Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1630/2021 01.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X3 iştirakı ilə, Ərizəçi X1 ölməsinə dair ölüm faktının müəyyən edilməsi və ölüm haqqında akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Ərizəçi mərhum həyat yoldaşı X1 18 sentyabr 1986-cı ildə Ermənistan, SSRİ, Meqri rayonu, Aldərə kəndində ölüm faktının müəyyən edilməsi və ölüm haqqında akt qeydinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X5 15 avqust 1958-ci ildə Ermənistan, SSRİ, Meqri rayonu, Nüvədi kəndində anadan olmuşdur. Belə ki, onlar 07.08.1985-ci il tarixində rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. 18.09.1986-cı ildə X5 vəfat etmişdir. Elə həmin gündə o, Ermənistan, SSRİ, Meqri rayonu, Aldərə kəndində dəfn olunmuşdur. Ona məxsus ölüm haqqında şəhadətnamənin əsli naməlum şəraitdə itmişdir. Yalnız ölüm haqqında şəhadətnamənin surəti qalmışdır. Ölüm haqqında şəhadətnamənin verilməsi üçün qeydiyyat şöbəsinə müraciət olunmuş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ona bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ona görə də ərizəçi məhkəmədən mərhum həyat yoldaşının ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmədə şahid Əzizov Həsənağa ifadə verərək bildirdi ki, mərhum X5 onun əmisi oğludur. Ailəvi gediş-gəlişləri olmuşdur. 18.09.1986-cı ildə X5 Ermənistan, SSRİ, Meqri rayonu, Aldərə kəndində dəfn edilmişdir. Əmisi oğlunun vəfatı ilə əlaqədar bütün mərasimlərdə iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə əsaslıdır və aşağıdakılara əsasən təmin olunmalıdır. Belə ki, iş materiallarında əlavə olunan: - Nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə X2 arasında 07.08.1985-ci il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 6 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Nuruşova soyadı verilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, 18.09.1986-cı ildə X5 vəfat etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin 21.11.2020-ci il tarixli 05/Q-2660/15 saylı məktubundan görünür ki, Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığından Ərizəçi məhkəməyə müraciət olunması məsləhət bilinmişdir. - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1556/2020 saylı, 04.06.2020-ci il tarixli qətnaməsindən görünür ki, Ərizəçi mərhum həyat yoldaşı X1 19 sentyabr 1986-cı ildə, Ermənistanın Mehri rayonunun Aldərə kəndində ölməsi faktının müəyyən edilməsi barədə ərizəsi təmin edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, ərizəçinin həyat yoldaşı X5 18.09.1986-cı ildə vəfat etmişdir. X4 məxsus ölüm haqqında şəhadətnamənin əsli naməlum şəraitdə itmişdir. Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığından onun adına ölüm haqqında şəhadətnamə verilməmişdir. Ölüm haqqında şəhadətnamənin alınması mərhumun yoldaşı olan ərizəçi üçün bir sıra hüquq münasibətlərinin həll edilməsi üçün lazımdır. Ərizəçinin hüquqi əhəmiyyətli olan faktı təsdiq edən sənəd alması qeyri-mümkündür. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu və ya ölümün baş verdiyi yerdə aparılır. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının” 8-ci maddəsinin 5-ci bəndinə əsasən ölüm haqqında həkim şahədətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Bu Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, məhkəmə iclasında ərizəçinin tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə, həmçinin şahid ifadələri ilə sübuta yetirilmişdir. Ona görə də ərizə təmin edilməli, 07.08.1985-ci il təvəllüdlü X1 18.09.1986-cı il tarixdə Ermənistan, SSRİ, Meqri rayonu, Aldərə kəndində ölümün qeyd edilmə faktı müəyyən edilməli və ölüm haqqında akt qeydi barpa olunmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07.08.1985-ci il təvəllüdlü X1 18.09.1986-cı il tarixdə Ermənistan, SSRİ, Meqri rayonu, Aldərə kəndində ölümün qeyd edilmə faktı müəyyən edilsin və ölüm haqqında akt qeydi barpa olunsun. Qətnamə ölüm haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-1630/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1630/2021
01.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver