Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1199/2025 02.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh iddiaçının qonşusudur, o, 2012-ci ildə iddiaçıya bildirdi ki, yaşadığı evin 6 sot torpaq sahəsini 55000 ABŞ dollarına satır. İddiaçı həmin torpaq sahəsinin yaşadığı evin yanında olması səbəbindən bu torpaq sahəsini ondan almağa qərar vermiş və cavabdehə 10000 ABŞ dolları əvəzinə 8000 manat pul ödəmişdir. Lakin sonradan aralarında yaranmış anlaşılmazlıq nəticəsində bu razılaşma pozuldu və iddiaçı pulu geri tələb etmişdir. Cavabdeh iddiaçıya söz verdi ki ,torpaq sahəsini satıb iddiaçının pulunu qaytaracaqdır. İddiaçı da bu illər ərzində gözləmiş, lakin o, iddiaçının pulunu hər dəfə bir bəhanə gətirməklə qaytarmamışdır. Nəhayət 2022-ci ildə o həmin torpaq sahəsini sataraq tanışları Əmir və İlham adlı şəxslərin iştirakı ilə iddiaçıya cəmi 5000 manat pul vermiş, lakin verdiyi 10000 ABŞ dollarından, yəni 17000 manatdan qalan 12000 manat pulu iddiaçıya qaytarmamışdır. İddiaçı həmin pulu ondan istəsə də, o, iddiaçıya bildirmişdir ki, maddi imkanı buna çatır. Göründüyü kimi bu şəxs illərlə iddiaçının pulunu qaytarmamış, indi də həmin puldan 5000 manat verməklə qalan pulunu mənimsəmişdir, iddiaçı da qonşuluq xətrinə susmuş, lakin artıq səbri tükənmişdir. Cavabdehin bu hərəkətləri, iddiaçıya olan borcunu qaytarmaması ilə bağlı iddiaçı Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə şikayət ərizəsi ilə müraciət etmiş, iddiaçıya bildirilmişdir ki, məsələ mülki xarakterli olduğu üçün iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən Cavabdeh 12000 manat əsas borcun və ödədiyi dövlət rüsumunun cavabdehdən iddiaçının nəfinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, 2012-ci ilin əvvəllərində cavabdeh istifadəsində olan 0,12 ha torpaq sahəsini 110000 ABŞ dolları məbləğində satılması ilə bağlı iddiaçı ilə razılaşmışlar. Bununla əlaqədar olaraq iddiaçı həmin vaxt 8000 manat məbləğində cavabdehə beh vermiş və həmin ilin sentyabr ayına qədər qalan məbləği də ödəyəcəyini bildirmişdir. Bundan sonra, cavabdeh övladının riyaziyyat dəftərindən vərəqə çıxararaq orada öz xətti ilə yuxarıda qeyd olunan məlumatları göstərməklə iltizam yazmışdır. Lakin iddiaçı sentyabr ayında qalan məbləği ödəyə bilmədiyini və həmin ilin sonuna qədər ona vaxt verməyini xahiş etmiş və tərəflər yenə razılaşmışlar. Buna baxmayaraq, iddiaçı yenə qalıq pul məbləğini ödəməmişdir. Bundan sonra, cavabdeh qaydalara görə beh məbləğinin qaytarılmadığını iddiaçının nəzərinə çatdırsa da, qonşu olduqlarını nəzərə alıb həmin torpaq sahəsini satdıqdan sonra aldığı beh məbləğinin yarısını, yəni 4000 manatını qaytaracağını bildirmiş və sonradan tərəflər 5000 manat pulun qaytarılması ilə bağlı razılaşmışlar. O, 2024-cü il tarixdə qonşuların şahidliyi ilə 5000 manat pulu iddiaçıya qaytarmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin əsassız olduğun görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi həm əsassız olduğuundan, həm də iddia müddəti ötürüldüyündən rədd olunmalıdır. Belə ki, qeyd olunan iddia tələbi üzrə iddiaçı tərəfindən torpağın ölçüsünə və dəyərinə dair verilən məlumatlar işin həqiqi hallarını əks etdirmir və iddiaçı tərəfindən təqdim olunan guya cavabdehə məxsusluğu iddia edilən iltizam isə saxtalaşdırılmışdır. Belə ki, 2012-ci ilin əvvəllərində cavabdeh istifadəsində olan 0,12 ha torpaq sahəsini 110000 ABŞ dolları məbləğində satılması ilə bağlı iddiaçı ilə razılaşmışlar. Bununla əlaqədar olaraq iddiaçı həmin vaxt 8000 manat məbləğində cavabdehə beh vermiş və həmin ilin sentyabr ayına qədər qalan məbləği də ödəyəcəyini bildirmişdir. Bundan sonra, cavabdeh övladının riyaziyyat dəftərindən vərəqə çıxararaq orada öz xətti ilə yuxarıda qeyd olunan məlumatları göstərməklə iltizam yazmışdır. Lakin iddiaçı sentyabr ayında qalan məbləği ödəyə bilmədiyini və həmin ilin sonuna qədər ona vaxt verməyini xahiş etmiş və tərəflər yenə razılaşmışlar. Buna baxmayaraq, iddiaçı yenə qalıq pul məbləğini ödəməmişdir. Bundan sonra, cavabdeh qaydalara görə beh məbləğinin qaytarılmadığını iddiaçının nəzərinə çatdırsa da, qonşu olduqlarını nəzərə alıb həmin torpaq sahəsini satdıqdan sonra aldığı beh məbləğinin yarısını yəni 4000 manatını qaytaracağını bildirmiş və tərəflər bunula razılaşmışlar. Çünki iddiaçının öz öhdəliyini yerinə yetirməməsi səbəbindən Cavabdeh də maddi ziyan dəymişdir. Belə ki, cavabdeh iddiaçı ilə razılaşmalarına arxayın olaraq həmin torpaq sahəsində olan tövlə və digər tikililəri sökmüş, özünə məxsus başqa torpaq sahəsində ev tikintisi işlərinə başlamış və tikinti materialları almışdır. Lakin iddiaçı tərəfndən qalıq pul ödənilmədiyindən Cavabdeh ev tikintisi üçün aldığı bir çox tikinti materialları da açıq havada qalıb yararsız hala düşmüşdür. Nəhayət 2022-ci ildə Cavabdeh torpaq sahəsini satdıqdan sonra elə iddia ərizəsində adı çəkilən qonşular Əmir və İlhamın yanında beh məbləğindən 4000 manatı iddiaçıya qaytarmış, sonuncu isə övladının təhsil haqqını ödəməsi üçün əlavə 1000 manat da verməsini xahiş etmiş, cavabdeh də yenə humanistlik edərək əlavə 1000 manat da verməklə ümumilikdə iddiaçıya 5000 manat pulu qaytarmışdır. Sonradan isə iddiaçı Cavabdeh barəsində polis orqanlarına əsassız və şər böhdan xarakterli şikayətlər ünvanlamağa başlamışdır. Göründüyü kimi tərəflər arasında torpaq alqı-satqısı ilə bağlı razılaşma və bundan irəli gələn beh məbləğinin ödənişi ilə bağlı əqd 2012-ci ildə bağlanmış və bundan 12 il sonra iddiaçı beh razılaşması üzrə məbləğinin qaytarılmasını təlb etmişdir. Göründüyü kimi iddiaçı ümumi iddia müddəti hesab edilən 10 illik müddəti də ötürməklə məhkəməyə müraciət etmişdir. Halbuki, qanunvericiliyə əsasən müqavilə öhdəlikləri üzrə iddia müddəti 3 il müəyyən edilmişdir. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiasının digər əsaslarla yanaşı iddia müddətinin keçməsinə görə də təmin edilməməsi haqqında qətnamə qəbul edilməsi xahiş edilmişdir.
6. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 öz ifadəsində göstərmişdir ki, tərəflər onun qonşusudur. Nəsiminin 12 sot torpağı var idi. Satışı ilə bağlı elan yapışdırmışdır. Daha sonra məlum oldu ki, Rasim torpağı 120000 manata alacaq. Buna görə beh olaraq 8000 manat ödəmişdir. Daha sonra Nəsimi onu çağıraraq bildirmişdir ki, pul qaytarılarkən şahid olsun. Nəsimi 5000 manat məbləğində pulu qaytarmışdır.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, tərəflər onun qonşusudur. Nəsiminin 12 sot torpağı var idi. Rasim torpağı 120.000 manata alacağını bildirmişdir. Buna görə beh olaraq 8000 manat ödəmişdir. Daha sonra Nəsimi onu çağıraraq bildirmişdir ki, pul qaytarılarkən şahid olsun. Nəsimi 4000 manat məbləğində pulu qaytarmaq istəyirdi, Rasim bildirmişdir ki, biraz da versin. Sonda ümumi olaraq Nəsimi 5000 manat behdən qaytarmışdır.
9. İş materiallarında olan xx.xx.2012-ci il tarixli iltizamın (əlyazmanın) surətindən görünür ki, torpaq sahəsi 6 sot, qiyməti 55000 dollar satmış, bu məbləğdən 8000 manat almışdır. Qalan pulu iyul ayına qədər xx.xx.2012-ci il tarixdə alacaqdır. İmzası ilə təsdiqləmişdir.
10. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/805 saylı ekspert rəyinə əsasən, ekspertizaya təqdim edilmiş mülki işin 38-ci vərəqində “Торпаг саhəси 6 сот гиjмəти….” sözləri ilə başlayıb, “...Имзамла тəсдиг едиpəм” sözləri ilə bitən xx.xx.2012-ci il tarixli iltizamdakı yazılar (“55” rəqəmindən, “31-07” rəqəmlərindəki “0” rəqəmindən başqa) və “Имзамла тəсдиг едиpəм” yazılarının aşağı hissəsində yerləşən imza Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 38-ci vərəqində “Торпаг саhəси 6 сот гиjмəти….” sözləri ilə başlayıb, “...Имзамла тəсдиг едиpəм” sözləri ilə bitən xx.xx.2012-ci il tarixli iltizamda “55” rəqəmləri və “31-07” rəqəmlərindəki “0” rəqəmi tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndundə göstərilən səbəblərə görə tədqiqat üçün yararsız olduğundan “Məhkəmə ekspertizası fəaliyyəti haqqınnda” Qanunun 12-ci maddəsinə əsasən bildirilir ki, həmin rəqəmlərin Cavabdeh tərəfindən icra olunubolunmaması haqqında rəy vermək mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 125 manat təşkil edir.
b)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.
13. Həmin Məcəllənin 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. (xx.xx.2022-ci il tarixədək qüvvədə olan)
14. Eyni Məcəllənin 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
16. Əsassız varlanma yalnız o halda baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
17. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir. Bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
18. Həmin Məcəllənin 1092.2 və 1092.3-cü maddələrinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir.
19. Qeyd olunan maddələrin məzmunundan da aydın olur ki, verilən məbləğin beh olub-olmadığına, habelə beh haqqında razılaşmanın formasına riayət edilməməsi nəticəsində şübhə yarandıqda, həmin məbləğ, əksi sübut olunmazsa avans kimi qiymətləndirilir, müqavilə üzrə avans verildikdə və müqavilə bağlanmadıqda hər bir halda avans, avans verənə qaytarılmalıdır.
20. Cavabdehin 8000 manat məbləğində pulun beh kimi alınmasının yeganə sübutu – qonşularının şahid ifadəsidir, lakin şahidlər tərəflər arasında olan ilkin danışıqlarda iştirak etməmiş, sadəcə 5000 manat pulun qaytarılmasının şahidi olmuşlar. Beləliklə, tərəflərin məhkəmə iclaslarında verdikləri izahatlarından və iş materiallarından məlum olur ki, tərəflər arasında hər hansı bir müqavilə imzalanmadığından və pulun cavabdehə beh kimi verildiyini təsdiq edəcək sübut təqdim edilmədiyindən verilən pul beh kimi yox, avans kimi qiymətləndirilməlidir.
21. Həmçinin, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, mübahisələndirilən xx.xx.2012-ci il tarixli iltizamdakı imza həqiqətən də Cavabdeh tərəfindən icra edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.
22. Eyni zamanda, iddiaçı tələbində 12000 manat məbləğində borcun olmasını qeyd etsə də, sübut kimi təqdim etdiyi iltizamda məbləğ 8000 manat qeyd edilmiş, həmçinin məbləğin beh olduğu qeyd edilməmişdir.
23. Belə olan halda, məhkəmə, tərəflərin izahatlarını, şahidlərin ifadələrini əsas götürərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 3000 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.
24. İş üzrə iddia müddətinin tətbiqi ilə əlaqədar cavabdehin ərizəsinə gəldikdə isə qeyd olunmalıdır ki, iş materiallarındakı 13 may 2012-ci il tarixli iltizama əsasən cavabdehin iddiaçıya borclu olması öz təsdiqini tapmışdır. Bundan əlavə, araşdırma zamanı müəyyən edilmişdir ki, 2024-cü il tarixdə cavabdeh tərəfindən iddiaçıya olan borcdan 5000 manat qaytarılmışdır. İddiaçı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət edilmişdir.
25. Belə ki, qanuni əsası “əsassız varlanma” olan iddia tələbinə münasibətdə məhkəmə Mülki Məcəllənin 1095-ci maddəsinin tələblərinə uyğun olaraq qeyd edir ki, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
29. İddia müddətlərinin tətbiqi zamanı mütləq müəyyən edilməli hallardan biri – iddia müddətinin axımının başlanma anıdır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
31. Eyni Məcəllənin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
32. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
33. Sonuncu məhkəmə iclasında tərəflər izahatlarında bildirmişlər ki, Cavabdeh şahidlərin iştirakı ilə İddiaçı 2024-cü ildə 5000 manat məbləğində pul qaytarmışdır.
34. Göründüyü kimi borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
35. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından da göründüyü kimi iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün iddia müddəti ötürülməmişdir.
36. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
37. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
38. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
39. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
40. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
42. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 125 (bir yüz iyirmi beş) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3000 (üç min) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 125 (bir yüz iyirmi beş) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva