Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-125/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2 qızının və İddiaçı3, Cavabdeh Sumqayıt şəhər İH Məktəbəqədər Uşaq Müəssisəsi Xidmət İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Sumqayıt şəhər İH Məktəbəqədər Uşaq Müəssisəsi Xidmət İdarəsinə və Cavabdeh2na qarşı “əmək rejiminin və əmək haqqının bərpa edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və X8 cavabdehlər Sumqayıt şəhər İH Məktəbəqədər Uşaq Müəssisəsi Xidmət İdarəsinə və Cavabdeh2na qarşı “əmək rejiminin və əmək haqqının bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Sumqayıt şəhəri 53 saylı uşaq bağçasında əmək müqaviləsində nəzərdə tutulan iş rejiminin bərpası və ona uyğun olaraq əmək haqqının hesablanaraq onlara ödənilməsinin cavabdehlərə həvalə olunması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələbi onunla əsaslandırmışlar ki, uzun illərdir Cavabdeh2nda tərbiyəçi vəzifəsində işləyirlər. Həmin uşaq bağçasında onların gündəlik iş rejimi 12 saat olmuş ( səhər saat 7-dan axşam saat 7-yədək) lakin, 2004-cü ildə Yoxlama Palatası, tərəfindən gündəlik iş rejimi endirilərək 10.5 saat müəyyən olunmuşdur. Hamin qrafikə əsasən onlar bir ştat vahidi üzrə əmək funksıyasını yerinə yetirmiş və həmin saatların da aylıq əmək haqqısı hesablanaraq onlara ödənilmişdir. Lakin təxminən 3 il bundan öncə Nəsibə Babayeva adlı qadın gündəlik 4.5 saatlıq iş rejimi ilə işə qəbul olunmuş, təxminən 3 ay sonra isə analıq məzuniyyətinə getmişdir. N.Babayeva məzuniyyətdə olduğu müddətdə onun yerinə Quliyeva Hicran adlı tərbiyəçi işə qəbul olunmuş, sonradan onunla əmək müqaviləsi bağlanaraq daim işə götürülmüşdür. 2019-cu ilin axırlarında Nəsibə Quliyeva analıq məzuniyyətindən qayıtmış, sonuncu gələndən sonra cavabdeh hər birlərinin gündəlik iş saatından 1 saat 15 dəqiqə kəsərək Hicran Quliyevaya vermiş, nəticədə onların iş saatları hazırda 4 saat 45 dəqiqə olmuşdur. Bu da AR Nazirlar Kabineti tərəfindən müəyyən edilmiş iş rejiminin 1 saat azalmasına gətirib çıxarmışdır. Bundan başqa onların aylıq əmək haqları da azalmış, hazırda onların aylıq əmək haqları 210-290 manat aralığındadır. Hər biri aylıq gəlirlərinin 90 manatından məhrum olurlar. Bu da onların üçün böyük maddi problem və çətinliklər yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçılar hər bir ayrı-ayrılıqda iddia tələbini müdafiə edərək iddia ərizəsinə oxşar məzmunlu izahat verdilər və iddianın təmin edilməsini xahiş etdilər. Əlavə olaraq göstərdilər ki, Cavabdeh2 10,5 saatlıq iş rejimində işləyir, bağcada 3 qrup fəaliyyət göstərir, hər qrupda 2 tərbiyəçi işləyir. Məhkəmə iclasında iştirak edən cavabdeh Sumqayıt şəhər İH Məktəbəqədər Uşaq Müəssisəsi Xidmət İdarəsinin nümayəndəsi izahatında göstərdi ki, iddia tələbini qəbul etmir, iddiaçılar X2, İddiaçı2, İddiaçı3 və X4 iddiasını tam əsassız hesab edir. Belə ki, mərkəzləşdirilmiş mühasibatlıq hüquqi şəxs olmadığına görə heç bir vətəndaşı işə qəbul və ya işdən azad etmə hüququna mailik deyil. Bu hüquq ancaq uşaq bağçasının rəhbərliyinin səiahiyyətindədir, həmçinin əmək rejiminə də təsir etmək ixtiyarında deyillər. Sumqayıt şəhərində fəaliyyət göstərən məktəbəqədər uşaq müəssisələrinin nümunəvi ştat cədvəli və əmək rejimi Azərbaycan Respublikası Naziriər Kabinetinin 29 may 1996-cı il tarixli 61 saylı qərarına əsasən təsdiq olunub və onun dəyişdirilməsi ancaq həmin orqan tərəfindən həyata keçirilə bilər. Məlumat üçün bildirdi ki, mərkəzləşdirilmiş mühasibatlıq Sumqayıt şəhər icra Başçısının 30 dekabr 2016-cı il tarixli 158 saylı əmrinə əsasən yaranıb və onun iş funksiyası uşaq bağçalarının müdirləri tərəfindən mühasibatlığa təqdim olunan tabellərə əsasən əmək haqlarının hesablanması və ödənilməsindən ibarətdir. Bütün bunları nəzərə alaraq mərkəzləşdirilmiş mühasibatlığa ünvanlanan əsassız iddialara qəti etiraz edirlər. Nümayəndə əlavə olaraq bildirdi ki, hazırda Sumqayt şəhər 53 saylı uşaq bağçasında tərbiyəçi vəzifəsində işləyən X9 və Quliyeva Hicran Elxan qızının işə qəbul edilmələrində hər hansı qanun pozuntusuna yol verilməmişdir. Belə ki, X10 14.01.2017-ci ildən 23.10.2019-cu il tarixə kimi uşağa qulluğa görə sosial məzuniyyətə çıxmış, 31.10.2019-cu il tarixdə işə qayıtmşdır. Quliyeva Hicran Elxan qızı isə 12.10.2016-cu il tarixdə analıq məzuniyyəti yerinə tərbiyəçi vəzifəsinə təyin ediimiş, X3 yaşa görə öz istəyi ilə 15.05.2017-ci il tarixdə işdən azad edildikdən sonra 23.05.2017-ci ildə 0,5 ştat ilə daimi tərbiyəçi vəzifəsinə keçirilmişdir. Cavabdeh2 10,5 saatlıq iş rejimində işləyir, bağcada 3 qrup fəaliyyət göstərir. Ştat cədvəlinə əsasən hər qrupda 2 tərbiyəçinin işləməsi və onlar stavkası 1,55 təşkil edir və iki tərbiyəçinin hər birinə 0,77 iş yükü nəzərdə tutulmuşdur. Tərbiyəçinin 1 tam iş yükü 6 saatdan ibarətdir. 0,77 iş vaxtı 4 saat 42 dəqiqə təşkil edir. Hal-hazırda bağcada 3 qrupda 6 tərbiyəçi işləyir, onların hamısı 0,77 iş vaxtı ilə işləyir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsi üzrə işin faktiki hallarını araşdıraraq, toplanmış və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatının 20.02.2020-ci il tarixli, 221 saylı, 219 saylı, 220 saylı, 218 saylı arayışlarından görünür ki, 53 saylı uşaq bağçasının tərbiyəçiləri X5 aylıq əmək haqqı 338,40 manat, İddiaçı2 aylıq əmək haqqı 277,20 manat, İddiaçı3 əmək haqqı 255,64 manat və İddiaçı1 əmək haqqı 325,71 manat təşkil edir. Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti 53 saylı uşaq bağçasının: 11 yanvar 2018-ci il tarixli 4 saylı əmrindən görünür ki, İddiaçı3 11.01.2018-ci il tarixdə 53 saylı uşaq bağçasına 1.0 ştat vahidi ilə tərbiyəçi təyin edilməsi, onunla əmək müqaviləsi bağlanması və əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmişdir. 01 fevral 2019-cu il tarixli 5 saylı əmrindən görünür ki, İddiaçı2 01.02.2019-cu il tarixdən 53 saylı körpələr evi, uşaq bağçasına 1st-ka ilə tərbiyəçi vəzifəsinə qəbul edilməsi, əmək haqqının ştat cədvəlinə uyğun ödənilməsi əmr edilmişdir. 14.02.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı1 24.12.1974-cü il tarixdən, İddiaçı3 11.01.2018-ci il tarixdən, X12 15.08.1989-cu il tarixdən, İddiaçı2 01.02.2019-cu il tarixdən 53 nömrəli uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışırlar. Beləliklə, məhkəmə araşdırması zamanı işin müəyyən edilmiş mübahisəsiz və faktiki hallarından göründüyü kimi, iddiaçılarla cavabdehlərdən Sumqayıt Şəhər İcra Hakimiyyəti 53 saylı uşaq bağçası arasında əmək müqaviləsi bağlanmaqla sonuncunun əmri ilə onlar 53 saylı uşaq bağçasında tərbiyəçi vəzifəsinə işə götürülmüşlər. Hazırda iddiaçılar onların işə götürüldükləri vəzifə üzrə ştat vahidlərinin azaldılmasının qanuni olmamasına istinad edərək iddia tələblərinin təmin edilməsini xahiş edirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 avqust 2003-cü il tarixli, 106 saylı Qərarı ilə təsdiq edilmiş işçilərə həftə ərzində 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilən yüksək həssaslıq, həyəcan, zehni, fiziki və əsəb gərginliyi, habelə insanın səhhətinə mənfi təsir göstərən digər amillər olan əmək şəraitli iş yerləri üzrə iş vaxtının konkret müddəti göstərilməklə peşələrin, vəzifələrin Siyahısından görünür ki, məktəbəqədər və məktəbdən kənar təlim-tərbiyə və tədris müəssisələri 36 saatlıq iş həftəsinə aiddir. Büdcədən maliyyələşdirilən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli, 61 saylı Qərarı ilə təsdiq edilmiş məktəbəqədər uşaq müəssisələrinin ştat cədvəlindən görünür ki, 5 günlük iş həftəsi, 10,5 saatlıq iş gün olan bağcalarda tərbiyəçinin 1 stat üzrə ştat vahidi 1,55 təşkil edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının əmək qanunvericiliyi sistemi:bu Məcəllədən; Azərbaycan Respublikasının müvafiq qanunlarından; müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyəti çərçivəsində qəbul etdiyi normativ hüquqi aktlardan; əmək, sosialiqtisadi məsələlərlə əlaqədar Azərbaycan Respublikasının bağladığı və ya tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. 11-ci maddəsinin əsasən bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. 2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. 95-ci maddəyə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli, 61 saylı Qərarı ilə təsdiq edilmiş qərarına əsasən Sumqayıt şəhər İcra Hakimiyyətinin nəzdində olan məktəbəqədr uşaq müəssisələrinin 2018/2019-cu il üçün Ştat Sədvəlindən görünür ki, 5 günlük iş həftəsi olan uşaq müəssisələrində qrup sayı – 3 olmaqla, cəmi 4,65 ştat vahididir, tərbiyəçinin stat vahidi 1,55 təşkil edir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 29 mart 1997-ci il tarixli 16-4/3 nömrəli kollegiya qərarı ilə təsdiq edilmiş təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas soğur kitabçasının hissə-75-dən görünür ki, tərbiyəçi uşaqların tərbiyəsini və hərtərəfli harmonik inkişafını təşkil edir və həyata keçirir, onları məktəbdə təlimə hazırlayır. Qrupda hər bir uşağın səhhətinin vəziyyətini və onun möhkəmləndirilməsi işini izləyir, tibbi heyətin tələblərini yerinə yetirir. Uşaqlara diqqətlə yanaşır, onların fərdi xüsusiyyətlərini öyrənir. Təlim-tərbiyə işini planlaşdırır. Uşaqlar üçün müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir. Uşaqların səhhəti haqqında bağçanın rəhbərliyinə və tibbi heyətə müntəzəm olaraq məlumat verir. Əhali arasında pedaqoji biliklərin yayılmasını təşkil edir, uşaqların ailədə tərbiyəsinə dair valideynlərlə iş aparır. Tərbiyəçi köməkçisinin əmək funksiyasına uşaqların soyunmasına, geyinməsinə, yedizdirilməsinə, yatağa salınmasına və s. kömək etmək daxildir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edildi ki, Cavabdeh2 beş günlük iş həftəsində, 10,5 saatlıq iş rejimində işləyir, bağçada 3 qrup fəaliyyət göstərir və hər qrupda 2 tərbiyəçi çalışır. Bunlar işin mübahisəsiz hallarıdır. İş üzrə toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi beş günlük iş həftəsində 10,5 saatlıq iş rejimində işləyən bağcalarda 3 qrup fəaliyyət göstərməsi və hər qrupda 2 tərbiyəçinin işləməsi nəzərdə tutulmuşdur. Hər qrupda bir iş günü üçün bir tərbiyəçiyə 1,55 stavka nəzərdə tutulur, belə olan halda hər bir tərbiyəçi 0,77 stavka ilə (1,55/2=0,77) işləyir. Bu qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıların tələbi əsaslı deyildir, iddiaçılara münasibətdə iş rejimi pozulmamışdır, iddiaçılar qanunla nəzərdə tutulmuş iş rejimi daxilində işləyirlər. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına şərh olunan qanunvericiliyin göstərişlərinə əsasən qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 333 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdehlər Sumqayıt şəhər İH Məktəbəqədər Uşaq Müəssisəsi Xidmət İdarəsinə və Cavabdeh2na qarşı “əmək rejiminin və əmək haqqının bərpa edilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-125/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-125/2021
08.04.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver