Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1792/2022 18.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28.08.2020-ci ildə Sumqayıt şəhərində anadan olmuş qızı X5 06.10.2020-ci ildə yaşadıqları Sumqayıt şəhəri, Corat qəsəbəsi, 388 c ünvanında ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, onun 28 avqust 2020-ci il təvəllüdlü qızı X8 06.10.2020-ci ildə yaşadıqları Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 388c ünvanında qəfildən dünyasını dəyişmişdir. Onun qızı həmin vaxt 2 aylıq olmuş və o həmin gün Sumqayıt şəhər Corat qəbirstanlığında dəfn edilmişdir. 06.10.2020ci il tarixdə səhər saat 07-15 radələrində uşağın ayılmadığını görən atası Şakir Həşimov Sumqayıt şəhər TTTYS- na müraciət etmiş və həkim briqadası gəlmiş və uşağın artıq keçindiyi müəyyən olunmuşdur. O, həmin tibb müəssisəsinin verdiyi arayış əsasında Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qızının ölüm haqqında şəhadətnaməsinin verilməsi ilə bağlı müraciət etmiş, lakin ona 01.02.2022-ci il tarixli cavab məktubunda izah olunmuşdur ki, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra ölüm haqqında şəhadətnamənin verilməsi mümkündür. Bu səbəbdən də ölüm faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq, 28.08.2020-ci ildə Sumqayıt şəhərində anadan olmuş qızı X5 06.10.2020-ci ildə yaşadıqları Sumqayıt şəhəri, Corat qəsəbəsi, 388 c ünvanında ölüm faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat Şöbəsi qanunla müəyyən edilmiş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X3 bildirdi ki, Ərizəçi oğlu, rəhmətə gedən isə nəvəsidir. Nəvəsinin iki günə qırxı çıxmalı idi. Uşağı həmin günü o yatızdırmışdır. Uşağın ayılmadığını görüb Təcili Tibbi yardıma zəng edib çağırmışlar. Həkimlər gələndə nəvəsi artıq dünyasını dəyişmişdir. Nəvəsi Corat qəbristanlığında dəfn etmişlər. Məhkəmədə şahid X11 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi körpəsi rəhmətə gedib. O, səhər saatlarında eşidilən səs-küyə çıxmış, məlum olmuşdur ki, qonşusunun körpəsi rəhmətə gedib. Onların başqa övadları yoxdur. Uşaq Corat qəbristanlığında dəfn olunub. Məhkəmə Ərizəçi, şahidlər X3 və X9 dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verib belə hesab edir ki, ərizə əsaslıdır və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər qeydiyyat Şöbəsinin Ərizəçi ünvanladığı 01.02.2022-ci il tarixli məktubundan görünür ki, X4 ölümünü təsdiq edən sənədin olunmadığından, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. İş materiallarında olan Sumqayıt şəhər Səhiyyə şöbəsi Təcili və X6 Stansiyasının 07.10.2020-ci il tarixli, 1965 nömrəli arayışından görünür ki, 06.10.2020-ci il tarixdə saat 07:15-də ünvan 4 ünvanında yaşayan 28.08.2020-ci il təvəllüdlü X8 adına 80 nömrəli çağırış daxil olmuşdur. Briqada verilən ünvana çatdıqda 28.08.2020-ci il təvəllüdlü X4 meyidini aşkar etmişdir. Anasının və nənəsinin deməsinə görə gecə saat 04:00 radələrində uşağa ana südü verib yatızdırıblar və səhər uşağın keçindiyini görüblər. Müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər Corat Bələdiyyəsinin 01.02.2022-ci il tarixli arayışından görünür ki, X8 28.08.2020-ci il təvəllüdlü həqiqətən 06.10.2020-ci il tarixində vəfat etmiş və Corat Qəbristanlığında bastırılmışdır. İş materiallarında olan AZ-İİ № 354442 saylı, 14.08.2019-cu il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, Ərizəçi ilə X1 arasında olan nikah Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 14 avqust 2019-cu il tarixdə bağlanmış və 2307 nömrə ilə qeyd olunmaqla sonuncuya “Həşimova” soyadı verilmişdir. Məhkəmə araşdırması zamanı ərizəçinin, şahidlərin izahatı və işin materialları ilə həqiqətən 28.08.2020-ci il təvəllüdlü X4 06.10.2020-cı il tarixdə vəfat etməsi faktı sübut olunur. Lakin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi məktubla ölüm haqqında qeydiyyat aparmaqdan imtina etdiyindən ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada almaq mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarını müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, məhkəmə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə görə hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şərh edilənləri məhkəmə hesab edir ki, 28 avqust 2020-ci ildə anadan olmuş, 06 oktyabr 2020-ci il tarixində ünvan 5 ünvanında ev şəraitində vəfat etmiş və Corat qəbristanlığında dəfn olunmuş mərhum X4 ölüm faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmələr yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 28 avqust 2020-ci ildə anadan olmuş, 06 oktyabr 2020-ci il tarixində ünvan 5 ünvanında ev şəraitində vəfat etmiş və Corat qəbristanlığında dəfn olunmuş mərhum X4 ölüm faktı müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-1792/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1792/2022
18.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver