Məhkəmə qərarları › İş №2(060)-1369/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1369/2025

17.01.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1369/2025 17.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qət etdi. Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2024-cu il tarixdə MŞS/MT030/2024-01451 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2006-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurub. Birgə nikahlarından iki övladları var: X3xx.xx.2007-ci il təvəllüdlü və X4-xx.xx.2008-ci il təvəllüdlü. Qeyd edir ki, mediasiya şurasına müraciət etdi və aralarında xx.xx.2024-cu il tarixdə MŞS/MT030/2024-01451 nömrəli barışıq sazişi bağlandı. Cavabdeh Maraqlı şəxs üzərinə götürdüyü aliemnt öhdəliyini yerinə yetirmir. Bu günə qədər cavabdehin ona 705 manat aliment borcu yaranmışdır. Elə bu səbəbdən 10 dekabr 2024-cu il tarixdə cavabdehə rəsmi xəbərdarlıq məktubu göndərib. Ona görə də hazırki ərizə ilə məhkəməyə müraciət edib. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

3. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada (SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə bildirişə əsasən) xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər.

4. Azərbaycan Respublikası MPM-in 185-ci maddəsinə əsasən məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları: 6.İşdə olan MŞS/MT030/2024-01451 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişindən görünür ki, mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladı xx.xx.2008-ci il təvəllüdlü X1 ücün Maraqlı şəxs (uşağın - atası) 235 ( iki yüz otuz beş ) manat alimenti xx.xx.2024-cü il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın atası) və Ərizəçi (uşağın- anası) övladı xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində - Ərizəçi ( uşağınanası) ilə Maraqlı şəxs (uşağın - atası) aralarında imzalanacaq sazişə əsasən övladıxx.xx.2008-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi razılaşaraq öhdəlik götürdü. 7.İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Ərizəçi tərəfindən MŞS/MT030/2024-01451 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişinin icra edilməməsi ilə əlaqədar yaranan borcun ödənilməyəcəyi tədirdə məhkəməyə müraciət olunacağı barədə Maraqlı şəxs xəbərdarlıq edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs arasında MŞS/MT030/2024-01451 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Sonuncu barışıq sazişini icra etmədiyindən ərizəçi hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir.

a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Mülki Prosessual Məcəllənin: 9.355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 10.355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 11.355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 12.355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 13.355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 14.355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 15.Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin şərtlərini və işin hallarını müzakirə edərək, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını və bu Sazişin tərəflərin mənafeyinə uyğun olmasını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. 16.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına dair 7 saylı Protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanma ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqlara malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Bu maddə uşaqların maraqlarına riayət olunması üçün zəruri tədbirlər görməkdə dövlətlərə mane olmur. 17.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 18.Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 19.Həmin Məcəlləninin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə hissəsi: 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 355-23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə,

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında bağlanmış MŞS/MT030/2024-01451 saylı, xx.xx.2024cü il tarixli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Mediasiya prosesində - Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladı xx.xx.2008-ci il təvəllüdlü X1 ücün Maraqlı şəxs (uşağın - atası) 235 ( iki yüz otuz beş ) manat alimenti xx.xx.2024-cü il tarixindən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın- anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü.

2. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın atası) və Ərizəçi (uşağın- anası) övladı xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası Ərizəçi himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar.

3. Mediasiya prosesində - Ərizəçi ( uşağın- anası) ilə Maraqlı şəxs (uşağın - atası) aralarında imzalanacaq sazişə əsasən övladı-xx.xx.2008-ci il təvəllüdlü X2 atası Maraqlı şəxs ilə hər hansı ay, gün və saat barədə məhdudiyyət qoyulmadan sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi razılaşaraq öhdəlik götürdü. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar