq-Kazmalar” X3 keçmişdir. xx.xx.2022-ci ildə isə həmin məntəqədən çıxmış və bu tarixdə də ölkəyə gəlmişdir. - Məhkəmə sorğusu əsasında məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Dövlər Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında Ərizəçi sonuncu dəfə xx.xx.2022-ci ildə ölkəyə girişi qeydə alınmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin anası xx.xx.1941-cü il təvəllüdlü X4 xx.xx.2022-ci ildə Rusiya Federasiyası, Dağıstan Respublikası, Axtı rayonu, Xryuq kəndində vəfat etmiş və həmin kəndin qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun övladı olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1941-ci il təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1941-ci təvəllüdlü X1 xx.xx.2022-ci il tarixdə Rusiya Federasiyası, Dağıstan Respublikası, Axtı rayonu, Xryuq kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar