Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1764/2023 03.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X14 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X3 Ərizəçinon nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi maraqlı tərəf 1 saylı Sumqayıt Regional “Asan Xidmət” X2rşı “öüm faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1963-cü ildə rayonunda anadan olmuş anası X4 xx.xx.2021-ci ildə yaşadığı ünvan 4-də ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1986-cı ildə ünvan 1 ünvanda yaşayır. Onunla bir yerdə yaşayan anası-1963-cü il təvəllüdlü X7 xx.xx.2021-ci ildə yaşadıqları Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 20/29a ünvanında yerləşən 51 saylı mənzildə ürək çatışmamazlığından dünyasını dəyişmişdir. Belə ki, anasının uzun müddət bu xəstəlikdən əziyyət çəkirdi. Həmin günü Sumqayıt TTYS-na müraciət olunmuş, həkim gəlmiş və anasının evdə olan meyidini aşkar etmişdir. Anası evdə dünyasını dəyişdiyi üçün onun barəsində ölüm haqqında tibbi həkim arayışı almaq mümkün olmamışdır. O, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Anasına ölüm haqqında şəhadətnamə almaq üçün Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona tibbi arayış olmadığı üçün həmin şəhadətnamə verilməmişdir. Hazırda ölüm haqqında şəhadətnamənin olmaması bir sıra sosial problemlərin həllini tapmaq və vərəsəliklə bağlı hüquqlar əldə etmək imkanından məhrum edir. İddiaçının nümayəndəsi Vəkil eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf 1 saylı Sumqayıt Regional “Asan Xidmət” X1 müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X10 bildirdi ki, ərizəçi onun qonşusudur. Ərizəçinin anası 7-8 il olardı ki xroniki ürək xəstəsi idi. Ərizəçinin anası İrina yaşadığı evdə dünyasını dəyişmiş və Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsində yerləşən rus qəbristanlığında dəfn edilmişdir. O, bir qonşu kimi yas mərasimində iştirak etmişdir. Məhkəmədə şahid X5 şahid E.C.Əliyevin ifadəsinə oxşar ifadə verdi. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarına qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İşdə olan H.Zeynalabdin qəsəbə icra nümayəndəliyinin möhürü ilə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.1963-cü ildə anadan olmuş X7 xx.xx.2021-ci ildə vəfat etmişdir və Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsində yerləşən rus qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, xx.xx.2021-ci il tarixdə saat 05:14-də ünvan 2 ünvanında yaşayan 1963-cü il təvəllüdlü X7 adına 117 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 1963-cü il təvəllüdlü X7 meydinin aşkar etmişdir. Oğlunun deməsinə görə mərhumə uzun müddət “Xroniki ürək çatışmamazlığı”dan əziyyət çəkmişdir. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. İşdə olan Xİ-JQ seriyalı, № 439333 saylı “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, ata qrafasında İsmayılov Mikayıl, ana qrafasında X7 qeyd edilmişdir. İşdə olan AZ №547522 saylı “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X7 xx.xx.1963-cü ildə Bakı şəhərində anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan xidmət” X9 Ərizəçi ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X4 ölümünü təsdiq edən həkim arayışı təqdim olunmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İşdə olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, xx.xx.2021-ci ildə vəfat etmiş X7 Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbə qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə araşdırması zamanı ərizəçinin nümayəndəsinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən xx.xx.1963-cü il təvəllüdlü X4 xx.xx.2021-ci il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “Asan xidmət” X12 məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, xx.xx.1963-cü il təvəllüdlü X4 yaşadığı ünvan 4 ünvanında 21 iyun 2021-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X4 yaşadığı ünvan 4 ünvanında 21 iyun 2021-ci il tarixdə ölməsi faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-1764/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1764/2023
03.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver