Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1503/2024 23.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "mənzilin boşaldılması, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi"nə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi"nə dair qarşılıqlı ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı "mənzilin boşaldılması, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, bir otaqdan ibarətdən 72 ünvanında yerləşən, sahəsi 17,5 kv.metr olan otaq (mənzil) Sumqayıt Kimya Sənayesi Birliyi Mənzil İstismar İdarəsinin 38 saylı orderinə əsasən 1994cü ildə atası İbrahimov Xanoğlan Məhyəddin oğluna verilmişdir. xx.xx.1998-ci ildə həmin orderlə mənzildə beş nəfər, yəni iddiaçının atası, anası, bacısı, qardaşı və İddiaçı qeydiyyatda olmuşlar. İddiaçı xx.xx.1976-cı ildə Ermənistan SSR-nin Qafan şəhərində doğulmuşdur. 1988-ci ildə Sumqayıt şəhərinə köçmüşlər. İddiaçının atası rəhmətə getmiş, anası, qardaşı və bacısı qeydiyyatdan çıxaraq, başqa ünvana getmişlər. Hazırda mübahisəli mənzildə təkcə İddiaçı pasport qeydiyyatındadır. Cavabdeh iddiaçının qardaşı X1 həyat yoldaşıdır. Onların birgə nikahdan xx.xx.2008-ci ildə Xanoğlan adlı övladları doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2009-cü il qətnaməsi ilə onların nikahları pozulmuşdur. Cavabdeh 1992-ci ildə Zəngilan rayonunun Vənətli kəndindən valideynləri ilə birlikdə köçkün düşərək yaşadığı yataqxana ilə yanaşı olan 42-ci məhəllə, 9 saylı yataqxanada məskunlaşmışdır. İddiaçı qeydiyyatda olduğu 72 saylı otağı təmir etdirmiş, işıq, su, kanalizasiya xətlərini dəyişdirilmiş, mətbəxi tam yararlı hala gətirmişdir. Otağa görə bütün kommunal xidmətləri ödəmiş və bu günə kimi də ödənişləri davam etdirmişdir. İddiaçı cavabdehin qardaşının həyat yoldaşı və himayələrində bir körpə uşaqlarının olmasını nəzərə alaraq 2009-cu ildə onların müvəqqəti olaraq özünə məxsus mənzildə yaşamalarına icazə vermişdir. Lakin cavabdeh qardaşı X2 boşandıqdan sonra iddiaçıya məxsus mənzildən qardaşını qovmuş, həmin mənzilin qapısının qıfılını dəyişərək yaxınlıqda yerləşən 9 saylı yataqxanaya valideynlərinin yanına köçmüş, valideynləri ilə birlikdə yaşamış, sonradan Sumqayıt şəhəri 11 mikrorayonda valideynlərinə məxsus evində yaşamağa başlamışdır. İddiaçıya məxsus əmlaklar hazırda mübahisəli mənzildədir. Cavabdeh iddiaçını mənzilə buraxmır. İddiaçının digər yaşayış yeri olmadığı üçün yaşamağa öz mənzilinə gələrkən qapının qıfılının dəyişdirildiyini, qapının bağlı olduğuna görə mənzilinə girə bilməmiş və cavabdehdən qapını açmasını tələb etmişdir. Lakin cavabdeh iddiaçını mənzilə buraxmamış, təhqir etmiş, mənzilə buraxmayacağını bildirmişdir. Ona görə də iddiaçı məcbur olub başqa başqa yerlərdə müvəqqəti yaşamaq məcburiyyətində qalmışdır. Hazırda iddiaçı 21-ci məhəllə, mənzil 1-də qaynanasının evində müvəqqəti yaşayır. Artıq iddiaçı özü cavabdehin qanunsuz əməlləri nəticəsində öz evində köçkünə dönmüşdür. Keçən müddət ərzində cavabdeh tərəfindən mənzilindən qeyri-qanuni istifadə edilmiş, mənzil hüquqları pozulmuşdur. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidirlər. Görüldüyü kimi cavabdeh mübahisəli mənzildə köçkün kimi məskunlaşmamışdır, o, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 9-da valideynlərinin yanında məskunlaşmışdır. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya məxsus Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72-dən azyaşlı övladı İbrahimov Xanoğlan Avtandil oğlu ilə birlikdə mənzili boşaldaraq mənzildən çıxarılmaları və iddiaçının həmin mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Öz növbəsində, Cavabdeh İddiaçı qarşı "yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbi"nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində mübahisələndirdiyi yataqxanadakı bir otağın atası İbrahimov Xanoğlan Məhyəddin oğluna 1994-cü ildə verildiyini göstərsə də, iddia ərizəsinə əlavə etdiyi orderin surətindən isə görünür ki, həmin otaq atasına Sumqayıt Kimya Sənayesi İstehsal Birliyində sürücü işləyərkən xx.xx.1997-ci il tarixdə verilmişdir. Xanoğlan İbrahimovun ölüm haqqında şəhadətnaməsində xx.xx.2005-ci il tarixdə vəfat etməsi, atasının adı “Məhyəddin” deyil, “Məhərrəm” olması göstərilmişdir. Ərizəsində həmçinin göstərir ki, atası rəhmətə getmiş, anası, qardaşı və bacısı qeydiyyatdan çıxaraq başqa ünvana getmiş, hazırda mübahisəli otaqda yalnız özü pasport qeydiyyatdadır. Lakin özünün hansı tarixdən otaqda qeydiyyatda olduğunu və bildirdiyi ailə üzvlərinin hansı tarixdə, hansı ünvan üzrə pasport qeydiyyatına alınmasının səbəbini göstərməmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan və Sumqayıt MKTİB 4 saylı MKS-nın 137 nömrəli xx.xx.2024-cü il tarixli arayışından görünür ki, iddiaçının anası X21 xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 1A saylı evin iki otaqlı 10 saylı mənzili üzərində xüsusi mülkiyyət hüququ əldə etdikdən sonra ilk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və ailənin digər üzvləri 2003-cü ildə yataqxanadan köçmüş, xx.xx.2014-cü il tarixdə həmin mənzil satılanadək həmin mənzildə yaşamışlar. xx.xx.2007-ci il tarixdə iddiaçının qardaşı X14 ilə toyları olmuş və həmin gün Adilə İbrahimovanın öncə qeyd etdiyi Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 1A saylı evin iki otaqlı 10 saylı xüsusi mülkiyyətində olan mənzilinə gəlin köçmüşdür. Həmin vaxt İddiaçı ailəsi ilə xalasının Bakı şəhəri, Zabrat qəsəbəsində olan evində yaşayırdı. Gəlin köçdükdən təxminən 4-5 ay həmin mənzildə yaşadıqdan sonra Avtandil və anasının məsləhəti ilə onlar Teymurun Zabrat qəsəbəsində yaşadığı xalasının evinə köçdülər. Teymur isə ailəsi ilə birlikdə yaşamaq üçün Sumqayıt şəhərinə anasının evinə köçdü. Sonra yenə də onların məsləhəti, razılığı və atasının maddi köməyi ilə 2008-ci ilin may ayında iddiaçının mübahisələndirdiyi yataqxanadakı otağı yüngülvari (divar kağızın yenilənməsi) təmir edib yaşamaq üçün həmin otağa köçdülər. 2008-ci ilin iyun ayının 05-də Xanoğlan adlı oğlu anadan oldu. Ailə münasibətləri pozulduğuna görə 2008-ci ilin təxminən noyabr ayında Avtandil evdən çıxıb getdi və həmin vaxtdan ayrı yaşayırlar. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli, 2(060)-799/2010 saylı qətnaməsi ilə aralarında qeydə alınmış nikah pozulmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçı isə oğlu Xanoğlanla bu günə kimə həmin otaqda yaşayır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-cu il tarixli, 2(060)-2413/2011 saylı qətnaməsi ilə iddiçının mübahisələndirdiyi ünvan 3 yataqxananın 72 ünvanda yerləşən otağa onun istifadə hüquqları tanınmışdır. Bundan sonra göstərilən qətnaməyə əsasən həmin otağa pasport qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2023-cü il tarixli, ******* nömrəli arayışdan görünür ki, o, otağa hüquqlarının tanınması haqqında qətnamənin qəbul edilməsindən 3 ay sonra, 06 oktyabr 2011-ci il tarixdə, məhkəmə qətnaməsindən məlumatı olan kimi qərəzli olaraq, yaşamadığı halda otağın ona məxsus olması görüntüsü yaratmaq məqsədilə mübahisələndirdiyi otağa pasport qeydiyyatına alınmışdır. Onun əvvəlki yaşadığı və ərizəsində göstərmədiyi ünvandan qeydiyyatdan çıxıb yaşadığı otağa razılığı olmadan qanunsuz olaraq qeydiyyata alınması bu fikrini təsdiq edir. Göründüyü kimi o, ərizəsində mübahisələndiridiyi otaqda yalnız özünün qeydiyyatda olmasını göstərsə də, bu həqiqətə uyğun deyildir, Sumqayıt şəhər Pİ-nin xx.xx.2023-cü il tarixli 3-13-58/2-55394/23 nömrəli arayışından görünür ki, onunla bərabər İddiaçı və tanımadığı X15 da həmin otaqda qeydiyyatdadır. İddiaçı iddia ərizəsində həmçinin mübahisələndirdiyi otağı təmir etdiyini, işıq, su, kanalizasiya xətlərini dəyişdirdiyi göstərsə də, bu işləri gördüyü vaxtı bildirməmiş, ərizəsinə bu halı təsdiq edən heç bir sübut əlavə etməmişdir. Eyni zamanda ərizəsində ailəsi ilə bu otaqda yaşamaq məqsədi olmadığı halda bu işləri görməsinin səbəbini də bildirməmişdir. Öncə qeyd etdiyi kimi 2008-ci ildə otağı yüngülvari təmir etdikdən sonra həmin otağa köçmüş və valideynlərinin ona hədiyyə etdiyi cehiz əşyalarını həmin otaqda yerləşdirilmişdir. 2015-ci ilin yayında özü otağı kosmetik təmir etdirmiş, işıq, su, kanalizasiya xətlərini dəyişmiş və taxtadan olan qapını dəyişib dəmir qapı qoymuşdur. Bu halı yataqxanada yaşayan qonşularının tərtib etdiyi akt xx.xx.2024-cü il tarixli akt təsdiq edir. İddiaçı iddia ərizəsində həmçinin yaşadığı bir otaqda özünəməxsus hansı əmlaklarının qalmasını və 16 ildən sonra yadına düşməsinin səbəbini göstərməmişdir. Mənzilə köçmək məqsədilə yaşadığı otağa gəlməsi barədə ərizəsində göstərdikləri həqiqətə uyğun deyil. Bu mümkün deyil, belə fikir normal ağla sığmır. Yaşayış yeri olmaması, hazırda müvəqqəti olaraq qayınanasının 21-ci məhəllədə olan mənzilində yaşaması da həqiqətə uyğun deyil. Hal-hazırda ailəsi ilə birlikdə özünün iddia ərizəsində qeyd etdiyi kimi Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 39/16 saylı evin 16 saylı mənzilində yaşayır. Lakin həmin mənzilin anası X11 adına olmasını məqsədli olaraq ərizəsində qeyd etməmişdir. Öncə iddiaçının anası X11 xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə 1A saylı evin iki otaqlı 10 saylı mənzili aldığını və əri Xanoğlan İbrahimov, oğlu Teymur (iddiaçı), Aftandil və qızı ilə yataqxanadan həmin mənzilə köçüb yaşamasını bildirmişdir. 2014-cü ildə isə Adilə İbrahimova bu mənzili satıb Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 39/16 saylı evin 16 saylı mənzilini almışdır. Həmin vaxtdan bu günə kimi iddiaçı həmin mənzildə anası və ailəsi ilə birlikdə yaşayır. Keçmiş əri Avtandil İbrahimov da həmin mənzilə pasport qeydiyyatına alınmışdır və yeni ailəsi ilə Sumqayıt şəhəri, 10-cu mikrorayonda yaşayır. İddiaçı həmçinin iddia ərizəsində otağın kommunal xərclərini ödədiyini göstərmişdir. Halbuki, ərizəsinə əlavə etdiyi 2004-cü ildə kommunal xərclərin ödəniş qəbzdən göründüyü onun atası İbrahimov Xanoğlan tərəfindən ödənilmişdir. Özü tərəfindən kommunal ödənişlər 2020, 2021, 2022 və 2023-cü ildə həyata keçirilmişdir. Özünə məxsus hesab etdiyi otağa görə 2005-ci ildən 2020-ci ilə qədər hər il ödəmə etməməsinin və 2020ci ildən başlayaraq bu ödənişlərin etməsinin səbəbini isə ərizəsində göstərməmişdir. İddiaçı mübahisələndirdiyi otaqda məhkəmə qətnaməsinə əsasən istifadə hüquqları əldə etmişdir. İddiaçı mübahisələdirdiyi otağa order 1997-ci ildə verildiyi üçün tərəflər arasında yaranmış mübahisəyə Azərbaycan Respublikasının 1982-ci il tarixli 8 iyul tarixli Qanunu ilə təsdiq edilmiş və xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. İddiaçı iddia ərizəsinə əlavə etdiyi orderdən görünür ki, mübahisələndirilən yataqxanadakı yaşayış sahəsi xidməti yaşayış sahəsidir, İbrahimov Xanoğlan Məhərrəm oğluna Sumqayıt Kimya Sənayesi İstehsal Birliyində işlədiyi dövr üçün verilir. Göstərilənlərə əsasən İddiaçı yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü oğlu Xanoğlanla birlikdə iddiaçının Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72-dən çıxarılmaları, özünün isə həmin otağa köçürülməsi barədə iddia ərizəsinin təmin edilməməsi, yataxanadakı qeydiyyatda olduğu yaşayış sahəsindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
5. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı izahat verərək, ilkin iddia tələbinin təmin edilməsini, qarşılıqlı iddia tələbinin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
6. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, ilkin iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Eyni zamanda iddia müddəti ilə əlaqədar məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, İddiaçı anası X21 xx.xx.2003-cü il tarixdə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə 1A saylı evin iki otaqlı 10 saylı mənzili üzərində xüsusi mülkiyyət hüququ əldə etdikdən sonra İddiaçı və ailənin digər üzvləri 2003-cü ildə yataqxanadan köçmüş, xx.xx.2014-cü il tarixdə mənzil satılanadək həmin mənzildə yaşamışlar. 2014-cü ildən sonra bu günə kimi qeydiyyatsız yenə anasının Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, 39/16 saylı evin 16 saylı mənzilində yaşayır. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi yataqxanadakı otaqdan könüllü olaraq köçdüyü tarixdən 21 il, qanunsuz qeydiyyata alındığı gündən 12 il 4 ay vaxt keçmişdir.
7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi isə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan “Sumqayıt Kimya Sənayesi” Birliyi Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 38 nömrəli orderə əsasən Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72 İbrahimov Xanoğlan Məhər oğlunun 5 nəfərdən ibarət ailə tərkibinə - İbrahimov Xanoğlan Məhər oğlu, X26, İddiaçı, X5, X4 təqdim edilmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikası Tikinti və Arxitektura Komitəsi Baş X6 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Sumqayıt şəhər, 7-8-12-ci məhəllə küçəsində yerləşən 2 otaqlı yaşayış sahəsi 28,6 kv.m, köməkçi sahəsi 13,07 kv.m-dən ibarət olan 1A nömrəli evin 10 nömrəli yaşayış mənzili xüsusi mülkiyyət hüququ əsasında Sumqayıt şəhər 6-cı DNK-nın xx.xx.2003-cü il tarixli, 4Ə2/209 saylı alqı-satqı müqaviləsi əsasında X16 adına qeydiyyata alınmışdır.
10. İş materiallarında olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ № 176799 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İbrahimov Xanoğlan Məhərrəm oğlu xx.xx.2005-ci il tarixdə endotoksik şok, peritonit, deşilmiş xora səbəbindən ölmüş, bu barədə 13 dekabr 2005-ci il tarixli 1597 №-li akt qeydi tərtib olunmuşdur.
11. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 01 aprel 2010-cu il tarixində verilmiş AZ-İ № 102744 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə İbrahimova Vəfa Rəhman qızı arasında bağlanmış nikah ləğv edilmiş, bu barədə 01 aprel 2010-cu il tarixində 131 nömrə ilə qeyd edilmişdir.
12. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2413/2011 saylı, 26 iyul 2011-ci il tarixli qətnaməsinə əsasən idda təmin edilərək, Cavabdeh ünvan 3 yataqxananın 72 saylı ünvanında yerləşən otağa istifadə hüququnun tanınması qət edilmişdir.
13. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı Sumqayıt şəhəri, yataqxana 11, otaq 72, 42-ci məhəllədə 06 oktyabr 2011-ci il tarixdən etibarən qeydiyyatdadır.
14. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, İddiaçı Sumqayıt şəhəri, yataqxana 11, otaq 72, 42-ci məhəllədə İbrahimov Xanoğlan Avtandil oğlu, X15, Cavabdeh ilə birlikdə 26 fevral 2002-ci il tarixdən etibarən qeydiyyatdadır.
15. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, Cavabdeh Sumqayıt şəhəri, yataqxana 11, otaq 72, 42-ci məhəllədə İbrahimov Xanoğlan Avtandil oğlu ilə birlikdə 02 dekabr 2011-ci il tarixdən etibarən qeydiyyatdadır.
16. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil-Kommunal sahəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 1181 nömrəli arayışdan görünür ki, Cavabdeh Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72 ünvanında qeydiyyatdadır.
17. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə verilmiş sorğuya cavab məktubundan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72 ünvanında Cavabdeh, İddiaçı, X15 qeydiyyatdadırlar.
18. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş, X7, X9, X10 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, 42-ci məhəllə, yataqxana 11, otaq 72-də hal-hazırda Cavabdeh azyaşlı uşağı ilə birlikdə yaşayırlar. Qonşuların dediklərinə görə X5 ilə ailə həyatı qurduğu vaxtdan, yəni 2007-ci ildən orada yaşamışlar. xx.xx.2008-ci ildən nikahın pozulması ilə əlaqədar olaraq İbrahimov Avtandil həmin göstərilən otaqda yaşamır. İbrahinov Teymur Xanoğlan oğlu yataqxana 11, otaq 72-də daim qeydiyyatda yaşamasa da, MKS-a kommunal xərclərinin ödəyir. Dəfələrlə 8 saylı MKS-a müraciət etmişdir ki, ona şərait yaradılsın ki, o, 72-ci otağında yaşasın. Ona məhkəməyə müraciət edilməsi bildirilmişdir. X17 isə qeydiyyatda olmasına baxmayaraq, orada yaşamır. Aktın doğruluğunu imzaları ilə təsdiq etdilər.
19. İş materiallarında olan X7, X9, X10 və X25 tərəfindən tərtib edilmiş 03 fevral 2024-cü il tarixli aktdan görünür ki, onlarla qonşu olmuş X27 2003- cü ildə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllə, 1a saylı evin 10 saylı iki otaqlı mənzilini aldıqdan sonra ailə üzvləri əri Xanoğlan, uşaqları Teymur, Elmira və Avtandillə birlikdə Yataqxanadakı 72 saylı otağı tərk edib yeni mənzillərinə köçmüşlər. 2008-ci ilin may ayında həmin otağa Cavabdeh keçmiş əri Avtandillə köçüb yaşamış, həmin ilin iyun ayında onların Xanoğlan adlı bir uşağı anadan olmuş, Avtandillə Vəfanın ailə münasibətləri pozulduğuna görə 2008-ci ilin oktyabr ayından Avtandil həmin otaqda yaşamır, bu günə kimi həmin otaqda Vəfa ilə oğlu Xanoğlan yaşayır. 2015-ci ilin yayında Cavabdeh yaşadığı otağı kosmetik təmir etdirmiş, işıq, su, kanalizasiya xətlərini dəyişmiş və taxtadan olan qapısını dəyişib dəmir qapı qoymuşdur. Aktın doğruluğunu imzaları ilə təsdiq etdilər.
20. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 8 saylı Mənzil-Kommunal sahəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 242 nömrəli ətraflı arayışdan görünür ki, xx.xx.1997-ci ildə 38 nömrəli orderə əsasən sahəsi 17,5 kv.m olan 1 otaqlı, 12 nömrəli protokola əsasən 42-ci məhəllə, yataqxana 11,otaq 72 İbrahimov Xanoğlan Məhər oğluna verilmişdir. Ailə tərkibi:1. Otaq sahibi: İbrahimov Xanoğlan Məhər oğlu-1958-ci il təvəllüdlü. 1998-ci ildə order verilib və adı orderdə olub. xx.xx.2005-ci ildə vəfat etmişdir; 2. Həyat yoldaşı: X26 1958-ci il təvəllüdlü. Orderdə adı var, qeydiyyatda olub-olmaması barədə heş bir məlumat yoxdur; 3. Oğlu: İddiaçı 1976-cı il təvəllüdlü. Orderdə adı var. ASAN xidmətdən verilmiş № ******* saylı arayışa əsasən qeydiyyatdadır.; Oğlu: X5 1982-ci il təvəllüdlü. Orderdə adı var. Qeydiyyatda olması barədə məlumat yoxdur; Qızı- X8 1980-ci il təvəllüdlü. Orderdə adı var. Lakin qeydiyyatda olması barədə heç bir məlumat yoxdur; 6. Gəlin: Cavabdeh 1985-ci il təvəllüdlü. Zəngilan rayonundan məcburi köçkündür. ASAN xidmətdən verilmiş № ******* saylı arayışa əsasən xx.xx.2011-ci ildən qeydiyyatdadır; 7. Nəvəsi: İbrahimov Xanoğlan Avtandil oğlu 2008-ci il təvəllüdlü. Anası ilə birgə qeydiyyata düşmüşdür.
21. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı Mənzil-Kommunal sahəsinin sahəsi ustası Abbasova İ.M. və qonşular X18, X22 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, İddiaçı qeydiyyatsız həyat yoldaşı X12 ilə birlikdə 21-ci məhəllə, ev 35/38, mənzil 1-də yaşayır. Aktın həqiqiliyini imzaları ilə təsdiq edirlər.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
22. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə predmeti olan mənzil “Sumqayıt Kimya Sənayesi” Birliyi Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 38 nömrəli orderə əsasən İbrahimov Xanoğlan Məhər oğlunun 5 nəfər ailə tərkibi nəzərə alınmaqla istifadəsinə ayrılmış, ilkin iddia üzrə iddiaçı və ailə üzvləri həmin tarixdən etibarən mənzildən istifadə edib yaşamağa başlamışlar, ilkin iddia üzrə iddiaçının ailə üzvləri 2003-cü ildən yeni mənzilə köçmüşlər, 2008-ci ildən həmin mübahisəli mənzilə qarşılıqlı iddia üzrə iddiaçı və həyat yoldaşı İbrahimov Aftandil köçmüşlər, sonradan ailə münasibətləri pozulmuş, ayrılmışlar. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsinə əsasən Cavabdeh ünvan 3 yataqxananın 72 saylı ünvanında yerləşən otağa istifadə hüququ tanınmışdır. Hazırda qarşılıqlı iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdehin Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72-dən azyaşlı övladı İbrahimov Xanoğlan Avtandil oğlu ilə birlikdə mənzili boşaldaraq mənzildən çıxarılmalarını və özünün həmin mənzilə köçürülməsini, qarşılıqlı iddia üzrə iddiaçı isə qarşılıqlı iddia üzrə cavabdehin mübahisəli mənzilə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
23. Beləliklə, göründüyü kimi mülki iş iki iddia tələbindən – ilkin və qarşılıqlı iddia tələblərindən ibarətdir.
24. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
25. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə müvafiq olaraq bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququ yalnız qəbul olunacaq məhkəmə qərarının hüquq və qanunla qorunan maraqlarına təsir edə biləcək şəxslərə aiddir. Bu cür hüquq iddia ərizəsinin məhkəməyə verilməsi yolu ilə həyata keçirilir. İddia ərizəsinin verilməsinin şərtlərindən biri isə şəxsin mübahisənin həll olunmasında hüquqi marağının mövcud olmasıdır. Bu o deməkdir ki, iddia ərizəsi şəxsin yalnız özünün hüquq və qanunla qorunan maraqlarının müdafiəsi məqsədilə verilməlidir. İddianın başqa şəxsin hüquq və maraqlarının müdafiəsi və yaxud cavabdeh tərəfindən iddiaçı üçün heç bir hüquqi nəticəyə səbəb ola bilməyəcək hərəkətlərin yerinə yetirilməsi məqsədilə verilməsi şəxsin həmin mübahisənin həll olunmasında hüquqi marağının olmamasına dəlalət edir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər.
27. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 5.3-cü maddəsinə əsasən bu Məcəllədə və digər qanunlarda nəzərdə tutulmuş əsaslar və qayda istisna olmaqla, heç kəs yaşayış sahəsindən çıxarıla bilməz və ya heç kimin yaşadığı sahədən istifadə hüququ, o cümlədən kommunal xidmətlərdən istifadə etmək hüququ məhdudlaşdırıla bilməz.
28. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır.
29. Bundan əlavə, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ilkin iddia üzrə iddiaçı tərəfindən ona məxsus mənzildə qeydiyyatda olan ilkin iddia üzrə cavabdehin istifadə hüququna xitam verilməsi barədə tələb irəli sürülmədiyindən (cavabdehin mənzildən istifadə hüququna xitam verilməsi əsas, mənzildən çıxarılması törəmə tələb olmaqla, törəmə tələbin təmin edilməsi əsas tələbin təmin edilməsindən asılıdır) ilkin iddia üzrə cavabdeh həmin mənzildən çıxarıla bilməz.
30. Məhkəmə onu da qeyd edir ki, ilkin iddia tələbi “mənzilə köçürülmə” hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, ilkin iddia üzrə iddiaçı köçürülməsini iddia etdiyi mənzilə olan bağlılığını itirmişdir. Bu hallar iş materialları ilə də öz təsdiqini tapır. İlkin iddia üzrə iddiaçı 17 ildir ki, mübahisəli mənzildə yaşamır. Bu müddət ərzində mənzilə köçürülmə tələbi ilə məhkəməyə müraciət etməmişdir.
31. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməlidir.
32. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
33. İlk öncə qeyd edilməlidir ki, irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. İşin mübahisəsiz hallarından görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72 “Sumqayıt Kimya Sənayesi” Birliyi Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.1997-ci il tarixli, 38 nömrəli orderə əsasən İbrahimov Xanoğlan Məhər oğlunun 5 nəfər ailə tərkibi nəzərə alınmaqla istifadəsinə ayrılmış, hazırda İddiaçı həyat yoldaşı X12 ilə birlikdə 21-ci məhəllə, ev 35/38, mənzil 1-də qeydiyyatsız yaşayırlar. Digər tərəfdən, işin hallarından aydın olur ki, İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72 ünvanında qeydiyyatdadır və 2007-ci ildən həmin ünvanda yaşamır.
35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
36. Məhkəmə yuxarıda şərh olunan işin hallarına və ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, araşdırılan hüquq münasibətləri 2000-ci il tarixədək əmələ gəldiyindən mövcud mübahisənin həlli zamanı 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin müddəaları tətbiq olunmalıdır.
37. Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
38. Həmin Mənzil Məcəlləsinin 87-ci maddəsinin 2-ci hissəsinə əsasən icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
40. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən işin mübahisəsiz hallarına əsaslanaraq, hesab edir ki, İddiaçı qeyd edilən mənzili könüllü olaraq tərk etdiyindən, 2007-ci ildən başlayaraq hazırkı məhkəmə mübahisəsi başlananadək mübahisəli mənzilə dair hər hansı iddia, tələb (köçürülmə və s.) sürülmədiyindən, onun faktiki olaraq mənzildən istifadəyə ehtiyacının olmamasını ifadə etmişdir.
41. Belə olan məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilərək, İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72-yə olan istifadə hüququ itirilmiş hesab edilməlidir.
42. Məhkəmə, həmçinin qarşılıqlı iddia üzrə iddiaçı tərəfin iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, məhkəmənin qənaətincə Mülki Məcəllənin 384.0.4-cü maddəsinin tələbi baxımından araşdırılan mübahisə iddia müddəti şamil edilməyən tələblərə aid olduğundan iddia müddəti tətbiq edilə bilməz.
43. Beləliklə, məhkəmə hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir.
44. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
46. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
47. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
51. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə
QƏT ETDİ:
İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı "mənzilin boşaldılması, mənzildən çıxarılma və mənzilə köçürülmə tələbi"nə dair ilkin iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri ilkin iddia üzrə iddiaçıya aid edilsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. İddiaçı Sumqayıt şəhəri, 42-ci məhəllə, yataqxana 11, otaq 72-yə olan istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şəbnəm Həxiyeva