Məhkəmə qərarları › İş №2(060)-1688/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-1688/2021

04.03.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-1688/2021 04.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi , Məhkəmə iclas katibi X2 İddiaçı, nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X3 nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X1rşı «əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində acıq məhkəmə içlasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılmağı ilə bağlı əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X4 yanğınsöndürən vəzifəsinə bərpa edilməyi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi barədə qətnamə qəbul edilməsi barədə xahiş etmişdir. Məhkəmədə İddiaçı iddia tələbini müdafiə edərək göstərdi ki, o, xx.xx.1995-ci ildə ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Ailəlidir, bir övladı var. Belə ki, o, 18.10.2018-ci ildə X9 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 15.11.2018-ci il təvəllüdlü X8 adlı övladları dünyaya gəlmişdir. Bildirir ki, o, 23.05.2019-cu ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X4 yanğınsöndürən vəzifəsində işə qəbul olunmuşdur. 22.09.2020-ci ildə onu və digər işçiləri Bakı şəhəri Biləcəri qəsəbəsində yerləşən FHN-ə məxsus qospitala apardılar. Orada ondan və digər işçilərdən analiz götürdülər. Həmin vaxt ona bildirdilər ki, “sidiyində AMP(Metamfetamin)” aşkar olunub. O, buna etiraz etmiş və buna görə də onu Bakı şəhərində yerləşən X6 aparmışdılar. Oradan o, sidik və qan analizi vermişdir. Bundan sonra o, işə qayıtmışdır. 23.09.2020-ci ildə o, Sumqayıt şəhər Narkoloji Dispanserdə müayinədən keçmiş və bu barədə akt tərtib olunmuş, həmin aktda onun narkotik vasitələrdən istifadə etmədiyi müəyyən olunmuşdur. 27.10.2020-ci ilə kimi o, öz işində işləmişdir. Həmin gün işdən çıxıb evə getmiş, günorta saatlarında hissə rəisinin müavini Azər Babayev ona zəng edərək işə çağırmış və bildirmişdir ki, onun qanında və sidiyində narkotik vasitə çıxıb ona görə də ərizəni yazıb işdən çıxsın. O, buna etiraz etmiş və 23.09.2020-ci il tarixli aktı ona göstərmiş və bildirdişdir ki, o, narkotik vasitə istifadəçisi deyildir. Bundan sonra cavabdehin nümayəndəsi onu ağ kağıza qol çəkməyə məcbur etmişdir. Lakin o, qol çəkməmişdir. Cavabdeh ona bildirdi ki, bəs sabahdan işə gəlməsin, onun əmri verilib və o, işdən çıxarılmışdır. Sabahısı gün o, işə gəlsə də onu işə buraxmadılar. Onun işdən çıxarılmağı tamamilə əsassızdır. Ona görə də hesab edir ki, o, öz iş yerinə bərpa olunmalıdır və ona məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi təmin olunmalıdır. Göstərilənləri nəzərə alaraq, işdən çıxarılmağı ilə bağlı əmrin ləğv edilməsi, onun əvvəlki iş yerinə- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X4 yanğınsöndürən vəzifəsinə bərpa edilməyi və qanunsuz olaraq işdən çıxarılmağı ilə əlaqədar məcburi işburaxma müddətinə görə əmək haqqının verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkmədə İddiaçı nümayəndəsi və vəkili Vəkil iddiaçının izahatına uyğun izahat verərək iddia tələbinin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X3 nümayəndəsi X10 şifahi vəsatətlə müraciət edərək, işə götürmə və işdən azad olunma barədə əmrlər Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən verilən əmr əsasında həyata keçirildiyi üçün hazırki iddia tələbi üzrə mülki işi aiddiyyatı üzrə Bakı Səbail Rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X3 nümayəndəsi X7 izahatını dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia ərizəsi ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 02.09.2019-cu il tarixli, 5136/Ş saylı əmrin surətindən görünür ki, sınaq müddəti başa çatdıqdan sonra müsbət rəy almış İddiaçı Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət yanğından mühafizə idarəsinin 20 nömrəli X3 yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsinə təyin edilməklə daimi xidmətə qəbul edilsin və ona daxili xidmət sıravisi ilk xüsusi rütbəsi verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 1221/ş saylı, 19.10.2020-ci il tarixli əmrdən çıxarışın surətindən görünür ki, Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X3 yanğınsöndürəni daxili xidmət kiçik çavuşu İddiaçı fövqəladə hallar orqanlarından xaric edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi inzibati hüquq münasibətləri ilə bağlı münasibətlərin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə görə iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №-li Qərarına Azərbaycan Respublikası əsasən Fövqəladə Hallar Nazirliyi inzibati orqanlar hesab edilirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı Qərarının 15.4-cü bəndinə əsasən inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, Mülki Prosessual Məcəllənin 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələbin mahiyyəti inzibati xarakterli olduğundan hazırki iddia tələbinə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı deyil, həmin tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət olunmalıdır. Belə ki, İddiaçı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin 1221/ş saylı, 19.10.2020-ci il tarixli əmri ilə Fövqəladə Hallar orqanlarından xaric edilmişdir. Belə olan halda, “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 №-li Qərarına Azərbaycan Respublikası əsasən Fövqəladə Hallar Nazirliyi inzibati orqanlar hesab edildiyinə görə hazırki iddia tələbi inzibati məhkəmədə mübahisələndirilməlidir. İddiaçıya hazırki iddia tələbi ilə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X1rşı «əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair» iddiası ilə bağlı mülki işə ümumi yurisdiksiyalı məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRAR V E R D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 20 nömrəli X1rşı «əmrin ləğv olunması, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair» iddiası ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar