Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1464/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc tələbi və tutmanın ipotekaya yönəldiməsi» tələbinə dair iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdi : İddiaçı "xxxx" ASC Cavabdeh qarşı «borc tələbi və tutmanın ipotekaya yönəldiməsi » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ASC-in xeyrinə 2019-cu il 20 noyabr tarixli knedit müqaviləsi üzrə 4270,92 manat əsas, 21,71 manat faiz borcu və 46,09 manat cərimə borcu olmaqla ümumilikdə 4338,72 manat borcun, 63,39 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmamn Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, Tuğ- Zavod qəsəbəsində yerləşən, 66,4 kv.m sahədən ibarət 3A nömrəli evin 14 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, Tuğ-Zavod qəsəbəsində yerləşən, 66,4 kv.m sahədən ibarət 3A nömrəli evin 14 saylı mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh qızma məxsus Sumqayıt şəhəri, Tuğ-Zavod qəsəbəsində yerləşən, 66,4 kv.m sahədən ibarət 3A nömrəli evin 14 saylı mənzilinə yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh və digərlərinin Sumqayıt şəhəri, Tuğ-Zavod qəsəbəsində yerləşən, 66,4 kv.m sahədən ibarət 3A nömrəli evin 14 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh yə digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin əmlakın boşaldılması və Banka təhvil verilməsi, "xxxx" İKB ASC ilə Cavabdeh arasında bağlanmış 20.11.2019- cu il tarixli kredit müqaviləsinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmənin icraatına qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində nəzərdə tutulan iddia ərizəsinin forma və məzmununa əməl edilməmişdir. 149-cu maddənin tələbinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin iddiaçı tərəfindən ərizədə qeyd olunan tələblərə əməl edilməmişdir. Yoxlanılan ərizədə iddia tələbi qeyri müəyyəndir, iddia tələbinin yönəldiyi cavabdehlərin dairəsi dəqiq göstərilməmiş, iddiaçı tərəfindən tələb yönəlmiş cavabdehlər “və digərləri” şəkilində göstərilmişdir. Qeyd olunan bu hal iddia ərizəsində iddiaçının tələbinin göstərilməməsi kimi qəbul edilməlidir. Qanunvericiliyin tələbinə görə iddia ərizəsi prosessual sənəd olmaqla qanuna uyğun şəkildə tərtib olunmalı, cavabdehlər və onların hər birinə qarşı yönələn tələb konkret ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə görə iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsinin və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.4-cü maddəsinə əsasən ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən ərizə iddiaçıya geri qaytarılmalı və ona izah edilməlidir ki, ərizənin qaytarılması noqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149,152, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «borc tələbi və tutmanın ipotekaya yönəldiməsi» tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1464/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1464/2022
25.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver