Məhkəmə qərarları › İş №2(060)-1543/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1543/2024

05.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1543/2024 05.03.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası – xx.xx.1939-cu il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi və xx.xx.1939-cu il təvəllüdlü X4 ölümü haqqında şəhadətnamə vermək vəzifəsinin 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, atası – xx.xx.1939-cu il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum atası - X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun ölümü haqqında şəhadətnamə almaq üçün müvafiq dövlət qurumuna müraciət etsə də, məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Mərhumu övladının yanında dəfn etmişlər. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə şahid X2 ifadə verərək bildirdi ki, o, mərhumun qonşusudur. Mərhum bir neçə ildir ki, yataq xəstəsi olmuşdur. X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun vəfatı ilə əlaqədar 3-7 mərasimində iştirak etmişdir. Məhkəmədə şahid X3 ifadə verərək bildirdi ki, mərhumun qonşusudur. Mərhum bir neçə ildir ki, yataq xəstəsi olmuşdur. X8 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Mərhumun vəfatı ilə əlaqədar 3-7 mərasimində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - “Tibb Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər, Stansiya Sumqayıt da yerləşən həyət evində yaşayan xx.xx.1939-cu il təvəllüdlü X8 xx.xx.2023-cü il tarixində rəhmətə getmişdir. Sumqayıt şəhər 2 nömrəli ASM ölüm arayışını verməməyinə səbəb meyidə visual müayinə keçirilməməsi və ailə üzvlərinin Sumqayıt şəhər X9 Stansiyasına məlumat verilməməsidir. - 1 saylı Sumqayıt Regional Maraqlı şəxsndə qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ərizəçiyə X4 ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - Dörd nəfərin iştirakı ilə tərtib edilmiş və imzalanmış, Stansiya Sumqayıt və Yük həyəti rayonu ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin təsdiqlədiyi aktdan görünür ki, X8 xx.xx.2023-cü il tarixdə oğlunun həyətində rəhmətə getmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1985-ci ildə doğulmuşdur. X1r. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin atası xx.xx.1939-cu il təvəllüdlü X8 xx.xx.2023-cü ildə Sumqayıt şəhərində vəfat etmiş və Sumqayıt şəhər qəbirstanlığında dəfn edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun övladı olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə ərizə ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə təmin edilməli, xx.xx.1939-cu il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə ölməsi faktı müəyyən edilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1939-cu il təvəllüdlü X4 xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar