Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1472/2025 27.01.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, maraqlı şəxs Sumqayıt şəhər Məhkəməsinə 23 may 2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2019-cu il tarixdə bağlanmış nikahın pozulmasını tələb etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Bir müddət Maraqlı şəxs ilə münasibətləri normal olsa da, sonradan bu münasibət pozulmuşdur. Maraqlı şəxs ilkin olaraq mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində özü iştirak etmiş və Maraqlı şəxs ilə mediator X1 iştirakı ilə xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamışlar. xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq sazişinə görə nikahın pozulmasına razılığa gəlmiş Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcək, birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi ərizəçinin yanında yaşamasına, Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin mart ayından başlayaraq hər ay 300 manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) ərizəçiyə ödəməyi üzərinə öhdəlik götürmüşdür. Buna baxmayaraq, Maraqlı şəxs üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hal-hazırda X3 ərizəçinin himayəsindədir. Maraqlı şəxs ərizəçiyə nə maddi, nə də mənəvi dəstək olmur. Göstərilənlərə əsasən 03 mart 2023-cü il tarixində mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Ərizəçi tərəfindən məhkəməyə teleqram göndərilərək, işə onun iştirakı olmadan baxılması və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək ərizənin təmin edilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə, maraqlı şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İşin materiallarında olan Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV № 547067 saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X3 08 sentyabr 2020-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası isə Ərizəçidır. İşin materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X1 iştirakı ilə xx.xx.2023-cü il tarixdə bağlanılmış MŞS/MT030/2023-00352 saylı barışıq sazişinə əsasən hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2019-cu il tarixli 1642 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında yaşamasına razıdırlar. Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin mart ayından başlayaraq hər ay 300 manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) Ərizəçi ödəmək barədə öhdəlik götürür. Ərizəçi xx.xx.2020-ci il təvəllüdlü X2 atası- Maraqlı şəxs ilə hər hansı (gün, ay, saat barədə) məhdudiyyət qoyulmadan və hər həftə üç gün qalmaq şərti ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürdü. İşin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2474/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilərək, iddiaçı Maraqlı şəxs ilə cavabdeh Hacı (Məmmədova Fəxriyyə) Zahir qızı arasında Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 16 iyun 2019-cu il tarixində bağlanmış, nikahın bağlanması haqqında akt qeydləri kitabında 1642 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Əsaslandırıcı hissə: Hazırki ərizə ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişi “1. bəndi (hər iki tərəf, birbirinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı xx.xx.2019-cu il tarixli 1642 saylı nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyin əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.)” hissəsində təmin edilməməlidir. Belə ki, tərəf arasındakı nikah ilə əlaqədar Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2474/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə münasibət bildirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 119-cu, 216- 220-ci, 307-311-ci, 355-23- 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə qismən təsdiq edilsin.
1. Hər iki tərəf birgə nikahdan olan xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi anası - Ərizəçi yanında yaşamasına razıdırlar.
2. Maraqlı şəxs xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 2023-cü ilin mart ayından başlayaraq hər ay 300 manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) Ərizəçi ödəmək barədə öhdəlik götürdü.
3. Ərizəçi xx.xx.2020-ci il təvəllüdlü X2 atası- Maraqlı şəxs ilə hər hansı (gün, ay, saat barədə) məhdudiyyət qoyulmadan və hər həftə üç gün qalmaq şərti ilə sərbəst şəkildə görüşüb ünsiyyətdə olmasına mane olmayacağı barədə öhdəlik götürdü. Qətnamənin alimentlə bağlı hissəsi dərhal icra olunsun. Ərizə qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva