Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1496/2022 16.03.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı «əmlak tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Balöğlan oğlundan siyahıda göstərilən əmlakların paltaryuyan “Samsunq”, soyuducu-'"Toşiba", tozsoran istifadə olunmuş, tozsoran cehiz ”Qalaxy”, xalça təzə cehizlik "Qalaxy"3 ədəd, televizor '‘Plazma”, 3 ədəd qalın taxt pakrıval, təzə qadın geyimləri, yorğan- döşək -balınc (1 dəst) Qalaxy, madem aparat təzə,“Sintifon" yorğan dəsti, “Galaxy" ət çəkən maşın işlənmiş, "Galaxy” ətçəkən maşını cehiz- “Galaxy" Kombayn 1 ədəd mikser, “Galaxy" qaşıq dəsti, 1 ədəd-işlənmiş şirəçəkən maşını, 1 ədəd şirəçəkən aparatı cehizlik, 3 ədəd fincan-nəlbəki dəsti, müxəlif “Çex” xrustal qabları cehiz, 6 ədəd meyvə qabı, xrustal stəkan-nəlbəki dəsti, "Bagema meyvə qabları, ışlənmış çörəkbişirən “İltimat” fir, 1 sandıq yataq dəstləri və dəsmallar, 6 ədəd yataq örtüklər (pakrıvallar), 1 ədəd alminum qazan işlənmiş, 1 ədəd çuqun qazan işlənmiş, 1 ədəd cehiz Qranit qazan “ Qalaxsy”, çəngəl- bıçaqqaşıq dəsti, 1 dəst yorğan və 2 yastıq, iki ədəd Gəncə xalçası təzə, iki ədəd 'Təbriz/Xalçası 5*4-ə, kondisioner Almaniya is. 90kvm; 3 ədəd serviz dəsti cehizlik, 3 ədəd pərdələr mətbəx üçün cehizlik, 3 ədəd pərdə işlənmiş, 1 sandıq əl-üz bədən dəsmalları, 2 ədəd ütü- cehiz və işlənmiş, ət qayçısı, balta, stol süfrələri, iran palazları 3 ədəd cehiz, 3 ədəd çuqun qazan. 2 ədədi cehiz. dolça stəkanlarla, 3 dəst qayçı təzə, 2 ədəd Madonna çaynik cehiz, 2 ədəd tava cehizlik, 4 ədəd qazan tək-tək cehiz "Qalaxsy", çamadan qaşıq dəsti “Qalaxsy”, 4 ədəd tək adam pakrıval təzə, 8 ədəd ədyal 4-ü işlənmiş və 4-ü təzə, 6 ədəd təzə geyimlər, müxtəlif çeşiddə güldanlar, 6 ədəd meyvə qabı cehiz, 24 ədəd xrustal çay stəkanı, 10 ədəd nəlbəki-boşqab, mitillər cehiz, müxtəlif çeşid pastellər, 2 ədəd qaz peçi işlənmiş və cehiz, 1 ədəd DVD-yaponiya istehsalı, 1 ədəd kassetli maqnitafon, qazan dəsti tefal-nikel, tavalar və qazanlar işlənmiş vəziyyətdə ona qaytarılması və ya dəyərinin cəmi 21600 (iyirmi bir min altı yüz) manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, 2016-ci ilin payız aylarında evini təmir etdirmək lazım olduğundan evinin təmiri qurtaranadək qonşuluqda yaşayan Cavabdeh xahiş edərək onunla razılığa gəlmişdilər ki, ona məxsus əmlaklarını cavabdehin evinin bir hissəsi boş olduğundan həmin evin boş otağına saxlanmaq üçün qoysun. Evinin təmiri qurtardıqdan sonra həmin əmlakları götürəcəkdir. Həmin əşyalar cavabdehin evinə yığılmış, 1 aydan bir gəlib əşyalarına baş çəkirdi. 2017-ilin payız ayında əmlaklarını götürmək üçün gələrkən məlum olmuşdur ki. cavabdehin evinin boş otağına yığdığı əmlakları həmin otaqda yoxdur. O, əmlakların hara yox olmasını cavabdehdən soruşduqda o xəbərsiz olduğunu və kimlərin onun əmlaklarını aparmasını bilmədiyini bildirdi. Bundan əvvəl isə onun öz evinə yığdığı təmir- tikinti materialları bir neçə ay əvvəl yoxa çıxmışdı və polis axtararkən həmin materiallarda cavabdehin evində tapılmışdır. O, əmlaklarının yoxa çıxmasından qəzəblənərək, məcbur olub polisin 102 xidmətinə müraciət etmişdir. O, cavabdehin hərəkətlərindən polisə şikayət etdikdən sonra polisdə araşdırma gedərkən, cavabdehin qohumları cavabdehin əvəzindən nə edibsə səhf edib, deyərək həmin əmlakların pulunun iddiaçıya veriləcəyinə söz verdilər. Belə ona görə edirdilər ki. cavabdeh cinayət məsuliyyətinə alınmasın və həbs edilməsin. Cavabdeh isə dolayı olsa da onunla söhbətində etiraf edirdi ki, bir hadisədir olub, əmlaklarını qaytaracaqdır və ya onların pulunu ona ödəyəcəkdir. Bu əmlakların ona qaytarılacağına cavabdeh söz versədə sonradan əmlakları qaytarmaqdan imtina etmişdir. Bununla əlaqədar 30.10. 2017-ci il tarixdə Azərbaycan Respublikasının DİN-nin 102 zəng xidməti mərkəzi sisteminə müraciət etmiş, ancaq Sumqayıt şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin tədqiqatçıları tərəfindən cinayət işi obyektiv və hərtərəfli araşdırılmamışdır. Nəticədə o, dəymiş maddi ziyan və əmlak tələbi təmin edilməmişdir. Cinayət işinin başlanması rədd edilərək ona mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilmişdir. Belə ki. dəfələrlə şikayəti araşdırıldıqdan sonra 12 yanvar 2020-ci il tarixli Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsinin tədqiqatçısı polis kapitanı X2 12 yanvar 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə onun şikayət ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsinin olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Həmin qərarla pozulmuş hüquqlarının bərpası üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. 23.05.2020-ci il tarixli Sumqayıt şəhər Pİ-nin 2-ci Polis Bölməsinin tədqiqatçısı polis kapitanı Taleh Abdullayevin cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə onun şikayət ərizəsi əsasında toplanmış materialda cinayət hadisəsinin olmadığına görə cinayət şinin başlanılması rədd edilmişdir. Həmin qərarla pozulmuş hüquqlarının bərpası üçün mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Polis orqanlarının belə qərarlarından sonra isə cavabdeh həmin əmlaklarını ona qaytarmaqdan imtina etdi. Nəticədə bu əmlaklara sahiblik və mülkiyyət hüquqları pozuldu. Həmin əmlaklar mülkiyyəti olaraq ona qaytarılmalı, bu mümkün olmazsa dəyəri ona ödənilməlidir. Həmin əmlaklar bunlardır: Paltaryuyan “Samsunq”-999 manat, soyuducu-"Toşiba"-650 manat, tozsoran istifadə olunmuş-55 manat, tozsoran cehiz ”Qalaxy”-195 manat, xalça təzə cehizlik "Qalaxy"3 ədəd-900 manat, televizor '‘Plazma”-500 manat, 3 ədəd qalın taxt pakrıval-425 manat. təzə qadın geyimləri ümumi dəyəri-700 manat, yorğan- döşək -balınc (1 dəst) Qalaxy-210 manat, madem aparat təzə- 35 manat, “Sintifon" yorğan dəsti-210 manat, “Galaxy" ət çəkən maşın işlənmiş-50 manat, "Galaxy ” ətçəkən maşını cehiz-250 manat, “Galaxy " Kombayn 1 ədəd mikser-195 manat, “Galaxy" qaşıq dəsti-300 manat, 1 ədəd-işlənmiş şirəçəkən maşını-55 manat, 1 şirəçəkən aparatı cehizlik-150 manat, 3 ədəd fincan-nəlbəki dəsti-100 manat, müxtəlif “Çex” xrustal qabları cehiz-1000 manat, 6 ədəd meyvə qabı-400 manat, xrustal stəkan-nəlbəki dəsti- 100 manat, "Bagema meyvə qabları-300 manat, işlənmış çörəkbişirən “İltimat” fir-60 manat, 1 sandıq yataq dəstləri və dəsmallar-2000 manat, 6 ədəd yataq örtüklər (pakrıvallar)-400 manat, 1 ədəd alminum qazan işlənmiş-30 manat, 1 ədəd çuqun qazan işlənmiş-25 manat, 1 ədəd cehiz Qranit qazan “Qalaxsy”-350 manat, çəngəl- bıçaq- qaşıq dəsti-1000 manat, 1 dəst yorğan və 2 yastıq-100 manat, iki ədəd Gəncə xalçası təzə-1300 manat, iki ədəd 'Təbriz Xalçası 5*4-ə-1600 manat, Kondisioner Almaniya is. 90kvm-350 manat, 3 ədəd serviz dəsti cehizlik-350 manat, 3 ədəd pərdələr mətbəx üçün cehizlik-80 manat, 3 ədəd pərdə işlənmiş-50 manat, 1 sandıq əl-üz bədən dəsmalları-100 manat, 2 ədəd ütü- cehiz və işlənmiş-95 manat, ət qayçısı-25 manat, balta-10 manat, stol süfrələri- 30 manat, iran palazları 3 ədəd cehiz-250 manat, 3 ədəd çuqun qazan, 2 ədədi cehiz-70 manat, dolça stəkanlarla-70 manat, 3 dəst qayçı təzə-20 manat, 2 ədəd Madonna çaynik cehiz-45 manat, 2 ədəd tava cehizlik-120 manat, 4 ədəd qazan tək-tək cehiz "Qalaxsy"- 200 manat, çamadan qaşıq dəsti “Qalaxsy”-200 manat, 4 ədəd Tək adam pakrıval təzə- 160 manat, 8 ədəd ədyal 4-ü işlənmiş və 4-ü təzə-80 manat, 6 ədəd təzə geyimlər-250 manat, müxtəlif çeşiddə güldanlar-400 manat, 6 ədəd meyvə qabı cehiz-400 manat, 24 ədəd xrustal çay stəkanı-450 manat, 10 ədəd nəlbəki-boşqab-30 manat, Mitillər cehiz-120 manat, müxtəlif çeşid pastellər-120 manat, 2 ədəd qaz peçi işlənmiş və cehiz-120 manat, 1 ədəd DVD-yaponiya istehsalı-250 manat, 1 ədəd kassetli maqnitafon-150 manat, qazan dəsti tefal-nikel-300 manat, tavalar və qazanlar işlənmiş-60 manat. Bu əmlakların çox hissəsi iddiaçı qızının ailə qurması üçün cehiz əmlakları olmuşdur. Bu əmlakların da sonrakı taleyi ona məlum deyildir. Bu əmlaklar onun mülkiyyətinə qaytarılmalı və ya dəyəri ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Balöğlan oğlundan siyahıda göstərilən əmlakların paltaryuyan “Samsunq”, soyuducu-'"Toşiba", tozsoran istifadə olunmuş, tozsoran cehiz ”Qalaxy”, xalça təzə cehizlik "Qalaxy"3 ədəd, televizor '‘Plazma”, 3 ədəd qalın taxt pakrıval, təzə qadın geyimləri, yorğan- döşək -balınc (1 dəst) Qalaxy, madem aparat təzə,“Sintifon" yorğan dəsti, “Galaxy" ət çəkən maşın işlənmiş, "Galaxy” ətçəkən maşını cehiz- “Galaxy" Kombayn 1 ədəd mikser, “Galaxy" qaşıq dəsti, 1 ədəd-işlənmiş şirəçəkən maşını, 1 ədəd şirəçəkən aparatı cehizlik, 3 ədəd fincan-nəlbəki dəsti, müxəlif “Çex” xrustal qabları cehiz, 6 ədəd meyvə qabı, xrustal stəkan-nəlbəki dəsti, "Bagema meyvə qabları, ışlənmış çörəkbişirən “İltimat” fir, 1 sandıq yataq dəstləri və dəsmallar, 6 ədəd yataq örtüklər (pakrıvallar), 1 ədəd alminum qazan işlənmiş, 1 ədəd çuqun qazan işlənmiş, 1 ədəd cehiz Qranit qazan “ Qalaxsy”, çəngəl- bıçaq- qaşıq dəsti, 1 dəst yorğan və 2 yastıq, iki ədəd Gəncə xalçası təzə, iki ədəd 'Təbriz/Xalçası 5*4-ə, kondisioner Almaniya is. 90kvm; 3 ədəd serviz dəsti cehizlik, 3 ədəd pərdələr mətbəx üçün cehizlik, 3 ədəd pərdə işlənmiş, 1 sandıq əl-üz bədən dəsmalları, 2 ədəd ütü- cehiz və işlənmiş, ət qayçısı, balta, stol süfrələri, iran palazları 3 ədəd cehiz, 3 ədəd çuqun qazan. 2 ədədi cehiz. dolça stəkanlarla, 3 dəst qayçı təzə, 2 ədəd Madonna çaynik cehiz, 2 ədəd tava cehizlik, 4 ədəd qazan tək-tək cehiz "Qalaxsy", çamadan qaşıq dəsti “Qalaxsy”, 4 ədəd tək adam pakrıval təzə, 8 ədəd ədyal 4-ü işlənmiş və 4-ü təzə, 6 ədəd təzə geyimlər, müxtəlif çeşiddə güldanlar, 6 ədəd meyvə qabı cehiz, 24 ədəd xrustal çay stəkanı, 10 ədəd nəlbəki-boşqab, mitillər cehiz, müxtəlif çeşid pastellər, 2 ədəd qaz peçi işlənmiş və cehiz, 1 ədəd DVD-yaponiya istehsalı, 1 ədəd kassetli maqnitafon, qazan dəsti tefal-nikel, tavalar və qazanlar işlənmiş vəziyyətdə ona qaytarılması və ya dəyərinin cəmi 21600 (iyirmi bir min altı yüz) manatın ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə İddiaçı, nümayəndəsi və vəkili Vəkil1 iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul etməyərək göstərdi ki, iddiaçı təxminən 10 ildən çoxdur ki, onunla üzbəüz qonşuluqda yaşayır. 2015-ci ilin iyun ayında Rübabə öz evini təmir etdirdiyi üçün ev əşyalarını onun evinin yanında olan və ona məxsus boş evə yığmağı xahiş etmişdir. O, həmin evdə əvvəllər kirayəşin saxladığı üçün etiraz etməmiş və ev əşyalarını ona məxsus boş otağa yığmağının müqabilində hər ay ona 50 manat kirayə haqqı verməyi Rübabəyə təklif etmişdir. Rübabə də onunla razılaşmış və Rübabə ev əşyalarını gətirib onun boş otağına yığmış öz evinin qapısını da bağlayıb getmişdir. Bundan sonra o, uzun müddət Rübabəni görməmiş, Rübabənin ev əşyaları isə ona məxsus boş otaaqda qalmışdır. Rübabə hərdən gəlib onun evinə qoyduğu ev əşyalarının bir qismini aparmışdır. Rübabə uzun müddət ev əşyalsarını onun evində saxlamağına baxmayaraq həmin müddət ərzində Rübabə ona heç bir kirayə haqqı ödəməmişdir. Hazırda iddiaçı bilərəkdən kirayə haqqını ödəməkdən yayınmaq üçün qərəzli olaraq bunu edir. İddiaçı onun barəsində polis bölməsinə şikayət ünvanlamış və aparılan yoxlama zamanı müəyyən olunmuşdur ki, İddiaçı məxsus ev əşyalarını o, və onun həyat yoldaşı Könül Cəfərova tərəfindən ələ keçirilməsi faktı öz təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçı kirayə haqqını ödəmək şərti ilə ondan ev götürərək həmin evə özünə məxsus ev əşyalarını qoymuşdur. İddiaçı ev əşyalarını kirayə götürdüyü evə yerləşdirdikdən sonra onları ona hər-hansı bir şərtlərlə təhvil-təslim etməmiş, bu səbəbdən də iddiaçı qarşısında ona məxsus ev əşyaları ilə bağlı heç bir öhdəlik götürməmişdir. Göstərilənləri nəzərə alaraq, iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi dəlillər heç bir mötəbər sübutla təsdiq olunmur, bu səbəbdən də, iddia rədd edilməlidir. Məhkəmə İddiaçı, nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh izahatlarını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsi 2-ci Polis Bölməsinin İddiaçı ünvanladığı 12.01.2020-ci il tarixli məktubundan görünür ki, onun Sumqayıt ŞPİ-nin 2-ci PB-nə ünvanladığı ərizə əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə aparılmış yoxlamanın nəticələrinə dair Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. Müraciətdə göstərilən xüsusatlarla bağlı mülki qaydada məhkəməyə müraciət etmək məqsədəuyğundur. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12.01.2020-ci il tarixli qərarın surətindən görünür ki, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Kəşkül küçəsi, ev 9-da yaşayan İddiaçı 2016-cı ildə evin təmir etdirərkən evində olan yorğan-döşəyi, xalça-palazı, böyük karopkalara yığıdığı qab-qacağı plazma televizoru və s. əşyalarını kirayə haqqı ödəmək şərti ilə aralarında olan şifahi razılaşma əsasında qonşusu Cavabdeh məxsus boş evə qoymuş, 2020-ci ilin yanvar ayının əvvəllərində Rübabə ev əşyalarını Cavabdeh məxsus boş evdən götürərkən ev əşyalarının bir qisminin yerində olmadığın aşkar edib, həmin əşyaların Vüqar və həyat yoldaşı Könül tərəfindən satıldığı qənaətinə gəlmişdir, lakin araşdırma zamanı İddiaçı məxsus ev əşyalarının Cavabdeh və sonuncunun həyat yoldaşı Könül Cəfərova tərəfindən ələ keçirməsi faktı öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının bərpa edilməsi üçün mülki qaydada məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyəsi Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı məhəllə Komitəsinin 19.05.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə Gecəqondu Kəşkül küçəsi, ev 6-da qeydiyyatsız yaşayır. İş materiallarında olan Sumqayıt Şəhər Bələdiyyəsi Kimyaçılar qəsəbəsi və Maral Göl üzrə 1 saylı məhəllə Komitəsinin 19.05.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə Gecəqondu Kəşkül küçəsi, ev 9-da qeydiyyatsız yaşayır. “İnsan Hüquqları və X3 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmədə iddiaçı iddia tələbində qeyd olunan əşyaların cavabdehdə olması və sonuncu tərəfindən satıldığını qeyd etsə, bu barədə heç bir sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 12.01.2020-ci il tarixli qərarın surətindən də görünür ki, İddiaçı məxsus ev əşyalarının Cavabdeh və sonuncunun həyat yoldaşı Könül Cəfərova tərəfindən ələ keçirməsi faktı öz təsdiqini tapmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq, işə obyektiv, qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra, əldə edilən sübutlara hüquqi qiymət verərək iddiaçının iddia etdiyi tələblər üzrə nəticəyə gələrkən, Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş, bilavasitəlik prinsipinə uyğun olaraq, yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “Cavabdeh Balöğlan oğlundan siyahıda göstərilən əmlakların paltaryuyan “Samsunq”, soyuducu-'"Toşiba", tozsoran istifadə olunmuş, tozsoran cehiz ”Qalaxy”, xalça təzə cehizlik "Qalaxy"3 ədəd, televizor '‘Plazma”, 3 ədəd qalın taxt pakrıval, təzə qadın geyimləri, yorğan- döşək -balınc (1 dəst) Qalaxy, madem aparat təzə,“Sintifon" yorğan dəsti, “Galaxy" ət çəkən maşın işlənmiş, "Galaxy” ətçəkən maşını cehiz- “Galaxy" Kombayn 1 ədəd mikser, “Galaxy" qaşıq dəsti, 1 ədəd-işlənmiş şirəçəkən maşını, 1 ədəd şirəçəkən aparatı cehizlik, 3 ədəd fincan-nəlbəki dəsti, müxəlif “Çex” xrustal qabları cehiz, 6 ədəd meyvə qabı, xrustal stəkan-nəlbəki dəsti, "Bagema meyvə qabları, ışlənmış çörəkbişirən “İltimat” fir, 1 sandıq yataq dəstləri və dəsmallar, 6 ədəd yataq örtüklər (pakrıvallar), 1 ədəd alminum qazan işlənmiş, 1 ədəd çuqun qazan işlənmiş, 1 ədəd cehiz Qranit qazan “ Qalaxsy”, çəngəl- bıçaq- qaşıq dəsti, 1 dəst yorğan və 2 yastıq, iki ədəd Gəncə xalçası təzə, iki ədəd 'Təbriz/Xalçası 5*4-ə, kondisioner Almaniya is. 90kvm; 3 ədəd serviz dəsti cehizlik, 3 ədəd pərdələr mətbəx üçün cehizlik, 3 ədəd pərdə işlənmiş, 1 sandıq əl-üz bədən dəsmalları, 2 ədəd ütü- cehiz və işlənmiş, ət qayçısı, balta, stol süfrələri, iran palazları 3 ədəd cehiz, 3 ədəd çuqun qazan. 2 ədədi cehiz. dolça stəkanlarla, 3 dəst qayçı təzə, 2 ədəd Madonna çaynik cehiz, 2 ədəd tava cehizlik, 4 ədəd qazan tək-tək cehiz "Qalaxsy", çamadan qaşıq dəsti “Qalaxsy”, 4 ədəd tək adam pakrıval təzə, 8 ədəd ədyal 4-ü işlənmiş və 4-ü təzə, 6 ədəd təzə geyimlər, müxtəlif çeşiddə güldanlar, 6 ədəd meyvə qabı cehiz, 24 ədəd xrustal çay stəkanı, 10 ədəd nəlbəki-boşqab, mitillər cehiz, müxtəlif çeşid pastellər, 2 ədəd qaz peçi işlənmiş və cehiz, 1 ədəd DVD-yaponiya istehsalı, 1 ədəd kassetli maqnitafon, qazan dəsti tefal-nikel, tavalar və qazanlar işlənmiş vəziyyətdə ona qaytarılması və ya dəyərinin cəmi 21600 (iyirmi bir min altı yüz) manatın ona ödənilməsi” barədə iddia tələbi əsassız olduğu üçün rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Ailə Məçəlləsinin 34.1-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1496/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1496/2022
16.03.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver