Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1667/2021 18.01.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızı, Ərizəçi Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxsində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxsində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək X1 xx.xx.2020-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə məhkəmə qaydasında baxılmalı olmadığından ərizəni qəbul etməkdən imtina olunmalıdır. Belə ki, ərizəyə əlavə edilmiş Sumqayıt şəhər Səhiyyə Şöbəsi Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyasının xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 06.55-də 1975-ci il təvəllüdlü X1 adına çağırış daxil olmuş, ünvana çatdıqda X1 meyiti aşkar edilmişdir. Hesab edirəm ki, bu halda həmin faktın təkrar müəyyən olunması yolverilməzdir və məhkəmə qaydasında baxıla bilməz. Şərh olunalara əsasən məhkəmə hesab edir ki, araşdırılan mübahisəyə ümumi məhkəmə icraatı qaydasında baxılmalı olmadığından ərizə və ona əlavə edilmiş sənədləri qəbul etməkdən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, ölüm haqqında tibbi şəhadətnamənin alınması, daha sonra isə ölüm haqqında şəhadətnamənin alınması üçün üçün səlahiyyətli orqana müraciət etməli, ona imtina edildikdə isə müvafiq olaraq səlahiyyətli sübyektin imtinası barədə inzibati qaydada məhkəmədə mübahisə qaldıra bilər. MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim ərizənin yolverilməzliyinə görə ərizəni qəbul etməkdən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 306, 153, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi oğlunun Sumqayıt şəhər Qeydiyyat şöbəsini maraqlı şəxsində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və əlavə edilmiş sənədlər rəsmi qaydada ərizəçiyə təqdim edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-1667/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1667/2021
18.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver