Məhkəmə qərarları › İş №2(060)-1219/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1219/2021

30.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1219/2021 30.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı «kredit müqaviləsi üzrə yaranmış borcun ipoteka predmetinə yönəlməsi və ipoteka ilə yüklü edilmiş əmlakın açıq hərracda satılaraq əldə olunmuş vəsait hesabına borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 8.801 manat 90 qəpik əsas borc, 1.272 manat 53 qəpik faiz, 9.571 manat 54 qəpik məbləğində gecikdirməyə görə cərimə məbləği, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 974 manat 78 qəpik hesablanmış faiz olmaqla, cəmi 20.620 manat 75 qəpik kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat 40 qəpik dövlət rüsumu və bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 32 manat məbləğində xərcin tutularaq iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi; ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 194,8 m2-dən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi; qeyriyaşayış binasının açıq hərrac yolu ilə satılması; satışdan əldə olunan vəsaitin kredit borcuna yönəldilməsi; qeyri-yaşayış sahəsinə tutma yönəldildikdən və satıldıqdan ən geci 1 ay ərzində əmlakın boşaldılması; həmin qeyri-yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi; ipoteka predmetinin satışından əldə olunan vəsait Cavabdeh1 borcunun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin Cavabdeh1 tutularaq LPO İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2014-cü il tarixli 106.LN.2105.270614.00001 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 19 % ödənilmək şərti, 70.000 manat məbləğində kredit vəsaiti verilmişdir. 27.04.2016-cı il tarixli 2 saylı əlavə razılaşmaya əsasən kreditorla borcalan arasında bağlanmış 27.06.2014-cü il tarixli 106.LN.2105.270614.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 3 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş 27 may 2016-cı il, sonuncu ödəniş isə 27 iyun 2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir. Borc alan istifadə etdiyi kreditə görə kreditora illik 19 faiz ödəyir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 ilə həmin tarixdə 106.CL.270614.00001/c saylı ipoteka müqaviləsi və 27.04.2016-cı il tarixli 106.CL.270614.00001/c saylı ipoteka müqaviləsinə əlavə № 1 bağlanmış və həmin ipoteka müqaviləsinə əsasən, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 194,8 m2-dən ibarət qeyri-yaşayış binasına tutmanın yönəldilməsi; qeyriyaşayış binası İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməməmişdir. Hazırda borclunun 16.09.2020-ci il tarixə banka ödənilməmiş 8.801 manat 90 qəpik əsas borc, 1.272 manat 53 qəpik faiz, 9.571 manat 54 qəpik məbləğində gecikdirməyə görə cərimə məbləği, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 974 manat 78 qəpik hesablanmış faiz olmaqla, cəmi 20.620 manat 75 qəpik kredit borcu mövcuddur. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27.06.2014-cü il tarixli 106.LN.2105.270614.00001 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh1 bankdan 24 ay müddətinə, illik 19 % ödənilmək şərti, 70.000 manat məbləğində kredit götürmüşdür. 27.04.2016-cı il tarixli 2 saylı əlavə razılaşmaya əsasən kreditorla borcalan arasında bağlanmış 27.06.2014-cü il tarixli 106.LN.2105.270614.00001 saylı kredit müqaviləsi üzrə ödənişlər 3 saylı əlavəyə uyğun olaraq aparılır və birinci ödəniş 27 may 2016-cı il, sonuncu ödəniş isə 27 iyun 2018-ci il tarixdən gec olmayaraq həyata keçirilir. Maliyyə arayışından görünür ki, Cavabdeh1 16 sentyabr 2020-ci il tarixə İddiaçı ASC-yə 8.801 manat 90 qəpik əsas borc, 1.272 manat 53 qəpik faiz, 9.571 manat 54 qəpik məbləğində gecikdirməyə görə cərimə məbləği, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 974 manat 78 qəpik hesablanmış faiz olmaqla, cəmi 20.620 manat 75 qəpik borcunun olduğu qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh1 LPO İddiaçı ASCdən kredit məbləği almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 27.04.2014-cü il tarixli 106.CL.270614.00001/c saylı ipoteka müqaviləsindən və 27.04.2016-cı il tarixdə ipoteka müqaviləsinə bağlanmış əlavə № 1-dən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, digər Cavabdeh2 ünvan 1 ünvanda xüsusi mülkiyyətdə olan, ümumi sahəsi 194,8 m2dən ibarət qeyri-yaşayış binasını banka ipotekaya qoymuşdur. Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq Ərazi İdarəsi tərəfindən verilmiş 28.06.2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, qeyri-yaşayış binasının ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. «xxxx» MMC-nin 18.05.2021-ci il tarixli rəyindən (qeyri-yaşayış binasının qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Cavabdeh2 məxsus olan, ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 194,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasının 18.05.2021-ci il tarixə olan likvid dəyəri 82.500 (səksən iki min beş yüz) manat təşkil edir. Qiymətləndirmə xərci 150 manat təşkil edir. Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barədə girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Bildiriş məktublarından görünür ki, LPO İddiaçı ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış binasına yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə ona və ipoteka qoyana xəbərdarlıq etmişdir. Göründüyü kimi, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan LPO İddiaçı ASC ipoteka ilə yüklü edilmiş qeyri-yaşayış sahəsini açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 8.801 manat 90 qəpik əsas borc, 1.272 manat 53 qəpik faiz, 300 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 974 manat 78 qəpik hesablanmış faiz olmaqla, cəmi 11.349 manat 21 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı, bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 32 manat Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulmalı; tələb üzrə tutma Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 194,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilməli; həmin əmlak açıq hərracdan satılmalı; əmlakın ilkin satış qiyməti 82.500 (səksən iki min beş yüz) manat müəyyən edilməli; açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği LPO İddiaçı ASC-yə ödənilməli; bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılmalı; əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilməli; həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra həmin qeyriyaşayış binası boşaldılmalı; 150 manat Cavabdeh1 tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesaba ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı dəbbə pulunun tutulmasına dair tələb irəli sürərkən, dəbbə pulunun məbləği tənasübsüz surətdə yüksək hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, 300 manat məbləğində dəbbə pulunun tutulması ədalətli olmaqla yanaşı, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri qorunmuş olur. Digər tərəfdən, əsas borcun və faizin tutulması ilə yanaşı, qeyd olunan məbləğdə dəbbə pulunun tutulması iddiaçıya dəymiş real zərəri kompensasiya edir. Bundan başqa, iddiaçı iddia ərizəsində cavabdehlərin qeyri-yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsini xahiş etmişdir. Məhkəmə qeyri-yaşayış sahəsinin statusu yaşayış sahəsi ilə eyni olmadığından, həmçinin istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün iddiaçının subyektiv hüququ olmadığından (bank ipotekasaxlayandır, mülkiyyətçi deyildir) iddianın həmin hissədə də rədd edilməsi qənaətinə gəlmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 8.801 manat 90 qəpik əsas borc, 1.272 manat 53 qəpik faiz, 300 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən 974 manat 78 qəpik hesablanmış faiz olmaqla, cəmi 11.349 manat 21 qəpik pul vəsaiti, ödənilmiş 30 manat dövlət rüsumu və 40 qəpik bank xidməti haqqı, bildirişin DƏDRX-də qeydiyyata alınması üçün ödənilmiş 32 manat Cavabdeh1 iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 1 mərtəbəli, 194,8 m2 ümumi sahədən ibarət qeyri-yaşayış binasına yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın. Əmlakın ilkin satış qiyməti 82.500 (səksən iki min beş yüz) manat müəyyən edilsin. Açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləği LPO İddiaçı ASC-yə ödənilsin. Bankın tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh2 qaytarılsın. Əmlakın satışından əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmadıqda qalan borc məbləği Cavabdeh1 tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. Həmin əmlaka tutma yönəldildikdən və o, satıldıqdan 1 ay sonra həmin qeyriyaşayış binası boşaldılsın. 150 manat Cavabdeh1 tutularaq «xxxx» MMC-nin təqdim etdiyi hesaba ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar