Məhkəmə qərarları › İş №2(060)-1159/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1159/2022

09.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1159/2022 09.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Xalid Vüqar oğlu Mirzəzadənin katibliyi, Ərizəçi, onun nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, İbrahimov Telman Həmdulla oğlu onun qardaşıdır. İbrahimov Telman Həmdulla oğlunun onun qardaşı olmasını ona məxsus A3 136601 №-li doğum haqqında şəhadətnamə təsdiq edir. Mərhum qardaşı 24.05.1967-ci ildə Sumqayıt şəhərində ev şəraitində vəfat etmiş, Sumqayıt qəbirstanlığında el adəti ilə dəfn olunmuşdur. O, qardaşının ölüm faktını təsdiq edən sənəd almaq üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etsə də, ölümünü təsdiq edən həkim arayışı olmadığına görə qeydiyyat şöbəsi ölümün qeydə alınmasından imtina etmiş və bu barədə imtina məktubu verərək məhkəməyə mraciət etməyi ona bildirmişdir. Hal-hazırda ölüm faktını təsdiq edən şəhadətnamə ona bəzi sosial məsələlərin həlli üçün lazımdır. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən 1967-ci il təvəllüdlü İbrahimov Telman Həmdulla oğlunun ölüm faktının təsdiq edilməsi və ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək iddia ərizəsinin “xahiş edirəm” hissəsində mərhumun ölüm tarixinin 01.07.1971-ci il olaraq müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi və onun nümayəndəsi X3 iddia ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Sumqayıt şəhər qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Sumqayıt şəhər qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi, onun nümayəndəsi X3 və şahidlərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahat verərək bildirdi ki, mərhum İbrahimov Telman Həmdulla oğlunun onun qardaşıdır. Ailədə 5 uşaq olmuşlar. Telman uşaq vaxtında rəhmətə getmiş, Saray qəsəbəsində nənəsinin yanında dəfn olunmuşdur. Zərurət olmadığı üçün bu vaxtadək ölüm faktı ilə bağlı məhkəməyə müraciət edilməmişdir. Hazırda sənədləşmə ilə bağlı olaraq ölüm faktının müəyyən edilməsinə ehtiyac vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahat verərək bildirdi ki, qardaşı Telman uşaq yaşlarında Sumqayıt şəhərində rəhmətə getmişdir. Xəstəliyi isə yadında deyil. İş materiallarında olan АЗ seriyalı ******* №-li doğum haqqında şəhadətnamənin noratial qaydada təsdiq olunmuş surətindən görünür ki, İbrahimov Telman Həmdulla oğlu 24.05.1967-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. İş materiallarında olan Sumqayıt Tibb Mərkəzi X10 tərəfindən verilmiş 28.09.2021-ci il tarixli, 568/1224 saylı məktubdan görünür ki, Sumqayıt şəhərinin tibb müəssisələrində 24.05.1967-ci il təvəllüdlü İbrahimov Telman Həmdulla oğlunun ölüm faktına dair heç bir sənəd tapılmamışdır. İş materiallarında olan Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 2090 saylı, 30.06.2021-ci il tarixli arayışdan görünür ki, 24.05.1967-ci il tarixdə anadan olmuş mərhum İbrahimov Telman Həmdulla oğlu 1971-ci il tarixində vəfat etmiş və Saray qəbirstanlığında dəfn edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər qeydiyyat şöbəsinin 30 iyun 2021-ci il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, ərizəçinin qardaşı İbrahimov Telman Həmdulla oğlunun ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə qətnamə təqdim olunmadığından ölümünün qeydiyyata alınmasından imtina edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Mənzil idarəsi tərəfindən verilmiş 1970-ci il tarixli orderdən görünür ki, mənzil Ərizəçi atası İbrahimov Həmdulla İbrahim oğluna ayrılmışdır. İş materiallarında olan fotoşəkildən görünür ki, İbrahimov Telman Həmdulla oğlu 1967-ci il tarixdə anadan olmuş, 1971-ci il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi qardaşı 24.05.1967-ci il təvəllüdlü İbrahimov Telman Həmdulla oğlu Sumqayıt şəhərində yaşadıqları evdə ölmüşdür. Ərizəçi qardaşı İbrahimov Telman Həmdulla oğlunun ölümünün qeydə alınması barədə Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ərizəçinin uzun müddət müraciət etməməsinə səbəb zərurətin olmaması olmuşdur. Haı-hazırda ğlüm haqqında şəhadətnamə ona bəzi sosial məsələlərin həlli üçün lazımdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 24.05.1967-ci il təvəllüdlü İbrahimov Telman Həmdulla oğlunun 01.07.1971-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 24.05.1967-ci il təvəllüdlü İbrahimov Telman Həmdulla oğlunun 01.07.1971-ci il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar