Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1494/2022 25.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi vəkili və nümayəndəsi Vəkil “barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək 24.12.2021-ci il tarixli Barışıq Sazişinin təsdiq edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 305-ci maddəsinə istinadən hazırki ərizədə göstərilən tələb- mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi- xüsusi icraat qaydasında baxılan işlər təsnifatına daxildir. 306.2-ci maddəyə əsasən xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Ərizənin məzmunundan görünür ki, iş üzrə prosessual tərəflər (ərizəçi, maraqlı şəxs), onların ünvanları və s. göstərilməmişdir. Ərizə vəkil-nümayəndənin adından verilmişdir. Bundan başqa, barışıq sazişi qanunla nəzərdə tutulmuş qaydada (əsli və ya notariat qaydada təsdiq edilmiş surət) məhkəməyə təqdim edilməmişdir, eləcə də barışıq sazişinin könüllü qaydada icra edilməməsi ilə bağlı müvafiq sübutlar ərizəyə əlavə edilməmişdir. MPM-nin 306.1-ci maddəsinə əsasən məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30-40-6-cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə görə ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunalara əsasən hesab edirəm ki, ərizəçi tərəfindən ərizənin forma və məzmununa əməl edilməmişdir. Odur ki, ərizə ərizəçiyə geri qaytarılmalı və ona izah edilməlidir ki, o, qeyd olunan nöqsanları aradan qaldırdıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 152, 306, 263-264, 267-268-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş ərizə və əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1494/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1494/2022
25.01.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver