Məhkəmə qərarları › İş №2(060)-1681/2024

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1681/2024

05.02.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1681/2024 05.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi maraqlı şəxs Cavabdeh olmaqla xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən onunla Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o ailə vəziyyəti ilə əlaqədar xx.xx.2024-cü il saat 11:00-a təyin edilmiş məhkəmə iclasında iştirak edə bilməyəcəkdir. O ərizəni müdafiə edir və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında Ərizəçi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir. xx.xx.2023-cü ildə mediasiyada barışıq sazişi bağlanmışdır. Özü ölkəni tərk etmiş, onu təmsil edən vəkil (N.Hüseynova) var. Ona da müraciət etmiş, o da demişdir ki, özləri həll etsinlər. İcraçı bildirmişdir ki, barışıq sazişi təsdiq olunarsa onlar avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini icra edə bilərlər. O maşının həbsdən çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə maraqlı şəxs Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdən görünür ki, hazırkı ərizənin qaldırılmasına əsas Ərizəçi və maraqlı şəxs Cavabdeh arasında xx.xx.2023-cü il tarixdə imzalanmış və notariat kontorunda təsdiq edilmiş müqaviləyə əsasən bu barışıq müqaviləsinin məqsədi Ərizəçi və Cavabdeh arasında yaranmış mübahisənin qarşılıqlı güzəştlər yolu ilə həll edilməsidir. Birinci tərəf Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(060)-2644/2023 saylı qətnaməsinə əsasən ikinci tərəfin ödəməli olduğu 2018 (iki min on səkkiz) manatın ona ödənilməsindən imtina edir. İkinci tərəf Sumqayıt Apellyasiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(105)-1763/2022 saylı qətnaməsinə əsasən 2012-ci il istehsalı olan Honda CR-V markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobildən Cavabdeh düşən ½ pay hissəsindən Ərizəçi xeyrinə imtina edir. Bu barışıq müqaviləsinə əsasən Ərizəçi və Cavabdeh bir-birilərinə qarşı heç bir iddia, tələbinin və şikayətinin olmamasını öhdələrinə götürürlər. Tərəflər bu barışıq sazişindən irəli gələn mübahisələrin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə nail olacaqdırlar. Əgər mübahisələr qarşılıqlı anlaşma və razılıq yolu ilə həll olunmazsa, tərəflər məhkəməyə müraciət edə bilərlər. Tərəflər arasında bu barışıq sazişi ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir. Bu barışıq sazişi 3 (üç) nüsxədə tərtib olunur və bir nüsxəsi birinci tərəf, bir nüsxəsi ikinci tərəf, bir nüsxəsi notariat ofisində saxlanılır. xx.xx.2023-cü il tarixli müqavilənin 4-cü bəndinə görə bu barışıq müqaviləsinə əsasən Ərizəçi və Cavabdeh bir-birilərinə qarşı heç bir iddia, tələbinin və şikayətinin olmamasını öhdələrinə götürürlər. Həmin müqavilənin 7-ci bəndinə görə tərəflər arasında bu barışıq sazişi ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir. Bu müqavilənin 9-cu bəndinə görə tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. “İcra haqqında” AR Qanununun 6.1.4-cü maddəsinə görə notariusun icra qeydləri icra sənədi sayılır. İşdən görünür ki, tərəflər - Ərizəçi və maraqlı şəxs Cavabdeh, Ərizəçi Sumqayıt Şəhər Məhkəməsinin 31 may 2023-cü il tarixli, 2(060)-2644/2023 saylı qətnaməsinə əsasən Cavabdeh ödəməli olduğu 2018 (iki min on səkkiz) manatın ona ödənilməsindən imtina etməsi, Cavabdeh Sumqayıt Apellyasiya Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli 2(105)-1763/2022 saylı qətnaməsinə əsasən 2012-ci il istehsalı olan Honda CR-V markalı, **-XE-*** dövlət qeydiyyat nişanlı avtomobildən Cavabdeh düşən ½ pay hissəsindən Ərizəçi xeyrinə imtina etməsi barədə razılığa gəlmişlər. Daha sonra Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; 305.1.3. şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında; 305.1.4. daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında; 305.1.5. itirilmiş adsız sənədli qiymətli kağızlar üzrə hüquqların bərpa edilməsi haqqında (çağırış icraatı); 305.1.6. şəxsin psixiatriya stasionarına məcburi yerləşdirilməsi haqqında; 305.1.9. övladlığa götürmə haqqında ərizələrə. 305.1.10. şəxsin narkoloji-tibb müəssisəsinə məcburi yerləşdirilməsi haqqında; 305.1.11. məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında; 305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; 305.1.13. şəxsin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi haqqında; 305.1.15. bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında; 305.1.16. yayılması qanunla qadağan edilən informasiyanın internet informasiya ehtiyatından götürülməsi və ya internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılması haqqında. 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 305.2. Azərbaycan Respublikasının qanunları ilə xüsusi icraat qaydasında başqa işlərə baxılması da nəzərdə tutula bilər. Göründüyü kimi, xüsusi icraat qaydasında baxılan işlər üzrə barışıq müqaviləsinin təsdiq edilməsi nəzərdə tutulmamışdır. Ona görə də məhkəmə hesab edir ki, hazırda Ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsinə məhkəmədə baxıla bilməz. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verə bilər. Həmçinin həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməli, həbsin götürülməsi ilə bağlı ərizəçiyə icra qaydasında müraciət etmək hüququnun olduğu izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 5.1.3-cü maddəsinə əsasən, məhkəmələr tərəfindən iş üzrə icraata xitam verildikdə dövlət rüsumu geri qaytarılır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ərizəyə xitam verildiyi üçün iş üzrə Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261- 262, 263-264, 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Cavabdeh olmaqla xüsusi icraat qaydasında barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi həbsin götürülməsi ilə bağlı ərizə verməklə icra qaydasında müraciət etmək hüququ izah edilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. xx.xx.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumu qəbzinə əsasən ödənilmiş 100 (bir yüz) manat Ərizəçi qaytarılsın. Qərardadın “rüsumun qaytarılması hissədə” icrası Sumqayıt Şəhəri üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar