Məhkəmə qərarları › İş №2(060)-1388/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1388/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1388/2023 14.03.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.1983-cü il təvəllüdlü əri X5 xx.xx.2022-ci il tarixində ünvan 3nında rəhmətə getmiş və ünvan 1lığın arayışında da görünür ki, ərizəçinin mərhum əri X5 xx.xx.2022-ci il tarixində Sumqayıt şəhərində vəfat etmiş və həmin tarixdə Quba rayonu Paşova kənd qəbirstanlığında el adəti üzrə dəfn olunmuşdur. Hazırda ərizəçinin birgə nikahdan doğulmuş övladlarına ailə başçısını itirməyə görə müavinatın təyin olunması ilə bağlı müvafiq orqan tərəfindən mərhum X2 ölüm haqqında şəhadətnaməsi tələb olunur. Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" Sumqayıt Tibbi Mərkəzi X10 X13 Stansiyası tərəfindən ona ünvanlanan məktubda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixində saat 15:15-də ünvan 3nında yaşayan 1983-cü il təvəllüdlü X5 adına 29 saylı çağırışı daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1983-cü il təvəllüdlü X2 meyitini aşkar etmişdir. Atasının deməsinə görə mərhum çoxlu spirtli içki qəbul etmiş, qəflətən keçinmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Ölüm hadisəsi barədə polisə məlumat verilmiş və meyit polis əməkdaşlarına təhvil verilmişdir. Həmçinin, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli ona ünvanlanmış məktubunda qeyd olunur ki, ünvan 3nında yaşamış, xx.xx.1983-cü il təvəllüdlü X5 xx.xx.2022-ci il yaşadığı mənzildə qəflətən vəfat etmişdir. Hadisə yerində hər-hansı cinayət hadisəsi və ya hüquq pozuntusu aşkar edilməmişdir, ölüm hadisəsi cinayət xarakterli deyildir. Ərizəçi xx.xx.2022-ci il tarixində mərhum əri X2 ölümünün qeydiyyata alınması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ölümünün qeydiyyata alınmasından imtina olunmuşdur. Göstərilənlərə əsasən 09 may 1983-cü il təvəllüdlü ərizəçinin əri X2 23 noyabr 2022-ci il tarixində Sumqayıt şəhəri, 10-cu mikrorayon, 43 saylı evin, 50 saylı mənzilində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Ərizəçi ərizəsini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, məhkəməyə ərizə göndərərək, səhhətindəki problemlə əlaqədar növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır.

Əsaslandırıcı hissə:

a) Mülki işin materialları:

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 öz ifadəsində göstərmişdir ki, ərizəçi qardaşının gəlinidir. X5 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. O, vəfat edən zaman onlar rayonda idi və onun vəfat etməsi ilə bağlı onlara zəng edib məlumat vermişdilər. X15 rayonu, Paşaoba kəndində dəfn olunmuşdur. Onun həm dəfn, həm də yas mərasimlərində iştirak etmişdir.

9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 öz ifadəsində göstərmişdir ki, ərizəçi gəlinidir. Əhmədov Raman isə oğludur. Oğlu 23 noyabr 2022-ci il tarixdə, təxminən saat 14:15 radələrində vəfat etmişdir. Oğlu vəfat edərkən nəvəsi ilə birlikdə mərhumun yanında olmuşlar. Onun səhhətində hər hansı problemin olub-olmaması barədə məlumatları olmamışdır. O, vəfat edən kimi təcili yardıma zəng etmişdilər. Lakin oğlu çoxlu spirtli içki qəbul etdiyindən qəflətən keçinmişdir. Sonradan isə Ramanın qaraciyərində problem olduğunu öyrənmişlər.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 öz ifadəsində göstərmişdir ki, ərizəçi qardaşının gəlinidir. O, xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Onun vəfat etməsi ilə bağlı onlara zəng edib məlumat vermişdilər və mərhumun adət-ənənəyə uyğun olaraq dəfn edilməsi üçün qəbrin və digər lazımi şəraitin qurulmasını onlardan xahiş etmişlər. Onlar da Əhmədov Romanı dəfn etmək üçün rayonda lazımi şəraiti quraraq xx.xx.2022-ci il tarixdə onu dəfn etmişlər. Mərhumun dəfn mərasimində yaxından iştirak etmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Quba rayonu Vəlvələ Bələdiyyəsinin 16 dekabr 2022-ci il tarixli, 162 nömrəli arayışından görünür ki, X1 rayonunun Vəlvələ bələdiyyəsinin Paşaoba kənd qəbirstanlığında 24 noyabr 2022-ci il tarixində dəfn edilmişdir.

12. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” “Sumqayıt Tibb Mərkəzi” X12 X13 Stansiyası tərəfindən verilmiş 24 noyabr 2022-ci il tarixli, 2367 nömrəli cavab məktubunda bildirilmişdir ki, xx.xx.2022-ci il tarixində saat 15:15-də ünvan 3nında yaşayan 1983-cü il təvəllüdlü X5 adına 29 saylı çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1983-cü il təvəllüdlü X2 meyitini aşkar etmişdir. Atasının deməsinə görə mərhum çoxlu spirtli içki qəbul etmiş, qəflətən keçinmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. Ölüm hadisəsi barədə polisə məlumat verilmiş və meyit polis əməkdaşlarına təhvil verilmişdir.

13. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi tərəfindən verilmiş 124-18627-1222 saylı, 25 noyabr 2022-ci il tarixli arayışdan görünür ki, ünvan 3nında yaşamış, xx.xx.1983-cü il təvəllüdlü əri X5 xx.xx.2022-ci il yaşadığı mənzildə qəflətən vəfat etmişdir. Hadisə yerində hər-hansı cinayət hadisəsi və ya hüquq pozuntusu aşkar edilməmişdir, ölüm hadisəsi cinayət xarakterli deyildir.

14. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 22 dekabr 2022-ci il tarixli, 05/Q-4837/15 saylı məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır.

15. İş materiallarında olan Maraqlı şəxs tərəfindən 18 yanvar 2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 639075 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 ilə Ərizəçi 18 yanvar 2011-ci ildə nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında elə həmin tarixdə 81 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Əhmədova soyadı verilmişdir.

16. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı 18387238 nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, X5 09 may 1983-cü ildə Quba şəhərində anadan olmuşdur.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

17. Beləliklə, məhkəmədə Ərizəçi izahatından, şahid ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin əri X5 23 noyabr 2022-ci il tarixində Sumqayıt şəhərində vəfat etmiş və Quba rayonu, Paşaoba kənd qəbirstanlığında dəfn edilmişdir, lakin ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır.

19. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

20. Göründüyü kimi ərizəçi ərinin ölümü haqqında şəhadətnaməni başqa qaydada ala bilməmişdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır.

22. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

23. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

24. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

25. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi əri X2 23 noyabr 2022-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilməlidir.

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

28. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizəçi ərizəsi təmin edilsin. 09 may 1983-cü il təvəllüdlü X2 23 noyabr 2022-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar