Məhkəmə qərarları › İş №2(060)-1666/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1666/2021

19.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1666/2021 19.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, ərizəçinin nümayəndəsi, vəkil X3 iştirakı ilə, Ərizəçi ölüm faktının müəyyən edilməsi (maraqlı şəxs - Sumqayıt şəhər 3 saylı Notariat Kontoru) tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi (bundan sonra - ərizəçi) faktın müəyyən edilməsi ilə bağlı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, mərhum oğlu X2 ölümünün xx.xx.2002-ci il tarixdə X1-Peterburq şəhərinin VVAQ şöbəsi tərəfindən qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçinin nümayəndəsi məhkəmə iclasında iştirak etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın (308). Məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır (259.0.1.) İş materiallarından göründüyü kimi ərizəçi ölüm faktının müəyyən edilməsi üçün ilkin növbədə Sumqayıt şəhər 3 saylı Notariat Kontoruna müraciət etməli idi. Belə ki, ərizəçi mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya) həlli qaydasına əməl etməmişdir. Bu səbəbdən MPM-nin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi ölüm faktının müəyyən edilməsi (maraqlı şəxs - Sumqayıt şəhər 3 saylı Notariat Kontoru) tələbinə dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar