Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1521/2023 19.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1954-cü il tarixdə Qazaxıstan Respublikasında anadan olmuşdur. ünvan 1 ünvanda yaşayır. Qeyd edir ki, xx.xx.1979-cu il təvəllüdlü X5 onun oğludur. X12 xx.xx.1979-cu il tarixdə Sumqayıt Şəhərində anadan olmuşdur. Oğlu xx.xx.2017-ci il tarixdə X14 Respublikasında vəfat etmişdir. Sumqayıt şəhər qəbristanlığında dəfn etmişlər. Lakin bu günə kimi ölüm haqqında şəhadətnamə ala bilməmişdir. O oğlunun ölümünün qeydiyyata alınması və ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxsndən ona məktub ilə bildirmişlər ki, ölümü təsdiq edən arayış olmadığına görə ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Qeyd edir ki, faktın müəyyən olunması ona ölüm haqqında şəhadətnamə almaq üçün lazımdır. Qeyd edilənlərə əsasən oğlu – X3 xx.xx.2017-ci il tarixdə ölməsi faktı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, nəvəsinə sosial yardım düzəltmək istəyir. Yas mərasimi vermişlər. Maraqlı şəxsnə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsini rəhbər tutaraq işə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, Ərizəçi izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək müəyyən edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, Zemfira xanım onun bibisidir. Həmin zaman Dubayda olmuşdur. Ölməmişdən öncə 2-3 gün əvvəl özü ilə danışmışdır. Qaraciyər xəstəliyindən əziyyət çəkmişdir. O Abu Dabi şəhərindən Kipr Respublikasına uçub getmişdir. Mərhum 2017-ci ilin yanvar ayında vəfat etmişdir. Nəşini gətirmiş və Azərbaycan Respublikasında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Zemfira xanım onun baldızıdır. Mərhum xəstə idi. Xarici ölkədə vəfat etmişdir. xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Sumqayıt qəbristanlığında dəfn olunmuşdur. Yas mərasimi keçirilmiş və iştirak etmişdir. Samir adında bir övladı vardır. Samirin anası da rəhmətə getmişdir. Təxminən 2 ya 3 il öncə rəhmətə getmişdir. O da xəstəlikdən əziyyət çəkmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin vətəndaşlara xidmət idarəsinin 02 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, mərhum X5 21 yanvar 2017-ci il tarixində vəfat etmiş və Sumqayıt Şəhər Qəbristanlığında dəfn olunmuşdur. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Rzazadə X1 Respublikası, Cambul şəhərində xx.xx.1954-cü il tarixdə anadan olmuşdur. Sumqayıt şəhəri, 2-ci məhəllə, ev 5/5A, mənzil 69 ünvanında qeydiyyatdadır. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ərizəçiyə ünvanlanmış məktubundan görünür ki, X3 ölümünü təsdiq edən tibbi şəhadənamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. А-İİ seriyalı 702516 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X5 xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. X14 Respublikasının Daxili İşlər Nazirliyinin VVAQ idarəsi və qeydiyyat üzrə baş katibliyinin 018097 nömrəli ölüm səbəbləri haqqında arayışdan görünür ki, Anar Rzazadə xx.xx.2017-ci il tarixdə ölmüşdür. Ölümün əsas səbəbi QİÇS, immun sisteminin tamamilə parçalanması və çökməsi, tənəffüs çatışmazlığıdır. Qeyd olunan ölüm səbəbi otopsiya (meyit yarma) ilə müəyyən edilmişdir. 2 saylı Sumqayıt Regional “Asan xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-16-5/8-1xx-xx/2023 saylı ərizəçiyə ünvanlanmış məktubdan görünür ki, ölüm haqqında şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. X3 ölümünü təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə təqdim olunmadığına görə ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, qeydə alınma üçün əsasdır. İşin məhkəmə iclasında tədqiq olunan halları və şahid ifadələri ilə sübuta yetirilir ki, həqiqətən Ərizəçi oğlu xx.xx.1979-cu il təvəllüdlü X5 xx.xx.2017-ci il tarixdə X14 Respublikasında ölmüşdür. Ərizəçi oğlu X3 ölümünün qeydə alınması barədə Maraqlı şəxsnə müraciət etmiş, lakin qeydiyyat şöbəsi ölümü təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi təqdim olunmadığından ölüm haqqında akt qeydinin aparılmasından imtina etmişdir. Hal-hazırda ölüm haqqında şəhadətnamə ona sosial məsələlərin həlli ilə bağlı lazımdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizə təmin olunmalı, xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.2017-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1979-cu il təvəllüdlü X3 xx.xx.2017-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-1521/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1521/2023
19.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver