Məhkəmə qərarları › İş №2(060)-1356/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1356/2025

27.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1356/2025 27.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum nənəsi X1 25 may 1986-cı ildə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, hal-hazırda ailə üzvləri ilə birgə Sumqayıt şəhəri, 5-ci mkr, ev 08/12,mənzil 217-də yaşayır. Atası 25 fevral 2024-cü il tarixdə vəfat etmiş və 1 saylı Sumqayıt regional “Asan xidmət” mərkəzi tərəfindən xx.xx.2024-cü il tarixldə “X4 ” verilmişdir. Atası ölümündən qabaq ona məxsus olan ünvan 1 ünvanında yaşamışdır. Atasının ölümündən sonra vərəsəlik işinin açılması ilə əlaqədar 2 saylı Sumqayıt “Asan xidmət” Mərkəzinə müracət edərkən mərhum nənəsi (atasının anası) X1 ölümünün qeydiyyata alınması barədə sənədin təqdim olunması tələb olunmuşdur. Lakin mərhum nənəsi X3 25 may 1986-cı ildə vəfat etməsinə və Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi günbəz” qəbirstanlığında dəfn olunmasına baxmayaraq ona X4 götürülməmişdir. Ona gərə də müraciəti əsasında Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin səlahiyyətli nümayəndəsi qəsəbə ərazisində yerləşən “Yeddi günbəz” adlanan məzarlığa gedərək mərhumun həmin məzarlıqda dəfn olunduğunu müəyyən etmiş və bu barədə xx.xx.2024-cü il tarixli, 26 saylı arayış vermişdir. Bundan sonra mərhum nənəsi X1 ölümünün qeydiyyata alınması barədə Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Həmin orqandan ərizənin təmin edilməməsı barədə xx.xx.2024-cü il tarixli cavab alıb. Ərizənin təmin edilməməsi barədə imtina məktubunda ölüm faktını təsdiq edən sənədın olmadığı bildirilmişdir. Eyni zamanda məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, mərhum nənəsi L.A.Mirzəyeva xəstəliyi ilə əlaqədar ölümündən əvvəl Sumqayıt 1 nömrəli şəhər xəstəxanasının qastroentralogiya şöbəsində 1986-cı ilin may ayında stasionar müalicə almış və müalicəsi mümkün olmadığından həkimlərin məsləhəti ilə xəstəxanadan evə buraxılmış və bir neçə gündən sonra, yəni may ayının 25-də vəfat etmişdir. Lakin valideynləri tərəfindən onun bilmədiyi səbəbdən mərhuma “X4” götürülməmişdir. Ona görə də tərəfindən Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsı 1 nömrəli Şəhər Xəstəxanasının Poliklinika şöbəsinə müraciət edərək mərhum nənəsi X1 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə verilməsinı xahiş edib və həmin qurumdan X3 barədə poliklinikaya müracət olunmadığı barədə 20 dekabr 2024-cü il tarixli məktubla cavab verilərək ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina olunmuşdur. Ona görə də hazırda atasının ölümü ilə əlaqədar vərəsəlik işinin açılması üçün mərhum nənəsi X1 müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə zərurət yaranmışdır. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, bir sıra sosial məsələlərin həlli üçün nənəsinin ölüm kağızını almaq lazımdır. Hazırda onlar miras qalmış evi adlarına keçirtmək istəyirlər. Atası və babasını da nənəsinin yanında dəfn ediblər. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini xahiş etdi. 4.Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, mərhum onun anasıdır. O, xx.xx.1986-cı ildə 24 yaşında Sumqayıtda vəfat edib, lakin onu Şamaxıda dəfn ediblər. Həmin vaxt ölüm kağızına ehtiyac olmadığı üçün alınmamışdır. 6.Şahid qismində dindirilən X2 ifadəsində bildirdi ki, ərizəçi oğlu, mərhum isə qaynanasıdır. O, 1982-ci ildə gəlin gəlib. Qaynanası xx.xx.1986-cı ildə vəfat edib. 7.Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 8.İş materiallarında olan AZ-İİ 419137 saylı ölüm haqqında şəhadətnamin surətindən görünür ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 133 nömrə ilə qeyd edilmişdir.

9. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs X1 ölümünü təsdiq edən sənəd olmadığından, X4nin verilməsindən imtina etmişdir. 10.İşdə olan 1 nömrəli şəhər Xəstəxanasının poliklinika Şöbəsinin 20 dekabr 2024-cü il tarixli 574 saylı məktubundan görünür ki, X3 barədə poliklinikaya müraciət yoxdur, heç bir məlumat tapılmamışdır. 11.İşdə olan Şamaxı rayonu Şəhriyar Bələdiyyəsinin 26 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 xx.xx.1986-cı ildə vəfat etmiş və hazırda Şamaxı rayonu Şəhriyar qəsəbəsində yerləşən “Yeddi günbəz” adlanan məzarlıqda dəfn olunmuşdur və hal-hazırda məzarı mövcuddur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

12. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin nənəsi X3 25 may 1986-cı ildə Sumqayıt şəhərində vəfat etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 13.Ərizəçinin nənəsi X1 25 may 1986-cı ildə Sumqayıt şəhərində vəfat etməsi faktı şahid ifadələri, fotoşəkillər və digər iş materialları ilə tam təsdiq olunur.

14. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. 15.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin nənəsi X1 25 may 1986-cı ildə Sumqayıt şəhərində ərizəçinin ölməsi faktı müəyyən olunmalıdır. 16.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. 17.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 18.Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 19.Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 20.Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Nəticə hissəsi: 21.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçinin nənəsi X1 25 may 1986-cı ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar