Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1893/2025 10.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb etməklə “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, 1 saylı Sumqayıt regional “ASAN Xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx.xx.2023-ci il tarixində 317 nömrəli akt qeydi ilə nikah qeydiyyata alınmışdır. Ailə qurduqdan sonra fikir ayrılıqları olmuş, xasiyyətləri uyğun gəlməmiş və aralarında söz-söhbət yaranmışdır. Birgə nikahdan 25 dekabr 2023-cü il təvəllüdlü X3 dünyaya gəlmişdir. Nikahın pozulması məqsədilə mediasiyaya müraciət etmişdir. Mediasiya prosesində cavabdehlə aralarında xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00567 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən, mediasiya prosesində hər iki tərəf Maraqlı şəxs ilə Ərizəçi aralarındakı Nigah qeydinin (Sumqayıt şəhəri: “ASAN xidmət” mərkəzi qeydiyat şöbəsi, xx.xx.2023-cü il 317 № ilə qeyd edilmiş, AZ-İİ No 548689) davam etdirilməsinə razılaşdılar.Tərəflərin, yəni Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən (Sumqayıt şəhəri: "ASAN xidmət” qeydiyat şöbəsi, xx.xx.2023-cü il 317 № ilə qeyd edilmiş, AZ-İİ No 548689) doğulmuş övladı aşağıdakıdır. Mediasiya prosesində Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladı xx.xx.2023-cü doğulmuş övladı xx.xx.2023-cü il doğumlu X1 3 yaşınadək yəni xx.xx.2026-cı ilədək saxlanması ücün Maraqlı şəxs (uşağın - atası) 350 manat alimenti aprel ayının 1-dən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın atası) övladı xx.xx.2023-cü il doğumlu X1, Ərizəçi (uşağın anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) aralarında imzalanacaq sazişə əsasən, övladı xx.xx.2023-cü il doğumlu X1, atası Maraqlı şəxs ilə hər ayın 15 və 30 sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi (uşağın - anası) razılaşaraq öhdəlik götürdü. Göstərilənlərə əsasən Ərizəçi ilə cavabdeh Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixli, MŞS/MT030/2024-00567 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında Ərizəçi izahat verərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək bildirmişdir ki, hazırda maddi vəziyyəti yaxşı olmadığı üçün ödənişi edə bilmir.
5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. Belə ki, iş materiallarında olan Sumqayıt regional “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 08 mart 2023-cü il tarixində verilmiş AZ-İİ № 548689 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs ilə X2 xx.xx.2023-cü il tarixdə nikahlarını bağlamışlar, bu barədə elə həmin tarixdə 317 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Novruzlu soyadı verilmişdir.
7. İş materiallarında olan 2 saylı Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 21 yanvar 2024-cü il tarixində verilmiş AZ-İV № 970513 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 25 dekabr 2023-cü il tarixində Sumqayıt şəhərində anadan olmuş, atası Maraqlı şəxs, anası Ərizəçidır.
8. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediator X4 iştirakı ilə xx.xx.2024-cü il tarixdə bağlanılmış MŞS/MT030/2024/00567 saylı barışıq sazişinə əsasən mediasiya prosesində hər iki tərəf - Maraqlı şəxs ilə Ərizəçi aralarındakı nikah qeydinin (Sumqayıt şəhəri: “ASAN xidmət “Qeydiyyat şöbəsi, xx.xx.2023-cü il 317 № ilə qeyd edilmiş, AZ-İİ № 548689 ) davam etdirilməsinə razılaşdılar. Tərəflərin, yəni Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən (Sumqayıt şəhəri: “ASAN xidmət “Qeydiyat şöbəsi,xx.xx.2023-cü il 317 № ilə qeyd edilmiş, AZ-İİ № 548689) doğulmuş övladı aşağıdakıdır: xx.xx.2023-cü il doğumlu X3. Doğ/şəh : ( AZE İV N2 970513 ), mediasiya prosesində Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladı xx.xx.2023-cü il doğumlu X1 3 yaşınadək, yəni xx.xx.2026-cı ilədək saxlanması üçün Maraqlı şəxs (uşağın - atası) 350 ( üc yüz əlli ) manat alimenti Aprel ayının 1-dən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) övladı xx.xx.2023-cü il doğumlu X1, Ərizəçi (uşağın - anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) aralarında imzalanacaq sazişə əsasən, övladı xx.xx.2023-cü il doğumlu X1, atası Maraqlı şəxs ilə hər ayın 15 və 30 sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi (uşağın - anası) razılaşaraq öhdəlik götürdü.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
9. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış MŞS/MT030/2024/00567 saylı barışıq sazişi bağlanılmışdır, həmin barışıq sazişinə əsasən iki tərəf - Maraqlı şəxs ilə Ərizəçi aralarındakı nikah qeydinin (Sumqayıt şəhəri: “ASAN xidmət “Qeydiyyat şöbəsi, xx.xx.2023-cü il 317 № ilə qeyd edilmiş, AZ-İİ № 548689 ) davam etdirilməsinə razılaşdılar. Tərəflərin, yəni Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən (Sumqayıt şəhəri: “ASAN xidmət “Qeydiyat şöbəsi,04.03..2023-ciü il 317 № ilə qeyd edilmiş, AZ-İİ № 548689) doğulmuş övladı aşağıdakıdır: xx.xx.2023-cü il doğumlu X3. Doğ/şəh : ( AZE İV N2 970513 ), mediasiya prosesində Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladı xx.xx.2023-cü il doğumlu X1 3 yaşınadək, yəni xx.xx.2026-cı ilədək saxlanması üçün Maraqlı şəxs (uşağın - atası) 350 ( üc yüz əlli ) manat alimenti Aprel ayının 1-dən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü. Mediasiya prosesində - Maraqlı şəxs (uşağın - atası) övladı xx.xx.2023-cü il doğumlu X1, Ərizəçi (uşağın - anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar. Mediasiya prosesində Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) aralarında imzalanacaq sazişə əsasən, övladı xx.xx.2023-cü il doğumlu X1, atası Maraqlı şəxs ilə hər ayın 15 və 30 sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi (uşağın - anası) razılaşaraq öhdəlik götürmüşdür.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
10. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: -3.1.1-ci maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələrinə (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya tətbiq edilir. -3.2-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. -28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. -29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. -34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. -34.2-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. -34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. -34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə görə, "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
12. Həmin Məcəllənin 355-23.2-ci maddəsinə görə, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.
13. Eyni Məcəllənin 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün "Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.
14. Həmin Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
15. Eyni Məcəllənin 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: -355-26.1.1-ci maddəyə əsasən barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; -355-26.1.2-ci maddəyə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
16. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixdə bağlanılmış MŞS/MT030/2024/00567 saylı barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməlidir.
Nəticə hissəsi:
17. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220-ci, 307-311-ci, 355-23, 355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixdə bağlanılmış MŞS/MT030/2024/00567 saylı barışıq sazişi aşağıdakı şərtlə təsdiq edilsin.
1. Mediasiya prosesində hər iki tərəf - Maraqlı şəxs ilə Ərizəçi aralarındakı nikah qeydinin (Sumqayıt şəhəri: “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi, xx.xx.2023cü il 317 № ilə qeyd edilmiş, AZ-İİ № 548689) davam etdirilməsinə razılaşdılar.
2. Mediasiya prosesində Maraqlı şəxs ilə Ərizəçi rəsmi nikah münasibətlərindən doğulmuş övladı xx.xx.2023-cü il doğumlu X1 3 yaşınadək, yəni xx.xx.2026-cı ilədək saxlanması üçün Maraqlı şəxs (uşağın - atası) 350 manat alimenti aprel ayının 1-dən başlayaraq hər ayın sonuncu günündən gec olmayaraq Ərizəçi (uşağın anası) ödəyəcəyinə dair razılaşdılar və öhdəlik götürdü.
3. Mediasiya prosesində Maraqlı şəxs (uşağın - atası) övladı xx.xx.2023-cü il doğumlu X1, Ərizəçi (uşağın - anası) himayəsinə verilməsinə (yanında yaşamasına) razılaşdılar.
4. Mediasiya prosesində Ərizəçi (uşağın anası) ilə Maraqlı şəxs (uşağın atası) aralarında imzalanacaq sazişə əsasən, övladı xx.xx.2023-cü il doğumlu X1, atası Maraqlı şəxs ilə hər ayın 15 və 30 sərbəst şəkildə görüşüb ünsiyyətdə mane olmayacağı barədə Ərizəçi (uşağın - anası) razılaşaraq öhdəlik götürdü. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Şəbnəm Həxiyeva