Məhkəmə qərarları › İş №2(060)-1342/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1342/2021

16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1342/2021 16.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5 və Cavabdeh6 qarşı “kredit müqaviləsi üzrə borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış 003R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 4634.35 manat məbləğində kredit borcu, 409.13 manat məbləğində faiz borcu və 851.95 manat məbləğində cərimə borcu olmaqla, 003R********** saylı kredit razılaşması üzrə 4669.14 manat məbləğində kredit borcu, 588.78 manat məbləğində faiz borcu və 896.75 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 12050.10 manat məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının tutulması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinin açıq hərracdan satılması, 12050.10 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı-nə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi qaydada tutulması, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377Ç ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 həmin fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 22.02.2010-cu il tarixli, 03L000004806 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 07.11.2014-cü il tarixli, 03L000004806S saylı sazişlə, kredit xəttinin müddəti 177 ay müddətində, kredit xəttinin məbləği 120000 ABŞ Dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 05.11.2018-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 07.04.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 7365.65 manat ödəmiş, onun 4634.35 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 08.10.2020-ci il tarixə 184 gün üçün hesablanmış faiz borcu 409.13 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 08.10.2020-ci il tarixə 184 gün üçün hesablanmış cərimə 851.95 manat təşkil edir. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 25.12.2019-cu il tarixli 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 25.03.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 330.86 manat ödəmiş, onun 4669.14 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasmadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1 bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 08.10.2020-ci il tarixə 197 gün üçün hesablanmış faiz borcu 588.78 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 08.10.2020-ci il tarixə 197 gün üçün hesablanmış cərimə 896.75 manat təşkil edir. Kredit xətti müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh4 ilə Bank arasında bağlanılmış 28.08.2017-ci tarixli ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka saxlayan İddiaçı cavabdeh ipoteka verən Cavabdeh4 “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci bəndində uyğun olaraq 03.09.2020-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə 10.09.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə təqdim olunmuşdur və həmin idarədə qeydiyyata alınmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və mövcud qanunvericiliyin tələblərini rəhbər tutaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək göstərdi ki, o, müğənnidir və bütün gəlirləri müğənnilik sənətindən əldə edilir. Pandemiya olduğuna görə bütün restoranlar və şadlıq evləri bağlanmış və işləri olmamışdır. Ona görə də, maddi imkanı pis duruma düşmüş və banka olan borcunu ödəyə bilməmişdir. Buna baxmayaraq o, banka olan borcunu hissə-hissə də olsun ödəyəcəkdir. Bundan başqa o, kredit müqaviləsi üzrə hesablanmış cərimə borcunun azaldılmasını xahiş edir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək, iddia tələbində qeyd edilən məbləğin hissə-hissə ödənilməsi və cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh1 İddiaçı ilə bağladığı 22.02.2010-cu il tarixli, 03L000004806 saylı kredit xətti müqaviləsinə əsasən 60 ay müddətinə 20000 ABŞ Dolları məbləğində kredit xətti açılmışdır. Tərəflərin imzaladıqları 07.11.2014-cü il tarixli, 03L000004806S saylı sazişlə, kredit xəttinin müddəti 177 ay müddətində, kredit xəttinin məbləği 120000 ABŞ Dolları müəyyən edilmişdir. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 05.11.2018-ci il tarixli, 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 manat məbləğində kredit götürmüşdür. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı ilə bağladığı 25.12.2019cu il tarixli 003R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 5000 (beş min) manat məbləğində kredit götürmüşdür. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 25.03.2020-ci il tarixdən banka qaytarmamışdır. İş materiallarında olan ipoteka müqaviləsindən görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh ipoteka verən Cavabdeh4 ilə Bank arasında bağlanılmış 28.08.2017-ci tarixli ipoteka müqaviləsi əsasında Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan zaminlik müqavilələrindən görünür ki, kredit xətti müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1 bəndinə əsasən yuxarıda göstərilən kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, cavabdehlər müqavilə şərtlərini pozmaları barədə xəbərdarlıq olunmuşlar, müqavilə üzrə üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməmələri tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb ediləcəyi və tutmanın ipoteka predmetinə yönəldilməsi bildirilmişdir. İş materiallarına əlavə edilmiş 29.04.2021-ci il tarixli “xxxx” MMC tərəfindən verilmiş rəydən görünür ki, ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.mdən ibarət fərdi yaşayış evinin bazar dəyəri 55.000 manat, likvid dəyəri isə 41.000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evi Cavabdeh4 məxsusdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 741 və 742.1. maddələrinin mənasından görünür ki, əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. 448.1. və 448.2. maddələrindən görünür ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun: 39.1. maddəsində göstərilir ki, ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 34.1.3. maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Həmçinin, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 317.1. maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər və həmin Məcəllənin 319.1. maddəsinin tələbinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir və həmin Məcəllənin 319.6. maddəsinin tələbinə əsasən əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalı, çatışmayan məbləğ borclu tərəfindən ipoteka saxlayana ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizə ilə məhkəməyə müraciət edildiyi zaman 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması dövlət rüsumu, 20 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu, 10 manat ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması dövlət rüsumu, 20 manat xidmət haqqı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 aid edilməli və onlardan alınaraq müvafiq olaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia tələbindən göründüyü kimi cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 eyni zamanda 003R********** saylı kredit razılaşması üzrə 851.95 manat, 003R********** saylı kredit razılaşması üzrə isə 896.75 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 003R********** saylı kredit razılaşması üzrə 10 manat, 003R********** saylı kredit razılaşması üzrə 10 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 ilə bağlanmış 003R********** saylı kredit razılaşması ləğv edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 4634.35 manat məbləğində kredit borcu, 409.13 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5053.48 manat kredit borcu, 003R********** saylı kredit razılaşması üzrə 4669.14 manat məbləğində kredit borcu, 588.78 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, 5267.92 manat məbləğində kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulmalı, tələb ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin fərdi yaşayış evinin likvid qiyməti 41.000 manat müəyyən edilməli, həmin fərdi yaşayış evi açıq hərracdan satılmalı, satışdan əldə edilmiş vəsait hesabına 003R********** saylı kredit razılaşması üzrə 4634.35 manat məbləğində kredit borcu, 409.13 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5053.48 manat kredit borcu, 003R********** saylı kredit razılaşması üzrə 4669.14 manat məbləğində kredit borcu, 588.78 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, 5267.92 manat məbləğində kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı-yə ödənilməli, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi qaydada tutulmalı, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377Ç ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılmalı, həmin fərdi yaşayış evi boşaldılmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 ilə bağlanmış 003R********** saylı kredit razılaşması ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 003R********** saylı kredit razılaşması üzrə 4634.35 manat məbləğində kredit borcu, 409.13 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5053.48 manat kredit borcu, 003R********** saylı kredit razılaşması üzrə 4669.14 manat məbləğində kredit borcu, 588.78 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, 5267.92 manat məbləğində kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı tutulsun. Tələb ipoteka predmeti olan Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377C ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilsin, həmin fərdi yaşayış evinin likvid qiyməti 41.000 manat müəyyən edilsin, fərdi yaşayış evi açıq hərracdan satılsın. Satışdan əldə edilmiş vəsait hesabına 003R********** saylı kredit razılaşması üzrə 4634.35 manat məbləğində kredit borcu, 409.13 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, cəmi 5053.48 manat kredit borcu, 003R********** saylı kredit razılaşması üzrə 4669.14 manat məbləğində kredit borcu, 588.78 manat məbləğində faiz borcu və 10 manat məbləğində cərimə borcu olmaqla, 5267.92 manat məbləğində kredit borcu, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı İddiaçı-yə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2 ümumi qaydada tutulsun. Sumqayıt şəhəri, Corat qəsəbəsi, 377Ç ünvanda xüsusi mülkiyyətində olan 0.0418 ha torpaq sahəsi və üzərində yerləşən, ümumi 138.7 kv.m-dən ibarət fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh5, Cavabdeh6 həmin fərdi yaşayış evindən çıxarılsınlar və həmin fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar