Məhkəmə qərarları › İş №2(060)-1492/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1492/2025

13.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1492/2025 13.03.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt şəhər məhkəməsi, hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1934-cü il təvəllüdlü X8 Ağakərim oğlunun xx.xx.2024-cü il tarixində ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 2.Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, ünvan 2 ünvanda yəni, 13-cü mkr, 6 A saylı evin, 41 saylı mənzildə mərhum atası xx.xx.1934-cü il təvəllüdlü X2 yaşamışdır. xx.xx.2024-cü il tarixində X8 Ağakərim oğlu ürək tutmasından vəfat etmişdir. Atasının ölümü ilə bağlı Respublika Təcili və Təxirə Salınmaz mərkəzi X9n Sumqayıt Təcili Tibbi Yardım Stansiyası tərəfindən xx.xx.2024-cü il tarixində xəbərdarlıq vərəqəsi təqdim olunmuşdur. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən, ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda dövlət qeydiyyatına alınır. "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndində əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ona görə də, Tibbi Ərazi Bölmələrin İdarəsinə Birliyinin "Sumqayıt Tibbi Mərkəzi" X9 5 nömrəli ailə sağlamlıq mərkəzinə rəsmi ərizə ilə müraciət edərək tibbi şəhadətnamənin verlməsini xahiş etmişdir. Lakin birliyinin "Sumqayıt Tibbi Mərkəzi" X9 5 nömrəli ailə sağlamlıq mərkəzinin rəhbəri Süleymanova Züleyxa xanım tərəfmdən tibbi arayışm verilməsindən imtina olunmuş və ona təqdim olunmuş 4-N- li, xx.xx.2025-cü il tarixli arayışında qeyd edilmişdir ki, "xx.xx.2024-cü il tarixində rəhmətə getmiş 1934-cü il təvəllüdlü X2 ünvan 3 ünvanında yaşasa da 5 N-li ASM-ə heç bir xəstəliklə bağlı qeydiyyata götürülməmişdir". Hazırda mərhum X8 Ağakərim oğlu Sumqayıt şəhəri, 13-cü ıııkr, ev 6 A, mənzil 41-də qeydiyyatdadır. Qeydiyyatın ləğvi ilə bağlı Sumqayıt şəhər Polis İdarəsinə müraciət etsə də, atasının ölüm haqqında şəhadətnaməsi olmadığına görə qeydiyyatı ləğv olunmamışdır. Həmçinin ölüm haqqında şəhadətnamə olmadığına görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən atasının dəfni ilə bağlı ödənilməli olan dəfn müavinətini də ala bilmir. Həmin ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxsnə ərizə ilə müraciət edib. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ölümünün qeydiyyata alınmasından imtina olunmuşdur. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, “Maraqlı şəxs Sizin atanız X1 ölümünün qeydiyyata alınması barədə ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci səndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın olmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Maraqlı şəxs tərəfindən ərizənizin təmin edilməsi mümkün deyil. Ona görə də hazırda ölüm faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətindədir. Ərizəçi qeyd edilənləri nəzərə alaraq ərizənin təmin edilməsini xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, atası 91 yaşında vəfat edib. Həmin vaxt başqa qohumları da rəhmətə getdiyindən başları həmin yasa qarışmışdır. Buna görə də vaxtında atasının ölüm sənədini ala bilməmişdirlər. Ərizəçi qeyd edilənlərə əsasən ərizəsinin təmin edilməsini xahiş etdi. 4.Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Şahid qismində dindirilən X6 oğlu ifadəsində bildirdi ki, mərhum onun atasıdır. Həmin vaxt qaynı da cavan yaşda vəfat etdiyindən başları həmin yasa qarışmışdır. Ona görə də atasının ölüm sənədini ala bilməmişdirlər. 6.Şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, ərizəçi bacısı, mərhum isə onun atasıdır. O, xx.xx.2024-cü il tarixdə vəfat edib. Atasının yas mərasimi Sumqayıt şəhərində olub və həmin mərasimdə iştirak edib. 7.Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. İşdə olan Abşeron Rayon Masazır Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2024-cü il tarixdə X2 xx.xx.2024-cü il ildə rəhmətə getmiş və Masazır kənd qəbirstanlığında dəfn edilmişdir.

9. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Maraqlı şəxs Ərizəçi ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir.

10. İşdə olan AZ 380239 saylı doğum haqqında şəhadətnamin surətindən görünür ki, X2 xx.xx.1962-ci ildə Sumqayıt şəhərində doğulmuşdur. X8 Ağakərim oğlu, anası X1r.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

11. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin X8 Ağakərim oğlu xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 12.Ərizəçinin X8 Ağakərim oğlunun xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində vəfat etməsi faktı şahid ifadələri və digər iş materialları ilə tam təsdiq olunur.

13. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. 14.Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ərizəçinin X8 Ağakərim oğlu xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində ərizəçinin ölməsi faktı müəyyən olunmalıdır. 15.Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. 16.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 17.Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 18.Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. 19.Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

Nəticə hissəsi: 20.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

Ərizə təmin edilsin. Ərizəçinin X8 Ağakərim oğlunun xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar