Məhkəmə qərarları › İş №2(060)-129/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-129/2022

01.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-129/2022 01.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Muxtar qızına qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Muxtar qızına qarşı kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt Apelyasiya Məhkəməsinin 10.05.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7571, 29 ABŞ Dolları əsas borcu, 1839,93 ABŞ Dolları faiz borcu, 350 ABŞ Dolları cərimə borcu olmaqla cəmi 9761,22 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun və Sumqayıt Şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(060)-89/2021 saylı qətnaməsi ilə Cavabdeh1 10.10.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 11504, 44 ABŞ Dolları kredit borcu, 942, 73 ABŞ Dolları faiz borcu və 100 ABŞ Dolları cərimə olmaqla, ümumilikdə cəmi 12547 (on iki min beş yüz qırx yeddi) ABŞ Dolları 17 sent məbləğində borcun və 22 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilə yönəldilməsi, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21.4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilin açıq hərracdan satılması, 22308.39 ABŞ Dolları məbləğində borc, 52 manat dövlət rüsumunun və hazırki iş üçün məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2016- cı il tarixli 2(060)-3373/2016 saylı qətnaməsinə əsasən İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən İddiaçı QSC tərəfindən apelyasiya şikayəti verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 10.05.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi ilə AccessBank QSC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2016-cı il tarixli 2(060)-3373/2016 saylı qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. 10.10.2014-cü il tarixli kredit razılaşması üzrə 03.02.2016-cı il tarixə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7571,29 ABŞ Dolları əsas borcu, 1839,93 ABŞ Dolları faiz borcu, 350 ABŞ Dolları cərimə borcu olmaqla cəmi 9761,22 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsinin səbəbi həmin dövrdə kredit müqaviləsinin müddətinin başa çatmamış olması idi. Sumqayıt Şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(060)-89/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 10.10.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 11504,44 ABŞ Dolları kredit borcu, 942,73 ABŞ Dolları faiz borcu və 100 ABŞ Dolları cərimə olmaqla, ümumilikdə cəmi 12547 (on iki min beş yüz qırx yeddi) ABŞ Dolları 17 sent məbləğində borcun və 22 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(060)- 89/2021 saylı qətnaməsindən narazı qalan iddiaçı tərəfindən zaminlərə-cavabdehlərə münasibətdə olan hissədə apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1512/2021 saylı 26.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(060)-89/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda adı qeyd edilən 14.04.2008-ci il tarixli 03L000000595 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka qoyan Cavabdeh3 ilə Bank arasında bağlanılmış 17.04.2015-ci il tarixli 003M**********01 saylı ipoteka müqaviləsi (Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilib) əsasında Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 6 №-li reyestr kitabının 188 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən X2 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 20.05.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş 24.05.2021-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə 12.06.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsini təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. İddiaçı QSC-nə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh3 tərəfindən təkrar ekspertizanın təyin edilməsi barədə verilmiş vəsatətin əsassız olduğunu qeyd edərək vəsatətin rədd edilməsini və iddia tələblərini təmin edilməsini xahiş etmişlər. Əvvəlki məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahav verərək tələblərini təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-89/2021 saylı, 08.02.2021-ci il tarixli qətnamənin məzmunundan görünür ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.04.2008-ci il tarixli 03L000000595 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 09.06.2009-cu il tarixli 595 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 100.000 ABŞ dolları müəyyən edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış 17.04.2015-ci il tarixli 03L000000595SA saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 204 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 “AccessBank’ QSC ilə bağladığı 10.10.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. İş materiallarında olan 003M**********01 saylı, 17.04.2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52.6 kv.m ümumi, 31.2 kv.m yaşayış, 21.4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 6 №-li reyestr kitabının 188 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2016-cı il tarixli 2(060)-3373/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 10.05.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsindən görünür ki, AccessBank QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2016-cı il tarixli 2(060)-3373/2016 saylı qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. 10.10.2014-cü il tarixli kredit razılaşması üzrə 03.02.2016-cı il tarixə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7571,29 ABŞ Dolları əsas borcu, 1839,93 ABŞ Dolları faiz borcu, 350 ABŞ Dolları cərimə borcu olmaqla cəmi 9761,22 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(060)-89/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 10.10.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 11504,44 ABŞ Dolları kredit borcu, 942,73 ABŞ Dolları faiz borcu və 100 ABŞ Dolları cərimə olmaqla, ümumilikdə cəmi 12547 (on iki min beş yüz qırx yeddi) ABŞ Dolları 17 sent məbləğində borcun və 22 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1512/2021 saylı 26.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(060)-89/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4974/2021 saylı, 05.10.2021-ci il tarixli qərarı ilə İddiaçı QSC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-1512/2021 saylı 26.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. İş materiallarında olan bildiriş məktubundan görünür ki, Cavabdeh3 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 19.01.2022-ci il tarixli rəydən görünür ki, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 saylı binanın 32 saylı mənzilinin likvid qiyməti 50000 manat müəyyən edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1-ci maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 saylı Qərardadına əsasən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 14.04.2008-ci il tarixli 03L000000595 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Tərəflər arasında bağlanmış 09.06.2009-cu il tarixli 595 saylı sazişə əsasən kredit xəttinin məbləği artırılaraq 100000 ABŞ dolları müəyyən edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış 17.04.2015-ci il tarixli 03L000000595SA saylı sazişə əsasən kredit xəttinin müddəti artırılaraq 204 ay müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 “AccessBank’ QSC ilə bağladığı 10.10.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.8333 % olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh1 Kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 10.09.2015-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 10.924,27 ABŞ dolları ödəmiş, onun 19.075,73 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqaviləsinin 1.1.-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirmədiyinə görə Bank tərəfindən Cavabdeh1 və Cavabdeh3, Cavabdeh2 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bank tərəfindən iddia ərizəsində 10.10.2014-cü il tarixli kredit müqaviləsi üzrə 19075.73 ABŞ dolları kredit borcu, 1701.73 ABŞ dolları faiz borcu və 2828.45 ABŞ dolları cərimə borcunun tutulması tələb edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2016-cı il tarixli 2(060)-3373/2016 saylı qətnaməsinə əsasən iddiaçı “AccessBank" QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı AccessBank QSC tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.05.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi ilə AccessBank QSC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 17.05.2016-cı il tarixli 2(060)-3373/2016 saylı qətnaməsi ləğv edilərək iddia tələbi qismən təmin edilmişdir. 03.02.2016-cı il tarixə kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7571.29 ABŞ dolları əsas borcu, 1839.93 ABŞ dolları faiz borcu, 350 ABŞ dolları cərimə borcu olmaqla cəmi 9761.22 ABŞ dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.05.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi qanuni qüvvəsini almışdır. Bundan sonra İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Əşrəf oğluna qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə Müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-89/2021 saylı, 08.02.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 10.10.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 11504,44 ABŞ Dolları kredit borcu, 942,73 ABŞ Dolları faiz borcu və 100 ABŞ Dolları cərimə olmaqla, ümumilikdə cəmi 12547 (on iki min beş yüz qırx yeddi) ABŞ Dolları 17 sent məbləğində borcun və 22 manat dövlət rüsumunun İddiaçı QSC-nin xeyrinə tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(060)- 89/2021 saylı qətnaməsindən narazı qalan iddiaçı tərəfindən zaminlərə-cavabdehlərə münasibətdə olan hissədə apelyasiya şikayəti verilmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1512/2021 saylı 26.04.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Sumqayıt Şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(060)-89/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda adı qeyd edilən 14.04.2008-ci il tarixli 03L000000595 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh - ipoteka qoyan Cavabdeh3 ilə Bank arasında bağlanılmış 17.04.2015-ci il tarixli 003M**********01 saylı ipoteka müqaviləsi (Sumqayıt şəhər 3 saylı notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq edilib) əsasında Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 6 №-li reyestr kitabının 188 №-li vərəqində qeydiyyata alınmış RX ******* №-li çıxarışla Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı QSC cavabdeh - ipoteka verən X2 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 20.05.2021-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmiş və həmin bildiriş 24.05.2021-ci il tarixdə qəbul edilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə 12.06.2018-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsini təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 269-cu və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Sumqayıt Apelyasiya Məhkəməsinin 10.05.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 7571, 29 ABŞ Dolları əsas borcu, 1839,93 ABŞ Dolları faiz borcu, 350 ABŞ Dolları cərimə borcu olmaqla cəmi 9761,22 ABŞ Dolları borcun və 30 manat ödənilmiş dövlət rüsumunun və Sumqayıt Şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(060)-89/2021 saylı qətnaməsi ilə Cavabdeh1 10.10.2014-cü il tarixli 003R********** saylı kredit razılaşması üzrə 11504, 44 ABŞ Dolları kredit borcu, 942, 73 ABŞ Dolları faiz borcu və 100 ABŞ Dolları cərimə olmaqla, ümumilikdə cəmi 12547 (on iki min beş yüz qırx yeddi) ABŞ Dolları 17 sent məbləğində borcun və 22 manat dövlət rüsumunun və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilə yönəldilməli, Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21.4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil açıq hərracdan satılmalı, 22308.39 ABŞ Dolları məbləğində borc, 52 manat dövlət rüsumunun və hazırki iş üçün məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının əvəzi həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-nə ödənilməlidir. İddia tələbinin hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ümumi qaydada tutulması hissəsi qeyri-müəyyən olduğundan rədd edilməlidir. Belə ki, hazırki qətnamə ilə ipoteka predmetinə yönəlməli olan borcun bir hissəsinin tutulması məhkəmə qətnamələri ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada digər hissəsinin isə Cavabdeh1 tutulması qət edilmişdir. Ona görədə hərracdan əldə edilmiş vəsait kifayət etmədiyi halda qalan borcun kimdən hansı qaydada və ya məbləğdə tutulmasını müəyyən etmək hazırda mümkün deyil. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 42.5-ci maddəsinə əsasən - Ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Qanunun bu norması onu qeyd edir ki, hərraca çıxarılmış əmlak ilkin satış qiymətindəndə yüksək qiymətə satıla bilər, ona görədə hazırda əmlakın alıcı tərəfindən hansı qiymətə əldə ediləcəyidə qeyri müəyyəndir. İpoteka predmeti olan mənzilin qiymətləndirilməsi ilə bağlı olan 200 manat Cavabdeh1 tutularaq "xxxx" MMC-nə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Məhkəmə qətnaməsi haqqında”- Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 9.3-cü bəndəinə əsasən Pul vəsaitlərinin tutulması haqqında iddia təmin edilərkən, qətnamədə əsas borc, ziyan, dəbbə pulu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən edilməli, həm də alınmalı olan ümumi məbləğ hesablanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cu maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin.

1. Sumqayıt Apellyasiya Məhkəməsinin 10.05.2017-ci il tarixli 2(105)-155/2017 saylı qətnaməsi ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulması qət edilən cəmi 9761,22 ABŞ Dolları borc (ödəniş gününə manata məzənnə ilə) və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi;

2. Sumqayıt Şəhər Məhkəməsinin 08.02.2021-ci il tarixli 2(060)-89/2021 saylı qətnaməsi ilə Cavabdeh1 tutulması qət edilən cəmi 12547,17 ABŞ dolları məbləğində borc (ödəniş gününə manata məzənnə ilə) və 22 manat dövlət rüsumunun əvəzi - 1-ci və 2-ci bənddə qeyd edilən iki qətnamə üzrə cəmi 22308,39 ABŞ dolları borc və 52 manat, həmçinin hazırki iş üzrə 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi, 10 manat bildirişin qeydə alınmasına və 30 manat xidmət haqqıya görə ödənilmiş vəsait ümumilikdə 22308,39 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və 122 manat Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21,4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzilin aşıq hərracdan satılmasından əldə edilmiş vəsait hesabına ödənildin. Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən 4/10 nömrəli binanın 2-ci mərtəbəsində xüsusi mülkiyyətdə olan 52,6 kv.m ümumi, 31,2 kv.m yaşayış, 21.4 kv.m yardımçı sahədən ibarət 2 otaqlı 32 nömrəli mənzil ilkin satış qiyməti 50000 manat olmaqla açıq hərracdan satılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İpoteka predmeti olan mənzilin qiymətləndirilməsinin dəyəri olan 200 manat pul Cavabdeh1 tutularaq "xxxx" MMC-nə (Müxbir hesab: AZ37NABZ********************, kod: 200093, VÖEN: **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar