Məhkəmə qərarları › İş №2(060)-1466/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1466/2024

18.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1466/2024 18.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsi və aliment tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsi və aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mediasiya prosesində cavabdehlə aralarında bağlanmış xx.xx.2024-cü il tarixli MŞS/MT030/2024/02770 saylı barışıq sazişinin təsdiq edilməsi, 3 ay vaxt verilmədən nikaha xitam verilməsi və hər ay hər uşaq üçün 50 (əlli) manat, cəmi 100 (yüz) manat miqdarında alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsinixahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinin tələblərinə riayət edilmədən verildiyindən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsindən görünür ki, İddiaçı cavabdehə qarşı barışıq sazişinin təsdiq edilməsi, nikahın pozulması və hər ay hər uşaq üçün 50 (əlli) manat, cəmi 100 (yüz) manat miqdarında alimentin tutulması tələbinə dair bir-biri ilə əlaqəli olmayan bir neçə tələbi bir iddiada birləşdirmişdir. Halbuki, mülki-prosessual qanunvericiliyin tələblərinə görə, o cümlədən işlərə prosessual qanunvericilikdə müəyyən edilmiş müddətlər çərçivəsində tez və vaxtında baxılmasının təmin edilməsi məqsədilə iddiaçı tərəfindən cavabdehə qarşı nikahın pozulması və aliment tələbinə dair və mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə ayrı-ayrılıqda iddia qaldırılmaqla məhkəməyə müraciət edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsi və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 152.2-ci maddəsinə görə iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinəəsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin təsdiq edilməsi və aliment tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, ərizəninin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar