Məhkəmə qərarları › İş №2(060)-1555/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1555/2025

03.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1555/2025 03.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi cavabdeh Maraqlı şəxs ilə xx.xx.2008ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X4 adlı iki övladları vardır. Cavabdeh ilə birgə Sumqayıt şəhər 1 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Mediasiya təşkilatında vaxt verilmədən cavabdeh ilə aralarında bağlanmış 878 saylı, xx.xx.2008-ci il tarixli nikahın pozulmasına, birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi Ərizəçi himayəsində olmaqla Ərizəçi ilə birlikdə yaşamalarına, Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər ayın sonuncu günündən gec olmayaraq 470 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəməyi barədə öhdəliyi üzərinə götürməyi barədə barışıq sazişi bağlamışlar. Sazişin şərtlərindən də görünür ki, öhdəlik hər ayın sonundan gec olmayaraq icra edilməlidir və icra edilməyə xx.xx.2024-ci il tarixdən başlanılmalıdır. Lakin həmin vaxtdan 1 ay müddət keçməsinə baxmayaraq, bu günədək heç bir ödəniş edilməmiş və öhdəliyin icrasına başlanılmamışdır. Borclu öhdəliyin icrası ilə bağlı heç bir addım atmır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Göstərilənlərə əsasən Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2023-02388 saylı "birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi Ərizəçi himayəsində olmaqla Ərizəçi ilə birlikdə yaşamalarına, Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay, hər ayın sonuncu günündən gec olmayaraq 470 manat sabit pul məbləğində alimentin Ərizəçi ödəməsinə" dair Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında Ərizəçi izahat verərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Maraqlı şəxs etiraz edərək ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 06 aprel 2010-cu il tarixində verilmiş AZ-İİ № 432505 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X5 12 fevral 2010-cu il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır.

7. İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən 12 avqust 2011-ci il tarixində verilmiş AZ-İİ № 725026 saylı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X4 30 iyul 2011-ci il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır.

8. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X2 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış MŞS/MT030/2024-02388 saylı barışıq sazişinə əsasən mediasiya prosesində tərəflər təsdiq etdilər ki, hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındaki 878 saylı xx.xx.2008-ci il tarixli nikah qeydinin pozulmasına razıdırlar. Ailə qanunvericiliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Tərəflər birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. Tərəflər birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşağa görə 235 manat olmaqla ümümilikdə cəmi 470 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə MŞS/MT030/2024-02388 saylı barışıq sazişi bağlanılmışdır, həmin barışıq sazişinə əsasən hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı 878 saylı, xx.xx.2008-ci il tarixli nikahın pozulmasına razıdırlar.Ailə qanunverciliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir. Tərəflər birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar. Tərəflər birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşağa görə 235 manat olmaqla, ümumilikdə cəmi 470 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür.

Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

12. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

13. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

14. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

15. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.

16. Göstərilən Məcəllənin 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

17. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli barışıq sazişi “1. bəndi (hər iki tərəf, bir-birinə qarşı heç bir şərt irəli sürmədən və barışmaq üçün vaxt verilmədən aralarındakı 878 saylı, xx.xx.2008-ci il tarixli nikahın pozulmasına razıdırlar.Ailə qanunverciliyinə əsasən mübahisənin bu hissəsi məhkəmə müstəvisində həll ediləcəkdir.)” hissəsində təmin edilməməlidir.

18. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, tərəflər arasında bağlanmış xx.xx.2008-ci il tarixli nikah müqaviləsinə xitam verilməsinə xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsi kimi baxılması qanunvericiliyin tələblərinə ziddir. Bu səbəbdən də məhkəmə barışıq sazişini yalnız qalan hissədə təsdiqləməyi əsaslı hesab edir.

19. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

21. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixdə MŞS/MT030/2024-02388 saylı barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, barışıq sazişi qismən təsdiq edilməlidir.

Nəticə hissəsi:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23, 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixdə MŞS/MT030/2024-02388 saylı barışıq sazişi aşağıdakı şərtlə qismən təsdiq edilsin.

1. Tərəflər birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi anası Ərizəçi himayəsində olmaqla, onunla birlikdə yaşamasına razıdırlar.

2. Tərəflər birgə nikahdan olan xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanması üçün hər ay (hər ayın sonuncu günündən gec olmayaraq) hər uşağa görə 235 manat olmaqla, ümumilikdə cəmi 470 manat sabit pul məbləğində alimenti Ərizəçi ödəyəcəyinə dair öhdəlik götürür. Qətnamə aliment hissəsində dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar