Məhkəmə qərarları › İş №2(060)-1398/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1398/2025

18.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1398/2025 18.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X3rşı şəxsin ölmüş elan edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.Ərizəçi maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X3rşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cı ildə anadan olmuş X6nın ölmüş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, şəxsin ölmüş elan edilməsi müəyyən olunmalı şəxs X21 onun qızıdır. X6 2014-cü il tarixində birgə yaşadıqları ünvandan həyat yoldaşı və övladları ilə birlikdə İraq Respublikasına getmiş, 2017-ci ilin avqust ayınadək Arzu onunla əlaqə saxlasa da, həmin tarixdən sonra Arzu ilə əlaqələri kəsilmişdir. O, Gürcüstan Respublikasına gedəcəyini bildirərək, 2014-cü ilin noyabr ayında birgə yaşadıqları ünvan 1 ünvanından, Arzunun həyat yoldaşı X10 və az yaşlı övladları ilə birlikdə çıxıb getmiş, elə həmin gün Arzu mobil telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq yolda olduqlarını və Gürcüstan Respublikasına yaxınlaşdıqlarını bildirmiş, həmin gündən sonra nə Arzu, nə də onun həyat yoldaşı Seymurla əlaqə saxlaya bilməmiş, təxminən 15 gün sonra qızı Arzu votsap vasitəsi ilə onunla görüntülü əlaqə saxlayaraq İraq Respublikasmda olduqlarını bildirmiş, həmin gündən sonra Arzu mütəmadi olaraq fasilələrlə vatsap vasitəsi ilə onunla əlaqə saxlamışdır. Bu minvalla 2017-ci ilin avqust ayının ikinci yarısınadək Arzu onunla və digər ailə üzvləri ilə görüntülü əlaqə saxlamış, həmin tarixdən sonra Arzu ilə əlaqəsi kəsilmişdir. 2018-ci ilin sentyabr ayında Arzunun dörd övladı Qızıl Xaç cəmiyyətinin vasitəçiliyi ilə Azərbaycana gətiriİmişdir. Arzunun boyu təxminən 162 sm, orta bədən quruluşlu, dərisinin rəngi ağbəniz, gözlərinin rəngi qara, qara rəngli sıx saçlı, uzunsov sifət quruluşlu idi. O, X9 ola biləcəyi yerin müəyyən edilərək təhqiqata təmin olunması üçün müvafiq raport verilməsinə, eləcə də aidiyyəti qurumlara müvafiq sorğular göndərməyinə baxmayaraq hər hansı bir müsbət nəticə əldə edə bilməyib. Beləliklə də, xx.xx.1990-cı il təvəllüdlü X21 2014-cü il tarixdə yaşadığı ünvandan çıxıb getdikdən sonra 2017-ci ilin avqust ayınadək onunla əlaqə saxlamış, lakin sonra ailə üzvləri ilə əlaqəni kəsmişdir. Sumqayıt ŞPİnin 1-c.i PB-nin təhqiqatçısı, polis kapitanı X22 xx.xx.2019-cu il tarixli, N K -1/2301 saylı yoxlama materialını araşdırıb, qərar verdi ki; 1. X21 öz yaxınları ilə qohumluq əlaqəsini kəsmiş hesab edilsin və qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanması rədd edilsin. 2 . X9 qohumluq əlaqəsini kəsmiş şəxs kimi qeydiyyata götürülməsi və barəsində axtarış elan edilməsi üçün qərarın surəti Sumqayıt ŞPİ-nin X4 göndərilsin. 3. Qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərlik həyata keçirən Sumqayıt şəhər prokuroruna və müraciət müəllifinə göndərilsin. 4. Toplanmış material saxlanılması üçün Sumqayıt ŞPİ, 1-ci PB-nin dəftərxanasına təhvil verilsin. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 2 saylı Suımqayıt Regional “Asan Xidmət” X20 3-16-5/8-15-A-08/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubunda X9 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamənin təqdim olunmadığından ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmələri tövsiyyə olunduğu göstərilmişdir. Hazırda nəvələrinin himayəçilik məsəsələrinin həll olunması məqsədilə bu ərizə ilə məhkəməyə müraciət edir. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, qızının yoldaşının atası onun Rusiyada olanda yanına gəlmişdi ki, oğlu tutulub. O, pul verib mərhumu həbsdən çıxartdırmışdı. Mərhum 350 dollar ondan pul alıb Rusiyaya getmişdi. Mərhum 2-ci dəfə də tutuldu və 3 il yarım həbsdə yatıb çıxdı. Mərhum həbsdə olarkən vəhabilərlə əlaqəyə girmişdi. Mərhum həbsdən gəldikdən sonra saqqalını qırxmağını bildirsələr də, mərhum buna razı olmadı. O, mərhuma evdə qalmağa da yer verdi. Lakin, mərhum həmişə ona cihada gedəcəyini bildirirdi. Mərhum qızını məcburi olaraq İraqa aparmışdır. Mərhum qızını başını kəsməklə təhdid edib. Sonradan məlumatı oldu ki, qızını və başqa şəxsləri avtobusa doldurub partladıblar. Mərhumu da silahla vurublar ölüb və elə öz oğlu mərhumu dəfn edib. Qızı 2014-cü ildə İraqa getmişdir. Sonuncu dəfə qızı ilə xx.xx.2017ci ildə Qurban bayramı vaxtı danışıblar. Qızının itkin düşmüş hesab edilməsi üçün məhkəməyə müraciət etsə, həmin vaxt az müddət keçdiyindən iddiası təmin edilməmişdir. Hazırda qızı ilə son danışığından 8 ildən çox vaxt keçmişdir. Qızının ölümünün təsdiqlənməsi ona uşaqlar üçün sosial müavinət almaq üçün lazımdır. Belə ki, qızının 4 övladı onun himayəsindədir, aldığı pensiya ilə onları saxlamaqda çox böyük çətinlik çəkir. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini xahiş etdi. 4.Maraqlı şəxs 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Şahid qismində dindirilən X13 ifadəsində bildirdi ki, bacısı ilə sonuncu dəfə 2017-ci ildə danışıblar. Bacısının həmin vaxtdan öldüyünü güman edirlər. Qırmızı Xaç Komitəsinin vasitəsi ilə bacısının uşaqlarını tapıblar. Lakin bacısı haqqında məlumat əldə də bilməyiblər. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə müraciət etsələr də, nəticəsi olmamış və onlara qeyrimüəyyən məlumat verilmişdir. 6.Şahid qismində dindirilən X25 ifadəsində bildirdi ki, axırıncı dəfə baldızı ilə 2017-ci ildə danışıblar. Baldızı və ailəsi 2014-cü ildən ölkədən çıxıb gediblər. 2017-ci ildən bu günə kimi onlar barəsində heç bir məlumat əldə edə bilməyiblər. Eşitdiyinə görə baldızı ölüb. 7.Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2006-ci ildə Ukrayna Respublikası, Luqansk vilayəti, Luqansk şəhərində doğulmuşdur. X1, X2r. 9.İşdə olan AZE seriyalı 18486595 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.2014-cü ildə Sumqayıt şəhərində doğulmuşdur. X1, X2r. 10.İşdə olan AZE seriyalı 18486594 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Aslanova Mədinə xx.xx.2010-cu ildə Rusiya Federasiyası, Maxaçkala şəhərində şəhərində doğulmuşdur. X2r. 11.İş materiallarında olan AZE seriyalı 18486596 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Aslanova Səkinə xx.xx.2010-cu ildə Rusiya Federasiyası, Maxaçkala şəhərində şəhərində doğulmuşdur. X2r. 12.İşdə olan xx.xx.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X9 öz yaxınları ilə qohumluq əlaqəsinin kəsilmiş hesab edilməsi və cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. 13.İşdə olan 2 saylı Sumqayıt Regional “Asan Xidmət” X5 Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X9 ölümünü təsdiq edən ölüm haqqında tibb şəhadətnamə təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. 14.İşdə olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)-8046/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Ərizəçi şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsinə dair iddia tələbi rədd edilmişdir. 15.İşdə olan Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü X11 və onun həyat yoldaşı xx.xx.1990-cı il təvəllüdlü X21 4 azyaşlı övladını da götürməklə qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək üçün 2014-cü il tarixdə ölkə ərazisini Türkiyə istiqamətində tərk edərək Suriyaya, oradan isə İraqa keçmişlər. Daxil olmuş əməliyyat məlumatlarına əsasən, Seymur Mahmudov və Arzu Aslanova münaqişə bölgəsində gedən döyüşlər zamanı öldürülmüşlər.

16. İşdə olan xx.xx.2019-cu il tarixli doğum haqqında arayışdan görünür ki, X21 xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası X12r.

17. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 13 avqust və 28 sentyabr 2018-ci il tarixli sərəncamlarının surətindən görünür ki, Ərizəçi nəvələri X16, X17, X18 və X23 üzərində rəyyum təyin edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

18. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.1990-cı il təvəllüdlü X21 həyat yoldaşı xx.xx.1983-cü il təvəllüdlü X11 ilə birlikdə 2014-cü il tarixdə ölkə ərazisini Türkiyə istiqamətində tərk edərək Suriyaya, oradan isə İraqa keçmişdir. İşin bu halları Azərbaycan Respublikası Dövlət Təhlükəsiliyi Xidmətinin xx.xx.2019-cu il tarixli məktubu və şahid ifadələri ilə təsdiq olunur.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər (41.1). Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər(41.2).Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır (41.3). 20.Azərbaycan Respublikası MPM-nin müddəalarına görə şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir (mad. 312). Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir (mad. 313). 21.Beləliklə, məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, X9 harada olması barədə artıq 8 ildən çoxdur ki, məlumat yoxdur. Eyni zamanda onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair məlumatlar vardır. Belə olan halda məhkəmə hesab edir ki, X9 ölmüş elan edilməsi üçün yetərli əsaslar vardır. 22.Eyni zamanda məhkəmə hesab edir ki, X19 ölüm günü xx.xx.2017-ci il hesab edilməlidir. 23.Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. 24.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.1990-cı ildə anadan olmuş X21 ölmüş elan edilməli, onun ölüm yeri İraq İslam Respublikası, ölüm günü isə xx.xx.2017-ci il hesab edilməlidir.

Nəticə hissəsi: 25.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. xx.xx.1990-cı ildə anadan olmuş X21 ölmüş elan edilsin. X9 ölüm yeri İraq İslam Respublikası, ölüm günü xx.xx.2017-ci il hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar