Məhkəmə qərarları › İş №2(060)-1274/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1274/2022

24.01.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1274/2022 24.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Hacıyeva Yeganə Müslüm qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış 29.12.2021-ci il tarixli Barışıq Sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəsini onunla əsaslandırdı ki, o, Ərizəçi xx.xx.2003-cü il tarixdə doğulmuşdur. Hazırkı ərizə üzrə cəlb olunmuş Maraqlı şəxs onun atasıdır. Atası ilə anası Bədəlova Rəna Asdan qızı Sumqayıt Şəhər Məhkəməsinin 21.08.2017-ci il tarixli qətnaməsi ilə rəsmi şəkildə boşanmışlar. Həmin zamandan atası onun saxlanılmağı üçün hər ay 400 (dörd yüz) manat aliment ödəmişdir. Orta təhsilini başa vurduqdan sonra imtahan verərək. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-mexanika" fakültəsinə qəbul olunmuş və hal-hazırda orada əyani şöbədə təhsil alır. Maraqlı şəxs olan atası ilə hal-hazırda da normal münasibətləri var. Atası onun təhsil almağı və digər özünü inkişafla bağlı məsələlər barədə dəstək olacağını bildirmişdir. Lakin işin zəmanət altına alınması barədə fikirləşmiş və gələcəkdə bununla bağlı hər hansı bir problemin olmaması və onun təhsil alacağı müddət ərzində hər hansı bir sıxıntı ilə qarşılaşmacağı üçün atasına belə bir şərt təklif etmişdir. Onun bu təklifi atası tərəfindən müzakirə olunmuşdur. İlk əvvəl müsbət qarşılanmasa da sonradan ona şərtlər əsasında razılıq vermişlər. Bu mübahisənin mediasiya vasitəsilə həl edilməsi üçün müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra tam mediasiya sessiyasına gedildi. Bununla əlaqədar olaraq müqavilə bağlanıldı. Tam mediasiya sessiyasının yekununda qarşı tərəflə barışıq sazişi imzalandı. Barışıq sazişinin tam qarant altına alınması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq, onunla Maraqlı şəxs arasında bağlanmış 29.12.2021ci il tarixli Barışıq Sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında bildirmişdir ki, ərizəçi onun oğludur. O, Bədəlova Rəna Asdan qızı ilə məhkəmə qətnaməsi əsasında boşanmışlar. Hazırda barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir və ayda 600 manat ödəməyə razıdır. Məhkəmə, tərəfləri dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 21.08.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Maraqlı şəxs ilə Bədəlova Rəna Asdan qızı arasında 18.02.1993-cü il tarixdə Sumqayıt şəhər Nikah evində bağlanmış 210 nömrəli akt qeydli nikahın pozulması, birgə nikahdan anadan olmuş xx.xx.2003-cü il təvəllüdlü Ərizəçi ananın-Bədəlova Rəna Asdan qızının yanında qalması və cavabdeh Maraqlı şəxs iddiaçı Bədəlova Rəna Asdan qızının xeyrinə xx.xx.2003-cü il təvəllüdlü Ərizəçi yetkinlik yaşına çatanadək saxlanması üçün 24.05.2017-ci il tarixdən başlayaraq hər ay 400 (dörd yüz) manat məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan AZ-İ № 404757 saylı, 21.12.2021-ci il tarixli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Maraqlı şəxs ilə Bədəlova Rəna Asdan qızı arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin 21.08.2017-ci il tarixli qətnaməsi əsasına əsasən pozulmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 03.12.2021-ci il tarixli arayışından görünür ki, Ərizəçi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Neft-mexanika” fakültəsinin əyani şöbəsinin 05.0623-“Materiallar mühəndisliyi” ixtisası üzrə dövlət sifarişi əsasında təhsil alır və İ kurs 422.21E nömrəli qrup tələbəsidir. İş materiallarında olan Ərizəçi oğlu ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 29 dekabr 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılaşmışlar: Tərəflər razılaşırlar ki, xx.xx.2003-cü il tarixdə doğulmuş Ərizəçi ali təhsil aldığı müddət ərzində yaşamaq və təhsil xərclərinin ödənilməsi üçün Maraqlı şəxs hər ay 600 (altı yüz) manat məbləğində pul tutularaq Ərizəçi ödəniləcəkdir. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs Sumqayıt şəhəri, yataqxana 11, məhəllə 42, mənzil 82-də qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, 20.12.2021-ci il tarixli arayışından görünür ki, Maraqlı şəxs Sumqayıt şəhəri, yataqxana 11, məhəllə 42, mənzil 82-də qeydiyyatdadır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında 29 dekabr 2021-ci il tarixli barışıq sazişi imzalanmışdır. Saziş əsasında xx.xx.2003-cü il tarixdə doğulmuş Ərizəçi ali təhsil aldığı müddət ərzində yaşamaq və təhsil xərclərinin ödənilməsi üçün Maraqlı şəxs hər ay 600 (altı yüz) manat məbləğində pul tutularaq Ərizəçi ödənilməsi barədə razılıq əldə edilmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə qeyd olunan normalardan çıxış edərək hesab edir ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2003-cü il tarixdə doğulmuş Ərizəçi ali təhsil aldığı müddət ərzində yaşamaq və təhsil xərclərinin ödənilməsi üçün Maraqlı şəxs hər ay 600 (altı yüz) manat məbləğində pul tutularaq Ərizəçi ödənilməsi barədə 29 dekabr 2021-ci il tarixli barışıq sazişi məcburi icra üçün təsdiq edilsin. Ödənilmiş 50 (əlli) manat dövlət rüsumu Ərizəçi özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar