Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-145/2021 02.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi Mehriban Hüseyn qızı Həsənlinin katibliyi ilə İddiaçı, onun vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbi və ya dəyərinin ödənilməsi tələbinə dair iddiası tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı əmlak tələbi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikaha daxil olmuş, nikahları Sumqayıt “ASAN” Xidmət mərkəzinin qeydiyyat şöbəsində AZ-İ № 1290 nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olmuşdur. xx.xx.2019-cu il tarixdə gecə saat 03:00 radələrində uşağın doğulması ilə əlaqədar doğum evinə getmişdir. Aralarında heç bir narazıçılıq olmadığı üçün təbii ki, özü ilə heç bir qiymətli əşya götürməmişdr. xx.xx.2019-cu ildə valideynlərinin qarşılıqlı razılaşmasına əsasən körpə uşağa bir müddət qulluq edilməsi məqsədilə doğum evindən birbaşa valideynlərinin yaşadığı evə getmişdir. Məhz həmin müddətdə keçmiş əri və onun ailəsi ilə münasibətləri pozulmağa başlamış və boşanmağa qərar vermişlər. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-679/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə aralarında olan nikah münasibətlərinə xitam verilmişdir. Valideynlərinin evinə gəldikdən sonra boşanma qərarı çıxanadək yeddi ay müddətində keçmiş ərinin evinə getməmişdir. Ata evinə gedərkən ailənin dağılacağını təsəvvür etmədiyi üçün özü ilə heç bir əşya və zinət əşyalarını aparmamışdır. Hazırda ona məxsus ümumvətəndaş pasportu və aşağıda adları sadalanan qızıl-zinət əşyaları cavabdehdə qalmışdır. 1) xx.xx.2016-cı il tarixdə keçirilən nişan mərasimində ona hədiyyə edilmiş qiyməti 2000 AZN olan “tülpan” ağ qızıl üzük, 2) xx.xx.2018-ci il tarixdə toy mərasimində ona hədiyyə edilmiş qiyməti 7000 AZN olan bir dəst ağ qızıldan ibarət komplekt (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbağ, 1 ədəd üzük); 3) xx.xx.2018-ci il tarixdə hədiyyə edilmiş qiyməti 300 AZN olan sarı qızıl boyunbağı və onun klonu. Bu əşyalar ona geri qaytarılmamış və cavabdeh tərəfindən gizlədilərək mənimsənilmişdir. Nəticədə ona 9300 manat zərər dəymişdir. Həmin zinət əşyalarının onun üçün maddi dəyərindən əlavə mənəvi dəyəri də vardır. Dəfələrlə cavabdehə müraciət etməyinə baxmayaraq o, qızıl-zinət əşyalarını və ümumvətəndaş pasportunu verməkdən imtina etmişdir. Nəticədə mülkiyyəti olan əşyaların və ya onların maddi dəyərinin ona ödənilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Qeyd olunanlara əsasən iddia üzrə adı çəkilən və hədiyyə olaraq ona verilən qızıl-zinət əşyalarının Cavabdeh alınıb ona qaytarılması və ya dəyərinin ödənilməsi, habelə ona məxsus ümumvətəndaş pasportunun qaytarılması və 30 manat dövlət rüsumunun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı ona qarşı əmlak tələbi və ya dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsinə etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, o iddiaçı X5 ilə xx xxx 2018-ci il tarixdə nikaha daxil olmuş, birgə nikahlarından bir uşaqları olmuşdur. İddiaçının təşəbbüsü ilə nikahlarına Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-679/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə xitam verilmişdir. Məhkəmənin nikahın pozulması barədə işə baxma mərhələsində iddiaçı öz cehiz əşyalarını və qızıl-zinətini aparmışdır. Belə ki, xx xxxxxx 2019cu il tarixdə iddiaçının bacısı X2, anası İntizar Şirinova, əmisi Nəbi Şirinov və 3 nəfər mebel ustası onların evlərinə gəlmişlər. Onlar iddiaçının cehiz və qızıl-zinət əşyalarını aparmağa gəlmişlər. İddiaçının əmisi Nəbi Şirinov onların həyətinin qapısında dayanaraq evə girməmiş, iddiaçının bacısı hələ həyətdə bütün əşyaları verəcəklərini soruşduqda anası bildirmişdir ki, bəli iddiaçı onların nəvəsinin anası olduğuna görə hə bir şeyi o cümlədən soruşduğunuz qızılzinət əşyalarını apara bilər. Bu söhbəti iddiaçı tərəfindən gəlmiş mebel ustaları da eşitmişlər. Bundan sonra mebel ustaları birinci mərtəbədə iddiaçının mətbəx mebelini sökməyə, Mülayim və İntizar Şirinovalar isə ikinci mərtəbəyə qalxaraq iddiaçının yaşadığı otağa daxil olub cehiz əşyalarını qablaşdırmağa başlamışlar. Bu zaman o işdən qayıtdığı üçün, anası ilə birgə onların arxasınca ikinci mərtəbəyə qalxaraq otağa daxil olmuşlar. Daxil olan zaman onların əşyaları qablaşdırdıqlarının şahidi olmuşlar. Bu zaman Mülayim Şirinova onu “sən nə kişisən” deyərək təhqir etməyə başlamış, o cavab vermək istəyəndə anası qolundan tutaraq bayıra çıxartmışdır. Bundan sonra o anası ilə birgə aşağı həyətə düşmüşlər. Onlar isə iddiaçıya məxsus bütün əşyaları yığışdırıblar. İddiaçının anası və bacısı iddiaçının bütün əşyalarını götürüb gətirdikləri avtomobilə yükləyərək aparmışlar. Onun da bəzi paltarlarını aparmışlar ki, o bu barədə onlar getdikdən sonra otağa daxil olan zaman xəbər tutmuşdur. İddiaçının qohumları əşyaları apararkən onlara hər hansı bir irad tutmamışlar. Hətta məhkəmə iclaslarında da qızıl-zinət əşyalarının aparılmaması barədə heç nə deməmişlər. Cehiz əmlakın və qızıl ziynət əşyalarını apararkən iddiaçı elə bir gərginlik yaratmışdır ki, həmin əşyaların siyahısı tərəflərindən tərtib edilməmiş və heç kim tərəfindən imzalanmamışdır. Bundan əlavə cehiz əşyalarını götürmək üçün ikinci mərtəbəyə qalxmamışdan əvvəl əgər iddiaçının bacısı “qızılları da verirsən” sualına “niyə vermirəm ki, o da mənim nəvəmin anasıdır” deyən anama cehiz əşyalarını apararkən niyə soruşmadı ki, bəs qızıl zinət əşyaları haradadır. Çünki iddiaçının anası və bacısı onlarsız iddiaçının yaşadığı otağa daxil olaraq bütün əşyaları onların iştirakı olmadan yığışdırmışlar. Onların bu hərəkətlərinə tərəflərindən heç bir maneə olmamışdır. Hesab edir ki, məhkəmə obyektiv həqiqətin müəyyən edilməsi üçün iddiaçının cehizinin aparılmasında iştirak etmiş bacısı X2, anası İntizar Şirinova, əmisi Nəbi Şirinov və 3 nəfər mebel ustası mütləq həmin iş üzrə şahid qismində dindirməlidirlər. Çünki məhz həmin şəxslər cehiz əşyalarının aparılması barədə doğru məlumat verə bilərlər. İddiaçının ümumvətəndaş pasportunun ona qaytarılması barədə tələbi də absurddur. Belə ki, həmin pasport ona lazım olmamış, hansı səbəbə onu saxlamalıdır. İddiaçı cehiz əşyaları apararkən onların qeyd edilməməsindən sui istifadə edərək apardıqları qızıl ziynət əşyalarının təkrar olaraq indi də pulunu istəyirlər. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı ona qarşı qıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi, habelə ümumvətəndaş pasportunun qaytarılması barədə iddiasının təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəsatət verərək «xxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə ödədiyi 300 manat xidmət haqqının cavabdehdən onun xeyrinə tutulmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib, məhkəmədən iddanın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili Vəkil2 məhkəmə iclasında iddia tələbini müdafiə edib İddiaçı izahatına uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddanın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddianı qəbul etməyərək, iddia ərizəsinə etiraza uyğun eyni məzmunlu izahat verib əlavə olaraq izahatında göstərdi ki, iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə razı deyil, iddiaçının iddia tələbindəki qeyd etdiyi qızılzinət əşyalarının qiyməti 9300 manat məbləğində deyil, 3200 manat məbləğindədir. Bir ədəd nişan üzüyünün dəyəri 1700 manat və bir ədəd komplektin dəyəri 1500 manat olan qızıl əşyaları iddiaçıya məxsus olmuş, qalan qızıllar isə cavabdehin ata-anasına məxsus olmuş, sadəcə taxmaq üçün gəlinə verilmişdir. Ona görə də məkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid X3 ifadə verərək göstərmişdir ki, Sumayə qızıdır. Digər qızı, fəhlələr və o qızı Sumayənin cehiz əşyalarını götümək üçün cavabdehin yaşadığı mənzilə getmişlər. Əvvəlcə cavabdeh və anası onları içəri buraxmamış, Orxanın xalaları gələnə kimi gözləmələrini bildirmişlər. Elə həmin vaxt Orxan əlində balta ilə onlara tərəf gələrək hədə-qorxu gəlmişdir. Sonra onlar evə daxil olmuşlar. Qızının yataq otağındakı şkafı açanda içərisində heç nə olmamış, şkaf və termolar boş olmuşdur. Fəhlələr şkafı, mebel, yataq dəstini söküb maşına aparmış, sonra mətbəx mebeli sökülmüşdür. Qızılları Orxanın anası Şəkildən soruşanda demişdir ki, “Sumayə nəvəmin anasıdır, qızılları məhkəmədə qaytaracam”. Qızının paltarları da şkafda olmamış, o biri otaqdan Şəkil qızının paltarlarını qucağında gətirib koridora tökmüşdür. Qızı xx xxxx 2019-cu ildə xəstəxanaya getmək üçün onlara gəlmişdir. Əvvəlcədən onlar qızının uşağı ilə birlikdə 40 gün onlarda qalması barədə razılaşmışlar. Həmin ərəfədə qızının Orxanla münasibətləri pozulmuş, ona görə də qızı o evə bir daha qayıtmamışdır. xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid X6 ifadə verərək göstərmişdir ki, o fəhlədir. Sumayənin atası ilə tanışdır. Sumayənin atası Mehdi ona bır gün qızının əşyalarının ər evindən gətirilməsi üçün müraciət etmiş, o da Mehdinin dediyi vaxta Sumayənin ər evinə getmişlər. Həmin vaxt oğlanın əlində balta var idi, o tərəf, bu tərəfə gedərək aqressiv hərəkətlər edirdi. Onlar 1 saat gözləmiş, sonra pilləkəndan qalxıb içəri girən kimi sol otağa keçib, oradan əşyaları daşımağa başlamışlar. Sonra o biri otaqlara keçib yataq dəsti mebelini, mətbəx mebelini söküb maşınlara daşımışlar. Qızıllarla bağlı o heç nə bilmir, amma əşyaları daşıyarkən qadınlardan bır o birindən qızılların harda olduğunu soruşmuş, cavabında qızıllar barəsində məhkəmədə danışılacağı bildirilmişdir. xx xxxxxxx 2020-ci il tarixə təyin edilmiş məhkəmə iclasında şahid X7 ifadə verərək göstərmişdir ki, Orxan onun oğlu, Sumayə keçmiş gəlinidir. Sumayənin anası onlara gələndə evdə tək o olmuşdur. Səhər saat 11-də Sumayənin anası, bacısı və Sumayənin əmisi cehiz əşyalarını aparmaq üçün onlara gəlmişdir. O da onlara irad bildirərək əvvəlcədən bu barədə xəbərdar etməli olduqlarını demişdir. Sonra oğlunun telefonuna zəng edərək bu barədə məlumat vermiş, oğlu evə gəlmişdir. Sumayənin anasıgil əllərində sumkalar hazır vəziyyətdə gəlmişlər. O da oğlunun mübahisə etməməsi üçün kənara çəkmişdir. Həmin vaxt Sumayənin anasıgil qızılları və cehiz əşylarını maşına yığıb aparmışlar. Qızılları hansı sumkada aparıb bilmir. Sumayənin bütün şəxsi əşyaları öz otağında öz şkafında olmuşdur. Qızılları götürəndə görmüş, qızıllar Sumayənin termosunda olmuş, Sumayənin bacısı qızılları götürmüşdür. Ondan qızılları istəyəndə demişdir ki, onsuz da qızıllar Sumayənindir, verəcəkdir. Dava salmışlar, o da məcbur olub çölə çıxmış, həmin ərəfədə bütün əşyaları, qızılları yığıb aparmışlar. Məhkəmə iş materiallarını araşdırıb, tərəflərin izahatını dinləyib, şahid ifadələrinə, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-679/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə Kərimli (Şirinova) Sumayə Mehdi qızı arasında xx.xx.2018-ci il tarixdə Sumqayıt “Asan Xidmət Mərkəzi” Qeydiyyat şöbəsində bağlanmış 1290 nömrəli akt qeydli nikah pozulmuş, tərəflərin birgə nikahlarından olan xx.xx.2019-cu il təvəllüdlü X4 boşanmadan sonra İddiaçı yanında qalmış, Cavabdeh İddiaçı xeyrinə xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 170 manat və xx.xx.2019-cu il təvəllüdlü X1 03 yaşı tamam olanadək hər ay 50 manat sabit pul məbləğində aliment tutulmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş foto şəkillərdən müəyyən olunur ki, nişanda və toyda mübahisəli qızıllar iddiaçının üzərində olmuşdur. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin daşınar əmlakın qiymətləndirilməsi barədə xx.xx.2021-ci il tarixli hesabatından görünür ki, iş materiallarına əlavə edilmiş foto şəkillər və siyahı üzrə 1 ədəd 750 əyar tülpan ağ qızıl üzük 1300 manat, 1 dəst 750 əyar ağ qızıldan ibarət dəst (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) 3500 manat, 1 dəst 585 əyar sarı qızıl boyunbağı və onun klonu 800 manat, ümumilikdə tələb olunan qızılzinət əşyalarının xx.xx.2021-ci il tarixə bazar qiyməti 5600 manat təşkil edir. İş materiallarına əlavə edilmiş “xxxx” MMC-nin məhkəməyə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, ekspertiza işinin aparılması üçün 300 manat xidmət haqqı İddiaçı tərəfindən “xxxx” MMC-nə ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 225.2-ci maddəsinin tələbinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddənin məzmunundan göründüyü kimi, vindikasiya iddiasının irəli sürülməsi üçün müəyyən şərtlərin eyni vaxtda olması zəruridir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh xx.xx.2018ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, xx.xx.2019-cu il tarixdə gecə saat 03:00 radələrində uşağın doğulması ilə əlaqədar doğum evinə getmiş, oradan isə əvvəlcədən aralarında olan razılaşmaya əsasən İddiaçı uşağı ilə birlikdə 40 gün qalması üçün valideynlərinin evinə getmişdir. Tərəflər arasında ailə münasibətləri pozulduğundan Sumqayır Şəhər Məhkəməsinin 2(060)-679/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Nikahları pozulduqdan sonra iddiaçının anası X3 mebel ustaları, qızı Mülayim və qaynı Nəbi Şirinovla cavabdehin yaşadığı ünvana gedərək İddiaçı qızına məxsus cehiz əmlakları götürmüş, lakin tələb edilən qızıl zinət əşyalarını olmadığı üçün götürə bilməmişlər. Bundan başqa iddiaçıya məxsus ümumvətəndaş pasportunun cavabdehdə qalması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından həmin hissədə iddia tələbi təmin edilməməlidir. Qeyd olunanlar şahid ifadələri ilə təsdiq olunmuş, hətta cavabdeh tərəfindən həmin şahidlərin yenidən dinlənilməsi barədə vəsatət verilmiş, lakin məhkəmə tərəfindən xx.xx.2020ci il tarixdə keçirilən məhkəmə iclasında şahidlər dindirildikləri üçün təkrar dinlənilməsinə zərurət olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd olunur ki, Konstitusiyanın 29-cu maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, mülkiyyət hüququnun məhdudlaşdırılması və ya xitam verilməsi ilə bağlı məsələlərin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməmək, bu cür məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmaq vəzifəsi daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilərək 1 ədəd 750 əyar tülpan ağ qızıl üzük 1300 manat, 1 dəst 750 əyar ağ qızıldan ibarət dəst (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) 3500 manat, 1 dəst 585 əyar sarı qızıl boyunbağı və onun klonu 800 manat, ümumilikdə 5600 manat dəyərində qızıl zinət əşyaları, həmin əşyalar olmadıqda isə dəyəri Cavabdeh alınıb İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və ekspertiza işinin aparılması üçün 300 manat xidmət haqqı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 1 ədəd 750 əyar tülpan ağ qızıl üzük 1300 manat, 1 dəst 750 əyar ağ qızıldan ibarət dəst (1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbaq, 1 ədəd üzük) 3500 manat, 1 dəst 585 əyar sarı qızıl boyunbağı və onun klonu 800 manat, ümumilikdə 5600 manat dəyərində qızıl zinət əşyaları, həmin əşyalar olmadıqda isə dəyəri Cavabdeh alınıb İddiaçı verilsin. Cavabdeh 30 (otuz) manat ödənilmiş dövlət rüsumu ekspertiza işinin aparılması üçün 300 manat ödənilmiş xidmət haqqı alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-145/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-145/2021
02.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver