Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1315/2022 19.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi İsmayılov Azər İbrahim oğlu İddiaçılar İddiaçı1, X4 və İddiaçı3 cavabdehlər Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC və Sumqayıt şəhəri 4 saylı notariat ofisinin Xüsusi notariusu X1 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsini və sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, X4 və İddiaçı3 cavabdehlər Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC və Sumqayıt şəhəri 4 saylı notariat ofisinin Xüsusi notariusu X1 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 12 avqust 2021-ci il tarixdə cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş İddiaçı3 məxsus ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 60,9 kv metr olan 4 saylı mənzilə 1156 saylı müqaviləyə əsasən vaxtında ödənilməmiş borca görə tutma yönəldilməsinə dair, “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra qeydinin ləğv edilməsi, 12 avqust 2021-ci il tarixdə cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş X3 məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 2-ci mikrorayon b.41\14 ünvanda yerləşən ümumi sahəsi 60,4 kv metr olan 3 saylı mənzilə 1156 saylı müqaviləyə əsasən vaxtında ödənilməmiş borca görə tutma yönəldilməsinə dair “İpotek predmetinə tutmanın yönəldilməsi haqqında” İcra qeydinin ləğv edilməsi, 12 avqust 2021-ci il tarixdə cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş İddiaçı1 məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.23\19 ünvanda yerləşən ümumi sahəsi 43,4 kv metr olan 38 saylı mənzilə 1156 saylı müqaviləyə əsasən vaxtında ödənilməmiş borca görə tutma yönəldilməsinə dair “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra qeydinin ləğv edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, həmin ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları göstərilməlidir. Həmin Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddiaçılar tərəfindən iddia ərizəsinə mübahisələndirdikləri 12 avqust 2021-ci il tarixli, 8i-10600 reyestr nömrəli icra qeydi əlavə edilsə də, 12 avqust 2021-ci il tarixdə cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş X3 məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 2-ci mikrorayon b.41\14 ünvanda yerləşən ümumi sahəsi 60,4 kv metr olan 3 saylı mənzilə 1156 saylı müqaviləyə əsasən vaxtında ödənilməmiş borca görə tutma yönəldilməsinə dair “İpotek predmetinə tutmanın yönəldilməsi haqqında” İcra qeydi və 12 avqust 2021-ci il tarixdə cavabdeh Sumqayıt şəhəri 4 saylı notariat ofisinin Xüsusi notariusu X2 tərəfindən verilmiş İddiaçı1 məxsus ipoteka predmeti olan Sumqayıt şəhəri, 2-ci mikrorayon, b.23\19 ünvanda yerləşən ümumi sahəsi 43,4 kv metr olan 38 saylı mənzilə 1156 saylı müqaviləyə əsasən vaxtında ödənilməmiş borca görə tutma yönəldilməsinə dair “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” İcra qeydi əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1. maddəsinin tələbinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149,150, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1, X4 və İddiaçı3 cavabdehlər Cavabdeh Bank Olmayan Kredit Təşkilatı MMC və Sumqayıt şəhəri 4 saylı notariat ofisinin Xüsusi notariusu X1 qarşı “ipoteka predmetininə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçılara izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-1315/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1315/2022
19.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver