Məhkəmə qərarları › İş №2(060)-1198/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1198/2025

06.03.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1198/2025 06.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Nasir oğlunun iştirakı ilə, İddiaçı2 cavabdeh 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə:

1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh 1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Notariat ofisinə qarşı mirasın qəbulu müddətinin uzadılması, vərəsə kimi tanınması və miras əmlak dair vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı1, İddiaçı2 tərəfindən xx.xx.2005-ci il tarixdə vəfat edən X3 qalmış xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarış vəsiqəsi X5 adına olan Qusar rayonu Yasaboba kəndində yerləşən fərdi yaşayış evi və 0.12 ha torpaq sahəsinə dair miras əmlakın qəbul edilməsi müddətinin bərpa olunması və qeyd olunan mülkə dair vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçılar iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 xx.xx.2005-ci ildə vəfatı ilə əlaqədar notariat ofisinə miras qoyanın adına vərəsəlik işinin açılması ilə bağlı ərizə vermiş və vərəsələrə AR MM-nin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün Məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Vərəsəliyin qəbul müddətinin keçirilməsinə səbəb torpağın ayrılma qərarı olması və çıxarışın alınmaması ilə bağlı olmuşdur. Müddətə münasibət olaraq bildirmək istərdi ki, işə əlavə olunan xx.xx.2023-cii il tarixli qeydiyyat nömrəsi ********** nömrəli çıxarış vəsiqəsi X5 adına mərhum rəhmətə gedəndən sonra tərəflərindən alınmışdır. İddia ərizəsinə əlavə olunan Uxurova kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin arayışından göründüyü kimi Sumqayıt şəhəri, 18-ci mkr, ev 23,39 saylı mənzildə qeydiyyatda olan İddiaçı1 mərhum X8 məxsus fərdi yaşayış evində müvəqqəti yaşayır. Miras əmlakı faktiki olaraq qəbul etmiş və hal hazırda da istifadə edirlər. İddiaçı qeyd edilənləri nəzərə alaraq iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir.

3. Daha sonra iddiaçılar məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr ilə müraciət edərək, sonda İddiaçı1 adının iddiaçılar siyahısından çıxarılmasını və İddiaçı2 tərəfindən xx.xx.7005- ci İİ tarixində vəfat etmiş X3 miras qalmış xx.xx.2023-cü i! tarixli, ********** qeydiyyat nömrəli çıxarış vəsiqəsinə əsasən X5 adına olan Qusar rayonu Yasaboba kəndində yerləşən 0,12 ha torpaq sahəsinə və həmin torpaqda yerləşən fərdi yaşayış evinə dair miras əmlakın qəbul edilməsi üçün buraxılmış müddətin üzürlü sayılması və buraxılmış müddətin bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iştirak edən İddiaçı2 etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil Nasir oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia ərizəsini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, Xiyalağanın vərəsələr sırasından çıxarılması üçün iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə veriblər. Əslində Xiyalağa digər vərəsə olan Farizin xeyrinə iddiaçılar sırasından çıxır. Mərhum Mövlüdün nəvəsi Farizdir, Bəxtiyar isə Farizin atası, Xiyalağının isə əridir. Həm Bəxtiyar, həm də Mövlüd rəhmətə gedib. Mövlüdun yeganə vərəsəsi Farizdir. Vəkil qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məktubla məhkəməyə müraciət edərək məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 7.İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 1276 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müddətin bərpası üçün İddiaçı2 məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur.

8. İşdə olan çıxarışın surətindən görünür ki, Qusar rayonu Yasaboba kəndində yerləşən fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi X5 adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə qeydə alınmışdır. 9.İş materiallarında olan AZ-İ 135767 saylı ölüm haqqında şəhadətnamin surətindən görünür ki, X9 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2005-ci ildə 173 nömrə ilə qeyd edilmişdir. 10.İş materiallarında olan nikah haqqında akt qeydindən görünür ki, X10 və X6 xx.xx.1989-cu il tarixdə Sumqayıt Nikah Evində nikaha girərək ailə qurmuşlar və bu nikah 671 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada İlyasova soyadı verilmişdir. xx.xx.2014-cü ildə vəfat etmiş X7 ölümü xx.xx.2014-cü il il 501 nömrəli akt qeydi ilə Sumqayıt şəhər Asan Xidmət Mərkəzi qeydiyyat Şöbəsində dövlət qeydiyyatına alınmışdır. 11.İşdə olan doğum haqqında akt qeydindən görünür ki, X11 xx.xx.1955-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. X1, anası X2.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı2 babası X9 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Ondan Qusar rayonu Yasaboba kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evi miras əmlak kimi qalmışdır. Mərhumun birinci növbə vərəsəsi oğlu X10 xx.xx.2014-cü ildə vəfat etmişdir. Hazırda İddiaçı2 X5 nəvəsi kimi yeganə vərəsə olaraq qeyd edilən miras əmlakın onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzrlü hesab olunaraq uzadılması barədə qətnamə çıxarılmasını xahiş edir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V maddəsinin bəndinə görə dövlət vərəsəlik hüququna təminat verir. 14.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 15.Həmin Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunla göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, vəsiyyətnamə tamamilə və ya qismən etibarsız hesab edilir. 16.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1134-cü maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəslər miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. 17.Həmin Məcəllənin 1145-ci maddəsinə görə miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürünlə) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 19.Həmin Məcəllənin 1243-cü maddəsinə görə mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 20.Həmin Məcəllənin 1245-ci maddəsinə görə vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsilə qəbul edə bilər. 21.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. 22.Məhkəmə işin hallarını, İddiaçı2 mərhum babasının mirası qəbul etmək istəyən yeganə vərəsəsi olduğunu nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, babası X3 miras qalmış əmlakın İddiaçı2 tərəfindən qəbul edilməsi müddətinin ötürülməsi üzrlü sayılmalı və bərpa edilməlidir.

Nəticə hissəsi:

23. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. xx.xx.2005-ci il tarixdə ölmüş X3 miras qalmış Qusar rayonu, Yasaboba kəndində yerləşən 0,12 ha torpaq sahəsi və həmin torpaqda yerləşən fərdi yaşayış evinin miras əmlak kimi qəbulu müddətinin İddiaçı2 tərəfindən buraxılması üzrlü sayılsın və müddət uzadılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar