Məhkəmə qərarları › İş №2(060)-1302/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1302/2021

05.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1302/2021 05.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi ilə, Ərizəçi Gədəbəy rayon Qeydiyyat İdarəsini və Gədəbəy rayon Notariat Kontorunu maraqlı şəxslər qismində işə cəlb etməklə “qohumluq münasibətində olma və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsə tanınma” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Gədəbəy rayon Qeydiyyat İdarəsini və Gədəbəy rayon Notariat Kontorunu maraqlı şəxslər qismində işə cəlb etməklə “qohumluq münasibətində olma və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, miras əmlaka qanun üzrə vərəsə tanınma” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3 ilə mərhum bibisi X7 qohumluq münasibətində (bacı-qardaş) olması faktını müəyyən edilməsi, mərhum bibisi X5 Gədəbəy rayonunun Söyüdlü kəndində qalmış miras əmlakın mərhum X3 tərəfindən qəbul olunması faktının müəyyən olunması və həmin miras əmlaka mərhum X3nun qanun üzrə vərəsə tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 1984-cu ildə Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşdur. X3, anası X8r. X3 10 mart 1939-cu ildə Gədəbəy rayonunda anadan olub. Onun atası X14, anası X6r. Atası Gədəbəy rayonun Slavkanka kəndində yaşayıb və həmin kənddə vəfat edib. Atasının bacısı X7 isə doğumu qeydə alınmayıb. Atası 19 iyun 2013-cü ildə, bibisi 30 mart 2005-ci ildə vəfat edib. Bibisi ailəli olmayıb və atasıyla bir təsrrüfatda yaşayıb. Atası bibisi Havanın vəfatından sonra ondan qalmış mirası faktiki qəbul edib və idarə edib. O isə atasının qanun üzrə vərəsəsi olaraq atasından qalmış mirası faktiki olaraq qəbul edib idarə etmişdir. Mərhum bibisinin atası Müseyibdən başqa, mərhum atası Müseyibin isə ondan başqa heç bir vərəsəsi yoxdur. O, atasından qalmış miras əmlakla bağlı notariata müraciət edib, qanun üzrə vərəsəlik şəhadətnaməsi əldə etmək istəmişdir. Lakin mərhum bibisinin doğumu qeydə alınmadığı üçün o, atasıyla bibisinin qohumluq münasibətində olmasını sübut edə bilməmiş və bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Ərizəçinin nümayəndəsi və vəkili teleqramla məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: İ-İE seriyalı 637004 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 10 mart 1939-cu il tarixdə anadan olmuş, atası X14, anası X6r. AZ-İ seriyalı, 628370 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X11 19 iyun 2013-cü il tarixdə ölmüşdür. İX-JQ seriyalı 479553 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X10 xx xxxxx 1984-cü il tarixdə anadan olmuş, X3, anası X8r. Maraqlı şəxs1 tərəfindən verilmiş 02 sentyabr 2020-ci il tarixli 313 saylı məktubdan görünür ki, mərhum X7 doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Kəpəz rayon Qeydiyyat Şöbəsinin 07 sentyabr 2020-ci il tarixli 516 saylı ölüm haqqında arayışından görünür ki, X12 30 mart 2005-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi Daşınmaz əmlakın dövlət reyestrinin 11 sentyabr 2020-ci il tarixli Arayışdan görünür ki, JN-717 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” yə əsasən Gədəbəy rayonu, Söyüdlü kəndində yerləşən 0.29 ha həyətyanı və JN-654 saylı “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”na əsasən 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri X7 adına tam mülkiyyət hüququ üzrə qeyd edilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində Gədəbəy rayonu üzrə X4 adına daşınmaz əmlak qeydiyyatdan keçməmişdir. Azərbaycan Respublikası Gədəbəy rayonu İcra Hakimiyyəti Başçısının Söyüdlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 19 mart 2021-ci il tarixli 216 saylı arayışından görünür ki, mərhum X2 rayonu Söyüdlü kəndində qeydiyyatda olmasına baxmayaraq 30.03.2005-ci il tarixdə Gəncə şəhərində vəfat etmişdir. Maraqlı şəxs2ndə 8i-837 reyestr nömrəsi ilə qeydə alınmış X22, X23 və X15 tərəfindən verilmiş ərizənin məzmunundan görünür ki, X12 ilə X9 bacı qardaş olmuşlar, X12 vəfat etdikdən sonra təsərrüfatı qardaşı M.Əmiraslanov idarə etmişdir. Maraqlı şəxs2 06.04.2021-ci il tarixli 150 saylı məktubundan görünür ki, Ərizəçi X13 ilə qohumluq faktı aşkar edilmədiyindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhatənamə verilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, qohumluq münasibətləri faktı müəyyən olunması istənilən ərizəçinin bibisi- X7 doğumu qeydə alınmadığından ərizəçinin X3 ilə bacı-qardaş qohumluq münasibətlərində olmasını müəyyən etmək mümkün olmamışdır. Qohumluq münasibətlərinin müəyyən edilməsi miras əmlakın qəbul edilməsi ilə bağlı tələb olunur. X12 vəfat etdikdən sonra sonuncudan miras qalmış təsərrüfatı qardaşı Müseyib Əmiraslanov idarə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin, MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. MPM-nin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquq normalarına istinadən qiymət verərək bu nəticəyə gəlir ki, ərizəçinin atası 10 mart 1939-cu il təvəllüdlü X9 ilə X7 bacıqardaş olması və X12 vəfat etdikdən sonra sonuncuya məxsus miras əmlaka qardaşı M.Əmiraslanov tərəfindən sahiblik və idarə edilməsi öz təsdiqini tapdı, həmin faktların müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə həmin hissədə təmin edilməlidir. Məhkəmə X4 qanun üzrə vərəsə kimi tanınması barədə tələbinə münasibətdə qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ bilavasitə qanunla tanındığından və vərəsələrin dairəsi birbaşa qanunvericiliklə tənzimləndiyindən həmin hala məhkəmə tərəfindən qiymət verilməsinə zərurət yoxdur. Odur ki, ərizə həmin hissədə təmin edilməməlidir. MPM-nin 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. 10 mart 1939-cu ildə anadan olmuş, 19 iyun 2013-cü ildə ölmüş X9 ilə 30 mart 2005ci ildə ölmüş X7 bacı-qardaş olmalarına dair qohumluq faktı müəyyən edilsin. X1 miras qalmış Gədəbəy rayonunun Söyüdlü kəndində yerləşən (0,29 ha həyətyanı və 0,16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri) əmlakın mərhum X9 tərəfindən qəbul olunması faktının müəyyən olunsun. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar