Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1421/2024 11.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə 11 mart 2024-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.2023-cü ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 1992-cı ildə X4 ilə rəsmi qaydada nikaha daxil olmuş və Sumqayıt şəhərinə köçmüşdür. Həyat yoldaşı X4 xx.xx.1967-ci ildə Şamaxı rayonunda anadan olub, xx.xx.2023-ci ildə Onkoloji xəstəliyi səbəbindən vəfat edib. O, Şamaxı rayonu ərazisində yerləşən 7 Kümbəz qəbiristanlığında dəfn edilib. Həyat yoldşı vəfat edən zaman təcili-tibbi yardım çağırmadıqları üçün indiyə qədər həyat yoldaşına ölüm haqqında şəhadətnamə almamışdırlar. Sumqayıt şəhər Qeydiyyat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılıb və X4 barəsində ölüm akt qeydi aşkar edilməyib. Qeyd edir ki, həyat yoldaşının vəfat etməsini təsdiq edən şahidləri və xəstəliyi barədə bütün sənədlər mövcuddur. Buna görə də məhkəmə qaydasında həyat yoldaşı X2 ölüm faktının müəyyən edilməsi zəruridir. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək ərizəni müdafiə etdiyini bildirdi və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat vermişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işəmaraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, mərhum onun qardaşıdır. Qardaşı xx.xx.2023-cü ildə vəfat etmişdir. Qardaşının dəfn və yas mərasimində şəxsən iştirak etmişdir. Həmin vaxt təcili yardım çağırıldı, lakin getdikdən sonra qardaşı rəhmətə getmiş və yenidən təcili yardım çağırılmadığı üçün ölüm sənədini əldə edə bilməmişdirlər. Şahid qismində dindirilən X5 ifadəsində bildirdi ki, mərhum Mehman İsmayılov onun atasıdır. Atası xx.xx.2023-cü ildə vəfat etmişdir. Atasının yas mərasimində şəxsən iştirak etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan Şamaxı rayonunun Şəhriyar Bələdiyyəsinin 50 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1967-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə Şamaxı rayonunun Şəhriyar qəsəbəsində yerləşən “Yeddi günbəz” adlanan məzarlıqda dəfn olunub. İşdə olan Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi” X10 X11 Stansiyasının 2659 nömrəli, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09.30-da ünvan 1 ünvanına 1967-ci İİ təvəllüdlü X1 adına 2a nömrəli çağırış qəbul olunmuşdur. D-z: Sağ ağciyərin karsinoması. Kəskin tənəffüs çatışmazlığı. Aqonal vəziyyət. Xəstəyə lazımi tibbi yardım göstərilib. Göstərilən tibbi yardıma baxmayaraq, xəstənin vəziyyəti ağır olaraq qalıb. Saat 11.00-da xəstənin ailə üzvləri ilə telefon əlaqəsi saxlanıldı. Ailə üzvləri X1 öldüyünü bildirdilər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qubadlı rayon Qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs Ərizəçi ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin əri xx.xx.1967-ci il təvəllüdlü X4 xx.xx.2023-cü ildə Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt şahid ifadələri, Şamaxı rayonunun Şəhriyar Bələdiyyəsinin 50 nömrəıli, xx.xx.2023-cü il tarixli məktubu, Azərbaycan Respublikasi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Sumqayıt Tibb Mərkəzi” X10 X11 Stansiyasının 2659 nömrəli, xx.xx.2023-cü il tarixli məktubu, fotoşəkillər və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin əri xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.2023-cü ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1967-ci il təvəllüdlü X1 xx.xx.2023-cü ildə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəmsəsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1421/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1421/2024
11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver