Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1848/2023 26.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil, İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə3, İddiaçı2 MMC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh2, Cavabdeh1, Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və ”FERİD-L” MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlakın qanunsuz sahiblikdən geri alınması və dəymiş zərər tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mikrorayon, S.Vurğun küçəsi, Diş poliklinikası ilə üzbəüz yerləşən Nəsimi parkında 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30000 (otuz min) manat olan İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionunun Cavabdeh1 qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək iddianın tələb hissəsinin dəqiqləşdirilərək işə əlavə İddiaçı2 MMC-nin cəlb edilməsinin təmin edilməsini, Cavabdeh2 Tairxan oğlu digər cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsini xahiş etmişdir. Eyni zamanda iddia ərizəsinin xahiş edirəm hissəsində Sumqayıt Şəhər birinci mikrorayon S.Vurğun küçəsi, Nəsimi adına parkda, Diş poliklinikası ilə üzbəüz yerləşən “avtodromdakı” 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30000 manat olan İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionunu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tairxan oğlunun qanunsuz sahibliyindən alınaraq iddiaçılar İddiaçı2 MMC və İddiaçı1 geri qaytarılması və vurulmuş zərərə görə 10000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1848/2023 saylı qərardadı ilə İddiaçı2 MMC-nin mülki iş üzrə iddiaçı qismində, Cavabdeh2 mülki iş üzrə cavabdeh qismində məhkəmə prosesinə cəlb edilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhərində birinci mikrorayon S.Vurğun küçəsi, Diş poliklinikası ilə üzbəüz yeləşən Nəsimi parkında 6 ədəd elektriklə işləyən, 10 x 20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30000 (otuz) min manat olan olan İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionunu avtodrom İddiaçı1 qohumu olan Vüqar adlı şəxs ona bağışlamışdır ki, oradan gələn gəlirlə iddiaçının ailəsinə köməklik və dəstək olsun. Bu yaxınlarda həmin yeri işlətməyə köməklik edən qohumu tərəfindən iddiaçıya bildirilmişdir ki, Zaur adlı şəxs iddiaçının ailəsinə məxsus həmin yeri zəbt etmişdir. Bildirir ki, həmin əmlak İddiaçı2 MMC-nin balansındadır və iddiaçıya məxsusdur, həmin əmlaka görə iddiaçı tərəfindən vergi ödənilir. Bu hadisə ilə əlaqədar iddiaçı Cavabdeh1lə əlaqə saxlamışdır və onda Zaur adlı şəxsin onun adını hallandıraraq iddiaçıya məxsus MMC-nin balansında olan əmlakın sahibinin İlham olduğunu, nümayəndəsini hədələdiyini söyləmiş, cavabında o bildirmişdir ki, həmin yer guya onun bacısının qudası olan Zaur adlı şəxsə məxsusdur və həmin avtomobilləri də o öz pulu ilə alıb, hansı ki, həmin avtomobilləri Vüqar öz pulu ilə alaraq həmin parkda fəaliyyət göstərmişdir. Bu mübahisə bir neçə müddət davam etdiyindən və iddiaçıya məxsus əmlakı həmin şəxslər qanunsuz olaraq işlətdiyindən iddiaçının nümayəndəsi olan və hal hazırda MMC-nin hüquqşünası Nümayəndə2 həmin ünvana gəlmiş və Zaur adlı şəxsdən MMC-yə məxsus əmlakları qanunsuz işlətdiklərini bildirərək həmin avtomobilləri ona təhvil verərək ərazini boşaltmalarını tələb etmişdir. Cavabdeh1 qohumu olan Zaur adlı şəxs isə tələbi icra etmək əvəzinə Nümayəndə2 təhqir edərək hədələməyə başlamışdır. Bu səbəbdən də əraziyə dəvət edilən polis əməkdaşları Nümayəndə2 izahatını almağa başlayanda Cavabdeh1 də həmin yerə gəlmiş və polis əməkdaşları ona bu hadisə ilə bağlı sual verəndə Cavabdeh1 etiraf etmişdir ki, həmin avtomobillər həqiqətən də Vüqarın vəsaiti hesabına alınıb. Göründüyü kimi cavabdeh göstərilən daşınar əmlak üzərində qanunsuz sahiblik edərək onu iddiaçıya geri qaytarmaqdan imtina etmişdir. Hesab edir ki, iddiaçının mülkiyyətində olan daşınar əmlak cavabdehin qanunsuz sahibliyindən iddiaçıya geri qaytarılmalıdır. Tərəflərin İzahatları: Məhkəmə iclasında İddiaçı2 MMC-nin nümayəndəsi Nümayəndə2 iddia tələbini müdafiə edərək bildirdi ki, Vüqar Şabanov və Nadir Əliyev əyləncə attraksionu inşa etmək barədə fikirləri olduğunu Nadirin əvvəlcədən tanıdığı Cavabdeh2 bildirmişlər. Zaur da əvvəldən attraksion işi ilə məşğul olduğundan müəyyən icarə haqqı müqabilində özünə məxsus köhnə attraksionun yerində yeni attraksion tikilməsinə razılıq vermişdir. Bundan sonra Vüqar və Nadir dəmir konstruksiyalı əyləncə attraksionu inşa etmişdir. Müəyyən müddət işlədikdən sonra Cavabdeh2lə aralarında icarə haqqının artırılması məsələsi ilə bağlı anlaşılmazlıq olmuşdur. Mübahisə gedişində Zaur onlara əmlakın Cavabdeh1 məxsus olduğunu, icarə haqqı və digər məsələləri onunla danışmalı olduqlarını bildirmişdir. Əyləncə attraksionu işlək vəziyyətdə olarkən Vüqar və Nadir əldə edilən gəlirdən şəhid ailəsi kimi İddiaçı1 dəstək olmuşdur. Cavabdeh1lə də danışıqların nəticə vermədiyini görən X20 Şabanovun da razılığı ilə özlərinə məxsus əmlakı Nadir Əliyevin təsis etdiyi İddiaçı2 MMC-nin balansına vermişlər, sonra isə MMC-ni simvolik qiymətə İddiaçı1 satmışdır. Hazırda qeyd edilən mübahisəli əmlaklar İddiaçı2 MMC-nin balansındadır. Lakin İddiaçı2 MMC balansında olan əmlakdan istifadə edə bilmir, belə ki, həmin əmlak cavabdehlərin qanunsuz sahibliyindədir. Məhkəməyə təqdim etdikləri sübutlar, səs yazısı və şahid ifadələri də əmlakın cavabdehlərin qanunsuz sahibliyində olduğunu bir daha sübut edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini müdafiə edərək bildirdi ki, əyləncə attraksionu İddiaçı2 MMC-nə məxsusdur. İddiaçı2 MMCnin əvvəlki təsisçisi X9 təsis payını xx.xx.2023-cü il tarixli təsis payının alqı-satqı müqaviləsi əsasında İddiaçı1 500 manata satmışdır. Təsis payı İddiaçı1 satılan zaman İddiaçı2 MMC-nin balansında əmlakın olmasından məlumatı olmuşdur, İddiaçı2 MMC onu aldatmamışdır. Təsis payının alqı-satqı müqaviləsində 500 manat simvolik olaraq yazılmışdır. X9 təsis payını İddiaçı1 bağışlamaq istəmiş, amma bu alınmadığından simvolik qiymətə alqı-satqı müqaviləsi bağlanılmışdır. Odur ki, İddiaçı2 MMC ilə mövqeləri bir olduğundan qeyd olunanlar əsasında Sumqayıt şəhəri, 1-ci mikrorayon, S.Vurğun küçəsi, Nəsimi adına parkda, Diş poliklinikası ilə üzbəüz yerləşən “avtodromdakı” 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30000 manat olan İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tairxan oğlunun qanunsuz sahibliyindən alınaraq iddiaçılar İddiaçı2 MMC-yə və İddiaçı1 geri qaytarılmasını və vurulmuş zərərə görə 10000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməsini xahiş etdi. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 MMC-nin nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, mübahisəli əmlaklar İddiaçı2 MMC-nin balansındadır, MMC-nin təsisçisi və direktoru İddiaçı1dir, hazırda əmlaklar qanunsuz olaraq cavabdehlər tərəfindən işlədilir. Əmlaklar əvvəlcə yəni 2019-cu ildən Vüqar Şabanova və Nadir Əliyevə məxsus olmuşdur. Vüqar Şabanovun özü də qeyd etdiyi kimi, həmin əmlaklara tam şəkildə sərəncam verməyi Nadir Əliyevə razılıq vermişdir. Bundan sonra 2022-ci ildə Nadir Əliyev İddiaçı2 MMC-ni təsis edərək həmin əmlakları MMC-nin balansına vermiş və bundan sonrada MMC-ni İddiaçı1 satmışdır. Hazırda əmlaklar İddiaçı2 MMC-yə məxsusdur və onun balansındadır. Buna baxmayaraq, cavabdehlər tərəfindən istifadə edilir. Cavadehlər qeyd edirlər ki, əmlaklar onlarındı, Vüqar Şabanovu ümumiyyətlə tanımırlar, Nadir Əliyev isə onların işçisi olmuşdur, belə olan halda ortaya sual çıxır, hansı səbədən Cavabdeh1 Vüqar Şabanova ümumilikdə 7000 manat təklif edir ki, hazırki mübahisədən əl çəksinlər. Bütün qeyd edilənlər ona gətirir ki, əmlaklar qeyd etdiyi kimi öncə Vüqar və Nadirə məxsus olmuş sonra isə İddiaçı2 MMC-nin balansına verilərək MMC İddiaçı1 satılmışdır. Qeyd etdikləri ilə yanaşı bildirir ki, əmlakları Vüqar və Nadir Sədərək bazarında işləyən Tahir adlı şəxsdən almışlar, Tahiri məhkəməyə dəvət etmək istəmişlər və Tahirin İddiaçı2 MMC-nin nümayəndəsi Emin müəllimlə danışığı olmuşdur, yazışmaları da var. Tahir Zaurun ona zəng vurduğunu, onu hədələdiyini və ona görə də məhkəməyə gəlməyəcəyini bildirmişdir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia tələbi əsassız və sübutsuzdur. Belə ki, 10 ildən çoxdur ki, qeyd olunan ərazidə işləyir, orada başqa attraksionları da var. Cavabdeh1 qohumudur. Attraksionu özü yığmışdır və həmin attraksion 2016-cı ildən fəaliyyət göstərir. Attraksionda 6 ədəd avtomobil olmuşdur, lakin həmin avtomobillər köhnə olduğundan işlədilmir və onları bağında saxlayır. 2018-ci ildə isə avtomobilləri müasirləşdirmiş və yenilərindən istifadə etmişdir. Elə həmin vaxt qurğunu da yeniləmişdir. Qurğunu 2016-cı ildə ustası yığıb, həmin şəxsi də şahid kimi məhkəmə iclasına dəvət etmişdir. Attraksionun fəaliyyət göstərməsi üçün parkın rəhbərliyi ilə razılıq olmuşdur. Həmin obyekti parkın göstərişi ilə 2016-cı ildə yığmışdır. Sayğacdan istifadə edirlər, həmin sayğac da “Xocalı” çay evinin olmuş, həmin çay evi hazırda fəaliyyət göstərməsə də, sayğacı qalmışdır və həmin sayğacdan indi də istifadə edirlər. Obyektin VÖEN-i olmadığına görə sayğac qoymaq problemdir. Bağında olan avtomobillər 6 ədəddir, hazırda attraksionda istifadə olunan avtomobillər də 6 ədəddir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı1 və ”FERİD-L” MMC iş üzrə subyektiv hüququ olmayan tərəflərdir. Qarşı tərəf iddia ərizəsində qeyd olunan əmlakın onlara məxsus olmasını və həmin əmlakın cavabdehdə olmasını sübut etməlidir, amma bununla bağlı hər hansı sübut yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, iddianı sübut etmək də iddiaçının üzərinə düşür. Ona görə də hesab edir ki, qaldırılmış iddia tam əsassızdır. İkinci məsələyə gəlincə, ilkin iddia ərizəsi İddiaçı1 tərəfindən qaldırılmışdır və həmin iddia tələbində qeyd edilmişdir ki, əmlakı ona Vüqar adlı şəxs həmin əmlakdan gələn gəliri götürmək məqsədilə bağışlamışdır. Lakin iddia ərizəsində göstərilənlərlə sənədləri yoxladıqda ziddiyyətin olduğu görünür. Alqı-satqı müqaviləsi təqdim edilmişdir ki, həmin alqısatqı müqaviləsi əsasında İddiaçı1 ”FERİD-L” MMC-dən təsis payını alır və iddia ərizəsində göstərilənlərə əsasən, ”FERİD-L” MMC guya hazırda Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan attraksionun və attraksionda olan maşınların sahibidir. Tərəfindən qarşı tərəfə də sual verilmiş, işdə olan sənədlərə də baxmış, amma ”FERİD-L” MMC-nin balansına daxil edilmiş avadanlıqların Cavabdeh1 istifadəsində olan əmlak olmasına dair hər hansı sübut yoxdur. Ümumiyyətlə, ”FERİD-L” MMC-nin balansında 30000 manat dəyərində əmlakın olmasına dair işdə hər hansı sübut da yoxdur. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, ”FERİD-L” MMC məhkəməyə müraciət edilməmişdən bir neçə gün qabaq, 2023-cü ilin yanvar ayında Vergilər İdarəsinə müraciət edərək 30000 manat dəyərində əmlakı olduğunu bildirmiş və həmin əmlakın balansına daxil edilməsini xahiş etmişdir. 2 saylı Ərazi Vergilər Baş İdarəsi isə həmin məsələnin onun səlahiyyətində olmadığını bildirmişdir. Eyni zamanda tərəf bəyannamə təqdim etdiyini, bəyannamədə 30000 manat dəyərində əmlakı olmasını qeyd etdiyini və 300 manat vergi ödədiyini bildirmişdir. Bəyannamədə istənilən qiymətdə əmlak yaza bilmək mümkündür. Bəyannamədə əmlakın qeyd olunması həmin əmlakın hələ balansda olması demək deyil. Hətta qəbul edilsə ki, ”FERİD-L” MMC-nin balansında 30000 manat dəyərində hər hansı əmlak var, amma bu ona əsas vermir ki, tərəf həmin əmlakı əsas gətirərək Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq əmlakının onlarda olduğunu bildirərək həmin əmlakın onlar tərəfindən qaytarılmasını tələb etməlidir. Bunun özünün sənədləşməsi, hüquqi əsası olmalıdır, mühasibatlıq qaydasında sənədləşmənin forması, hüquqi təsnifatı var. Bütün bu proseslərin isə heç biri keçirilməmişdir. Bundan başqa, iş materiallarında alqı-satqı müqaviləsi var ki, həmin alqı-satqı müqaviləsi xx.xx.2023-cü il tarixdə bağlanılmışdır və həmin müqavilədə təsisçinin təsis payının 500 manat olduğu qeyd olunur. Əgər, doğrudan da, 2022-ci ilin avqust ayında 30000 manat dəyərində əmlak balansa daxil edilmişdirsə, onda müqavilədə 30500 manat dəyərində əmlak yazılmalı olardı. Həmçinin alqı-satqı müqaviləsi bağlanan zaman notariat ofisi hüquqi şəxsin reyestrindən çıxarış tələb edir ki, alqı-satqı müqaviləsinin predmeti olan əmlakın balansında hansı əmlak var. Belə ki, həmin 30000 manat dəyərində əmlakın olması isə qeyd edilməmişdir. Tərəflərin məhkəmə iclasında verdiyi izahatdan da görünür ki, müqavilə formal olaraq bağlanılmışdır ki, ”FERİD-L” MMC İddiaçı1 adına keçsin. Hazırda da formal müqavilə əsasında Cavabdeh1 qarşı iddia qaldırılır. Qaldırılmış iddianın heç bir hüquqi əsası yoxdur, iddiada qeyri-dəqiqlik var. İddia ərizəsində “6 ədəd maşın və dam örtüyü olan attraksion, 30000 manat dəyərində” yazılmışdır. Attraksionun tikintisi illərdir başa çatmışdır. Maşınların dəyəri, bəlkə də, 30000 manatdan da yuxarıdır. İddia cavabdehə qarşı qaldırılmışdır, cavabdehlərin əmlakının dəyəri isə 150000 manatdır. Əgər tərəf 30000 manat dəyərində əmlak tələb edirlərsə, həmin 30000 manat dəyərində əmlak haradadırsa, gedib o əmlakı tələb edə bilər. İddianın heç bir hüquqi əsası yoxdur, tərəf öz iddiasının əsaslığını təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. İş materiallarında imzasız, möhürsüz əmr var, həmin əmr də 2022-ci ilin avqust ayında verilmişdir, əmlakın bu əmrlə balansa daxil edilməsi mümkün deyil. Bu iddia, mahiyyətindən də görünür ki, əvvəlcədən planlaşdırılmış iddiadır. Nadir və Vüqar adlı şəxslər Cavabdeh1 və qeyri şəxsdən pul vəsaiti əldə etmək üçün 2022-ci ilin avqust ayında guya hər hansısa müəssisə təsis edir, sonra da özündən əmr verir ki, 30000 manat dəyərində əmlak müəssisənin balansına daxil edilsin, hansı ki bunun üçün müəyyən edilmiş prosedur qaydalara riayət olunmur, yalnız 2023-cü ilin yanvar ayında Vergilər İdarəsinə müraciət olunur və daha sonra imtiyazlı şəxslə formal alqısatqı müqaviləsi bağlanılaraq bizə qarşı iddia qaldırılır. İddia tələbi əsassız olduğundan rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etməyərək, nümayəndəsi və vəkilinin izahatını təsdiq etdi. İddia tələbinin rədd edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Şahid ifadələri: İddiaçı tərəfin şahidləri: Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirdi ki, 2019-cu ildə şəriki Nadirlə iş qurmaq istəmişdir. Nadir uzun illər attraksion işlətmişdir və həmin işdən anlayışı vardır. Öncə attraksionu doğulduğu Balakən şəhərində qurmaq istəsələrdə, yolun uzaq olmasına və gəlirin o qədərdə olmayacağını nəzərə alaraq attraksionu Sumqayıt şəhərində qurmaq qənaətinə gəlmişlər. Bununla əlaqədar Nadirin tanışı olan Cavabdeh2 müraciət etmişlər, belə ki, Zaur Sumqayıt şəhərində Nəsimi parkında müəyyən attraksionlar işlətmişdir. Zaurla belə razılığa gəlmişlər ki, hər mövsüm 4000 manat müqabilində Zaurun köhnə attraksionun yerində təzə avtodrom qurub işlədəcəklər. Bunun müqabilində Zaurun köhnə attraksionunun əvəzinə Zaura 3000 manat verərək həmin attraksionun söküb yerində türkiyəli mütəxəssisin köməyi ilə yeni avtodrom inşa edərək 6 ədəd elektriklə işləyən avtomobili, Sədərək bazarından alıb avtodroma gətirib işlətməyə başlamışlar. Avtodromun işləməsi ilə sırf Nadir məşğul olmuşdur. 2022-ci il mövsümündə Zaur icarə haqqı kimi onlardan 10000 manat tələb etdikdə bununla razılaşmamışlar və aralarında zidiyyətlər başlamışdır. Bundan sonra Zaur ümumiyyətlə onları avtodromdan kənarlaşdırmış və özü işlətməyə başlamışdır. Zaurla yaranmış mübahisə zamanı Zaur ümumiyyətlə onlara avtodromu qaytarmayacağını demiş, bunu da onunla izah etmişdir ki, artıq onlar, yəni Vüqar və Nadir sərf etdikləri vəsaiti artıqlaması ilə qazanıblar. Zaurla müəyyən danışıqlar apardıqda Zaur onlara bildirmişdir ki, ümumiyyətlə onunla danışmaq yox, Cavabdeh1lə danışılmalıdır, ona görə ki ərazidə olan attraksionlar və yer ona məxsusdur. Bundan sonra Cavabdeh1lə danışmış, sonuncu avtodromu halallaşaraq onlara verilməsini istəmiş, müqabilində isə 7000 manat pul təklif etmişdir. Onlar Cavabdeh1 bu tələbini qəbul etməmişlər, ona görə ki avtodromun dəyəri təklif edilən məbləğdən bir neçə dəfə artıq olmuşdur. Avtordromu işlətdikləri zaman bir neçə şəhid ailəsinə, o cümlədəndə İddiaçı1 maddi yardımçı olmuşlar. Onlara məxsus əmlakın cavabdehlər tərəfindən ələ keçiriləcəyini başa düşərək, Nadir ”FERİD-L” MMC adlı şirkət təsis edərək onun razılığı ilə avtodromdakı əmlakları həmin MMC-nin balansına keçirmiş, sonra isə MMC-ni simvolik qiymətə İddiaçı1 satmışlar. Bundan başqa qeyd etmişdir ki, attraksionu 2021-ci ilin avqust ayının 17-də işlətməyə başlamış, 2022-ci ildə də işlətmişlər. Əmlakı bazardan almışdır, platformanı isə Haşim adlı türkiyə vətəndaşı quraşdırmışdır. Avtomobilləri Sədərək bazarından Tahir adlı şəxsdən 2019cu ilin avqust ayının 15-də almışdır. Qurğu tikəndə tikilən qurğunun yerində hündürlüyü 1 metr olan reşotka və şveller olmuşdur Zaur onu Vüqarla Nadirə satmışdır. Vüqar 6 ədəd avtomobil üçün Tahirə 20000, sonradan əlavə 1900 manat vermişdir. Avtomobillərə 21900 manat, qurğuya 23000-24000 manat xərc çəkilmişdir. Ümumilikdə 44000 manat xərc çəkilmişdir. Nadir on minə yaxın vəsait, Vüqar otuz dörd min vəsait qoymuşdur. Əmlakı Məryəm xanıma satanda Nadir Vüqardan icazə almışdır. Nadir Vüqardan icazəni 2022-ci ilin dekabr ayı – 2023-cü ilin yanvar ayında almışdır. Nadir Məryəm xanıma şirkəti balansı ilə birlikdə notarial qaydada satmışdır. Şirkət Nadirin adına olmuş, əmlak şirkətin adında olmuşdur. Vüqar şirkətdə təsisçi olmamış, Nadirlə şərikliyi isə sözdə olmuşdur. Nadir şirkəti keçən il təsis etmişdir, Vüqar Nadirə inandığı üçün təsisçi olmamışdır. Nadir 2022-ci ilin yay aylarında əmlakı şirkətin adına keçirmişdir. Mübahisəli əmlaklar MMC-nin əmlakıdır. Məhkəmə iclasında şahid qismində dindirilən X9 şahid X5 ifadəsinə uyğun ifadə vermişdir. Cavabdeh tərəfin şahidləri: Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadə verərək bildirdi ki, Cavabdeh2 tanıyır. Özü (Axundov Əlövsət) 2016-2017-ci ildən attraksionlarda gözətçi işləyir. Nadir Əliyevi attraksionun işçisi kimi tanıyır, Nadir Əliyev Cavabdeh2 işçisi olmuşdur, neçənci ildən işçisi olduğunu bilmir. Vüqar Şabanovu isə tanımır. Əliyev Nadirin nə işlə məşğul olduğunu bilmir. Hər gecə 11-in yarısı, yay aylarında isə 12-nin yarısı gəlib növbəni Cavabdeh2 təhvil almış, səhərə kimi növbədə qalmışdır. Gözətçi kimi işlədiyi yer Səməd Vurğun küçəsi, Göyərçin tərəfdə yerləşir. Cavabdeh2 avtodrom, yelləncək işlətmişdir. Gözətçi kimi işləməyə gələndə avtodrom orada mövcud olmuşdur. Avtodromda neçə avtomobil olduğunu xatırlamır. Avtodromun xüsusi ərazisi var, həmin ərazidə tək gözətçi özüdür. Fotoşəkildəki avtodrom indiki avtodromdur. Avtodromun əvvəllər döşəmə örtüyü olmamış, avtodroma örtüyü nə vaxt vurduqlarını bilmir. Fotoşəkildəki oğlan Cavabdeh2 oğlu Orxan, fotoşəkildəki yer isə həmin yerdir. Bundan başqa ona verilən suallara cavab verərək bildirdi ki, avtodromu indiki vəziyyətə Cavabdeh2 gətirmişdir. Avtodromda usta işləyəndə görmüşdür. 2016-2017-ci illərdə həmin ərazidə gözətçi kimi işləməyə gəldikdə sözü gedən ərazidə avtodromun olubolmadığını xatırlamır. Lakin uzun müddətdir ki, orada avtodrom var, avtodroma avtomobillərin nə vaxt gətirildiyini xatırlamır. Avtodromun üstünü bağlayıb getdikləri üçün avtomobilləri görmür, amma təxmini avtodromda 6 avtomobil olduğu qənaətindədir. Cavabdeh2 avtodromu təmir etdirərkən orada olan ustanın adı Nərimandır, əslən Şəkilidir. Həmin usta şifer ustasıdır. Ustanın təmir işlərini 3-4 il qabaq edib-etmədiyini dəqiq bilmir. Başqa usta görməmişdir, orada türk milliyyətdən usta görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadə verərək bildirdi ki, qaynaqçıdır, elektrik ustasıdır. Cavabdeh2 tanıyır. Təxmini 2014-2015-ci ildən usta kimi işləyir. Cavabdeh2 ona qaynaq işləri görmək lazım olduğunu bildirmiş, usta kimi bulvara gəlmişdir. Orada olan avtodrom dəmirdən olmuşdur, ölçüsü isə təxmini 20x10 olar. Bütün qaynaq işlərini 2018-ci ildə görmüş, amma 2014-cü ildən də bəzi işləri görmək lazım olanda ora gəlib-getmişdir. Avtodromu sıfırdan 2018-2019-cu ildən 1500 manata yığmışdır. Ondan başqa, 1 fəhlə də işləmişdir. Usta kimi gələndə avtodrom olmuş, lakin avtodrom köhnə vəziyyətdə və üstü də açıq olmuşdur. Avtodromun üstünə şifer vurmuş, reşotka çəkmiş, qarışıq rənglə boyamışdır. Usta kimi avtodromu təmir etmək üçün getdikdə avtodromun döşəməsi dəmirdən olmuşdur. Avtodromun döşəməsini dəmirdən özü hazırlamamışdır, qeyd edir ki, bunu bacarmır. Usta kimi çalışdığı zaman əmək haqqını Cavabdeh2 vermişdir. Əlavə işlər görülən zaman da onu Cavabdeh2 dəvət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadə verərək bildirdi ki, Cavabdeh2 də Cavabdeh1 tanıyır. Cavabdeh2 karusellərinin yanında popkorn satır. 26 ildir ki, parkda işləyir, 2016-cı ildə Cavabdeh2 karusellərinin yanında işləməyə gəlmişdir və gələndə avtodrom olmuş, avtrodromda 6 ədəd avtomobil mövcud olmuşdur. Avtodromu Cavabdeh2 və onun oğlu Allahverdiyev Orxan işlətmişdir. Avtodromu bu günə kimi Cavabdeh2 işlədir. Əliyev Nadiri Cavabdeh2 yanında görmüşdür, Əliyev Nadirin təxmini 55-60 yaşı olar, Vüqar Şabanovu isə görməmişdir. Atraskionda yenilənmə olmuşdur. Attraksionda yenilənmə işlərinin aparılmasında Cavabdeh2, bir də Nəriman ustanı görmüşdür. Attraksion əvvəl müasir standartlara uyğun olmamış, sonradan təmir olunaraq müasirləşdirilmişdir. Nəriman usta qaynaq işləri görmüş, döşəmə və şifer vurmuşdur. İşi olmayan vaxtlarda da fəhlə kimi kömək edtmiş və gördüyü işin pulunu almışdır. Əvvəl avtodromun döşəməsi daşdan, yəni park yerinin daşından ibarət olmuşdur. Avtodromda olan avtomobillər akkumulyatorla işləmişdir. Avtodromun döşəməsinə dəmirin nə vaxt vurulduğunu bilmir, təxmini 3-4 il olar deyə zənn edir. Dəmir döşəməni Nəriman usta vurmuşdur. Belə xatırlayır ki, deyəsən, avtrodromun üstü əvvəl açıq olmuş, sonra Nəriman usta avtodroma şifer vurmuşdur. Cavabdeh2 avtomobilləri kimdən aldığını bilmir. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, Cavabdeh2 onun atasıdır. 2014-2015-ci ildən bəri sözügedən ərazidə olan bütün attraksionların hamısını atası işlətmiş, özü də onun yanında olmuşdur. Attraksionu atası ilə özü quraşdırmışdır. 2018ci ildə isə köhnə olduğundan avtodromu müasirləşdirmiş, döşəməsini, şiferi təzələmişlər. Hazırda avtodromda 6 ədəd avtomobil mövcuddur. Əvvəlki avtomobilləri bağda saxlayırlar. Əvvəlki avtomobillər akkumulyatorla işləmiş, standartlara cavab verməmişdir. Atası, dostu Tahir Çindən ehtiyyat hissələri gətirdiyindən, xahiş etmişdir ki, ona avtomobillər üçün ehtiyat hissələri gətirsin. Avtomobillərin ehtiyat hissələrinin neçəyə alındığını dəqiq bilmir, amma həmin ehtiyat hissələri parkda gözünün qabağında yığılmışdır. Hər gün həmin attraksionda olur. Əliyev Nadir pandemiya dövründə gəlmiş və işçi kimi attraksionda işləmiş, avtodroma nəzarət etmişdir. Əliyev Nadirdən başqa, özü də avtodroma nəzarət etmişdir. Avtodromun ödənişini yığmış, avtodromu özü yandırıb-söndürmüşdür. Nadir Əliyev tekniki cəhətdən kömək etmişdir. Əliyev Nadir atasının tanışı olmuş, ona ayda təxmini 500 manat pul vermişlər. Atası ilə Əliyev Nadirin heç bir ziddiyəti olmamış, sonradan 2023-cü ilin qış aylarında Əliyev Nadir pul oğurladığına görə ziddiyyət yaranmışdır. Özünün (Orxan Allahverdiyevin) başqa işləri olanda Əliyev Nadir də avtodromun ödənişini yığmışdır. Avtodrom hava yaxşı olanda işləyir. Aralarında mübahisə yaranandan sonra Əliyev Nadir işə gəlməmişdir, sonra məlum olmuşdur ki, məhkəməyə müraciət olunmuşdur. Vüqar Şabanovu tanımır, Əliyev Nadir işləyən dövdrə Vüqar Şabanov onun yanına dostu kimi gəlib-getmişdir. X17 Nadirə işçi kimi kömək etməmişdir. Cavabdeh1lə qohumluq münasibətləri var, Cavabdeh1 onun arvadının əmisidir. Cavabdeh1 hazırkı attraksiona sahibkar kimi aidiyyəti vardır. 2015-ci ildə attraksion işlətməyə başlayanda Cavabdeh1 öz şəxsi vəsaiti ilə maddi cəhətdən kömək etmiş, avtodroma və avtomobillərin alınmasına vəsait qoymuşdur. Cavabdeh1 də attraksionun işlədilməsindən gəlir əldə edir. Cavabdeh1 və atasından başqa attraksiondan gəlir əldə edən yoxdur. Bundan əlavə ona verilən suallara cavab verərək bildirdi ki, Fotoşəkillərdən biri 2019-cu ildə çəkilmişdir, digəri isə köhnədir, 2018-ci ildə çəkilmişdir. Fotoşəkildəki özüdür, fotoşəkil attraksionda mallar yığılanda çəkilmişdir. Fotoşəkildəki üstü bağlı olan hazırkı attraksiondur. Tikinti materiallarının bir hissəsini Daş bazarından, bir hissəsini Dərnəgüldən almışlar. Tikinti materialları harada ucuz satılırsa, oradan almışlar. Attraksionun işlədilməsində, quraşdırılmasında atası iştirak edib, özü də atasına kömək etmişdir. Köhnə ilə yeni avtomobillər arasında fərq bundan ibarətdir ki, köhnə avtomobillər akkumulyatorla işləmiş, yeni avtomobillər isə elektriklə işləyir. Köhnə avtomobillər bağdadır, işlək vəziyyətdə deyil. Köhnə avtomobillərin elə ehtiyat hissələri var ki, onları yeni avtomobillərə də quraşdırmaq olar, məsələn, təkərləri əvəzləşdirmək olar. Köhnə ilə yeni avtomobillərin ölçüsü təxmini eyni olar. Ehtiyat hissələri almış və avtomobilləri həmin ehtiyat hissələrindən yığmışlar. İşin materiallarında olan: xx.xx.2022-ci il tarixli, 02 №-li əmrin surətindən görünür ki, qanuni təmsilçi X9 tərəfindən nağd qaydada bazardan alınmış 6 ədəd elektriklə işləyən, 10x20 məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü) ümumi dəyəri 30000 manat təşkil edən toqquşan maşınlar İddiaçı2 MMC-nin balansına qəbul olunmuşdur. (Ünvan: Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Nəsimi parkı, 1-ci mikroraron, diş poliklinikası ilə üzbəüz) xx.xx.2023-cü il tarixli, T-23/106-04 №li müqavilədən görünür ki, icraçı sifarişçiyə məxsus 1 ədəd attraksionun texniki pasportunun Azərbaycan Dövlət Dilində bərpa edilməsini, “Sifarişçi” isə göstəriləcək xidmətin dəyərini ödəməyi öhdəsinə götürür. xx.xx.2023-cü il tarixli sənəddən görünür ki, fiziki şəxs Cavabdeh1 ilə Azərbaycan Respublikası FHN X4 Görülməsi və X8 Agentliyi Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitut arasında bağlanmış xx.xx.2023-cü il tarixli, T-23/106-04 nömrəli müqavilə üzrə Sifarişçi tərəfindən təqdim olunmuş materiallar, məlumatlar əsasında 1 ədəd attraksionun (inventar nömrəsi 001) pasportu Azərbaycan Respublikası Prezidentinin 506 nömrəli 18 iyun 2001-ci il tarixli fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Dövlət dilində bərpa edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Nəsimi adına Sumqayıt şəhər Mədəniyyət və İstirahət Parkı tərəfindən verilmiş 5-6-7-6/2- 13/2023 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Özsüt” restoranı yaxınlığında yerləşən “Avtodrom” toqquşan maşınlar attraksionu Cavabdeh2 tərəfindən işlədilmişdir. xx.xx.2023-cü il tarixli, 01 №-li əmrdən görünür ki, İddiaçı1 xx.xx.2023-cü il tarixində, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı2 MMC-nə direktor vəzifəsinə təyin olunmuşdur. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, qurumun adı-İddiaçı2 MMC; Dövlət qeydiyyat № (VÖEN)-**********; qanuni təmsilçi (hazırki)- İddiaçı1; Çıxarışın verildiyi tarix və №-xx.xx.2023, **********412700. 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş çıxarışdan görünür ki, qurumun adı -İddiaçı2 MMC; qeydiyyata alındığı tarix- xx.xx.2022; Dövlət qeydiyyat № (VÖEN)- **********; Təşkilati-hüquqi forması- Məhdud məsuliyyətli cəmiyyət; Maliyyə ili- 1 yanvar-31 dekabr; Hüquqi ünvanı-AZ5003, ünvan 1lan edilmiş)-10.00 manat, Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (əvvəlki)-X9-100 %; Təsisçilər və nizamnamə kapitalında mayalarının miqdarı (hazırki)- İddiaçı1-100%; qanuni təmsilçi (əvvəlki)-X9; Çıxarışın verildiyi tarix və №-xx.xx.2023, **********412700. Cavabdehlər tərəfindən təqdim edilmiş və onların deməsinə görə 2019-cu ildə çəkilmiş fotoşəkildən görünür ki, parkda avtodrom mövcuddur, avtodromun dam örtüyü yoxdur. Təqdim etdikləri digər fotoşəkilin 2022-ci ildə çəkildiyini qeyd edirlər, həmin fotoşəkildədə avtodrom əksini tapmışdır, dam örtüyü mövcuddur. əvvəlki və sonrakı fotoşəkillərdən müəyyən ediliri ki, avtodrom konstruksiyası tamamilə yenilənmişdir. Cavabdehlər tərəfindən təqdim edilmiş digər fotoşəkillərdə 5-7 ədəd yararsız vəziyyətdə olan uşaq avtomobillər əks olunub ki, Cavabdeh2 bildirdiyinə görə həmin avtomobilləri avvəllər avtodromda işlətmişlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********555800 saylı müraciətin cavablandırılması haqqında məlumat məktubundan görünür ki, İddiaçı2 MMC (VÖEN:**********) xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, xx.xx.2022-ci il tarixdə fəaliyyətini xx.xx.2023-cü il tarixədək dayandırmışdır. Bundan başqa, hüquqi şəxslərin dövlət reyestr məlumatlarında hüquqi ünvanı Sumqayıt şəhəri, məhəllə 25, ev 2/5a, mənzil 1 olan İddiaçı2 MMC-nin ləğv olunması barədə heç bir məlumat aşkar edilməmişdir. xx.xx.2023-cü il tarixli təsis payının alqı-satqı müqaviləsindən görünür ki, X9 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixində, qeydiyyat № (VÖEN)- **********, reyestr nömrəsi-**********945600, hüquqi ünvanı- AZ5003, Sumqayıt şəhəri, məhəllə 25, ev 2/5A, mənzil 1, (VÖEN)-**********-İddiaçı2 MMC-də nizamnamə kapitalındakı payı- 1 pay, nizamnamə kapitalındakı faizi-100 % olan paydan 10 manat məbləği, 100 %-i İddiaçı1 mülkiyyətinə verir. Tərəflər həmin müəssisənin satıcıya məxsus olan payını 500 manat dəyərində qiymətləndirmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Nümayəndə2 müraciətində göstərdiyi xüsusatlarla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Nümayəndə2 Sumqayıt Şəhər Polis İdarəsinə verdiyi izahatından görünür ki, xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-də hüquqşünas işləyir. MMC-nin fəaliyyəti əyləncə xidmətindən ibarətdir. Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən parkda uşaq əyləncə mərkəzində yerləşən 6 ədəd elektrikli uşaq maşınları MMC-nin balansındadır. Həmin ərazi isə icra hakimiyyətinə məxsusdur. Həmin maşınlar 2022-ci ilin noyabr ayından MMC-yə məxsus olmuşdur. 2022-ci ildə həmin ərazidə Orxan Allahverdiyev qanunsuz işlətməyə başlatmışdır. Daha sonra karantin olmuş və ümumiyyətlə obyekt bağlanmışdır. 2023-cü ilin fevral ayında MMC-nin direktoru İddiaçı1 adından əmlakın qanunsuz sahibliyindən geri alınması tələbinə dair məhkəməyə iddia vermişlər. Həmin iddiaya baxılan zaman vəsatətlə müraciət edərək obyektin istifadəsinin məhkəmə qətnaməsi çıxarılana qədər dayandırılmasını xahiş etmişlər. Məhkəmə prosesi zamanı hakim həmin obyektin digər şəxs tərəfindən istifadə edilməsinin sübut edən sənədi tələb etmişdir. Həmin ərəfədə isə 4-cü PBdə şikayətəri əsasında işə baxılmışdır. Həmin qərar qəbul edilmədiyindən məhkəməyə təqdim edə bilməmişlər. Bu səbəbdən ərizə təmin edilməmişdir. Bundan sonra Orxan həmin obyekti bir müddət işlətməmişdir. 2023-cü ilin mart ayında həmin obyekti istifadə etməyə başlamışdır. Belə ki, Orxan onların qoyduğu qıfılı qırıb obyekti işlətməyə başlamışdır. Nümayəndə2 obyektin işləməsini bilmiş və həmin obyektə getmişdir. Elektriki sayğacdan ayırmış, idarə-etmə transfarmatorunu ayırmışlar. Onun məqsədi MMC-nin əmlakının qanunsuz istifadə edilməsinin qarşısının alınması olmuşdur. Transfarmatoru ayırıb götürəndən sonra bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və tranfarmatoru 4-cü PB-nə təhvil vermişdir. MMC ilə aralarında xx.xx.2023-cü il tarixdə müqavilə bağlanmışdır. Onun vəzifəsi MMC-nin hüquqşünasıdır. Ancaq xx.xx.2023-cü il tarxdən İddiaçı1 ona etibarnamə vermişdir. xx.xx.2022-ci il tarixli aktdan görünür ki, qeyd edilən maşınlar MMC- nin balansına keçmişdir. Həmin əmlaka dair vergi ödənişi də vardır. Həmin MMC xx.xx.2023-cü il tarixdə İddiaçı1 əmlakı kimi qeydə alınmışdır. İddiaçı1 isə əmlaklarına dair Nümayəndə2 etibarnamə vermişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən isə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi; 5.3-cü maddəsinə əsasən - Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 64.1-ci maddəsinə əsasən təsərrüfat ortaqlıqları və cəmiyyətləri təsisçilərinin (iştirakçılarının) paylarına bölünmüş nizamnamə (şərikli) kapitalı olan kommersiya təşkilatlarıdır. Təsisçilərin (iştirakçıların) maya qoyuluşları hesabına yaranmış əmlak, habelə təsərrüfat ortaqlığının və ya cəmiyyətinin öz fəaliyyəti prosesində istehsal və əldə etdiyi əmlak mülkiyyət hüququ ilə ona mənsubdur. Bu Məcəllədə nəzərdə tutulan hallarda təsərrüfat ortaqlığını bir şəxs yarada bilər. 64.3-cü maddəsinə əsasən təsərrüfat cəmiyyətləri məhdud və ya əlavə məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti formasında yaradıla bilər. 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. 89-cu maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnaməsində bu Məcəllənin 47.2-ci maddəsində göstərilmiş məlumatlardan savayı, cəmiyyətin nizamnamə kapitalının miqdarı haqqında; iştirakçılardan hər birinin payının miqdarı haqqında; onların qoyduqları mayaların tərkibi və maya qoyması qaydası haqqında, maya qoyulması üzrə öhdəlikləri pozmağa görə iştirakçıların məsuliyyətləri haqqında; cəmiyyəti idarəetmə orqanlarının tərkibi və səlahiyyəti, onların qərarlar qəbul etməsi, o cümlədən barəsində yekdilliklə və ya şərtləşdirilmiş səs çoxluğu ilə qərarlar qəbul edilən məsələlərə dair qərarlar qəbul etməsi qaydası haqqında şərtlər göstərilməlidir. 90.1-ci maddəsinə əsasən məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalı onun iştirakçılarının mayalarının dəyərindən təşkil olunur. Cəmiyyətin nizamnamə kapitalı onun kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyənləşdirir. Cəmiyyətin nizamnamə kapitalının miqdarı onun kreditorlarının mənafelərinə təminat verən məbləğdən az ola bilməz. 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.2-ci maddəsinə əsasən-Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən - Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əssən - Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən - Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-ci maddəsinə əsasən- Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə əsasən - Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-ci maddəsinə əsasən - Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək məhkəmə araşdırması zamanı müəyyən etdi ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, S.Vurğun küçəsi, Diş poliklinikası ilə üzbəüz yerləşən Nəsimi parkında Cavabdeh2 əvvəldən attraksionlar işlətmişdir. Cavabdeh2 sözügedən ərazidə uşaqlar üçün olan toqquşan maşınlar attraksionu olmuşdur. Həmin maşınlar özlərində olan elektrik akkumlyatoru vasitəsilə hərəkət etmişdir. X9 əvvəllər attraksion işlətməklə məşğul olmuşdur. X11 da Nadir Əliyevi attraksion işlədən kimi tanımışdır. X19 Əliyevə Balakən rayonunda elektrik avtodrom qurmalarını təklif etmiş, bir mütəxəssis kimi texniki tərəflərində ona köməklik etməsini xahiş etmişdir. Aralarında razılıq əldə edildikdən sonra Vüqar Şabanov və Nadir Əliyev elektrik avtodrom qurmaq üçün Balakən rayonuna getmişlər. Balakən rayonuna getdikdən sonra, orada elektrik avtodroma tələbat o qədər də böyük olmadığından, qayıdaraq həmin avtodromu Sumqayıt şəhərində qurmağı planlaşdırmışlar. Sumqayıt şəhərində avtodrom qurmaq üçün müəyyən yerlərə baxdıqdan sonra, Nəsimi parkında müəyyən attraksionların işlədiyini görmüşlər. X23 əvvəldən tanıdığı Cavabdeh2 yaxınlaşır, fikirlərini Zaura bildirirlər. Sonradan belə razılığa gəlirlər ki, Zaurun köhnə attraksionunun yerində söküb yenidən yeni modeldə, yeni üslubda işləyən, müasir standartlara cavab verən elektriklə işləyən toqquşan avtomobillər attraksionu qursunlar. Bundan sonra Haşım adlı mütəxəssisin texniki dəstəyi ilə 4 tərəfi məhəccərli, üstü bağlı platforma qurulmuş, orada olan avtomobillər isə döşəmədən gələn elektrik enerjisi hesabına çalışmışdır. X3 vəsaiti hesabına alınmışdır. Bütün xərclər Cavabdeh2 üzərində olmaqla attraksionun 1 sezonunun icarə haqqının məbləğini 4000 manat olmasını tərəflər aralarında razılığa gəlmişlər. 2022-ci ildə sezon açılarkən Cavabdeh2 Vüqarla Nadirə 1 sezonun icarə haqqının 10000 manat olduğunu bildirmişdir. Vüqar Şabanov və Nadir Əliyev də icarə haqqının məbləğinin həddən artıq olması qənaətinə gələrək, buna razı olmamışlar. Bundan sonra Cavabdeh2 icarə haqqını dediyi məbləğdə ödəmədikləri təqdirdə Vüqar Şabanov və Nadir Əliyevlə çalışmayacağını onlara bildirmişdir. Vüqar Şabanov və Nadir Əliyev həmin attraksionlara və avtodroma xərc çəkdiklərini bildirdikdə, Cavabdeh2 onlara çəkdikləri xərci əldə edilmiş qazancla çıxartdıqlarını bildirmişdir. Vüqar Şabanov və Nadir Əliyev yenə də razı olmayaraq qazanc əldə etmək üçün xərc çəkdiklərini bildirmişlər. Bundan sonra aralarında mübahisə yaranmışdır. Cavabdeh2 Vüqar Şabanov və Nadir Əliyevə bütün əmlakın və attraksionların Cavabdeh1 məxsus olmasını bildirmiş, mübahisəni onunla həll etmələrini söyləmişdir. Vüqar Şabanov və X24 Zəkiyevə müraciət etsə də, aralarında razılıq əldə edilmədiyindən bu mövzu mübahisəli olmaqda davam etmişdir. Vüqar Şabanov şahid kimi dindirilərkən bildirdiyi kimi mübahisəli əmlak onunla Nadirin ümumi əmlakı olmuşdur. Vüqar həmin əmlakla sərbəst hərəkət etməyi, ümumiyyətlə istənilən əməliyyat etməyi hər zaman Nadirə tapşırmışdır. Bundan sonra Nadir Əliyev İddiaçı2 yaratmışdır. Eyni zamanda tək təsisçi olaraq həmin avtomobilləri, hansı ki Vüqarla Nadirin ümumi əmlakı sayılan avtomobilləri yaratdığı İddiaçı2 balansına verilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra Nadir Əliyev yaratdığı şirkəti əvvəlcədən tanıdığı, attraksionlar işləyərkən əldə edilmiş qazancdan ailələrinə mütəmadi yardım göstərdikləri İddiaçı1 simvolik qiymətə satmaq barədə razılığa gəlmişlər. İş materiallarında olan təsis payının alqı-satqı müqaviləsindən də görünüyü kimi mübahisəli əmlak İddiaçı1 500 manat dəyərində satılmışdır. Sonradan həmin daşınar əmlakın İddiaçı2 balansında qeydiyyata alınması ilə bağlı 2 saylı ərazi Vergilər Baş İdarəsinə müraciət edilmişdir. 2 saylı ərazi Vergilər Baş İdarəsi belə bir prosedurun nəzərdə tutulmadığını, Maliyyə Nazirliyinə müraciət edilməli olduğunu bildirmişdir. Bundan sonra Maliyyə Nazirliyində də belə bir prosedurun nəzərdə tutulmadığı məlum olmuşdur. Yəni, tək təsisçi kimi Nadir Əliyevin tərtib etdiyi akt həmin əmlakın MMC-nin balansında qeydiyyata alınması üçün kifayət hesab olunmuşdur. Mübahisəli əmlak İddiaçı2 MMC-nin əmlakı olduğundan həmin əmlak MMC tərəfindən tələb edilsə də əmlakı Cavabdeh2 geri qaytarmaqdan imtina edir. Eyni zamanda, Cavabdeh2 əmlak mübahisəsini onunla deyil Cavabdeh1 ilə həll edilməsini təklif etmişdir. Bundan sonra Vüqar Şabanov və Nadir Əliyev yenə də mübahisənin məhkəmədən kənar qaydada həllini tapa bilməsi üçün Cavabdeh1lə telefon vasitəsilə əlaqə saxlayırlar. Cavabdeh1 özü də etiraf etdiyi kimi telefon danışığında qeyd edir ki, Vüqar və Nadirə 4000 manat verəcəyini, daha sonra 3000 manat verəcəyini bildirərək, halallaşmalarını, mübahisənin məhkəmədən kənar həllini tapmasını təklif etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəf ilk öncə Nadir Əliyevin attraksionda işçi kimi çalışdığını, ona 500 manat əmək haqqı verdiyini söyləmiş, lakin nə kimi işlə məşğul olduğunu bildirmir. Həmçinin qeyd edir ki, Nadir Əliyevin attraskionun gəlirindən əldə edilən vəsaiti mənimsədiyindən Nadiri işdən kənarlaşdırmışdır. Buna görə də Nadir Əliyev bu oyunu qurmuş və onları İddiaçı1lə üz-üzə qoymuşdur. Məhkəmə bu hissədə Cavabdeh1 izahatına tənqidi yanaşır. Ona görə ki, Nadir 500 manat əmək haqqına işləyirdisə və Zaur onu təqsirinə görə işdən kənarlaşdırmışdırsa, Cavabdeh1 hansı səbəbdən Vüqar Şabanov və Nadir Əliyevə 7000 manat təklif etmişdir ki, onlar bu mübahisədən əl çəksinlər? Qeyd edilən suada da cavabdeh tərəf ağlabatan cavab verə bilmir. Buna görə də məhkəmə hesab edir ki, mübahisəli əmlakın sahibi 2019-cu ildən bəri Vüqar Şabanov və Əliyev Nadir olmuşdur. Əliyev Nadir də digərinin, yəni Vüqar Şabanovun şifahi razılığı əsasında onlara məxsus ümumi əmlakı MMC yaradaraq, həmin İddiaçı2 MMC-nin balansına vermişdir. İddiaçı2 MMC sonradan İddiaçı1 satılmışdır. Məhkəmə hesab edir ki, mübahisəli əmlak balansında olduğu İddiaçı2 MMC-nə məxsusdur. İddiaçı1 qanuni təmsilçi və direktor kimi İddiaçı2 MMC-ni təmsil edir. Lakin əmlak İddiaçı2 MMC-nə məxsus olduğu üçün İddiaçı1 cavabdehlərə qarşı iddia hüququ yaranmır. İddia hüququ yalnız İddiaçı2 MMC-nə məxsusdur. İş materiallarında olan Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi Nəsimi adına Sumqayıt şəhər Mədəniyyət və İstirahət Parkı tərəfindən verilmiş 5-6-7-6/2-13/2023 saylı, xx.xx.2023-cü il tarixli aktdan görünür ki, “Özsüt” restoranı yaxınlığında yerləşən “Avtodrom” toqquşan maşınlar attraksionu Cavabdeh2 tərəfindən işlədilmişdir. Polisə müraciətdən görünür ki, əmlakın İddiaçı2 MMC-nin nümayəndəsi Nümayəndə2 tərəfindən müəyyən hissəsinin sökülməsi barədə şikayəti Cavabdeh2 və onun oğlu Orxan Allahverdiyev vermişdir. Bütün bunlar onu göstərir ki, əmlak Cavabdeh1 qanunsuz sahibliyində deyil, Cavabdeh2 qanunsuz sahibliyindədir. O cümlədən, iddiaçı tərəfindən təqdim edilmiş videogörüntüdən də görünür ki, iddiaçını əmlakın olduğu əraziyə buraxmayan Cavabdeh2dir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda qeyd edildiyi kimi Cavabdeh2 şikayət vermişdir ki, ona məxsus əmlak Nümayəndə2 tərəfindən oğurlanmışdır. Nümayəndə2 isə bildirmişdir ki, həmin əmlak Cavabdeh2 deyil, FERİD-L” MMC-nindir. Nümayəndə2 FERİD-L” MMC-nin nümayəndəsi olaraq özlərinə məxsus əmlakı götürmüşdür. Araşdırma nəticəsində qüvvədə olan qərara görə müəyyən olunmuşdur ki, cinayət işinin başlanması rədd olunmuşdur. Cinayət işinin başlanmasının rədd olunmasında əsas kimi o göstərilmişdir ki, əmlakın Cavabdeh2 məxsus olması sübuta yetirilmir. Ona görə də əməldə cinayət tərkibi yoxdur. Çünki Nümayəndə2 nümayəndəsi olduğu FERİD-L” MMC-nə məxsus əmlakı götürmüşdür. Məhkəmə iddia tələbinin vurulmuş zərərə görə 10000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı tərəf cavabdehin həmin əmlakı istifadə etdiyinə görə ona ziyan dəyməsini sübut edə bilmir. Ona görə də iddia tələbi həmin hissədə təmin edilə bilməz. Məhkəmə iddia tələbinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıların xeyrinə ödənilməsinə dair hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 Tairxan oğlundan alınaraq İddiaçı2 MMC-nə verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən - Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, birinci mikrorayon, S.Vurğun küçəsi, Nəsimi adına parkda, Diş poliklinikası ilə üzbəüz yerləşən “avtodromdakı” 6 ədəd elektriklə işləyən, 10x20 metr məsafədə hərəkət edən, metal konstruksiya ilə yığılmış (hasarlanmış dam örtüklü ümumi dəyəri 30000 manat olan) İddiaçı2 MMC-nin balansında olan əyləncə attraksionu Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq İddiaçı2 MMC-nə geri qaytarılsın. Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 alınaraq İddiaçı2 MMC-nə verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-1848/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1848/2023
26.07.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver