Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-1928/2022 13.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair mülki işə 13 may 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı ölüm faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, XX.XX.1935-cİ il təvəllüdlü X1nın 28.02.2021-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X1 28.02.2021-ci il tarixində vəfat etmiş və Sumqayıt şəhər Qəbirstanlığında dəfn olunmuşdur. Həmin faktı qəbrin foto şəkli, Sumqayıt şəhər MKTİB-yi Vətəndaşlara Xidmət İdarəsinin 02.02.2022-ci il tarixli 05 saylı arayışı da təsdiq edir. X1 28.02.2021-ci il tarixində ölməsinə baxmayaraq ona ölüm haqqında şəhadətnamə alınmadığına görə nənəsinin ölümünün qeydiyyata alınması ilə bağlı Sumqayıt Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt Qeydiyyat şöbəsi tərəfindən X1nın ölümünün qeydiyyata alınmasından imtina olunmuşdur. 05/Q-431/15 saylı 01.02.2022-ci il tarixli imtina məktubunda qeyd olunur ki, Sumqayıt şəhər qeydiyyat şöbəsi Sizin 01.02.2022ci il tarixli nənəniz X3 ölümünün qeydiyyata alınması barədə ərizənizə cavab olaraq bildirir ki, Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktının təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Azərbaycan Respulikası Ailə Məcəlləsinin 194-cü maddəsi tələblərini və ölümü təsdiq edən sənədin olmadığını nəzərə alaraq, Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfındən ərizənizin təmin edilməsi mümkün deyil. Ona görə də o, hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənlərə əsasən ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək ərizəni müdafiə etdiyini bildirərək, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı tərəf Sumqayıt şəhər Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə ərizəçinin və maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan AZ-İİ 174202 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X5 28.03.2021-ci il tarixdə “durğunluq ürək çatışmamazlığı” səbəbindən Sumqayıt şəhərində vəfat etmiş və bu barədə ölüm akt qeydləri kitabında 637 nömrə ilə qeyd olunmuşdur. İş materiallarında olan AZ-2668872 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür, X5 18.06.1962-ci ildı Sumqayıt şəhərində anadan olmuşdur, atası Ərizəçi, anası Gülbada Əliyevadır. İş materiallarında olan AZ 444357 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür, Ərizəçi xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X5, anası X2r. İş materiallarında olan Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası tərəfindən verilmiş 12.03.2021-cil tarixli, 547 nömrəli arayışdan görünür ki, 28.02.2021-ci il tarixdə briqada verilən ünvana çatdıqda 1935-ci il təvəllüdlü X3 meyiti aşkar edilmiş və müayinə zamanı meyit üzərində gözlə görünən zorakılıq əlamətləri aşkar edilməmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 05 nömrəli 02.02.2022-ci il tarixli arayışından görünür ki, X4 28.02.2021-ci il tarixdə vəfat etmiş və Sumqayıt şəhər Qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 01.02.2022-ci il tarixli, 05/Q-431/15 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Qeydiyyat şöbəsi Ərizəçi X3 ölümünü təsdiq edən sənəd olmadığından, ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin nənəsi XX.XX.1935-cİ il təvəllüdlü X4 28.02.2021-ci il tarixində Sumqayıt şəhərində vəfat etmişdir. Bu fakt Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalı Birliyi Vətəndaşlara Xidmət İdarəsinin 05 nömrəli 02.02.2022-ci il tarixli arayışı, Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi yardım Stansiyası tərəfindən verilmiş 12.03.2021-cil tarixli, 547 nömrəli arayış və digər iş materialları ilə də təsdiq olunur. Məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin (o cümlədən vəfat edən şəxsin digər ailə üzvlərinin) mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, XX.XX.1935-cİ il təvəllüdlü X3 28.02.2021-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193.1-ci maddəsinə görə ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə aparılır. Həmin Məcəllənin 194 və 195-ci maddələrinə görə ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. Ölüm haqqında məlumat ölümün baş verdiyi və ya meyidin tapıldığı vaxtdan 10 gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. XX.XX.1935-ci il təvəllüdlü X3 28.02.2021-ci il tarixində Sumqayıt şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-1928/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-1928/2022
13.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver