Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1128/2021 08.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı «borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 4985.99 ABŞ dolları əsas, 7706.56 ABŞ dolları faiz, 1537.98 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 22.01.2018-ci il tarixdən 24.09.2020-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 869.45 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 15099.98 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi; tutmanın Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 2 otaqlı, 43.5 kv.m ümumi, 23.8 kv.m yaşayış, 19.7 kv.m yardımçı sahədən ibarət 197 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin fərdi yaşayış evinin açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 2 otaqlı, 43.5 kv.m ümumi, 23.8 kv.m yaşayış, 19.7 kv.m yardımçı sahədən ibarət 197 nömrəli fərdi yaşayış evinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 197 nömrəli fərdi yaşayış evinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2015-ci il 22 yanvar tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 “xxxx" İKB ASC-nin Sumqayıt filialından illik 27%-lə 36 ay müddətinə 10100 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 2 otaqlı, 43.5 kv.m ümumi, 23.8 kv.m yaşayış, 19.7 kv.m yardımçı sahədən ibarət 197 nömrəli fərdi yaşayış evi 2015-ci il 22 yanvar tarixli ipoteka müqaviləsilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 22 yanvar tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecıkdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2020-ci ilin sentyabrın 24dək Cavabdeh1 2015-ci il 22 yanvar tarixli kredit müqaviləsi üzrə banka 4985.99 ABŞ dolları əsas, 7706.56 ABŞ dollar faiz, 1537.98 ABŞ dollar cərimə olmaqla ümumilikdə 14230.53 ABŞ dolları borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddianı qismən qəbul edir. Bankla aralarında müqavilə bağlanmış, borc götürmüş, lakin ölkə ərazisində baş vermiş devalvasiya ilə əlaqədar pulu ödəməkdə çətinlik çəkmişdir, əgər bankla aralarında yeni cədvəl müəyyən edilərsə, borcu hissə-hissə ödəməyə razıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında göstərdi ki, yalnız yeni ödəniş qrafiki müəyyən ediləcəyi təqdirdə borcu ödəyə bilər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanılmış 22 yanvar 2015-ci il tarixli, 4- G-1-0-81-14 saylı Kredit müqaviləsinə əsasən kreditverən kreditalana 36 ay müddətinə, illik 27 faiz ödəmək şərti ilə 10.100 ABŞ dolları məbləğində kredit verməyi, kreditalan öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 24.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 banka olan əsas borcu 24 sentyabr 2020-ci il tarixədək 4985.99 ABŞ dolları əsas, 7706.56 ABŞ dolları faiz, 1537.98 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 22.01.2018-ci il tarixdən 24.09.2020ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 869.45 ABŞ dolları təşkil edir. Xəbərdarlıq məktublarından görünür ki, iddiaçı tərəfindən pretenziya qaydasına əməl edilmişdir. Beləliklə, məhkəmədə işin faktiki halları ilə müəyyən olundu ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi icra etmişdir, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında yerinə yetirməmiş, hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənişləri ödəməmişdir. Nəticədə cavabdehin iddiaçının qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Prezidentin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlıəlavə tədbirlər haqqında” Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizaşiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə X2 müraciəti əsasında, banklara 682.000.000 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215.000.000 (iki yüz on beş milyon) ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Göründüyü kimi araşdırılan mübahisə üzrə kredit müqaviləsi Fərmanın təsiri altına düşür. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi tam həcmdə təmin edilə bilməz, məhkəmə kredit öhdəliyi üzrə əsas borc tələbi ilə bağlı hisssədə iddianın təmin edilməsini qanuni hesab edir. Belə ki, qeyd olunan Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizaşiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə onlan işlərin geri çağrılmasını təmin edən tədbirlər görülməlidir. 8.9-cu bəndinə əsasən faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, penya) silinməsi nəzərdə tutulur. Məhkəmə hesab edir ki, araşdırılan mübahisə üzrə borc Fərmanın təsiri altına düşməklə, həmin kredit öhdəliyi üzrə tələb olunan faizlər və cərim silinmişdir, bu baxımdan iddiaçının qeyd olunan hissədə tələbi təmin oluna bilməz. Cavabdeh1 ilə «xxxx» İKB ASC arasında bağlanılmış 22 yanvar 2015-ci il tarixli, 4- G-1-0-81-14 saylı ipoteka müqaviləsinə əsasən, bağlanılmış 22 yanvar 2015-ci il tarixli Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 197 nömrəli fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka predmeti 20.000 manat məbləğində qiymətləndirilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında RX seriyalı, ******* nömrəli Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 197 nömrəli fərdi yaşayış evinə dair ipoteka yüklülüyü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 21 nömrəli reyestr kitabının 29 nömrəli vərəqində, 23.01.2015-ci il tarixdə qeydə alınmışdır. 12.08.2020-ci il tarixli ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən qeydə alınmışdır. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 197 saylı fərdi yaşayış evində qeydiyyatdadırlar. Bildirişlərdən görünür ki, Bank tərəfindən cavabdeh “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” xəbərdar edilmişdir. Məhkəmə Mülki Məcəllənin 269.1, 269.4, 319-cu maddələrinin və «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33, 34.1.1, 34.1.2, 39.3, 39.3.3, 59-cu maddələrinin göstərişlərinə əsasən tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsini qanununun tələblərinə uyğun hesab edir. “xxxx” MMC-nin ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsi, 197 saylı fərdi yaşayış evinin bazar dəyəri 38.000 manat, likvid dəyəri 32.500 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq ekspert rəyini sübut növü kimi qəbul edir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat və bildirişin DƏDRX-də qeydə alınması üçün 10 manat dövlət rüsumu, 20 manat xidmət haqqı ödəmişdir. İş materiallarından həmçinin görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 300 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş məhkəmə xərclərinin 40,20 manatı iddiaçıya aid edilməli, 19,80 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, qanunvericliyin hakim verilmiş tələblər üzrə qətnamə çıxarır göstərişinə əsaslanaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4985.99 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) əsas borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 19,80 manat tutulmalı, tutma Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 2 otaqlı, 43.5 kv.m ümumi, 23.8 kv.m yaşayış, 19.7 kv.m yardımçı sahədən ibarət 197 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin mənzil açıq hərracdan satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 32.500 (otuz iki min beş yüz) manat müəyyən edilməli, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilməli, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılmalı, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilməli, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılmalı və mənzil boşaldılmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Belə ki, məhkəmə cavabdehlərin ipoteka predmeti olan mənzilə istifadə hüquqlarının itirilməsi və mənzilin Banka təhvil verilməsinə dair tələbini əsassız hesab edir. Məhkəmənin qənaətincə qeyd olunan məsələ qanuni qüvvəyə minmiş məhkəmə aktının icrası zamanı «İcra haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq həll edilən bir məsələ olduğundan həmin hissədə iddia təmin edilməməlidir. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 99 manat Cavabdeh1, 201 manat «xxxx» ASC-dən tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçıASC-nin xeyrinə 22 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4985.99 (dörd min doqquz yüz səksən beş ABŞ dolları doxsan doqquz sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) əsas borc və ödənilmiş məhkəmə xərclərinin əvəzi olaraq 19,80 (on doqquz manat səksən qəpik) manat tutulsun. Tutma Cavabdeh1 məxsus Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən, 2 otaqlı, 43.5 kv.m ümumi, 23.8 kv.m yaşayış, 19.7 kv.m yardımçı sahədən ibarət 197 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin mənzil açıq hərracdan satılsın, ipoteka predmetinin ilkin satış qiyməti 32.500 (otuz iki min beş yüz) manat müəyyən edilsin, hərrac üzrə xərclər satışdan əldə olunan vəsaitdən çıxıldıqdan sonra bankın iddia tələbi satılmış əmlak hesabına ödənilsin, iddiaçının tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh1 qaytarılsın, ipoteka predmetinin satışından əldə olunan vəsait iddiaçının tələbinin ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ Cavabdeh1 alınaraq İddiaçı ASC-yə ödənilsin, ipoteka predmeti olan mənzilə tutma yönəldikdə və o, satıldıqdan sonra 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 çıxarılsınlar və mənzil boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Mülki iş üzrə aparılmış məhkəmə–əmtəəşünaslıq tədqiqatının dəyərinin əvəzi olaraq 99 (doxsan doqquz) manat Cavabdeh1, 201 (iki yüz bir) manat «xxxx» ASC-dən tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilsin.. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1128/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1128/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver