Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1334/2024 01.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı tərəf Maraqlı şəxs1 və Maraqlı şəxs2nə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1949-cu ildə Qazax rayonunun, Kolxalfali kəndində anadan olmuşdur. X1 xx.xx.1924-cü il tarixdə Qazax (Ağstafa) rayonunun Kolxafali kəndində anadan olmuş, xx.xx.2000-ci il tarixdə Qazax (Ağstafa) rayonunun Kolxafali kəndində vəfat etmişdir. Onu həmin kənddə yerləşən qəbristanlığında dəfn etmişlər. Mərhum atası hüzr mərasimlərində onu qohum əqrəbaları, onu tanıyanlar iştirak etmişdirlər. Mərhum atası rəhmətə getikdən sonra onun ölümünü qeydiyyat orqanlarında qeydə aldırmamışdır. Mərhum atası ölümünün qeydə alınması barədə Maraqlı şəxs1nə müraciət etsə də, orada uşaqların ölüm akt qeydi tapılmamış və ona aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. Digər tərəfdən mərhum atasının ölüm faktının müəyyən edilməsi ondan miras qalmış torpaq sahəsi vərəsələri arasında bərabər payda bölünməsi üçün lazımdır. Notariat kontoru mərhum atasının ölüm şəhadətnaməsini təqdim etdikdən sonra müvafiq notariat hərəkətlərinin aparılacağını bildirmişdir. O, hazırda ünvan 1 ünvanda da yaşayır. Ağstafa rayonuna gedibgəlmək imkanı yoxdur. Bu səbəbdən də, Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən xx.xx.1924-cü il tarixdə Qazax (Ağstafa) rayonunun Kolxalfali kəndində anadan olmuş X1nun xx.xx.2000-ci il tarixdə Qazax (Ağstafa) rayonunun Kolxalfali kəndində ölməsinə dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, atasının yaşadığı ünvan Qazax (Ağstafa) rayonunun Kolxəlfəli kəndidir. Orada doğulmuş, orada da dəfn olunmuşdur. Qeydiyyat şöbəsinə müraciət etmiş, qeydiyyata ala bilmədikləri üçün məhkəməyə müraciət etmişlər. Atası ev şəraitində vəfat etmişdir. Yas mərasimi də həmin kənddə keçirilmişdir. Qeydiyyatı Sumqayıt şəhəri olduğu üçün Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Şahidlərdən biri bacısının qonşusu, digəri isə qohumlarıdır. Maraqlı şəxs1 rəisi Arifə Qasımova ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak etməkləri imkanları xaricindədir. Ona görə də onların məhkəmə iclasında iştirak etməmələrinin üzrlü hal hesab edilməsini və qərar qəbul edilməsini xahiş etmişlər. Maraqlı tərəf Maraqlı şəxs2nə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmələrinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Akif müəllimi tanıyır. Otuz səkkiz ildir ki, bir binada yaşayırlar. Akifin atası Qazax şəhərində dəfn olunmuşdur. Qonşu kimi yas mərasiminə getmiş və iştirak etmişlər. Ölüm tarixini tam xatırlamır. Lakin bildirir ki, yay aylarında rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, ərizəçi ilə qohumdurlar. Atası 2000-ci ildə vəfat etmişdir. Yas mərasimində də iştirak etmişdir. Ağstafa rayonunun Kolxəlfəli kəndində dəfn olunmuşdur. Əslində kolxəlfəli adlandırılır. Lakin onlar Xalfalı deyirlər. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs1 tərəfindən Ərizəçi nümayəndəsi X4 ünvanlanmış ərizəyə cavabdan görünür ki, xx.xx.2000-ci ildə vəfat etmiş X5 xx.xx.2000-ci ildən hal-hazırda qədər ölüm qeydiyyatından keçməmişdir. Məlumat üçün bildirilmişdir ki, ölüm qeydiyyatından keçirmək üçün ölüm haqqında tibbi şəhadətnamə və yaxud məhkəmə qətnaməsi təqdim olunmalıdır. Bu halda ölüm qeydiyyatından keçirmək mümkün olacaqdır. Maraqlı şəxs1 rəisi Arifə Qasımova tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli, 3- 16-5/7-1543 nömrəli arayışdan görünür ki, xx.xx.2000-ci il tarixdə vəfat etmiş X3 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Azərbaycan Respublikası Ağstafa rayonu İcra Hakimiyyəti Başçısının Kolxəlfəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 15 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, X5 1924-cü ildə Qazax (Ağstafa) rayonunun Kolxəlfəli kəndində anadan olmuş və ölən günədək kənddə yaşamışdır. xx.xx.2000-ci ildə Ağstafa rayonunun Kolxəlfəli kəndində vəfat etmiş və Kolxəlfəli kənd qəbristanlığında dəfn edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X5 qəbristanlığda dəfn edilmiş və ona aid başdaşının üzərində 1924- xx.xx.2000-ci il tarixləri qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi atası 1924-cü il təvəllüdlü X5 25 avqust 2000-ci il tarixdə Ağstafa rayonu, Kolxəlfəli kəndində vəfat etmişdir. Ərizəçi X1nun ölümünün qeydə alınması barədə Maraqlı şəxs1nə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, 1924-cü il təvəllüdlü X3 25 avqust 2000-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. 1924-cü il təvəllüdlü X3 25 avqust 2000-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1334/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1334/2024
01.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver